Xəbər lenti
23/03/2019 [14:24]:
Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23/03/2019 [14:16]:
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23/03/2019 [13:57]:
Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz - VİDEO
23/03/2019 [13:55]:
"Ucuz akkumulyatorları uzun müddət istifadə etmək olmur"- Avtomobil üzrə mütəxəssis...
23/03/2019 [13:22]:
WhatsApp-da yeni funksiyalar olacaq
23/03/2019 [13:14]:
Evlərə qənim kəsilən 4 oğru tutuldu
23/03/2019 [13:02]:
Əfqanıstanda stadionda partlayış: qubernator və müavini yaralandı
23/03/2019 [12:52]:
“Ölkəmiz faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib”
23/03/2019 [12:51]:
Bakıda Novruz şənlikləri davam edir
23/03/2019 [12:36]:
Biləcərinin bir küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı
23/03/2019 [12:27]:
“Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb - Ekspertdən açıqlama...
23/03/2019 [12:13]:
Avropanı Asiya ilə birləşdirəcək dəmiryolunda tarixi gün...
23/03/2019 [12:09]:
İranda baş vermiş sel nəticəsində ölənlərin sayı 9-a çatıb
23/03/2019 [11:54]:
Gəncədə piyadanı maşın vurub
23/03/2019 [11:48]:
Milyoner 52 min dollar əmək haqqı ilə səyyah axtarır
23/03/2019 [11:44]:
Astananın adı Nur-Sultan oldu - RƏSMİ
23/03/2019 [11:38]:
Zurabişvili azərbaycanlılarla rus dilində danışmaq istəmədi
23/03/2019 [11:34]:
“Başa düşməliyik ki, Qarabağ Allaha yox, bizə lazımdır...”
23/03/2019 [11:27]:
Çikaqoda yaşayan azərbaycanlı müəllim FOTO
23/03/2019 [11:21]:
“Qazprom” Ukrayna üçün qazın qiymətini azalda bilər
23/03/2019 [11:16]:
Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?
23/03/2019 [11:12]:
Xəzər Universitetinin müəllimi xanım həmkarlarına qarşı "filosof"luq etdi və...
23/03/2019 [11:08]:
Zeynəb Xanlarovaya məxsus olduğu deyilən villanın görüntüləri yayıldı – FOTOLAR
23/03/2019 [11:05]:
Gəncə-Bakı qatarının sərnişinlərinə ŞAD xəbər
23/03/2019 [11:04]:
ABŞ yeni yüksək sürətli "Daring" helikopterini sınaqdan keçirdi VİDEO
23/03/2019 [11:01]:
15-16-cı əsrə aid qəbiristanlıq aşkar edildi - FOTOLAR
23/03/2019 [10:56]:
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTO
23/03/2019 [10:46]:
Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI
23/03/2019 [10:33]:
Üzeyir Moskvada döyülməsi xəbərinə reaksiya verdi
23/03/2019 [10:27]:
Azərbaycan deputatları ABŞ-a getdilər
23/03/2019 [10:18]:
Röyanın sorağı bu dəfə də Dubaydan gəldi - FOTO/VİDEO
23/03/2019 [10:16]:
Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
23/03/2019 [10:15]:
Gələn ay Çelyabinsk-Bakı aviareysi açılacaq
23/03/2019 [10:09]:
Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM
23/03/2019 [10:07]:
Müxbirin çəkdiyi foto sonu oldu — İntihar etdi
23/03/2019 [10:05]:
Merkellə Tramp telefonda müzakirə apardı
23/03/2019 [09:58]:
Bu gün hava necə olacaq?
23/03/2019 [09:45]:
Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır
23/03/2019 [09:43]:
Erməni silahlı bölmələri atəşkəsi 25 dəfə pozdu
23/03/2019 [09:38]:
NASA astronavtları açıq fəzaya çıxışı başa vurublar
23/03/2019 [09:33]:
Bakıda yanan mənzildə meyit tapıldı
23/03/2019 [09:30]:
Kürdəmirdə 10 yaşlı uşağı maşın vurdu
23/03/2019 [09:28]:
Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşdü - VİDEO
23/03/2019 [00:53]:
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
23/03/2019 [00:40]:
Dişi aslanların erkək şirlə savaşı videoya düşdü VİDEO
23/03/2019 [00:17]:
Litvada vertolyot qəzası baş verib
23/03/2019 [00:14]:
Londonda 74 milyard dollarlıq şübhəli mülklər tapıldı - Sahibləri kimdir?
23/03/2019 [00:12]:
Çində partlayış nəticəsində ölənlərin sayı 62-yə çatıb - VİDEO
23/03/2019 [00:07]:
Aşqabadda avtomobillərdə rəngli disklər qadağan edildi
22/03/2019 [22:40]:
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyinilən yanlış ayaqqabılar - MARAQLI
22/03/2019 [22:38]:
I qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
22/03/2019 [22:15]:
Amerikalı rəssam 7 dəqiqəyə Rəşid Behbudovun portretini çəkdi - VİDEO
22/03/2019 [22:13]:
Akkumulyator bomba kimi partladı - VİDEO
22/03/2019 [21:46]:
AŞPA sədri Ermənistana səfər edəcək
22/03/2019 [21:43]:
Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video
22/03/2019 [21:38]:
Türkiyədəki zəlzələdən inanılmaz görüntülər - VİDEO
22/03/2019 [21:14]:
Moskvada Kamaz sərnişinlə dolu taksinin üstünə aşdı - VİDEO
22/03/2019 [20:58]:
Çində turistləri daşıyan avtobus yandı
22/03/2019 [20:37]:
Dünyanı heyrətə salan sözlər: "Trampı İsrail üçün Tanrı göndərib"
22/03/2019 [20:30]:
Kanada parlamentində  “Artsax dostları” qrupu yaradıldı…
22/03/2019 [20:19]:
"Əli İnsanov heç zaman Qərbi Azərbaycanlıların lideri olmayıb və olmayacaq!"
22/03/2019 [20:16]:
İƏT Zelandiyada 2 məscidə terror hadisəsi ilə bağlı iclas keçirib
22/03/2019 [19:52]:
"Rəhmətlik Heydər Əliyev bu büstü sona qədər qorudu, amma..."
22/03/2019 [19:42]:
Həbibin növbəti döyüşünün vaxtı məlum oldu
22/03/2019 [19:35]:
İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO
22/03/2019 [19:30]:
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
22/03/2019 [19:23]:
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
22/03/2019 [19:20]:
Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli oldu
22/03/2019 [19:15]:
Türkiyəli müğənninin rus gəlini onu məhkəməyə verdi
22/03/2019 [19:06]:
Türkiyəli aparıcı boşandı, 6 milyon təzminat aldı
22/03/2019 [19:03]:
BMT-dən İsrailə ağır zərbə
22/03/2019 [19:00]:
İran XİN başçısı Türkiyəyə getdi
22/03/2019 [18:55]:
İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
22/03/2019 [18:41]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [18:39]:
Təhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMR
22/03/2019 [18:38]:
İran XİN rəhbəri Türkiyəyə gedir- Rəsmi səfər
22/03/2019 [18:15]:
“Bu dövlət fors-major hallarda belə ölkəmizi dəstəkləyəcək” -PROQNOZ
22/03/2019 [18:13]:
Məşhur bank işçilərini oyun oynadaraq seçəcək - MARAQLI
22/03/2019 [17:32]:
İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək
22/03/2019 [17:31]:
“Astana” futbol klubunun da adı dəyişir? - Nazirdən açıqlama
Bütün arxiv bir sırada
09/01/2019 [11:42] - Köşə - ( 3773 dəfə baxılıb)

“Bəlkə daşı-divarı bəzəmək yerinə  ayağımızın altını bərkidək?..- Axı çökürük!..”

Yolkamızın ucalığı ilə yox, mənəviyyatımızın ucalığı, maaşlarımızın yüksəkliyi ilə fəxr etməliyik...
Sultan Laçın

...Bir gün Kəbə Evinin hacibləri(qapıçı, xidmətçi)  dövrün xəlifəsi  Ömər ibn Əbdüləzizin(717-720-ci illər) qəbuluna gələrək müraciət edirlər ki, özündən öncəki xəlifələr kimi Kəbənin yeni, daha bər-bəzəkli, bahalı örtüyünün hazırlanması və bunun üçün pul ayrılması barədə əmr versin. Xəlifə onlara belə cavab verir:

 

-Mən hesab edirəm ki, Kəbənin örtüyünə xərclənəcək məbləğ ac qarınları  doyuzdurmaq üçün  xərclənməlidir. Çünki bu iş Allah Evinin örtüyündən də vacibdir...


Tarixi faktlar da göstərir ki, dünyaya məhz bu cür, əsl müsəlman hökmdarı kimi yanaşması sayəsində xəlifə Əbdüləzizin apardığı iqtisadi islahatlar nəticəsində əhalinin yaşayış səviyyəsi qalxdı və xilafətdə praktiki olaraq miskin qalmadı. İnsanlar elə yaxşı yaşayırdılar ki, zəkat verməyə yoxsul tapmaq çətin olurdu. Məmur özbaşınalığını aradan qaldırmaq üçün o, bütün dövlət məmurlarının məvacibini qaldırdı. Bundan əlavə, xilafətin bütün əyələtlərinə Ömərin bu əmri göndərilmişdi: "Kimə zülm edilibsə, yanıma icazəsiz girsin". Maraqlısı budur ki, qanun şikayətçinin məsаfədən asılı olaraq, 100 dirhəmdən 300 dirhəmə qədər olan yol xərclərinin ödənilməsini də nəzərdə tuturdu...

Alim və tədqiqatçılar tam təminata götürülmüşdülər. Ömər hesab edirdi ki: " Maliyyə problemləri elmi axtarışları yayındırmamalıdır".

Ömər ədalətsiz idarə edənləri və dövlət vəsaitlərini israf edən əmir və məmurları vəzifədən kənarlaşdırırdı. Dinindən asılı olmayaraq borclu olan hər xilafət sakini dövlətin təşkil etdiyi xüsusi fondların hesabına borcunun verilməsi zəmanətini alırdı. Ailə qurmaq istəyib, buna imkanı olmayan hər kəs xəzinədən lazımi məbləği alırdı... Və s. və i.a.

 

...Bu gün dünyada və təəssüf ki, daha çox bir sıra müsəlman hesab edilən ölkələrdə  o qədər israfçıılığa, yersiz, mənasız xərclərə yol verilir ki...  Vaxtilə xəlifə Ömər ibn Əbdüləzizin xilafətdəki acları doyurmağı  örtüyünü dəyişməkdən üstün tutduğu Kəbənin ətrafında nə qədər möhtəşəm tikililər ucaldılıb, neçə məscidlər, müqəddəslərin məzarları qızıla, brilyanta bəzlənib. Amma  Fələstində, Yəməndə, Suriyada, Əfqanıstanda, İraqda, Liviyada, neçə-neçə Afrika ölkəsində və s. milyonlarla müsəlman, körpə, uşaq, qadın, qoca aclıqdan, susuzluqdan əzab çəkir, dünyasını dəyişir... Yəməndə müharibədən, aclıqdan, susuzluqdan, xəstəlikdən zülmlər çəkən binəva müsəlmanın nəyinə lazımdır ki, Dubayda  Bürc xəlifəsi, Malayziyada filan göydələn  dünyada ən uca tikililərdir...

 

Nə yazıqlar ki, Azərbaycan da Şərq dünyasını da ağuşuna almış bu mənasız zahiri gözəllik yarışmalarından kənarda qalmır... Elə hər şey qadınlarımızın gözəlliyinə münasibətdən başlayır. Türk, müsəlman qadınlarını lütləndirib milyonlarla yad kişinin önünə çıxarırıq ki, bunlar arasında “ən gözəl”ini seçin... Amma batini gözəllik çoxumuzu əsla maraqlandırmır; şəhvət və şöhrət hissi hər şeyi üstələyir...

