Xəbər lenti
20/01/2019 [22:09]:
20 Yanvar Şəhidləri Qətərdə anıldı - FOTOLAR
20/01/2019 [21:26]:
Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər
20/01/2019 [20:49]:
İnkişaf etməməyin çox ciddi bir səbəbi
20/01/2019 [20:31]:
8 BMT sülhməramlısı öldürüldü
20/01/2019 [20:21]:
Ehtiyatlı olun, evdən çıxmayın - Tramp amerikalılara səsləndi
20/01/2019 [20:19]:
“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq”
20/01/2019 [20:07]:
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
20/01/2019 [19:56]:
Parisdə 20 Yanvar münasibəti ilə ADR nümayəndələrinin məzarları ziyarət edilib
20/01/2019 [19:55]:
Antalyada şəhidlərimiz anıldı - "Qəbələ"nin oyununda
20/01/2019 [19:53]:
DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət bildirib
20/01/2019 [19:31]:
Üç ailənin yaşadığı ev yandı
20/01/2019 [19:24]:
“Xəbər gəldi ki, parlamentdəki deputatları  ya gülləbaran, ya da həbs edəcəklər...”
20/01/2019 [19:24]:
ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi
20/01/2019 [19:11]:
İbn Sinadan xərçəngin qarşısını alan möcüzəvi qarışım
20/01/2019 [19:09]:
Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı
20/01/2019 [18:58]:
20 yanvar...
20/01/2019 [18:24]:
İran bu məhsulların idxalını qadağan etdi
20/01/2019 [18:22]:
Əməkdar artist: "Heç üzümüz gülmədi"
20/01/2019 [18:20]:
Daşkənddə dəyəri 1 milyon dollardan çox olan qədim xəzinə tapıldı
20/01/2019 [18:11]:
Zaqatalada oğru dəstəsi tutuldu
20/01/2019 [18:06]:
Əfqanıstanda qubernatora bombalı hücum oldu
20/01/2019 [17:39]:
İlham və Fərizənin həyatlarının son anları: ailə üzvünün xatirələri
20/01/2019 [17:23]:
Rusiyalı deputat: "Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb"
20/01/2019 [16:54]:
“Artıq 29 ildir ki, doğum günümü keçirmirəm...”
20/01/2019 [16:35]:
Ekspert: "Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"
20/01/2019 [16:21]:
Afrində avtobusu partlatdılar: ölənlər və yaralananlar var
20/01/2019 [15:20]:
İlham cəsarəti vətənə şöhrət, Fərizə sevgisi eşqə yaraşıq!
20/01/2019 [15:10]:
20 Yanvar 1990 cı il… – NADİR FOTOLAR
20/01/2019 [15:00]:
Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...
20/01/2019 [14:44]:
Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: xüsusi amansız qətl planı
20/01/2019 [14:40]:
Bakıda güclü külək mərasim evini uçurub - VİDEO
20/01/2019 [14:37]:
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
20/01/2019 [14:18]:
Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var
20/01/2019 [13:57]:
“Qəlbimin sultanı” rus tamaşaçıların qəlbini fəth etdi - Telekanal reytinqini yüksəltdi...
20/01/2019 [13:55]:
Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"
20/01/2019 [13:37]:
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
20/01/2019 [13:19]:
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
20/01/2019 [13:02]:
Göyərçin musiqi sədaları altında rəqs etdi - İNANILMAZ...+ VİDEO
20/01/2019 [13:00]:
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub
20/01/2019 [12:59]:
Meyxanaçı Ağamirzə özünə qəbir qazdı - VİDEO
20/01/2019 [12:49]:
"İslahatların dərinləşməsi iqtidardakı iddialı adamların maraqlarına cavab vermir..."
20/01/2019 [12:48]:
20 Yanvarda doğulan və şəhid olan şəhidlərimiz - FOTOLAR
20/01/2019 [12:34]:
Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı
20/01/2019 [12:08]:
Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı
20/01/2019 [11:59]:
"Dedi ki, ata evinə qayıda bilmərəm...”- Fərizənin anası...
20/01/2019 [11:37]:
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
20/01/2019 [11:33]:
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
20/01/2019 [11:30]:
Mübariz Qurbanlı: "Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər"
20/01/2019 [11:22]:
Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"
20/01/2019 [11:06]:
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ
20/01/2019 [10:57]:
Azadlıq yolunda qalxan bir vuruş...
20/01/2019 [10:51]:
Sevgilisinin məktubunu saxladığım şəhid...
20/01/2019 [10:43]:
Atəşkəs 26 dəfə pozuldu
20/01/2019 [10:39]:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanında - FOTO
20/01/2019 [10:20]:
Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər
20/01/2019 [10:01]:
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
20/01/2019 [09:50]:
ABŞ-da yaşayan azərbaycanlı işgüzar xanım...
20/01/2019 [09:43]:
Bakının bu küçələrində hərəkət TAM məhdudlaşdırılır
20/01/2019 [09:38]:
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
20/01/2019 [09:08]:
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
20/01/2019 [08:42]:
“Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
20/01/2019 [01:30]:
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
20/01/2019 [01:24]:
Dünyada robotlardan ən çox istifadə edən ölkələr – SİYAHI
20/01/2019 [00:56]:
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
20/01/2019 [00:15]:
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
19/01/2019 [23:49]:
Demokratik defisit - “Ah, Avropa”
19/01/2019 [23:11]:
2018-ci ildə Azərbaycanda ən çox qoyulan adlar açıqlandı: Yusif və Zəhra liderlik edib...
19/01/2019 [22:13]:
Yoldan keçən hicablı qadına yumruq atdı - Avropa mədəniyyətsizliyi = VİDEO
19/01/2019 [21:50]:
“20 Yanvarla bağlı sessiyada bəzi deputatlar  qorxudan zaldan qaçmaq istəyirdi...”
19/01/2019 [21:37]:
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ
19/01/2019 [21:30]:
Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
19/01/2019 [21:15]:
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19/01/2019 [21:14]:
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19/01/2019 [20:04]:
Serbiyada 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
Bütün arxiv bir sırada
05/01/2019 [20:03] - Hadisə - ( 5383 dəfə baxılıb)

İşğalçının burnunun ovulacağı gün yetişir: Qarlı zirvələrdəki cəngavərlərlə bir arada...



Moderator.az Azərbaycan-Ermənistan sərhəddi istiqamətindəki ən sərt iqlimli, dəniz səviyyəsindən 2500-3000 min metr yüksəklikdəki qarlı-boranlı cəbhə bölgəsinə səfərimizin ikinci hissəsini təqdim edir:

Cəbhə səfərimizlə bağlı yazının birinci hissəsini oxumayanlar bu linkə daxil olmaqla tanış ola bilərlər: http://www.moderator.az/news/251010.html 

Redaktorum zəng vurub, “Cəbhə bölgəsinə yola düşəcəyik, fotoaparatın saz vəziyyətdə olsun”-deyəndə axşamdan oturub silahını sazlayan əsgər kimi fotoaparatı yoxladım, çünki sabahkı səfər üçün hər şey yaxşı olmalıydı. Bu mənim cəbhə bölgəsinə ikinci səfərim idi, 2016-cı il aprel döyüşlərindən sonra aprelin 8-də Tərtər rayonunun Borsunlu kəndində düşmənlə üzbəüz yerləşən Milli Qəhrəmanımız Mübariz İbarhimovun adını daşıyan “Mübariz postu”nda döyüşçülərimizlə görüşüm olmuşdu. Orda xidmət edən xalam oğluyla görüşüb, Mübariz İbrahimovun çarpayısı, forması və fotoları ilə tanış olmuşdum. Xatırladım ki, 2010-cu ildə Mübariz həmin postdan keçərək ermənilərə divan tutub, adını qanı ilə tarixə yazdırıb. Hərbçilərimiz onda deyirdilər ki, Mübarizin atası Ağakərim kişi həmişə oğlunun adını daşıyan posta gəlib, əsgərlərə baş çəkir...

Cəbhə səfərində işim fotoları çəkmək idi, amma bununla yanaşı baş redaktorum səfərin ikinci hissəsini mənim yazacağımı bildirdi. Səhər tezdən cəbhə bölgəsinə yola düşdük. Biz hərbi hissədə olanda artıq hava qaralmaq üzrəydi və komandirlər sabah tezdən posta qalxacağımızı məsləhət gördülər. Məni həmişə düşündürən cəbhəyanı kəndlərində yaşayan mülki əhalinin həyat tərzi olub. Ömrüm boyu düşünürdüm ki, görəsən bunlar düşmənlə üzbəüz kənddə gecəni necə yatırlar, atəşkəs pozulanda bütün kənd səhəri, necə deyərlər, diri gözlü açırmı. Gecələmək üçün kənddəki evlərdən birinə yerləşdiriləndə bunun şahidi olacağıma şübhəm olmadı. 

Hava soyuq olsa da, kəndin qaz və işıq problemi yoxdur. Prezident İlham Əliyevin 12 il öncə bölgəyə səfərində sakinlərin müraciətindən sonra qaz və yol problemləri həll edilib. Biz də qazla yanan sobanın istisində çay içib yuxuya getdik. Amma gecənin bir aləmində oyanıb sabahkı görüşlər barədə planlar cızmağa başladıq. Səhər tezdən yuxudan oyanıb hazırlıq gördük və bir az sonra bizi posta aparan komandirləri gözləyərkən ev sahibi ilə də söhbətləşdik. 

Ev sahibi bildirdi ki, onlar kənddə çox rahat şəkildə yaşayırlar. Düşmən atəşkəsi pozmağa cəhd etmir, etsə də beş qat cavabını alır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfəri zamanı sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanır. Nəhayət, biz komandirlə görüşüb “UAZ” və "Niva" markalı avtomobillərlə dağların qoynunda yerləşən postlarımıza doğru yola düşdük. Dağların döşü ilə yoxuşa qalxan yollardan ətrafa baxanda adamın gözləri qaralırdı. Hərdən maşınımız yağış yağıdığı üçün sürüşəndə hər an burdan aşağı düşərək parça-parça olacağımızı düşünürdüm. Amma hərbçilərimiz bildirdilər ki, narahatçılığa heç bir səbəb yoxdur, çünki bundan da sərt hava şəraitində onlar postlara gedib-gəlirlər. 

Postda çatdıqdan sonra avtomobildən düşdük. Tabor komandiri əsgərlərə komanda verib, komandirinə məruzə etdi:

- Fərəqət! Cənab komandir, postun şəxsi heyyəti sizin əmrinizlə sıraya düzülüb! Xidmət zamanı heç bir hadisə baş verməyib!

- Komandir hərbi salam verərək məruzəni qəbul etdi. Əsgərləri salamlayıb “Azad!” komandası verdi.

Hərbçilərimizlə kazarmaya daxil olduq. Bildirdildi ki, kazarma odun sobasıyla qızdırılır. Əsgərlərin vaxtlarını asudə keçirmək üçün televizorları və kitab şkafları var. Hərbi xidmətimdən sonra ilk dəfə idi ki, mülki geyimdə kazarmaya daxil olurdum. Bir anlıq əsgər olduğum günləri xatırladım. Əsgərlərin hamamlarıyla da tanış olduq. Cəbhə bölgəsində ümumiyyətlə tam başqa ab-hava olur. Bu hissi yalnız müharibə şəraitində düşmənlə üzbəüz səngərlərdə  həqiqi hərbi xidmət keçən insanlar yaşaya bilərlər. Aylar-oillər sonra əsgərlərlə görüşəndə onları özündən asılı olmayaraq doğma qardaşın kimi bağrına basırsan. Bu, belə də olmalıdır, çünki hər bir Azərbaycan əsgəri bizim qardaşımızdır. Komandirlər bizi postun ərazisi, düşmənlə üzbəüz mövqelərin necə müdafiə olunması və əsgərlərin sosial şəraitləri ilə tanış etdilər. Bundan sonra ərzaq anbarına keçdik. Əgərlərimizin necə qidalanmalarıyla bağlı oxucularımızın birinci yazıdan məlumatları var. Bir daha xatırlatmaq yerinə düşər ki, qidalanma və ümumiyyətlə ərzaq təchizatında hər şey yüksək səviyydədir. 
Baş redaktorumuz hər bir əsgər və zabitlə ayrı-ayrılıqda və çay süfrəsi ətrafında söhbət edərək onların qayğılarını, ehtiyaclarını, istəklərini öyrənməyə çalışırdı. Hərbçilərimiz bildirdilər ki, kitab rəflərində az sayda kitabları var və onların kazarmada keçirdikləri vaxtda bu onlar üçün bəs etmir. Baş redaktorum bildirdi ki, bir neçə aya sizə ən maraqlı kitabları göndərmək bizim boynumuza. Hərbçilərimizlə oturub bir masa arxasında çay içdikdən sonra nahar vaxtı olduğu üçün əsgər süfrəsində yemək də nəsib oldu bizə. Xudahafizləşmə zamanı gələndə bildirildi ki, digər postda olan əsgərlərimiz də gəldiyimizi bilib bizimlə görüşmək istəyirlər. Komandirlər bizə tərəf çevrilərək hansı qərar verəcəyimizi gözlədilər. Təbii ki, məmnuniyyətlə razılaşdıq və Vətənin igid keşikçilərini intizarda qoymağın bizə yaraşmadığını dilə gətirəndə məsləhət gördülər ki, gecə düşmədən o biri posta da baş çəkək. 

Ümumiyyətlə, əsgərin həmişə gözü yol çəkir, bunu əsgərdə olanlar yaxşı bilirlər. Buna görə də yolumuzu gözləyən əsgərlərimizi nigaran qoymamaq üçün digər postumuza getmək üçün yola düşdük. Yarım saatdan sonra posta çatdıq. Post yüksəklikdə yerləşdiyindən erməni kəndləri enişdə aydın şəkildə görünürdü. Hərbi hissədə yolumuzu gözləyən əsgərlərimizlə görüşüb səngərə daxil olduq. Birlikdə erməni postlarını müşahidə etdik. Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərən tağım komandirimizlə də tanış olduq. 

Bizə nahar yeməyini bu postdakı əsgərlərimizlə də bir masa arxasında yemək qismət oldu. Mülki həyatda olarkən hər zaman əsgərə az yemək verildiyini, əsgərin doymadığını deyənlərin hərbi xidmətə getdikdən sonra yalan danışdıqlarının şahidi oldum. Masa hazırlandı, masada nələrin olduğunu yazmıram, fotoda hər şey görünür. Mərci supunu yedikdən sonra ikinci yemək verildi, düzünü deyim ki, ikinci yeməyi axıra kimi yeyib qurtara bilmədim. Təsəvvür edin ki, burda bir əsgərə gün ərzində səkkiz yüz qram çörək verilir. Hər iki postda əsgərlərimizlə xatirə şəkli çəkdirdik. 
Hava qaralmaq üzrəydi, əsgərlərimizlə görüşüb oradan ayrılıb hərbi hissəyə qayıtdıq. Hərbi hissə komandiri bizi qəbul etdi. Hər şeyin ürəyimizcə olduğunu, postlara çox rahat şəkildə gedib-gəldiyimizi dedik. Komandir də bizdən öz razılığını bildirdi və bu cür görüşlərin əsgər-zabitlərin döyüş ruhuna çox güclü təsir etdiyini dilə gətirdi. Komandirlə çay süfrəsi ətrafındakı söhbətimiz bizdə çox böyük ruh yüksəkliyi yaratdı. Bəlli oldu ki, komandirin bütün həyatı səngərlərdə keçib və erməni ilə döyüşlərdə əsgər kimi də döyüşüb, üstündən 25 il keçdikdən sonra ən yüksək hərbi rütbədə və vəzifədə yenə də düşmənlə üz-üzə Vətənin keşiyini çəkir. Bu cür şanlı döyüş yolu keçmiş komandirləri olan ordunun, millətin işğala boyun əyməyəcəyinə əminliyimizi ifadə edərək sağollaşdıq. Axşama doğru paytaxt Bakıya yolda düşdük. 

X.L.Borxes deyirdi ki, vətənpərvərlik təkcə döyüşdə şücaət göstərmək deyil, üzərinə düşən vəzifəni vicdanlı, ədalətli yerinə yetirməyin özü də vətənpərvərlikdir.  Biz də üzərimizə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışdıq. 

Vətən oğlanları, salamat qalın! 

Vasif Əlihüseyn 
Zülfüqar Hüseynzadə

Qeyd: Cəbhə bölgəsindən 100-dən artıq bir-birindən maraqlı fotolarla Bakıya dönsək də Müdafiə Nazirliyi məlum səbəblərdən onların çoxunun nəinki saytda və ya sosial şəbəkədə yayılmasının, hətta hər hansı üçünçü şəxsə göstərilməsinin məqsəduyğun olmadığını bildirdi. Razılaşmaqdan başqa çarəmiz qalmadı. İstənilən halda bizə yaradılan şəraitə görə başda nazir Zakir Həsənov olmaqla Silahlı Qüvvələrimizin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. 

Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
Azadlıq yolunda qalxan bir vuruş...
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
20 yanvar...
Maraqlı
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
Maraqlı
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
Hadisə
Sevgilisinin məktubunu saxladığım şəhid...
Ədəbiyyat
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
“Amerika genetikləri Gəncə yaxınlığındakı bu yer haqqında bizdən çox bilirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə