Xəbər lenti
18/06/2019 [01:18]:
Bitkoinin məzənnəsi son 13 ayın ən yüksək həddinə çatıb
18/06/2019 [01:15]:
Leyla Əliyeva bir sıra görüşlər keçirib - YENİLƏNİB+FOTO
18/06/2019 [01:14]:
Neymarın bütün daşınmaz əmlakına həbs qoyuldu
18/06/2019 [01:11]:
Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkü atılacaq
18/06/2019 [01:08]:
Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gələrək, finala yüksəlib
18/06/2019 [00:57]:
"Düşmən görür ki, Azərbaycan ya təkbaşına, ya da Türkiyə ilə birgə hərbi təlimlər keçirir və..."
18/06/2019 [00:34]:
Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində - FOTO
18/06/2019 [00:19]:
Qaradağda dəhşətli qəza: Əcnəbi zavod işçiləri öldü - VİDEO + YENİLƏNİB
18/06/2019 [00:00]:
Kəlbəcərli gənclər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
17/06/2019 [23:43]:
Azərbaycan XİN Ermənistanın Qarabağda hərbi təlimləri barədə
17/06/2019 [23:35]:
Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı
17/06/2019 [23:08]:
ABŞ sanksiyaları “Huawei”ə nə qədər ziyan vurub?
17/06/2019 [22:48]:
TANAP-dan üçrəngli bayrağımıza qarşı "texniki" hörmətsizlik... - FOTO + VİDEO
17/06/2019 [22:42]:
“Qarabağ”-ın Çempionlar Liqasındakı potensial rəqibləri bu komandalardır
17/06/2019 [22:01]:
Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür
17/06/2019 [21:58]:
Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil”
17/06/2019 [21:31]:
Demokratik yolla seçildi, 1 il sonra devrildi, 6 il sonra həbsxanada dünyasını dəyişdi...
17/06/2019 [19:58]:
“Apple” CEO-su Trampla görüşdü
17/06/2019 [19:56]:
Prodüsser efirdə Əli Mirəliyevin yalanını üzə çıxardı– VİDEO
17/06/2019 [19:52]:
Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdı - MARAQLI...
17/06/2019 [19:11]:
Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi...
17/06/2019 [19:07]:
Vətəndaş qəzaya düşdü, ilk yardımı Yıldırım etdi - Foto
17/06/2019 [19:02]:
Sevda ikinci ərindən də ayrıldı - FOTO
17/06/2019 [18:55]:
Dünya çempionumuz yeni qurum yaratdı
17/06/2019 [18:55]:
Ruhani Avropaya son şans verdi
17/06/2019 [18:54]:
Nigeriyada terror: 30 ölü, 40 yaralı
17/06/2019 [18:54]:
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
17/06/2019 [18:52]:
Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO
17/06/2019 [18:47]:
“Belə çıxır ki, Surət Hüseynov “QRU”nun agenti olub?”- Eks Baş prokuror cavab verir...
17/06/2019 [18:43]:
12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO
17/06/2019 [18:41]:
Oman körfəzində neft tankerlərinə hücum: İran ABŞ pilotsuz təyyarəsinə də raket atıb
17/06/2019 [18:32]:
Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcəyik”
17/06/2019 [18:27]:
Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb
17/06/2019 [18:24]:
İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
17/06/2019 [18:23]:
Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı - VİDEO
17/06/2019 [18:20]:
Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
17/06/2019 [18:19]:
İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
17/06/2019 [18:12]:
Krala ərə gedən model ilk dəfə oğlunu göstərdi - FOTO
17/06/2019 [17:37]:
Mövsümü qabaqlayan giləmeyvə - VİDEO
17/06/2019 [17:10]:
Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi
17/06/2019 [17:09]:
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
17/06/2019 [16:58]:
Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi - VİDEO
17/06/2019 [16:52]:
Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver
17/06/2019 [16:49]:
Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm -VİDEO
17/06/2019 [16:38]:
Ən çox internetdən istifadə edən ölkələr… –SİYAHI
17/06/2019 [16:38]:
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
17/06/2019 [16:08]:
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
17/06/2019 [15:57]:
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Kamilə Əliyeva yazdı
17/06/2019 [15:52]:
20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü
17/06/2019 [15:51]:
İran uran istehsalını 4 qat artırır - Bəyanat
17/06/2019 [15:40]:
Yıldırımdan İmamoğlu haqda inanılmaz paylaşım
17/06/2019 [15:37]:
Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO
17/06/2019 [15:29]:
“Yataqda baş verənləri qələmə almaq şeir deyil, erotikadan yazanda da elə yazsınlar ki...”
17/06/2019 [15:23]:
Biləsuvarda qıza əxlaqsız hərəkət edən mollanı soyundurub döydülər
17/06/2019 [15:21]:
İlham Əliyevin nəvəsinin ad günündən GÖRÜNTÜLƏR
17/06/2019 [15:12]:
6300-dən çox bakalavr ixtisas seçimi edib
17/06/2019 [15:10]:
“Ermənilər iki yüz ildir ki, məhz bu sahəyə yatırımlar edirlər, amma bizim milyonerlər...”
17/06/2019 [14:58]:
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17/06/2019 [14:56]:
Düşmən  torpaqlarımızda 10 minədək hərbçi,  150 zirehli texnikanın iştirakıyla təlim başlatdı-VİDEO    
17/06/2019 [14:55]:
İlkindən təşəkkür açıqlaması - “Dəstəyiniz mənə kömək oldu”
17/06/2019 [14:52]:
Zərrinin bir günlük əri dələduz çıxdı
17/06/2019 [14:51]:
Ağstafada ağır qətl törədən gəncin FOTOSU
17/06/2019 [14:50]:
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
17/06/2019 [14:45]:
Sürücü yüksək sürətin qurbanı oldu - FOTO
17/06/2019 [14:32]:
“Qarabağ məsələsində Rusiyanın bitərəfliyini təmin etmək olardı...”
17/06/2019 [14:26]:
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
17/06/2019 [14:21]:
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
17/06/2019 [14:18]:
Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib
17/06/2019 [14:17]:
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
17/06/2019 [14:11]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [13:30]:
Sabah da isti olacaq...
17/06/2019 [13:25]:
“Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi...”
17/06/2019 [13:23]:
“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”
17/06/2019 [13:04]:
Eldar Sabiroğlu oğlundan imtina etdi: "Qəbrimə gəlmə"
17/06/2019 [13:02]:
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
17/06/2019 [12:53]:
İllər keçir, bizsə nə yaşadıq ki...
17/06/2019 [12:53]:
ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "İşinin başındadır"
17/06/2019 [12:50]:
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
17/06/2019 [12:46]:
Vida öpüşündə qız kişinin dilini qopardı...
17/06/2019 [12:42]:
Səyyar ASAN xidmət davam edir
Bütün arxiv bir sırada
06/01/2019 [15:54] - Araşdırma - ( 1279 dəfə baxılıb)

Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər – Anım günü



Bu gün Azərbaycan  estetik poeziyasının ən güclü nümayəndələrindən olan nakam taleli şair Mikayıl Müşfiqin anım günüdür. 1938-ci ilin bu günündə güllələnən  şair  qısa ömür yaşamasına baxmayaraq, çağdaş Azərbaycan poeziyasının banilərindən birinə çevrildi. 


Modern.az böyük şairin anım günü münasibətilə təqdim etdiyi bu yazıda Müşfiqin ədəbiyyatdakı pasportuna çevrilən nakam taleyinin bir neçə epizoduna toxunub.

Qanlı 1937-ci ildə hələ 30 yaşı olmayan şairin düşmənlərinin nə qədər çox olduğu, ona həsəd aparanların kəmiyyəti Müşfiqi qaralamaq üçün hazırlanan süni oyunlarda özünü göstərirdi. Bu zaman əllərinə fürsət düşən və Müşfiqi sıradan çıxarmaq üçün danoslar yazan şairlərin ard-arası kəsilmirdi. Onlardan biri də Mirmehdi Seyidzadə olub. Halbuki, həmin hadisələrdən əvvəl o, Müşfiqlə eyni bağda dincəlib. Özləri ilə bərabər, ailələri də yaxın dost olublar. Amma səd heyf... 

Aradan çox keçmir ki, o, Müşfiqi bada verən bir məktubu Yazıçılar İttifaqına göndərir. 

O zaman üzə duranlar üç qrupa bölünürdü: məcburən bu işə təhrik olunanlar, rəhbərliyin yanında  yerlərini yaxşı etmək üçün bu işi görənlər və paxıllıq girdabına düşdüyü üçün bu işə qol qoyanlar.

Deyilənə görə, Mirmehdi Seyidzadə birincilərdən imiş. Amma heyhat! Məktubda heç 30 il ömür sürməyən, nakam taleli Müşfiq elə təhqir olunub ki, onu yazıb təqdim etmək belə, çətindir! Lakin bu tarixdir! 

Yazılmalıdır ki, tarixdə necə hadisələrin olması, Müşfiq, Cavid kimi insanların necə əzab çəkmələri bilinsin. Elə məktubun yer aldığı nəşr - arxiv bilicisi və araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” adlı kitabı da bu məqsədlə yazılıb. Tarix, keçmiş bilinməlidir. İbrət dərsi üçün bilinməlidir!

“Sizin tələbinizə görə, …. kontrrevolyusioner (nöqtələrin yerinə Cavid və Müşfiqin şanına yaraşmayan söz yazıldığı üçün silmək qərarına gəldik. E.N.)  Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm: 

…. Mikayıl Müşfiqi mən Yazıçılar Cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin şeirlərindən tərcümə etmişik… Müşfiq haqqında danışmaq istəmişəm, iki dəfə sədrə yanaşmışam da, mənə söz verilməyib. Müşfiqin yazdıqları haqqında yazdığım materialları iclasdan sonra Rahim yoldaş (Məmməd Rahim – A.K.) məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi”. 

Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra M.Müşfiq haqqında yazdığı хatirə insanda ikrah hissi doğurmaya bilmir: 

“… Müşfiq bəzən gecələr də bizdə qalırdı". 

“Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı”.

“1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük. Səhərlər və aхşamlar dəniz sahilinə gedərdik”. 

Bu, M.Seyidzadənin daхilindən gələn həqiqi səs idi. Bu fikirləri demək üçün şair uzun illər gözləmişdi. Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün “danos” yığan, bunun üçün də M.Seyidzadədən ustalıqla istifadə edən “söz ustadı” Məmməd Rahim həmin materiallardan “lazımınca” bəhrələnməyə  müvəffəq olur. 

Adı ədəbiyyat tarixinə heç vəchlə düşməyən, bir zamanlar başqalarını repressiyaya məruz qoyan, sonradan isə özü bu acı taleyi yaşayan Seyfulla Şamilov isə Müşfiqə qara yaxmaq üçün çox gülünc detallara əl atırdı. Birini təqdim edək:

“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır?!  Bizim sovet qəhrəmanları ilə maraqlanmır?! Bax, bu Səməndər sizin fikrinizə haradan gəlib?! (Müşfiqə müraciətlə). Biz demirik, filankəs sənin qohumundur. Bəlkə ola bilər, demişik ki, sənin qohumun Müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir ki, bunu yazasan”.

Müşfiqə qarşı çıxan növbəti qələm adamı isə Məmməd Rahim olub. Məmməd Rahim Müşfiq haqqındakı yazıda onu üç maddəyə əsasən suçlayır:

Birinci “maddə”: “Zahirən sovet, lakin bütün daxili quruluşu etibarı ilə  qəddar kontrrevolyuson ruhu ilə dolu olan” əsərlərin müəllifi kimi;

İkinci “maddə”: “Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibari ilə proletariata sadiq şair” olmadığını sübut kimi;

Üçüncü “maddə”: Sinfi qardaşı Çobanzadədən oğurluq etdiyinə görə.

Məmməd Rahim “qatı millətçi” saydıqları Bəkir Çobanzadənin kitabından “Buludlar” adlı şeiri oğurlayaraq, onu “Küləklər” adlı şeirlər əvəzləməsini yazır.

Amma Müşfiqə hədyan qoşanlar,  yazdıqları məqalələrlə onu güllə qarşısına çıxaran təkcə bu üçlük olmayıb. Sanki özünü kimlər üçünsə təsdiqləmək istəyənlərin əlinə Müşfiq kimi fürsət düşmüşdü.

Bu yerdə xüsusi olaraq qeyd edək ki, Müşfiqə qarşı çıxanların arasında Hacıkərim Sanılı kimi günahsız bir ziyalı da vardı. Təsəvvür edin, bu vicdanlı adama o dərəcədə dəhşətli işgəncələr verirlər ki, ağrılardan xilas olmaq üçün məcbur qalıb Müşfiqin əleyhinə ifadə verir:

“Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə əks-inqilabi fikirlərlə çıxış edərək deyirdi: “Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınmışdır. Başqa millətlər –rus və ermənilər- Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədikləri səbəbindən son  nəticədə gözdən düşən xalq olub”.

Bu ifadələrdən sonra Sanılıya verilən işgəncə səngiyir. Lakin aldığı zədələr çox keçmir ki, onun həyatına son qoyur.

Bu cür danosların  “sayəsində” 1938-ci ildə qısa müddətli davam edən sorğu-sualdan sonra Müşfiq güllələnir. 1938-ci ilin 5 yanvarında saat 11:20-də başlanan “məhkəmə” 20 dəqiqədən sonra- saat 11:40-da bitir. Qərar isə artıq hamıya məlumdur.

Bundan sonra isə Müşfiqin ruhunu rahat buraxmırlar. Özü  güllələnsə də, təqib növbəsi  bacısı və həyat yoldaşına keçmişdi.

Müşfiqə görə çox keçmir ki, müəllimə işləyən bacısını işdən çıxarırlar. İşdən azad olduğunu bilən Balacaхanım İsmayılzadə (Şükürlü) həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov (Səbail) rayon partiya komitəsinin katibi Ankişeviçə müraciət edir. Ankişeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə  müraciət edilir. 

Təsəvvür edin, xanım müəlliməni həbs etdirməkdən ötrü polis orqanı nə dərəcədə gülünc bir iddia irəli sürür. 

Aslan Kənanın yuxarıda adını çəkdiyimiz kitabına yenidən istinad edərək, həmin gülünc, biabırçı iddianı diqqətə çatdıraq:

“13 sentyabr 1937-ci ildə 3 saylı şəhər polis şöbəsi belə bir nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır. 

Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə (Şükürlü) həbs edilsin”.

Məhz “İttihamnamə”də də İsmailzadə (Şükürlü) əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Şahverdiyanın sədirliyi ilə məhkəmə Balacaхanım Qədir qızı İsmayılzadəni (Şükürlü) altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır. 

5 iyun 1954-cü ildə bəraət alan Balacaхanım İsmayılzadə (Şükürlü) haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə atılan böhtanlardan biri də “doşlo do takoqo stepeni çto razbila qrafin” ifadəsi olmuşdur. Guya müəllimə həmin şəxslərə qrafin atmış, lakin istənilən nöqtəyə dəyməmiş və nəticədə sınmışdı”.

loading...
loading...
Vida öpüşündə qız kişinin dilini qopardı...
Tarixi debat 23 iyun seçkilərinin favoritini müəyyənləşdirdimi? - İntriqa alovlanır...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Düşmən görür ki, Azərbaycan ya təkbaşına, ya da Türkiyə ilə birgə hərbi təlimlər keçirir və..."
Dünya
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
Gündəm
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
Cəmiyyət
“Yataqda baş verənləri qələmə almaq şeir deyil, erotikadan yazanda da elə yazsınlar ki...”
Gündəm
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)