 

Halbuki, ön planda xalqın dolanışığı və mənəvi yüksəlişi olmalıdır. Əgər rayonda yaşayan bir yoxsul ailə sahibi ayda  80-100  manata qənaət edib  uşağı ilə bərabər Bakı bulvarına gəlib  Bayraq meydanına gedə bilmirsə, onun nəyinə lazımdır ki, burada ucaldılmış Azərbaycan bayrağı dünyada ən ucalardan biridir və ya paytaxtımızdakı yolka MDB məkanında ikincidir... (Hələ Bakının özündə yaşayanların xeyli hissəsi də ayda-ildə bir dəfə övladlarıyla şəhərə gəzməyə çıxmağa cürət edir)...

 

Yaxud, 30 ilə yaxındır, torpağını, dədə-baba evinin xarabalığını, dağını, meşəsini, çəmənini görmək eşqi ilə ürəyi infarkt olan vətənpər qaçqının, köçkünün paytaxtdakı 33(!) mərtəbəli “alov qüllələri”nin möhtəşəmliyi, gözəlliyi nəyinə gərəkdir...  Onu maraqlandırmır ki, bayrağımız dünyada ikinci, yolkamız MDB-də ikinci yeri tutur. Ona Murovun, Dəlidağın, Kirsin,  İşıqlı dağın, Hoçazın, Sarıbabanın, Ziyarət dağının gözəlliyi lazımdır... O qaçqın da, ölkəmizin hər bir qeyrətli vətəndaşı da  həmin Azərbaycan bayrağının adı çəkilən zirvələrdə dalğalanacağı günü gözləyir...

 

Əlbəttə, şəhərlərə, o cümlədən Bakıya zahiri gözəllik, təmizlik gərəkdir. Şəhər xaricdən gələn qonaqları cəlb etməlidir ki, büdcəmizə gəlir gətirən turistlərin sayı artsın. Fəqət, öncə ac qarınları doyurmaq gərəkdir. Bayrağımızın, göydələnlərimizin  ucalığından öncə mənəviyyatımızın, əxlaqımızın, həmçinin, qazancımızın, maaşımızın yüksəkliyi  vacibdir... Və Allah gözəlliyi, təmizliyi sevsə də, israfçılığı, haramçılığı sevmir...

 

Son 15-20 ildə Azərbaycanda  vacib, əhəmiyyətli tikinti, təmir işləri ilə yanaşı, kifayət qədər lazımsız, yersiz xərclərə də  yol verilib və bu gün də  həmin tendensiya davam edir. Təəssüf ki, burada korrupsioner məmurların haram gəlir götürmək üçün məsələn, yolların asfalt, səkilərin daş örtüyünün uzaqbaşı, 2-3 ildən bir dəyişdirilməsinə şərait yaratmaq, filan tikintinin tenderini udub oradan milyonlar “qatlamaq” marağı da özünü göstərir... 

 

Hansısa yüksək vəzifəli məmur bizimlə razılaşmırsa, buyursunlar, dərviş-libas olaq, yanımıza da bir neçə neytral, obyektiv,  gözükölgəli olmayan xarici mütəxəssis götürək və Bakıdan başlayaraq şəhərlərimizi, yollarımızı, küçələrimizi, səkilərimizi gəzək, binalarımıza, parklarımıza və s. bir-bir baxaq və harada israfçılığa, artıq xərclərə yol verildiyini göstərək...

 

Məlumunuz olsun ki, biz sözü kimlərəsə yarınmaq, kimlərəsə bədxahlıq etmək niyyəti ilə deyil, yalnız Allah rizası üçün deyirik. Bəli, şükür Allaha, Azərbaycanda yaxın ətrafdakı Suriya, İraq, Əfqanıstan və s. kimi xaos, qırğın hökm sürmür. Amma kifayət qədər problemlər var.  Sözsüz ki, ən böyük problem torpaqlarımızın işğaldan azad edilməsidir. Bunu da  beynəlxalq güclərin ümidinə buraxmışıq.  Amma digər problemləri müstəqil(!) ölkə kimi özümüz həll etmək iqtidarındayıq. Bunlar əsasən  mənəvi və iqtisadi, kommunal sahələrdədir. Mənəvi-əxlaqi sahəyə dəyər vermək üçün televiziyalardakı verilişlərə, barlardakı, gecə klublarındakı, otellərdəki, sauna, massaj salonlarındakı və s. hoqqalara baxmaq kifayərdir. Demək olar ki, 30-40 ilin Azərbaycanı ilə müqayisədə ciddi çöküş gedir... 

