“Məxməri inqilab” hələ “rəngli inqilab” deyil...
Oxunub: 4015
03 Jan 2019 | 10:27
“Məxməri inqilab” hələ “rəngli inqilab” deyil...
Nəzəri aspektinə varmadan deyə bilərik ki, Gürcüstanda “qızılgül”, Ukraynada “narıncı” adı ilə baş verən “rəngli inqilablar”nəticəsində bu termin siyasi leksikonumuza daxil oldu və Qərbin maliyyə, ideya dəstəyi ilə avtoritar rejimlərdən qurtulub, demokratiya yolu tutan ölkələrdəki hakimiyyət dəyişikliyinə aid edilir. Rəngli inqilabların əsas xarakterik  xüsusiyyəti, həm də Rusiya təsirindən çıxıb, demokratiya yolu tutmaq kimi dəyərləndirilir. Bəs, Ermənistandakı “məxməri inqilab” necə, yuxarıda qeyd etdiyimiz rəngli inqilabların mahiyyəti  ilə oxşardırmı? Ilk baxışdan hə. 2018-ci ilin aprel-may aylarında düşmən ölkədə (Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Azərbaycanın maraqlarına uyğun həll edilmədiyi müddətdə Ermənistan düşmən ölkə, ermənilər düşmən olaraq bilinməlidir) baş verən hakimiyyət dəyişikliyi demokratik ideyalar adı ilə aparılıb, özündən əvvəlki avtoritar, antidemokratik rejimin əleyhinə, Qərb təhsilli, Qərb dəyərləri ilə silahlanmış komandanın hakimiyyətə gəlməsi ilə əlamətdar olub. İnqilabdan sonra bir-birinin ardınca Qərb liderləri Ermənistana səfərlərə gəldilər. Amma, məxməri inqilabın qəhrəmanı daha çox Rusiyaya səfərlər edir, o qədər çox ki, özünün dediyi kimi “hesabı itirib”. 
 
Paşinyanın bütün Moskva səfərlərinin mahiyyəti, apardığı xarici siyasət Moskvaya sədaqətli olduğunu sübut etmək üstündə qurulub, onun sonuncu səfəri də bunu bir daha nümayiş etdirdi. Bu səfərdən məmnun qayıdan Paşinyan erməni mətbuatının  yazdığına görə Feysbuk səhifəsində məhz “rəngli inqilab”dan uzaq olduğunu vurğulayaraq, Moskvanı inandırmağa çalışıb ki, narahat olmağa əsas yoxdur. “ Biryolluq vurğulamaq istəyirəm ki, Ermənistanda” rəngli inqilab” olmayıb, sadəcə güc tətbiq etmədən, məxməri, xalq inqilabı olub. Bu iki inqilab arasında çox böyük fərq var”-Paşinyan deyib.
  Paşinyan “rəngli inqilab”dan təsadüfən danışmayıb. İnqilab qəhrəmanı Moskvaya sübut etmək istəyir ki, Qərbin klassik anlamda rəngli çevrilişlərinin Ermənistanın yeni hakimiyyətinə dəxli yoxdur. Deməli, Ermənistan Rusiyanın müttəfiqi yox, vassalı olaraq qalır. Paşinyan  inqilabı sadəcə Sarkisyana qarşı edib və keçmiş klan rəhbərlərindən canı boğazına yığılmış xalqı bununla da məmnun edir. Qaz məsələsi də faktiki Ermənistanın fikirləşdiyi kimi həll olundu: ermənilər ucuz qaz almaqda davam edəcək( cəmi15 dollar artıb, amma əhaliyə satış köhnə tariflədir). 

Rusiya Cənubi Qafqazda  Ermənistanı Putinin dediyi kimi ən vacib və ən yaxın müttəfiqi kimi görməkdə davam edir. Erməni mətbuatının Qərbə meyilli bir neçə saytları isə mövcud münasibətləri müttəfiqlik deyil, vassallıq adlandırır və açıq şəkildə Paşinyanı ittiham edirlər: “o etdiyi hər bir hərəkətdən sonra dönüb arxaya baxır ki, görüm Moskvanın xətrinə dəyməyib ki...”-yazırlar.
Niyə bu məsələni qeyd etməyi lazım bildik? Göründüyü kimi, Azərbaycanın hansı addım atması Paşinyanı da, hətta onu tənqid edən KİV-ləri də narahat etmir. Onları narahat edən Moskvanın münasibətidir.  2016-cı ilin aprelindən indiyədək zatən heç bir addım atmayan Azərbaycandan niyə də narahat olsunlar? Qarabağ məsələsindən o qədər arxayındırlar ki, Rusiyanın Paşinyanı aradan götürməsinə daha çox inanırlar, nəinki Qarabağ probleminin həllində Moskvanın Azərbaycanın yanında olacağına. 

