Xəbər lenti
20/06/2019 [15:51]:
“Azərbaycanın qaçqın problemi onların yadlarına da düşmür” – Millət vəkilindən ağır ittihamlar...
20/06/2019 [15:51]:
Fəzail Ağamalı qaragüruha səsləndi: “Bu sərəncamlar doğrudan sizi utandırmır?”
20/06/2019 [15:49]:
"Rektorların seçilməsi universitet kollektivinə qütbləşmə gətirə bilər" - İlin rektoru
20/06/2019 [15:45]:
BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirildi - FOTOLAR
20/06/2019 [15:41]:
"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir"
20/06/2019 [15:39]:
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq
20/06/2019 [15:38]:
İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görüldü
20/06/2019 [15:37]:
Kosmonavtların maaşı – 130 min dollar…
20/06/2019 [15:36]:
Fiziki əngəlli dahi fizikin dünyanın sonu ilə bağlı dəhşətli proqnozları - MARAQLI...
20/06/2019 [15:34]:
Cəlil Xəlilov: “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir”
20/06/2019 [15:33]:
İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı açıqlama
20/06/2019 [15:30]:
Qarabağda göy qurşağı altında erməni xaçı...-FOTOLAR
20/06/2019 [15:26]:
"Mən də toylarda iştirak etmişəm, amma efirdə toy mahnılarını ifa etməmişəm, çünki..."
20/06/2019 [15:24]:
Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı
20/06/2019 [15:21]:
MN şöbə müdiri: "Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı"
20/06/2019 [15:07]:
"Tarqovı"da qızlar arasında kütləvi dava – VİDEO
20/06/2019 [14:57]:
Gəncədə Ermənistanın regional təhdidi müzakirə olundu
20/06/2019 [14:56]:
Gömrükdə 3000 ədəd "King" markalı siqaret aşkar olundu
20/06/2019 [14:54]:
Külli miqdarda elektronika malları və ətirlər aşkar edildi
20/06/2019 [14:52]:
Putin 17-ci dəfə xalqın suallarını cavablandırır
20/06/2019 [14:48]:
Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlandı
20/06/2019 [14:47]:
Nazir maaş artımının inflyasiya yaradıb-yaratmayacağından DANIŞDI
20/06/2019 [14:42]:
“Bizi kimsə qorxuda bilməz” – Bu ölkə yeni əsgər tabutları həsrətindədir...
20/06/2019 [14:28]:
Azərbaycanda hərbi radar sistemlərinin istehsalı ehtimalı düşməni qorxuya salıb
20/06/2019 [14:21]:
“Dövlətimizin bu addımına görə muğam ifaçıları kimi çox sevinirik...”
20/06/2019 [14:13]:
Sumqayıtın yubileyinə töhfə: Muğam Mərkəzi və kinoteatr tikilir
20/06/2019 [14:12]:
"İlham Əliyev xalqın onu sevdiyi qədər onun da xalqını sevdiyini bir daha sübut etdi"
20/06/2019 [14:10]:
Sumqayıtda “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirildi
20/06/2019 [14:04]:
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
20/06/2019 [14:03]:
Serbiyada Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər həyata keçirildi
20/06/2019 [14:02]:
Bakıda qanlı hesablaşma – Küçədə kişini belə bıçaqladılar – VİDEO
20/06/2019 [13:51]:
"Estetik mədəniyyəti özündə ehtiva edən AzTV-də incəsənətimizə ucuz nümunələrin nümayişinə yol verilmir"
20/06/2019 [13:40]:
Hafiz Hacıyev: "Bu müsahibədən sonra məni öldürə bilərlər" (VİDEO)
20/06/2019 [13:38]:
Sabahın HAVASI: Şimşək çaxacaq, dolu düşəcək
20/06/2019 [13:36]:
Bu günədək 460 min hektarda taxıl biçini aparılıb - SİYAHI
20/06/2019 [13:26]:
DİM: 726 şagird və abitutiyentin qiymətində dəyişiklik edilib
20/06/2019 [13:25]:
Koçaryanın sağ əli ölkədən qaçmaq istədi, təyyarədən düşürdüldü
20/06/2019 [13:24]:
Sevda: "İki ay əvvəl boşanmışıq, subayam"
20/06/2019 [13:23]:
Ermənilərin törətdiyi yanğın təmas xəttində qəbiristanlığa keçib - FOTO
20/06/2019 [13:21]:
Çingiz Qənizadə seçicilərinə söz verdi
20/06/2019 [13:19]:
Gürcüstan parlamentinin sədri Azərbaycana gəlib
20/06/2019 [13:18]:
Oqtay Əsədov: “Silahlı münaqişələr əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır”
20/06/2019 [13:13]:
Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır
20/06/2019 [13:08]:
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO
20/06/2019 [13:08]:
UNEC-də Dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olunub
20/06/2019 [13:06]:
İyunun 23-də 24028 abtituriyent I və IV qruplar üzrə imtahan verəcək
20/06/2019 [13:04]:
15 aylıq evlilik bitdi, boşanırlar
20/06/2019 [13:03]:
Bələdiyyə sədri barədə protokol tərtib edildi
20/06/2019 [13:02]:
Britaniyanın baş naziri postuna seçkilərin III turu keçirildi
20/06/2019 [13:02]:
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu
20/06/2019 [13:00]:
Dostuna görə 8 milyondan imtina etdi
20/06/2019 [12:52]:
Vaşinqton görüşü ərəfəsində Paşinyandan müharibə bəyanatı
20/06/2019 [12:48]:
Kaşıkçı qətlinin səs yazısı yayıldı: "İlk dəfədir, cəsədi yerdə kəsirəm"
20/06/2019 [12:46]:
Qazaxıstanda təyyarə qəzası: ölən və yaralılar var
20/06/2019 [12:31]:
“Hansısa böyük televiziya kanalı ürəklənib, dəvət etsə, bu barədə düşünərəm” – Alim Qasımov
20/06/2019 [12:17]:
“Bu cür halların qarşısını almaq üçün bələdiyyələrdə qadın otaqları yaradılmalıdır...”
20/06/2019 [11:53]:
“Təəssüflər olsun ki, istehlakçıların hüquqlarını qoruyan dövlət xidməti bu məsələlərin həllində acizlik göstərir...”
20/06/2019 [11:45]:
Məxfi görüş: İstanbul seçkisi ləğv edilir? – Sensasiya
20/06/2019 [11:30]:
"Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır"
20/06/2019 [11:19]:
“Restoranda ofisiant işləyirdim...”- Muğam müsabiqəsinin qalibi...
20/06/2019 [11:18]:
Bakıda polisləri bir-bir gizli kameraya çəkdilər - VİDEO
20/06/2019 [11:09]:
Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat
20/06/2019 [11:08]:
BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olublar- FOTO
20/06/2019 [11:07]:
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
20/06/2019 [11:06]:
Məşhur xanəndəmiz Türkiyədə vəfat etdi - VİDEO
20/06/2019 [10:41]:
Kanadada meşə yanğınları 9 mindən çox insanı evsiz qoyub
20/06/2019 [10:32]:
Dövlət Departamenti Camal Qaşıqçı işinə görə Ər-Riyadı təhdid edib
20/06/2019 [10:30]:
Vaşinqton Ankaraya qarşı sanksiyalar hazırlayır
20/06/2019 [10:28]:
“Təhsili də məzhəkəyə çeviriblər” - Şagirdlərə medalları şoumen Murad Dadaşov verdi...
20/06/2019 [10:23]:
Evlərdəki odlu silahlar - Ağstafadakı olayda “Kalaşnikov” müəmması
20/06/2019 [10:01]:
Sabiq nazirin Londonda xeyli mal-mülkü aşkarlandı
20/06/2019 [09:34]:
Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al
20/06/2019 [09:25]:
İsveçrə şirkəti tezliklə  Ermənistanda qızıl zavodu açacaq... 
20/06/2019 [09:05]:
Tramp G20 sammitində Putinlə görüşəcək
20/06/2019 [09:04]:
Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə edir
20/06/2019 [08:57]:
Bakı-Qazax şosesində üç mikroavtobus toqquşub: yaralılar var
20/06/2019 [08:55]:
Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
20/06/2019 [08:54]:
Maliyyə naziri: "Biz böyük inflyasiya təzyiqlərini görmürük"
20/06/2019 [08:53]:
Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub - Son 4 ayda
20/06/2019 [08:50]:
İrandan iddia: ABŞ-ın pilotsuz aparatı vurulub - YENİLƏNİB + FOTO
Bütün arxiv bir sırada
11/01/2019 [15:15] - Kriminal - ( 1457 dəfə baxılıb)

Generalın oğurluqda suçladığı keçmiş xanımı ölkədən belə qaçıb - "Onu və uşaqlarını Gürcüstana keçirdik"



Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.

Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusubun və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib.

Onlar barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.

Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.

Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Fərid Yusub özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib.

O söyləyib ki, istintaq dövründə də ifadə verməyib və heç bir sənədə qol çəkməyib. Prosesin davamında F.Yusubun 2018-ci ilin avqust ayının 18-də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Həmin ifadəsində Fərid Yusub söyləyib ki, 2008-ci ildən Rusiyaya köçüb və orada ticarətlə məşğul olub.

O, bu iş üzrə heç nə bilmədiyini, bacısından uzun müddətdir xəbər almadığını bildirib:

"Bacım Emin Şəkinski ilə 1998-ci ildə evlənib. Onlar 2008-ci ildə ayrılıblar. Ailə məsələlərindən xəbərsizəm. Bu işdə adı keçənlərdən yalnız bacım Gülnarəni tanıyırdım, digər şəxslərlə əlaqəm olmayıb. Bacım isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməyib. Evdən aparılan 60 min manat pul isə bacım Gülnarənin özünün olub. Bunun Emin Şəkinskiyə heç bir əlaqəsi yoxdur".

Suallara cavab verən F.Yusub bacısı ilə 2014-cü ildə Gürcüstanda olan zaman danışdığını deyib. O bildirib ki, Belarusdan gələrək bacısı ilə görüşüb, amma onun ölkəni necə tərk etdiyini bilməyib.

"Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın adı keçən iş üzrə ittiham edilirəm. Həbsimdən 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var".

Məhkəmənin davamında Fərid Yusub prokurorun suallarına cavab verməkdən imtina edib. Daha sonra şahid qismində sabiq polis əməkdaşı Namiq Camalov dindirilib.

N.Camalov bu iş üzrə 2014-cü ildə həbs edildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddərinə azadlıqdan məhrum edildiyini bildirib.

O, 3 il 6 ay cəza çəkdikdən sonra 2017-ci ildə azadlığa çıxdığını söyləyib.

Saxta sənəd hazırlanmasında ittiham edilən N.Camalov bunları deyib:

"Binəqədi Rayon Polis İdarəsində işləyirdim. Məni Gülnarə Şəkinskaya ilə Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev tanış etdi. Gülnarə xanımı Bərdə rayonundakı qeydiyyat şöbəsinə öz maşınımla aprıb, saxta sənədlərin hazırlanması üçün Şəfiqə xanımla tanış etdim. Sonra bir neçə şəxslə onu və uşaqlarını Gürcüstana keçirdik. Mənə bunun müqabilində 5 min manat pul verdi. Fərid Yusubu tanımıram, onu heç vaxt görməmişəm. Mən həbs ediləndə ittihamda Fəridin adı da var idi".

Növbəti məhkəmə iclası yanvarın 18-nə təyin edilib.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.(musavat.com)

loading...
loading...
Adını məşhur “Forbes” jurnalında görmək istəyən sumqayıtlı şagird - FOTOLAR
Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”
Həbs olunmaq üçün bananı "cinayət aləti" kimi göstərdi - MARAQLI
“Müəllimlərin maaşının artırılması yaxın zamanda öz faydasını göstərəcək”
Narkotik satıcısı professor çıxdı - İNANILMAZ...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Azərbaycanın qaçqın problemi onların yadlarına da düşmür” – Millət vəkilindən ağır ittihamlar...
Gündəm
Qarabağda göy qurşağı altında erməni xaçı...-FOTOLAR
Cəmiyyət
“Bu cür halların qarşısını almaq üçün bələdiyyələrdə qadın otaqları yaradılmalıdır...”
Cəmiyyət
“Təəssüflər olsun ki, istehlakçıların hüquqlarını qoruyan dövlət xidməti bu məsələlərin həllində acizlik göstərir...”
Gündəm
Düşmən basdırdığı minanı çıxarmaq üçün 1,5 milyon alacaq: ABŞ-dan separatçılara yardım
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
“Xüsusi təyinatlılarımızı Azərbaycan sərhəddində cəmləmişik” – Savaş qapımızda...
Xalq artistinin ailəsində xoş gün - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)