Ermənistandakı 102-ci bazaxa0 general Rüstəm Muradova tabe olacaq...
6972
13 Jan 2019 | 14:17

Ermənistandakı 102-ci bazaxa0 general Rüstəm Muradova tabe olacaq...

Rusiya prezidenti xa0Vladimir Putin Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin xa0xa0komandanının müavini xa0vəzifəsinə təyin edib.

xa0

Moderator.az xəbər verir ki,xa0 bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xa0xidməti məlumat yayıb. Qeyd olunur ki, Rusiya dövlət başçısı ötən il dekabrın 25-də müvafiq fərman imzalayıb.

xa0

Qeyd edək ki, 45 yaşlı Rüstəm Muradov Rusiyada kifayət qədər tanınmış xa0və nüfuzlu generaldır. O, Dağıstanda anadan olub. Rusiya Qəhrəmanı adı ilə yanaşı, bir sıra hərbi kampaniyalarda fəal iştirakına görə çoxsaylı orden-medallarla təltif olunub. Onun adı daha çoxxa0 ötən ilin payızında Rusiya hərbi qüvvələrinin xa0Suriyada Dey-əz-Zor bölgəsinin “İŞİD” terrorçularından təmizlənməsi zamanıxa0 göstərdiyi fədakarlığa görə hallanıb. xa0General R.Muradov hücum əməliyyatlarına nəinki öz komanda məntəqəsindən rəhbərlik edib, eyni zamanda şəxsən döyüş əməliyyatlarına qatılaraq tabeçiliyində olanlara şəxsi nümunə göstərib.

xa0

Yeni tapşırığına qədər general Muradov Volqaboyundakı Mərkəzi Hərbi Dairənin 2-ci ümumqoşun ordusuna komandanlıq edib.

xa0

P.S. Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazası da Cənub Hərbi Dairəsinə daxildir. Deməli, subordinasiya baxımından dağıstanlı general Rüstəm Muradovxa0 müəyyən məqamlarda işğalçı ölkədə baza komandanlığına göstərişlər verir.

xa0

Sultan Laçın

xa0

xa0

xa0

Link kopyalandı!
Son xəbərlər