 

İqtisadi sahədə neft-qazdan gələn gəlirləri,  bayrağımızın, yolkamızın ucalığını müəllimin, həkimin, alimin və s. zəhmət haqqı ilə, eləcə də aqrar sahənin inkişafı ilə obyektiv müqayisə etsək, yenə çöküş getdiyini görərik...

 

Kommunal sahədə son onilliklərdə xeyli texnoloji uğurlar əldə edilib. Amma paytaxta və digər iri şəhərlərimizə, rayon mərkəzlərinə bir az yağış, qar yağan kimi “yeraltı” problemlər üzə çıxır. Yəni, yağış kanalizasiya sistemi ölkədə bərbad vəziyyətdədir...

 

O günləri Sumqayıtda 50-60 ildi təmir olunmamış, dəyişdirilməmiş kanalizasiya xətləri ucbatından çökən bir yolu görəndən sonra bir daha əmin oldum ki, bu sahədə sözün əsl mənasında çökürük. Belə hallar son illər, son aylar Bakıda da dəfələrlə baş verib... Odur ki, beynimə ani olaraq bir çağırış gəldi: “Bəlkə üz-gözümüzə, üst-başımıza, çölə-bacaya, daşa-divara bəzək vurmaq yerinə, ayağımızın altını bərkidək. Axı çökürük!..”

 

Bunu sadə, ibtidai savadlı bir vətəndaş, dağda çoban  da anlayır ki, qeyd etdiyimiz lüzumsuz tikililər-filanlara, təmirlərə, korrupsiya əməliyyatlarına,   hər bayramda-tədbirdə göyə sovrulan atəşfəşanlıqlara çəkilən milyonlar hesabına şəhərlərimizin kanalizasiya sistemini də yüksək səviyyədə qurmaq, eləcə də rayonlarda kənd təsərrüfatının inkişafına,  maaşlarımızın, pensiyalarımızın indikindən azı 3 dəfə çox artımına nail olmaq mümkün idi. Yəni həm gerçək, həm məcazi mənada ayağımızın altını bərkidə bilərdik...

 

Məddahlar, yaltaqlar baş qaldıra bilər ki, əşşi, bunlar kimdir e, gözləri Azərbaycanın inkişafını götürməyən xarici, daxili güclərlə əlbirdirlər. Möhtərəmlər, İmamlardan biri buyurur ki, mənim əsl dostum günahlarımı, səhvlərimi gizlədərək məni yalandan tərifləyən yox, onları üzümə söyləyib məni doğru yola yönəldəndir...  Bizlər üçün Allahdan sonra ən yaxın dost dövlətimiz, xalqımızdır. Odur ki, gördüyümüz, anladığımız nöqsanları deməyi özümüzə borc bilirik... Gerisi isə təqdiri-ilahidir... Və sizin dediyinizin əksinə, ölkədəki səhv və nöqsanları, günahları, haramçılıqları, korrupsiya, məmur özbaşınalığı və s. hallarını  gizlətdikcə onlar toplaşaraq düşmən güclərin əlində ölkədə  xaos yaratmaq üçün partadılacaq "bomba"ya çevrilir...     

 

 

 

 

Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
Dişi aslanların erkək şirlə savaşı videoya düşdü VİDEO
“Vətən Naminə Xalq Hərəkatı”nın Cəlilabad mərkəzi yaradılıb - Açıqlama...
Çılpaq yatmanın faydası - Araşdırma...
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Ucuz akkumulyatorları uzun müddət istifadə etmək olmur"- Avtomobil üzrə mütəxəssis...
Cəmiyyət
15-16-cı əsrə aid qəbiristanlıq aşkar edildi - FOTOLAR
Mədəniyyət
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyinilən yanlış ayaqqabılar - MARAQLI
Cəmiyyət
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
Maraqlı
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Paşinyanın arvadı Azərbaycan şəhərində  əri ilə sərbəst çəkdirdiyi fotoları paylaşdı…
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə