Xəbər lenti
22/03/2019 [22:15]:
Amerikalı rəssam 7 dəqiqəyə Rəşid Behbudovun portretini çəkdi - VİDEO
22/03/2019 [22:13]:
Akkumulyator bomba kimi partladı - VİDEO
22/03/2019 [21:46]:
AŞPA sədri Ermənistana səfər edəcək
22/03/2019 [21:43]:
Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video
22/03/2019 [21:38]:
Türkiyədəki zəlzələdən inanılmaz görüntülər - VİDEO
22/03/2019 [21:14]:
Moskvada Kamaz sərnişinlə dolu taksinin üstünə aşdı - VİDEO
22/03/2019 [20:58]:
Çində turistləri daşıyan avtobus yandı
22/03/2019 [20:37]:
Dünyanı heyrətə salan sözlər: "Trampı İsrail üçün Tanrı göndərib"
22/03/2019 [20:30]:
Kanada parlamentində  “Artsax dostları” qrupu yaradıldı…
22/03/2019 [20:19]:
"Əli İnsanov heç zaman Qərbi Azərbaycanlıların lideri olmayıb və olmayacaq!"
22/03/2019 [20:16]:
İƏT Zelandiyada 2 məscidə terror hadisəsi ilə bağlı iclas keçirib
22/03/2019 [19:52]:
"Rəhmətlik Heydər Əliyev bu büstü sona qədər qorudu, amma..."
22/03/2019 [19:42]:
Həbibin növbəti döyüşünün vaxtı məlum oldu
22/03/2019 [19:35]:
İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO
22/03/2019 [19:30]:
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
22/03/2019 [19:23]:
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
22/03/2019 [19:20]:
Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli oldu
22/03/2019 [19:15]:
Türkiyəli müğənninin rus gəlini onu məhkəməyə verdi
22/03/2019 [19:06]:
Türkiyəli aparıcı boşandı, 6 milyon təzminat aldı
22/03/2019 [19:03]:
BMT-dən İsrailə ağır zərbə
22/03/2019 [19:00]:
İran XİN başçısı Türkiyəyə getdi
22/03/2019 [18:55]:
İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
22/03/2019 [18:41]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [18:39]:
Təhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMR
22/03/2019 [18:38]:
İran XİN rəhbəri Türkiyəyə gedir- Rəsmi səfər
22/03/2019 [18:15]:
“Bu dövlət fors-major hallarda belə ölkəmizi dəstəkləyəcək” -PROQNOZ
22/03/2019 [18:13]:
Məşhur bank işçiləri oyun oynadaraq seçəcək - MARAQLI
22/03/2019 [17:32]:
İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək
22/03/2019 [17:31]:
“Astana” futbol klubunun da adı dəyişir? - Nazirdən açıqlama
22/03/2019 [17:30]:
Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür
22/03/2019 [17:29]:
"MDB çərçivəsində dağlıq ərazilərin inkişafına dair qanunun bu il qəbul ediləcəyinə ümid edirik" -Rusiyalı nazir:
22/03/2019 [17:27]:
Kreml: "Trampın açıqlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər"
22/03/2019 [17:25]:
Ağakərimin müalicədən sonra fotosu yayıldı
22/03/2019 [17:21]:
Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22/03/2019 [17:18]:
Gürcüstanda şəhər meri vəzifəsinə Mixeil Saakaşvilinin həyat yoldaşının namizədliyi irəli sürüldü
22/03/2019 [16:54]:
Kamil dünən azadlığa çıxdı, bu gün yenə söyüş söydü - Video
22/03/2019 [16:52]:
Komandamızın intizamlı oynaması Elxan Məmmədovu təəccübləndirib
22/03/2019 [16:50]:
Belindən güllələndi, “özüm etmişəm” dedi
22/03/2019 [16:37]:
Axtarışda olan şəxs saxlanıldı
22/03/2019 [16:01]:
Müxalifət lideri: “Hakimiyyətə gəlməyimizə sayılı günlər qalıb”
22/03/2019 [15:59]:
Maşını həddən artıq yükləyən insanların ürəkləri ağıza gətirən görüntüləri -FOTOLAR
22/03/2019 [15:47]:
Balakən sakininin evindən silah və narkotik tapıldı -FOTOLAR
22/03/2019 [15:34]:
“Xarici ölkələrdə soyqırım muzeylərinin yaradılması faydalı olar”
22/03/2019 [15:25]:
Azercell əmək sərgisində - FOTO
22/03/2019 [15:24]:
Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22/03/2019 [15:09]:
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
22/03/2019 [15:03]:
"KVN teatrının hərdən Hacıbala Abutalıbovu yamsılamaları da ürəyimdən idi..."
22/03/2019 [14:56]:
"Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki..."
22/03/2019 [14:13]:
Sabahın hava PROQNOZU
22/03/2019 [14:10]:
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22/03/2019 [14:09]:
Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22/03/2019 [14:07]:
Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22/03/2019 [13:11]:
Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22/03/2019 [13:10]:
Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22/03/2019 [13:08]:
İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22/03/2019 [13:08]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - Ankarada ödül alanlar arasında Adil Əliyevlə Aqil Ələsgər də var
22/03/2019 [13:06]:
Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
22/03/2019 [13:05]:
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22/03/2019 [13:03]:
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22/03/2019 [12:58]:
Kənan “Benimle kal” paylaşdı - Berenlə boşanmaq istəmir?
22/03/2019 [12:56]:
“Boeing” şirkətinə növbəti zərbə - Milyardlıq müqavilə ləğv edildi
22/03/2019 [12:55]:
Yeyib-içdiyi evdə öncə qadını, sonra özünü bıçaqladı
22/03/2019 [12:53]:
Türkiyədən Trampın açıqlamasına reaksiya - “Daha çox faciəyə səbəb olar”
22/03/2019 [12:15]:
Üzü qırışmasın deyə qırx ildir ki, gülümsəmir -MARAQLI...
22/03/2019 [12:13]:
“Atamla anam eyni gündə doğulub...” -Elçin Şıxlı...
22/03/2019 [12:06]:
Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı...
22/03/2019 [12:04]:
“Tarixi filmlər tarixi yaddaş və milli-mənəvi məfkurə deməkdir”
22/03/2019 [11:58]:
Beytulla Hüseynovun azadlıqda ilk açıqlaması: "Eldar Mahmudovdan təbrik almadım və buna ehtiyacım da yoxdur"
22/03/2019 [11:36]:
“Vətənpərvərlik mahnıları ilə bağlı müsabiqələrin keçiriməsi arzuedilən olardı”
22/03/2019 [11:08]:
"Türk əsgəri S-300-ə görə Azərbaycana gəlir" - Xatilev
22/03/2019 [11:04]:
“Bir sənətkar kimi çox fərəhlənirəm ki, bizdə də belə gənclər yetişir...”
22/03/2019 [10:58]:
"Bakı Qarabağda ciddi uğurlar əldə etdi" - Şahnazaryandan şok
22/03/2019 [10:43]:
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”...
22/03/2019 [10:33]:
Azərbaycandan Gürcüstana sement ixracı azaldı
22/03/2019 [10:29]:
“Dedi ki, xəstə deyiləm, polad kimi canım var, amma...”
22/03/2019 [10:20]:
Maduro islamı qəbul edə bilər - Çavuşoğludan şok
22/03/2019 [10:13]:
Dünyanın hər yerində yaşayan azərbaycanlılar Novruzu Cocuq Mərcanlıda qarşıladı
22/03/2019 [10:12]:
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
22/03/2019 [10:09]:
Tramp bu torpaqları İsrailə "verdi" - Rusiyadan reaksiya
22/03/2019 [10:02]:
77 nəfəri öldürən terrorçunun kitabı öz ölkəsində satışa çıxarılıb
Bütün arxiv bir sırada
09/01/2019 [09:43] - Müsahibə - ( 767 dəfə baxılıb)

İtaliyalı bəstəkar: “Çahargah üzərində əsər yazanda Üzeyir bəydən faydalanmışam” - MÜSAHİBƏ



Almaniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, bəstəkar  Günay Mirzəyeva və həyat yoldaşı  italiyalı bəstəkar və təşkilatçı Françesko Macio Modern.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Günay xanım, sizi və həyat yoldaşınızı Azərbaycanda xoş gördük. Azərbaycanı Almaniyada necə təbliğ edirsiniz? Musiqilərimizi dinləməyə gəlirlərmi?

- Hər dəfə Azərbaycana həsr olunmuş layihə həyata keçirəndə almanlar daha çox bizi dinləməyə gəlir. Musiqimizlə həm almanları, həm də italyanları heyrətləndirə bilirik. Konsert zamanı həm muğamlarımıza, həm də xalq və bəstəkar mahnılarımıza yer veririk. Tez-tez almanlar üçün musiqi alətlərimizlə bağlı master-klasslar keçiririk. Çünki musiqi alətlərimiz haqqında çox az informasiyaya malikdirlər.

- Bildiyiniz kimi, futbolda olduğu kimi, musiqidə də siyasi çalarlar var. Cənubi Qafqaz regionunun münaqişə ocağı olduğunu, Qarabağ problemini  almanlara çatdıra bilirsinizmi?

- Düzü siyasətdən danışmağa çətinlik çəkirəm. Çünki siyasətlə yaxınlığım yoxdur. Ancaq musiqilərimlə Qarabağ münaqişəsini tanıtmağa çalışıram. Azərbaycan həqiqətlərini mədəni formada Almaniyada, İtaliyada təbliğ edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilir. Təbii ki, biz də öz dəstəyimizi  göstəririk. Hətta həyat yoldaşım Françesko Maceo Xocalıya həsr olunmuş musiqi əsəri də yazıb. Təbii ki bütün tədbirlərimizə  alman vətəndaşları qatılır. Amma siyasətdən danışmaq mənim sahəm deyil.


- Musiqi də mədəniyyətin bir növüdür. Elə musiqi vasitəsilə də siyasi məsələləri diqqətə çatdırmaq mümkündür.

- Əlbəttə. Musiqi vasitəsilə buna nail olduğumuzu deyə bilərəm.

-Almaniyada qaçqın düşərgələri mövcuddur. Xüsusilə suriyalılar barədə neqativ hallara yol verildiyi söylənilir. Müşahidə edərkən hansı qənaətə gəlirsiniz?

- Suriya qaçqınları orada daha çox məskunlaşıb. Yenə də söhbət siyasi müstəviyə doğru gedir. Detalları barədə danışa bilməyəcəyəm. Mənə görə çətin suallardır.

- O zaman başqa suallara keçid edək. Dediniz ki, musiqi təhsilinizi  Almaniyada davam etdirmisiniz.  Belə anladım ki, əsas fəaliyyətiniz də elə tələbəlik illərinizdən başlayıb.

- Uzun illərdir ki, Almaniyada yaşayıram. Musiqi təhsilimi də orada almışam. Bakıdakı musiqi konservatoriyasını bitirib Almaniyada magistr  təhsili almışam. 3 il olar ki, Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzini yaratmışam.

- İtaliyalı Françesko ilə tanışlığınız da bizim üçün maraqlıdır.

- Eyni musiqi məktəbində, eyni müəllimdən dərs almışıq. Elə ilk tanışlıqdan bizi musiqi, mədəniyyət  birləşdirib. Ona görə də aramızda sevgi və münasibət baş tutub. Onu da deyim ki, Françesko Azərbaycanı çox sevir. Hər ikimiz bəstəkarıq və ayrı-ayrılıqda təşkilat rəhbərləriyik. Azərbaycana tez-tez səfər edirik. Çünki fərqli layihələr həyata keçiririk. Konsertlər keçiririk. Azərbaycana həsr olunmuş layihələrlə tamaşaçı qarşısına çıxırıq. Bu təkcə musiqi yaxınlığı deyil, həm də ölkələrarası əlaqələrin  güclənməsidir.

- Bir evdə eyni anda İtaliya və Azərbaycan mətbəxinə  yer verə bilirsinizmi?

- Hər iki ölkənin mətbəxinə yer veririk. Bir gün Azərbaycan, bir gün də İtaliya mətbəxinin dadına baxırıq. Amma bizi birləşdirən əsas məsələ musiqidir. Çünki musiqinin daxilində bizə yaxın olan bir çox çalarlar var.

- Azərbaycan ənənələrinə uyğun davransaq, bir qızın xarici vətəndaşla nikaha girməsi birmənalı qarşılanmır. Ən azından, din fərqi əsas gətirilir. Sizin Françesko ilə ailə həyatı qurmağınıza ailələriniz necə razılıq verdi?

- Çox normal. Atam da musiqiçidir. Məşhur bəstəkar Musa Mirzəyevdir. Dünyanı gəzmiş insandır. Ona görə də italiyalı insanla ailə qurmağım ailəm tərəfindən normal qarşılandı.

- Yeri gəlmişkən, Françeskonun da  Azərbaycanla bağlı düşüncələrini öyrənmək istəyirik.  Françesko, Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Əla deyə bilərəm. Azərbaycanda dəfələrlə olmuşam. İnsanlarınız  italyanlara çox bənzəyir.  Ölkəniz zəngin mədəniyyətə, tarixə malik ölkədir. Bu da biz avropalıları, italyanları çox cəlb edir. İtaliya ilə Azərbaycan fərqli ölkələr olsa da, bizi bir çox məsələlər birləşdirir. Məsələn, nümunə kimi Qobustan qayaüstü rəsmlərini götürmək olar. Hətta, qayaüstü rəsmlərdən ilhamlanaraq  “Qobustan” əsəri yazmışam. Demək olar ki, mən də Günay xanım kimi, diaspor sahəsində çalışıram. Almaniyada “İtaliya mədəniyyət və idman mərkəzi”nin rəhbəriyəm.

- Xarici qonaqlardan mütləq mətbəximiz barədə də soruşuruq. Siz necə bizim mətbəximizi bəyənirsizmi? Xüsusi sevdiyiniz yeməklərimiz varmı?

- Badımcan yeməklərinizi və zeytununuzu xüsusi sevirəm. Onu deyə bilərəm ki, sizin badımcan tərəvəziniz İtaliyadakı badımcandan daha dadlıdır. Badımcan dolmanız da çox dadlıdır.

- Musiqiçi olduğunuz üçün bizim musiqilərə də marağınızı öyrənmək istərdik. Hansı muğam ifaçımızı tanıyırsız?

- Çahargah üzərində bir əsər də yazmışam. Onu yazmadan öncə Üzeyir Hacıbəyovun əsərlərindən faydalanmışam. Alim Qasımovun ifasını çox bəyənirəm. Hətta onunla bir neçə dəfə görüşmüşəm. Azərbaycanın üç rəngli bayrağına musiqi yazmışam. Düşünürəm ki, sevgi olmasa bu əsərlər yazıla bilməz.

- Günay xanım, bir az da Almaniyaya necə getməyiniz barədə danışın. Almaniyada  təhsil almağınız necə baş verdi?

- Almaniyaya getməyim cənab prezident İlham Əliyevin təşəbbüsü ilə baş vermişdi. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının prezident təqaüdçüsü, Ştutqard konservatoriyasının, Roma Santa-Çeçiliya Konservatoriyasının və Karlsrue konservatoriyasının məzunuyam. Hətta, dünya şöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq üzrə doktor dərəcəsi almışam

- Tez-tez səfər edə bilirsinizmi ölkəmizə?

- Əlbəttə. Konsertlər vermək üçün mütəmadi olaraq bura gəlirik. Səfirliyin dəstəyi ilə çoxlu layihələr edirik. Almaniyanın bir neçə şəhərində maraqlı konsertlər veririk. Onu da deyim ki, Azərbaycanın mədəniyyət tarixi dünyada yayılıb inkişaf edir. Biz də çalışırıq ki, xaricdə yaşadığımız müddətdə ölkəmizi, mədəniyyətimizi, dəyərlərimizi tanıdaq. 

- Qayıdaq diaspor fəaliyyətinizə. 3 ildir ki, təşkilat yaratmısız. Əvvəlki diasporla bugünkü arasında hansı fərqləri müşahidə edirsiz?

- Fərqi bu gün daha çox hiss edirəm. Çünki əvvəllər yaxınlıq yox idi. Özümüzü Diaspor Komitəsinə yad hesab edirdik. İndi isə gördüyünüz kimi Azərbaycanda konsert layihələri həyata keçirməyə gələndə mütləq Komitəyə də baş çəkirik. Komitənin sədri Fuad Muradov xaricdə fəaliyyət göstərən hər bir azərbaycanlıya dəstək olur. Səsimizi, problemlərimizi dinləyir. Fuad Muradovun komitəyə sədr təyin olunmasından sonra yeniliklər gözə dəyir. Bir çox ölkələrdə, soydaşlarımızın təşəbbüsü ilə, Koordinasiya Əlaqələndirici Şuralar yaradılıb.

Düşünürəm ki, bu, ölkəmiz üçün çox böyük addımdır. Gələcəkdə bu istiqamətdə maraqlı tədbirlər həyata keçiriləcək. Əvvəllər pərakəndəlik vardı. Amma Koordinasiya Şuralarının yaradılması pərakəndəliyi aradan qaldıracaq. Eyni zamanda, İşçi qrupları da fəaliyyətə başlayıb. Bu da xaricdə yaşayan azərbaycanlıların bir mərkəzdən idarə olunmasına imkan verəcək. 

Birgə işlərin nəticəsində ölkəmiz daha çox tanınacaq. Bu cür uğurlu işlərə görə Komitə rəhbərliyinə təşəkkür edirik. Eyni zamanda, ən böyük arzumuz diaspor təşkilatımızın dünyada tanınmasıdır. Bu ideyanı alqışlayırıq.

İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
Məşhur bank işçiləri oyun oynadaraq seçəcək - MARAQLI
“Vətən Naminə Xalq Hərəkatı”nın Cəlilabad mərkəzi yaradılıb - Açıqlama...
Çılpaq yatmanın faydası - Araşdırma...
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
Maraqlı
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
Dünya
Maşını həddən artıq yükləyən insanların ürəkləri ağıza gətirən görüntüləri -FOTOLAR
Şou-biznes
"Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki..."
Maraqlı
Üzü qırışmasın deyə qırx ildir ki, gülümsəmir -MARAQLI...
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
“Rövşən Cavadov dedi ki, Qobl planının əleyhinə olduğumuzdan bizi məhv etmək istəyirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə