Xəbər lenti
17/07/2019 [10:29]:
Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI
17/07/2019 [10:28]:
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb
17/07/2019 [10:27]:
Conni Kleq vəfat etdi
17/07/2019 [10:22]:
Hərbi birlikdə təlim-metodiki toplantı keçirildi
17/07/2019 [10:20]:
İranda zəlzələ oldu
17/07/2019 [10:19]:
Bu il Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək
17/07/2019 [10:16]:
Trampın “irqçi açıqlaması”nın Nümayəndələr Palatasında səsə qoyulacaq
17/07/2019 [10:14]:
İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi
17/07/2019 [10:14]:
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb
17/07/2019 [10:12]:
Maşını “moyka”ya verərkən diqqətli olun! - Rəsmi xəbərdarlıq
17/07/2019 [10:11]:
S-400-ləri Ankaraya gətirən təyyarələrlə bağlı ilginc faktlar
17/07/2019 [10:06]:
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralandı
17/07/2019 [10:02]:
“Günay, Nigar və Damla qarşımda dura bilməz” - Şəbnəm Tovuzlu
17/07/2019 [10:00]:
Soyunub özünü 4-cü mərtəbədən atdı - Dəhşətli faciə - FOTO
17/07/2019 [09:58]:
Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT
17/07/2019 [09:55]:
Bu ilin əvvəlindən Azərbaycanda mobil rabitəyə 422 milyon manat xərcləndi
17/07/2019 [09:47]:
Ərzaq, tütün, içki BAHALAŞIB
17/07/2019 [09:46]:
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət etdi
17/07/2019 [09:42]:
Bu il Azərbaycanda 1238 əkiz, 36 üçəm doğuldu
17/07/2019 [09:40]:
Xan sarayındakı hadisədə ölən müəllimənin - VİDEO
17/07/2019 [09:36]:
Cəbhədə nisbi sakitlikdir
17/07/2019 [09:33]:
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatdı
17/07/2019 [09:30]:
Azərbaycan əhalisinin sayı açıqlandı
17/07/2019 [09:26]:
Avtovağzal 5 yaşlı uşağa satılan biletin pulunu geri qaytardı - kassir cəzalandırıldı
17/07/2019 [09:23]:
Seyfulla Mustafayevdən Mirşahin Ağayevin fikirlərinə sərt REAKSİYA...
17/07/2019 [09:17]:
Azərbaycanda qoruqlarla bağlı - YENİ QAYDALAR
17/07/2019 [09:03]:
Zəngilanda sülənən ermənilərin evi  yanıb kül oldu...
17/07/2019 [08:43]:
Qaxda 11 yaşlı qızı it dişlədi
17/07/2019 [08:41]:
Hindistanda daşqın zonasında 5 milyondan çox insan qaldı
17/07/2019 [08:05]:
Türkiyə kəşfiyyat və qazıntı işlərinin davamı üçün 4-cü gəmisini yollayacaq
17/07/2019 [08:04]:
Zelenski 22 məmuru işdən çıxardı
17/07/2019 [08:01]:
6 yaşlı müsəlman uşaq  daha iki dünya rekordu qırdı-FOTOLAR
17/07/2019 [07:58]:
Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə qeydə alındı
17/07/2019 [07:24]:
“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar” - Yenə toqquşdular
17/07/2019 [07:20]:
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
17/07/2019 [07:18]:
Moskvada retro tramvayların paradı keçirilib - VİDEO
17/07/2019 [06:55]:
İbadətin əsil sirri nədədir?..
17/07/2019 [06:47]:
Mayk Pompeo Yaxın Şərqdəki qeyri-sabitliyin yaşanmasında İranı qınadı
17/07/2019 [06:44]:
Beşi xarici vətəndaş olmaqla altı nəfərin həyatı xilas edildi
17/07/2019 [06:41]:
Almaniyanın yeni müdafiə nazirinin adı məlum oldu
17/07/2019 [06:38]:
ABŞ-da Perunun sabiq prezidenti həbs olundu
17/07/2019 [00:52]:
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
17/07/2019 [00:45]:
Aİ Komissiyasında ilk qadın prezident
17/07/2019 [00:40]:
Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin öldü
17/07/2019 [00:37]:
İlin ikinci Ay tutulması başladı
17/07/2019 [00:34]:
"Mən o dövrdə ayrı-ayrı təşkilatların buraxdığı səhvləri çox təbii qəbul edirəm" - VİDEO
17/07/2019 [00:04]:
"Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar"
16/07/2019 [23:42]:
Gəncədə zəncirvari yol qəzası oldu - FOTO
16/07/2019 [23:32]:
“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri
16/07/2019 [23:28]:
Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı
16/07/2019 [22:36]:
"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini üzr istəməyə məcbur etməlidir"
16/07/2019 [22:29]:
Bərdədə yol kənarında duran iki qadını maşın vurdu
16/07/2019 [22:16]:
Göyçayda iki uşaq anası özünü kanala atdı
16/07/2019 [21:57]:
Gürcüstanda daha bir polis əməkdaşı saxlanıldı
16/07/2019 [21:34]:
İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
16/07/2019 [21:30]:
“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb
16/07/2019 [21:10]:
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
16/07/2019 [21:04]:
Tanınmış təhsil eksperti BDU rektorunun "müqavimət"ini şərh etdi...
16/07/2019 [20:43]:
İranda mikroavtobus aşıb, 11 nəfər ölüb
16/07/2019 [20:40]:
Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri dəyişdi
16/07/2019 [20:34]:
“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
16/07/2019 [20:29]:
Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"
16/07/2019 [20:26]:
Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək
16/07/2019 [20:26]:
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
16/07/2019 [20:19]:
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16/07/2019 [19:54]:
Sərhədçi nə zaman silah tətbiq edə bilər?
16/07/2019 [19:49]:
30 yaşlı şirkət rəhbərinin yaxtasından narkotik tapıldı - FOTOLAR
16/07/2019 [19:38]:
Laçınlı ziyalılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı...-VİDEO
16/07/2019 [19:30]:
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
16/07/2019 [19:23]:
Bakıda baba və nəvə dənizdə boğularaq ölüb
16/07/2019 [19:12]:
Elinanın anası direktorun ev dustaqlığı ilə razılaşmır: "Ədalətli nəticəyə nail ola bilməsək..."
16/07/2019 [19:08]:
Şamaxıda iki mərtəbəli ev kül oldu - FOTO
16/07/2019 [19:06]:
Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”
16/07/2019 [19:03]:
Əli Nağıyev DTX-nin Akademiyasını fərqlənmə ilə bitirən zabitlərə diplomlar təqdim etdi - FOTOLAR
16/07/2019 [18:36]:
“Bu cür cütlüklərin elə boşanması məsləhətdir”
16/07/2019 [18:29]:
Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi
16/07/2019 [18:28]:
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
16/07/2019 [18:25]:
"İndiyədək Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar xarici investisiya yatırılıb"
16/07/2019 [18:21]:
Baş nazir Gürcüstan vətəndaşlarının Keşikçi dağda törətdiyi insidentə münasibət bildirib
16/07/2019 [18:19]:
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
Bütün arxiv bir sırada
11/01/2019 [21:35] - Cəmiyyət - ( 687 dəfə baxılıb)

Ombudsman 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat verdi



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı ilin 20 yanvar faciəsinin 29-cu ildönümü il bağlı bəyanat verib. Moderator.az Ombudsmanın mətbuatı xidmətinə istinadən həmin bəyanatı oxucuların diqqətinə çatdırır:

“1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 29 il keçir. Unudulması mümkün olmayan, insanlığa qarşı törədilmiş bu qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

Belə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi, soydaşlarımızın ağır işgəncələrə, zorakılıqlara məruz qalması xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki Sovet hökumətinin göstərişi ilə xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.

Rəsmi faktlara əsasən bildiririk ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 168 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, paytaxtda və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Qadağan edilmiş silah və sursatdan istifadə etməklə ölçüyəgəlməz dağıntılar törədilmişdir. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılmışdır.

O dövrdə Ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Qeyd olunmalıdır ki, həmin hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir.

Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və həmin gün yüz minlərlə insan tərəfindən şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir. 

Hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.

Həmin dəhşətli faciə dinc əhalinin qırılmasına səbəb olub. Nəticədə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Lakin öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. 

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə Sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan yerli azərbaycanlı əhali zorla qovulmuşdur. Bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnmiş və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan etmişdir. Bu isə nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyü bir daha vurğulandığı Qətnamədə öz əksini tapmışdır.

Qeyd olunmalıdır ki, 29 il əvvəl törədilmiş 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki Sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Biz dünya ictimaiyyətini və beynəlxalq qurumları Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması naminə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq.

 

Elmira Süleymanova

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

                                                                                    

11 yanvar 2019-cu il

 

Məlumat üşün qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

 

Seymur ƏLİYEV

loading...
loading...
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Cəmiyyət
Yapon qılınc muzeyi - MARAQLI...
Cəmiyyət
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)