Ona görə də və ümumiyyətlə, 2019-cu ildə Qarabağ probleminin həlli üçün “əlverişli şərait” yetişdiyini sübut etməyin  bütün təşəbbüsləri Azərbaycandan gəlməlidir. Bu həm dövlətin simasında özünü göstərməli, həm də xalqın. Cəmiyyət, əsasən də Qarabağın dağlı, aranlı əhalisi , o qədər fəallaşmalıdır ki, düşmənlərə , ATƏT- ə , BMT-yə aydın olmalıdır ki, xalq heç bir təslimçi sülhü qəbul etməyəcək. Yetər, bu qədər vətən taleyinə olan biganəlik, düşmən işğalına bu qədər laqeyidlik! Bütöv Qarabağ uğrunda, yəni Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətin də ritorikası daha kəskin şəkildə, hətta təhdid dərəcəsində olmalıdır. Bunu niyə xüsusi vurğulayırıq? Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan 30 dekabrda İctimai televiziyaya verdiyi müsahibənin bu hissəsini nəzərinizə çatdıraq. “ Biz görüşlərdə  Azərbaycanın müharibə ritorikasına diqqət yetirdik. Vətənpərvərlik nümayiş etdirmək olar, amma daha məsuliyyətli, daha ağıllı olmaq lazımdır. Mən inanmıram ki, sadəcə nəsə bəyan edib, sonra görüşəndə deyəsən ki, bu daxili auditoriyaya ünvanlanıb” . Təkrar edirik , bu sözləri Mnatsakanyan deyir və buna inanmaq istəməzdik.  Elə bu günlərdə bir amerikalı politoloqun Üçüncü dünya müharibəsinin başlayacağı yerlərdən biri kimi Azərbaycanın adını çəkdiyi məqaləni tərcümə edən ermənilər, Azərbaycanın yerinə Artsax yazmışdılar. Amma, yenə də sual yaranır:  bu yaxınlaradək, ritorika belə idi: “Azərbaycan ərazisində ikinci erməni dövləti yaranmayacaq” və məşhur ”lazım gələrsə torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik”. Daha bu ritorika  yoxdur. Belə çıxır ki, erməni nazir hardasa həqiqətimi deyir? Bu sözlər camaatın başının altına yastıq kimi qoyulub və erməni rəsmiləri ilə görüşəndə ” bu daxili auditoriyaya ünvanlanıb” deməklə düşməni qane edən mövqedənmi çıxış edilir? Bu narahatedici suallara şəffaflıq gətirilməlidir.

Yazının əvvəlindəki fikirlərə qayıdaq. Paşinyanın Rusiya qarşısındakı reveranslarının mahiyyəti, Moskvanın qorxduğu “rəngli inqilab”la bağlı olmadığının təsdiqidir. Bu, bir daha Ermənistanın müstəqilliyinin vassallığa bərabər olduğunun göstəricisidir, eyni zamanda düşmənin necə hiyləgər ( əslində ağıllı) oyunlar qurduğunu sübut edir. Bu oyunun 31 yaşı gələn ay tamam olacaq və 2019-cu il bütövlükdə gərgin il olacaq.Təkcə Qarabağda yox, bütün regionda gərginlik artacaq. Ona görə də şəraitin hansı tərəf üçün əlverişli olacağı hələ məlum deyil və mürəkkəb geopolitik situasiyalardan keçəcək. Üstəlik beynəlxalq iqtisadi böhranın bu ilin mart ayından başlayacağı haqqında proqnozlar gərginliyin artan xətt üzrə inkişaf edəcəyindən xəbər verir. Burda nəyinsə, kiminsə xatirinə tələsmək də, ləngimək də Qarabağ problemində düzəlməsi mümkün olmayan hadisələrə, vəziyyətə gətirib çıxara bilər. 31 ildi ölçə bilmirik deyə, biçə də bilmirik. Yəni, indi “yüz ölçməyə” zaman olmasa da, “bir biçib” təndirə düşməyin də fəlakətli olacağı qarşımızdadır. Azərbaycan xalqının, Azərbaycan dövlətinin şüurlarda və əməldə edəcəyi inqilabın adı nə “rəngli”, nə “məxməri” deyil, elə Qarabağı azad edəcək Qarabağ inqilabı olmalıdır. Bundan sonra erməni lap bütün rənglərdə inqilab etsin, xeyri olmayacaq.

İlham İsmayıl
Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 11:26
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 11:26
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?