Xəbər lenti
22/03/2019 [22:15]:
Amerikalı rəssam 7 dəqiqəyə Rəşid Behbudovun portretini çəkdi - VİDEO
22/03/2019 [22:13]:
Akkumulyator bomba kimi partladı - VİDEO
22/03/2019 [21:46]:
AŞPA sədri Ermənistana səfər edəcək
22/03/2019 [21:43]:
Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video
22/03/2019 [21:38]:
Türkiyədəki zəlzələdən inanılmaz görüntülər - VİDEO
22/03/2019 [21:14]:
Moskvada Kamaz sərnişinlə dolu taksinin üstünə aşdı - VİDEO
22/03/2019 [20:58]:
Çində turistləri daşıyan avtobus yandı
22/03/2019 [20:37]:
Dünyanı heyrətə salan sözlər: "Trampı İsrail üçün Tanrı göndərib"
22/03/2019 [20:30]:
Kanada parlamentində  “Artsax dostları” qrupu yaradıldı…
22/03/2019 [20:19]:
"Əli İnsanov heç zaman Qərbi Azərbaycanlıların lideri olmayıb və olmayacaq!"
22/03/2019 [20:16]:
İƏT Zelandiyada 2 məscidə terror hadisəsi ilə bağlı iclas keçirib
22/03/2019 [19:52]:
"Rəhmətlik Heydər Əliyev bu büstü sona qədər qorudu, amma..."
22/03/2019 [19:42]:
Həbibin növbəti döyüşünün vaxtı məlum oldu
22/03/2019 [19:35]:
İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO
22/03/2019 [19:30]:
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
22/03/2019 [19:23]:
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
22/03/2019 [19:20]:
Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli oldu
22/03/2019 [19:15]:
Türkiyəli müğənninin rus gəlini onu məhkəməyə verdi
22/03/2019 [19:06]:
Türkiyəli aparıcı boşandı, 6 milyon təzminat aldı
22/03/2019 [19:03]:
BMT-dən İsrailə ağır zərbə
22/03/2019 [19:00]:
İran XİN başçısı Türkiyəyə getdi
22/03/2019 [18:55]:
İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
22/03/2019 [18:41]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [18:39]:
Təhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMR
22/03/2019 [18:38]:
İran XİN rəhbəri Türkiyəyə gedir- Rəsmi səfər
22/03/2019 [18:15]:
“Bu dövlət fors-major hallarda belə ölkəmizi dəstəkləyəcək” -PROQNOZ
22/03/2019 [18:13]:
Məşhur bank işçiləri oyun oynadaraq seçəcək - MARAQLI
22/03/2019 [17:32]:
İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək
22/03/2019 [17:31]:
“Astana” futbol klubunun da adı dəyişir? - Nazirdən açıqlama
22/03/2019 [17:30]:
Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür
22/03/2019 [17:29]:
"MDB çərçivəsində dağlıq ərazilərin inkişafına dair qanunun bu il qəbul ediləcəyinə ümid edirik" -Rusiyalı nazir:
22/03/2019 [17:27]:
Kreml: "Trampın açıqlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər"
22/03/2019 [17:25]:
Ağakərimin müalicədən sonra fotosu yayıldı
22/03/2019 [17:21]:
Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22/03/2019 [17:18]:
Gürcüstanda şəhər meri vəzifəsinə Mixeil Saakaşvilinin həyat yoldaşının namizədliyi irəli sürüldü
22/03/2019 [16:54]:
Kamil dünən azadlığa çıxdı, bu gün yenə söyüş söydü - Video
22/03/2019 [16:52]:
Komandamızın intizamlı oynaması Elxan Məmmədovu təəccübləndirib
22/03/2019 [16:50]:
Belindən güllələndi, “özüm etmişəm” dedi
22/03/2019 [16:37]:
Axtarışda olan şəxs saxlanıldı
22/03/2019 [16:01]:
Müxalifət lideri: “Hakimiyyətə gəlməyimizə sayılı günlər qalıb”
22/03/2019 [15:59]:
Maşını həddən artıq yükləyən insanların ürəkləri ağıza gətirən görüntüləri -FOTOLAR
22/03/2019 [15:47]:
Balakən sakininin evindən silah və narkotik tapıldı -FOTOLAR
22/03/2019 [15:34]:
“Xarici ölkələrdə soyqırım muzeylərinin yaradılması faydalı olar”
22/03/2019 [15:25]:
Azercell əmək sərgisində - FOTO
22/03/2019 [15:24]:
Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22/03/2019 [15:09]:
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
22/03/2019 [15:03]:
"KVN teatrının hərdən Hacıbala Abutalıbovu yamsılamaları da ürəyimdən idi..."
22/03/2019 [14:56]:
"Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki..."
22/03/2019 [14:13]:
Sabahın hava PROQNOZU
22/03/2019 [14:10]:
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22/03/2019 [14:09]:
Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22/03/2019 [14:07]:
Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22/03/2019 [13:11]:
Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22/03/2019 [13:10]:
Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22/03/2019 [13:08]:
İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22/03/2019 [13:08]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - Ankarada ödül alanlar arasında Adil Əliyevlə Aqil Ələsgər də var
22/03/2019 [13:06]:
Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
22/03/2019 [13:05]:
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22/03/2019 [13:03]:
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22/03/2019 [12:58]:
Kənan “Benimle kal” paylaşdı - Berenlə boşanmaq istəmir?
22/03/2019 [12:56]:
“Boeing” şirkətinə növbəti zərbə - Milyardlıq müqavilə ləğv edildi
22/03/2019 [12:55]:
Yeyib-içdiyi evdə öncə qadını, sonra özünü bıçaqladı
22/03/2019 [12:53]:
Türkiyədən Trampın açıqlamasına reaksiya - “Daha çox faciəyə səbəb olar”
22/03/2019 [12:15]:
Üzü qırışmasın deyə qırx ildir ki, gülümsəmir -MARAQLI...
22/03/2019 [12:13]:
“Atamla anam eyni gündə doğulub...” -Elçin Şıxlı...
22/03/2019 [12:06]:
Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı...
22/03/2019 [12:04]:
“Tarixi filmlər tarixi yaddaş və milli-mənəvi məfkurə deməkdir”
22/03/2019 [11:58]:
Beytulla Hüseynovun azadlıqda ilk açıqlaması: "Eldar Mahmudovdan təbrik almadım və buna ehtiyacım da yoxdur"
22/03/2019 [11:36]:
“Vətənpərvərlik mahnıları ilə bağlı müsabiqələrin keçiriməsi arzuedilən olardı”
22/03/2019 [11:08]:
"Türk əsgəri S-300-ə görə Azərbaycana gəlir" - Xatilev
22/03/2019 [11:04]:
“Bir sənətkar kimi çox fərəhlənirəm ki, bizdə də belə gənclər yetişir...”
22/03/2019 [10:58]:
"Bakı Qarabağda ciddi uğurlar əldə etdi" - Şahnazaryandan şok
22/03/2019 [10:43]:
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”...
22/03/2019 [10:33]:
Azərbaycandan Gürcüstana sement ixracı azaldı
22/03/2019 [10:29]:
“Dedi ki, xəstə deyiləm, polad kimi canım var, amma...”
22/03/2019 [10:20]:
Maduro islamı qəbul edə bilər - Çavuşoğludan şok
22/03/2019 [10:13]:
Dünyanın hər yerində yaşayan azərbaycanlılar Novruzu Cocuq Mərcanlıda qarşıladı
22/03/2019 [10:12]:
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
22/03/2019 [10:09]:
Tramp bu torpaqları İsrailə "verdi" - Rusiyadan reaksiya
22/03/2019 [10:02]:
77 nəfəri öldürən terrorçunun kitabı öz ölkəsində satışa çıxarılıb
Bütün arxiv bir sırada
07/01/2019 [16:57] - Ədəbiyyat - ( 878 dəfə baxılıb)

"...Günəşi düyün vuraram gecənin hörüklərinə" - Sevinc Qərib deyir



Mənim düşüncə tərzimə görə, şeir elə əslində ulu sevginin ənənəvi mədəniyyətidi. Çünki o, milli mədəniyyət sisteminin özünə məxsusluğunu özündə ehtiva edən milli yaddaşın arxetipi sütunlarının üzərində dayanır. Poeziya hər zaman olduğu kimi günümüzdə də milli məfkurənin formalaşmasına birbaşa təsir edən daimi funksional-mədəni fenomendir. Ki, məndə bu fenomenol yurdun mərifəti və iffəti ilə seçilən şairlərindən birinin sözə müqəddəs münasibətindən, hadisələrə baxışından səf tutduğu misralarının yükü haqqında deyinəcəm...


Bir halda ki, haqqında söz açacağım xanım şair gecənin hörüklərinə günəşi düyün vurur , onda mən də o, düyünləri çözməyə çalışacam. 
Xanım şairin adı “hardasa o uzaqlardan” ta günümüzə qədər Sevinc Qəribmiş...
Yurd həsrətindən gecələri uyuyamayan Sevinc gecələrin misra-misra saçını hörərək asta-asta asiliyinin rəsmini belə çəkir:

Gecəyə saç hörürəm
zülmətin əlləriylə.
Uzanar gecənin
qaranlıq saçları
sabaha qədər.
Günəşi düyün vuraram
gecənin hörüklərinə.

(əbədi dərdlər, əbədi sevgilər və onların bükümünün açıqlanması yalnız şeirlə mümkündür) Çünki şeir həm dərdin, həm də sevincin qərami dilidi. Ruhu, sevgisi və kəndi rəngi olan sözün də öz sözü var ki, onun adına şeir deyirik.
O şeir ki, yuxusu qaçan adama da oxunur:

Kipriyini duyğularla qovuşdur,
Yuxu gözlərinə şeir oxusun.
Ürəyini sahmana sal, yığışdır
Düşüncən ruhuna yuxu toxusun.

...fikrimcə şeir müəllifinin yaddaşının ömrüdür, çünki o yaddaş ömrünü gerçək anlamda şair dışında deyil, içində yaşayır, yaşayır qalaq-qalaq qalaqlanan duyğularla. Gətirilən cümlələr Sevinc Qəribin bu konudakı mövqeyini ortalığa qoyur:

Qalaqlanan duyğular
düşər ruhun bətninə.
Ruh bədəni çalxalar,
dar qəfəsdə boğulmaz.
Sarar ruhu ağrılar,
fikirlər əzab çəkər.
Ruh hamilə qalmasa,
yeni şeir doğulmaz.

"...Günəşi düyün vuraram gecənin hörüklərinə"


Mənə görə Sevin Qəribin kitabının vərəqlərini təqvim yarpağı kimi hər çevirən oxucu fərqinə varar ki, bu şeirlər yalnız dalıb gedən gözlərdə, nur saçan üzlərdə deyil, duyğunun coşa gətirdiyi könüllərdə yaşayacaq qədər məsumdu... Çünki müəllifi axınla ədəbiyyata gələn bir nəslin ələnib, seçilən istedadlı nümayəndəsidi. Şeir o zaman gözəldi k, o öz tutum yükü ilə oxucunun zövqünü oxşamaqla həp estetik səviyyəsindən söz etdirir.
... Hər yazılan poeziya nümunəsinin içəriyi şairin könlündə sultan olan qəhrəmanlıq qırmancının ucundakı ədəbi həqiqətdir. 

Kölgəsiz otların çəməni kimi,
qəm döyüb saraldıb ömür bağımı.
İtən xəyalların dünəni kimi
geri vərəqləyib sənli çağımı.

Hərb tarixi qılınc zəfərləri ilə doludur, kultur və mədəniyyət tarixi isə qəlbin zəfəridir ki, bu müqəddəs missiyanın bələdçisi ədəbiyyatdır.
Şeir ədəbiyyatın milli iftixar nizamnaməsi olduğundan onun özündə epoxallıq ana xətt kimi nəfəs alır, yürüyüb gedir. 
Sevinc Qəribin şeirində muxtariyyət yoxdu, o tüm insanlığın adından, odundan danışır:

Tanrı ətəyində bir daşa dönəm,
Dolam göy üzünün bulud bətninə.
Daş ağrısı çəkə bulud, tərpənəm,
Doğulam daş kimi mən, yer üzünə.

Sevinc Qəribin şeirlərinin taleyinə köçəmən quş timsalı köçkünlük düşüb. Heç təsadüfi deyil ki, onun şeirlərinin misralarında gecələyən qəmin mayası hardasa o, uzaqlarda yaradanın insafsızlığına, həyatın amansızlığından və bir də taleyin qəddarlığına “çalasını” alır.

Hardasa o uzaqlarda 
bir qərib
vətənsizlikdən üşüyür.
Əynində isti paltarı,
evinin istisinə isti çatmaz,
yenə üşüyür...
üşüyür qışın qar dodaqlarının 
buza dönmüş öpüşü kimi
üşüyür son közü sönmüüş 
ocağın üşüyən ümidləri kimi.
Üşüyür...
Əyninə geyməyə Vətəni yoxdu..

Bu yazımla mən Sevinc Qəribin “hardasa o uzaqlarda” eşidilən şeirləri haqqında araşdırma aparmaq, orijinal fikir və mülahizələr barədə çözümləmə yapmaqdan daha çox onun yaradıcılığı barədə ümumi təsəvvür yaratmaq fikrindəyəm. Xanım şairin şeirlərinin özülündə Sevincin bəşəri qəmi gözükür... yoxsa niyə desin ki...

Qubardı, nisgildi ürəyim onsuz,
sən də qoşularsan dərd karvanıma.
Bu tale yöndəmsiz, bu qismət yönsüz,
get, dərdim önündə, dön sarvanına.

Sevinc Qərib istedadına, təvazökarlıq ortaqlıq etdiyi üçün onun şeirləri səmimidi və bundan dolayıdır ki, onları anlamaq, yön tutduğu hədəfi çözmək zaman məsrəfinə izdivac verir. Oxucunu düşündürmək şairin söz qüdrətinin dəyərini ortaya qoyur. Və onun bir şeirlik çimir almaq üçün yuxuya nə qədər rica etdiyində belə görünür.
Kipriyimə qonan gecə
yuxuları qısqandırma.
Çox demirəm, bircə gecə, 
heç olmasa bircə gecə
yerini ver yuxulara...
Gözlərimi yoran gecə
burax yuxuma dalım.
Yatım demirəm, eləcə
bir şeirlik çimir allm...

Şair xanımın hissləri elə səmimi, elə təbii dillə qələmə alınıb ki, onları oxuduqdan sonra, sonunda çox nöqtələr qoyulmuş acı bir təəssüf çəkməmək mümkün deyil.
...Sevincdə sevdaya olan eşq ilə vətənə olan sevgi əkizdi...
Mənim düşüncə tərzimə görə şairdə əsl olan qəlb tərbiyəsidir ki, o da Sevinc Qəribdə özünü hər məqam göstərir... Mənə belə gəlir ki, şeirin imanın kamala ərməsinə xidmət etməsini xanım şair çoxdan əxz etmiş... ki, bəlkə də... yoxsa... necə ağlına gətirə bilərdi ki...

Alasan əlinə mürəkkəbini
Düşəsən yolların ağ izlərinə.
Çəkəsən sınağa şair təbini, 
Sərəsən ruhunu kəhrizlərinə.

Və ya... Atasan özünü dəlisov çaya, 
Çəkə ürəyindən çıxara səni. 
Elə rast gətirə bir özgə taya, 
Özün tapmayasan özündə səni.

Günəş buludun arxasına keçəndə yay tənəffüs edib, nəfəsini dərdiyi kimi mən də şair xanımın şeirlərini oxuyanda ruhum tənəffüs edir:

Ruhum pərvaz-pərvaz, 
göyün üzü buludlu
Qorxuram...
qorxuram göylər 
ruhumu bəyənməyə, 
buluda dəyib düşəm yerə...
Ruhum avaz-avaz, 
sevdalar kar qulaqlı... 
Qorxuram... 
qorxuram duyan olmaz 
nəğmələr susar bu yaz...

Tam səmimiyyətlə deyirəm ki, Sevincin ruhunun sürgün yeri şeirləridi. Kölgə, kölgə sahibinə möhtac olduğu kimi ümumbəşəri poeziyada hürr qələm adamının blövlü zəkasına möhtacdı. Ədəbiyyatda qismət anlamı hər vaxt bir sonrakı sırada dayanır. Mənim düşüncəmə görə qismət fəhimsiz adamlara allahın fitrəsidir Sevincin şeirlərində qismətsə olur düşüncə forması yox dərəcəsində...Bəlkə də...yollar geri gələr,gətirər deyib özü-özüylə yolçuluğa çıxır...

Tutub özümün əlindən
gedəcəyəm buralardan. 
Qoy bu şəhər mənsiz
qalsın. 
Bir az ağlasın arxamca, 
bir az darıxsın. 
Yerim görünsün 
o tanış küçədə. 
İz qoyduğum o yollar da,
yaşadığım məhəllə də
həsrətimi çəksin bir az.

Son dönəmlər ürəksiz yazdığım yazılar heç gözümə dəymir... ürəklə yazdığım yazıların da bəzi bölümlərindən küsdüyüm anlar olmur desəm, doğru olmaz. Amma Sevinc Qəribin “Hardasa o uzaqlarda” şeirlər kitabı haqqında yazdığım bu nübarçalığı ruhumun diqtəsi ilə yazdım...
Yazdım ki, Sevinc Qəribin yaradıcılığı səs-küydən, ritorikadan uzaq, ruh və sevginin dolandığı Vətəndi...
Dilərəm “hardasa o uzaqlarda” qoyub gəldiyin uğur sənə yetişsin... Tutasan özünün əlindən.


Xaqani Abbasəli Öztürk,
AYB-nin üzvü, şair-publisist

İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
Məşhur bank işçiləri oyun oynadaraq seçəcək - MARAQLI
“Vətən Naminə Xalq Hərəkatı”nın Cəlilabad mərkəzi yaradılıb - Açıqlama...
Çılpaq yatmanın faydası - Araşdırma...
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
Maraqlı
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
Dünya
Maşını həddən artıq yükləyən insanların ürəkləri ağıza gətirən görüntüləri -FOTOLAR
Şou-biznes
"Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki..."
Maraqlı
Üzü qırışmasın deyə qırx ildir ki, gülümsəmir -MARAQLI...
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
“Rövşən Cavadov dedi ki, Qobl planının əleyhinə olduğumuzdan bizi məhv etmək istəyirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: modera[email protected]