Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR
Dağıstanın
Dərbənd şəhərinin yeni təyin olunmuş rəhbəri bir qədər öncə özünə ictimai köməkçi təyin etdiyi 9 yaşlı
oğlanı yeni evlə də təmin edib.
Xatırladaq
ki, Moderator.az Dərbənd meri Xızrı
Abakarovun səhər- axşam saatlarında anası ilə birgə şəhərin
küçələrini süpürən Əmir Haşimov ad-soyadlı uşaqla yaxından maraqlanması haqda məlumat
verib(bax:http://www.moderator.az/news/252563.html).
Dağıstan
mediasına istinadla əldə etdiyimiz son məlumata görə, artıq yoxsul süpürgəçi
ailəsi şəhər rəhbəri tərəfindən verilmiş yeni mənzilə köçüb.
Elit
bir binada yerləşən mənzil 58 kv.m-dir. Pəncərələrindən Narın-Qala qəsri və qədim
şəhərin gözəl mənzərəsi görünür. Əmirin təhsil aldığı məktəb də binanın
yaxınlığında yerləşir.
Bəlli olub ki, ərini itirən süpürgəçi Naida
30 il ərzində 5 uşağı ilə birgə kirayəyə
götürdüyü şəraitsiz, darısqal bir mənzildə yaşayıb və ailəni böyük çətinliklə
dolandırıb...
Sultan
Laçın
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir