"Mən Azərbaycanda Suriya olaylarının təkrar olacağından qorxuram"
Oxunub: 1568
18 Jan 2019 | 12:40
Çox hörmət bəslədiyim sayğıdəyər Mustafa Hacıbəyli bizim "Siz heç AB-ABD-nin Şərq ölkələrində demokratiya yaratdığını gördünüzmü?" başlıqlı yazımıza münasibət bildirmişdir. 

İlk öncə qeyd edim ki, Ə.Elçibəy hakimiyyəti devrildikdən sonra, heç vaxt əqidəmi və siyasi düşərgəmi tərk etməmişəm. Sadəcə təmsil olunduğum partiyadan getmişəm. Eyni zamanda, zaman zaman siyasi düşərgəm içində siyasi düşüncələrin və fikirlərin dəyişildiyini də görmüşəm və bunu təbii qəbul edirəm, lakin əsla dəstəkləmirəm. Beləki, təmsil olunduğum düşərgə Məxməri inqilabların çəhrayı köynəyini əyninə geyindiyi çağlardan, Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunması stratejisini hayqırdığı çağlardan içimdə bir qopuqluq yaranıb. Mən AB-ABD-nin ixrac etdiyi Məxməri inqilabların çəhrayı köynəyini əsla geyinmərəm və bunu özümə həqarət bilirəm. Mən öz milli köynəyimizi geyinməyin tərəfdarıyam. Deyəcəksiniz ki, milli köynəyin obrazladığı milli siyasi strategiya. ənənə hanı. Mən də cavab verəcəyəm ki, O tarixin dərinliklərində və mənim ruhumda, vicdanımda yatır. Mənim amacım Azərbaycanı Qərbin periferiyasına sürükləyən siyasətlərə,Qərb şüarlarına qarşı, Qərbin və Rusiyanın alternativi olan , öz siyasi şüarları və stratejisi olan Azərbaycan qurmaqdır. Lap elə Səfəvilərdə olduğu kimi, Osmanlılarda olduğu kimi. Mənim düşərgəmin, Ə.Elçibəy siyasi düşərgəsinin son illərdə sərgilədiyi aşırı AB-ABD yanlısı siyasət mənimlə düşərğəm arasında məsafələrin açılmasına səbəb olmaqdadır. Bundan çox üzgünəm. Yeri gəlmişkən, bu mövzumuza aid olmasa da qey etməliyəm ki, biz siyasətdə prinsipləri və ideyaları müdafiə edirik. Biz indi düşərgəmizdə dəb olan şəxsiyyətlərin və liderlərin arxasınca getmək ənənəsinə arxa çeviririk. Düşərgəmizdə siyasət prinsiplərdən daha çox şəxsiyyətlər ətrafında formalaşmışdır və bu da çoxlu bölünmələrə yol açmışdır. Biz şəxsiyyətlərə yox ideyalara təzim edirik.

Mən Azərbaycanın birmənalı olaraq nə Rusiyanın təmsil etdiyi KTMT, Avrasiya blokuna, Nə də AB-ABD-nin təmsil etdiyi qurumlara üzv olmasını dəstəkləmirəm. Azərbaycan nə Qərbin, nə Rusiyanın əyaləti, forpostu, periferiyası olmamalıdır və Azərbaycanın sivilizasion identifikasiyası da bunu istisna edir. Bizim şüarımız belədir. Nə Qərb,Nə Rusiya. Türk birliyi. Azərbaycan mərkəzli Qafqaz, Azərbaycan mərkəzli Turan. Azərbaycan mərkəzli İslam.Azərbaycan mərkəzli Avrasiya. Azərbaycan mərkəzli dünya. Bunlar indi xəyal, gələcəkdə isə gerçək ola bilər. İndi siyasətləri maliyyə və iqtisadi-texnoloji-hərbi güc müəyyənləşdirir, 50 ildən sonra isə, ruh, düşüncə, əxlaq, mənəviyyat, mədəniyyət və sivilizasiya identifikasiyaları müəyyənləşdirəcək. 

Subyektiv mülahizələrimə görə, İndiki siyasi şəraitdə ən yaxşı seçim balanslaşdırılmış siyasətdir. Lakin bununla yanaşı Azərbaycanın özünün regional bloklar qurmaq, Azərbaycan mərkəzli siyasi strategiyasını qurmaq siyasətləri də olmalıdır ki, İ.Əliyev rejimi hələlik bunu həyata keçirə bilmir. Hətta bu barədə heç düşünmək marağında da deyil. Əliyev rejimi siyasi düşüncələrin və fəlsəfələrin formalaşmasına, doğulmasına nəinki imkan vermir, marağında deyil, həm də siyasi fəlsəfələrin qatilidir. Siyasətçilərin və siyasi düşüncələrin doğulması diktator rejimlərini təhdid edən əsas faktordur.
Acınacaqlı haldır ki, mənim düşərgəm rejimə qarşı millətin şüarlarını yox, Qərbin şüarlarını səsləndirir. Acınacaqlı haldır ki, 30 ildir müxalifət AB-ABD-nin qərar və qətnamələrini Azərbaycanda müxalifətin böyük qələbəsi kimi təbliğ edir, bayram edir. Bütün bu təbliğatların, bayramların içində, başımı qaldırıb soruşuram. Dostlar, Azərbaycan Qərbin bir əyaləti, bir ştatıdırmı. Bu nə ruhdur, bu nə düşüncədir. Biz Rus imperiyasına qarşı azadlıq mübarizəsi aparan bir millətdən, ingilis-Qərb maraqlarını müdafiə edən bir millətəmi çevrilmişik?. Əvvəl Rus nökərləri idik, indi də Qərb nökərlərimi oluruq? Nə fərqi var ki, XX əsrin əvvəllərindən Yaxın və Orta Şərq, Uzaq Şərqin bir çox ölkələri, Afrika, Latın Amerikası ölkələrinin yarısı Rusiyanın, Yarısı da Avropanın müstəmləkələri idi. Son yüz ildə bütün milli azadlıq hərəkatları Rusiya və Qərb müstəmləkəçiliyinə qarşı aparılmayıbmı. Son yüz ildə bizim tariximiz budur. Son 500 ildə bütün planetdə hakim olan Qərb sivilizasiyasının iki fazası var. Avropa fazası, Amerika fazası. Qərb sivilizasiyasının hakim olduğu dünyada xalqlar və milli dövlətlər iki siyasi tale yaşamışlar. 1950-ci illərə qədər Qərb müstəmləkəçiliyi, 50-ci illərdən sonra da Rusiya və Avropa Periferiyaçılığı. Əziz Mustafa Hacıbəyli. Mən Azərbaycanı Qərb-Rusiya periferiyasına sürükləyən düşüncələrə qarşıyam. 50-ci illərdən etibarən dünya xalqları və dövlətləri -internasionalizm-sosializm proqramını qəbul edənlər Rusiyanın, liberalizm-demokratiya ideyasını qəbul edənlər Avropanın ətrafında cəmləşərək onların periferiyasına çevrilmişlər. Bu siyasət sanki indi də davam etdirilir. sadəcə başqa adlar və ideologiyalar adı altında. Nə isə.

Azərbaycanı Qərbin bir ştatı kimi təqdim edən müxalifətdən də uzağam, Azərbaycanı Rusiyanın bir əyalətinə çevirən iqtidardan da uzağam. Şəxsi qürurum daim pıçıldayır- Azərbaycanda Azərbaycan qanunları keçərli olsun. Zülmə, harınlığa, dövlət malını soyanlara qarşı mübarizə aparan Mehman kimi gənclərimiz çox olsun və onlar heç tutuqlanmasın da, əksinə belə gəncləri hakimiyyət, dövlət özü dəstəkləsin və əlbəttə ki, belə gəncləri şərləyib tutuqlayan bir hakimiyyətin, rejimin də Azərbaycan dövlətini idarə etməyə mənəvi haqqı yoxdur. Azərbaycan xalqı Azərbaycan xalqının, gənclərinin, ziyalılarının, müxalif yönümlü vətəndaşlarının düşməni olan bir rejimi əsla yaşatmamalıdır. 
Çox istərdim ki, Sayın Mustafa Hacıbəyli bir gün tutuqlansa, onu Qərb institutları yox, Azərbaycan xalqı və öldürülmüş ziyalı kütləsi müdafiə etsin. 

Azərbaycanda hakimiyyətləri , parlamenti, rejimləri dəyişmək qərarını Azərbaycan özü versin. Azərbaycan özü öz taleyini, müqəddaratını təyin etsin. Milli Azadlıq Hərəkatı zamanlarında olduğu kimi. Biz meydanlarda kükrəyən, siyasi baxımdan fəal olan, azad ruhlu millət görmək istəyirik. 
Heyf, Əliyev rejimi o milləti də, o milləti öz vicdanından doğuran ziyalıları, ziyalılığı da məhv etdi. 
Lakin dostlar dərin düşünün. Bunu həm öz maraqları üçün, həm də AB-ABD, Rusiya maraqları üçün etdi. Çünki bu millət bir gün ayağa qalxıb İranda Müsəddiq dövründə olduğu kimi Qərb ölkələrinə axıdılan neftin hesabını soruşa bilər, Qarabağı Erməni işğalından azad edə bilər, İrəvanda , Tehranda, Moskvada milli haqq-hesablarını çəkə bilər. Masaya milli maraq və milli iradəni təmsil edən proqramlar yatıra bilər.

Mustafa Hacıbəyli öz yazısında vurğulayır ki, Qərb ölkələri Mehman Hüseynovun azadlığını tələb etdiyi halda və mənim də həbs olunmağım gözləndiyi halda niyə məqalə məhz indi yazılmışdır. Həmçinin Mustafa Hacıbəyli məni Mehman Hüseynovu müdafiə etməməkdə qınamışdır.

1. İlk öncə qeyd etdim ki, Mən Mehman Hüseynovu müdafiə etmişəm. Öz facebook səhifəmdə.günlərlə təbliğat aparmışam. Mən Təkcə Mehman Hüseynovu yox, bütün siyasi dustaqlarımızı müdafiə edirəm. Bəli bu gün bizim hüquqlarımızı qorumaq üçün Avropa məhkəmələrinə müraciət etməkdən başqa yolumuz və çarəmiz qalmayıb. Azərbaycan müxalifətini və xalqını AB-ABD-nin qucağına itələyən İlham Əliyev hakimiyyətidir. 

2.Azərbaycan xalqına 30 ildir divan tutan, pozulmuş hüquqlarını müdafiə etmək üçün Azərbaycanda azad məhkəmə tapmayan və bu üzdən AB məhkəmələrinə üz tutan Azərbaycan vətəndaşlarında və xalqında AB-ABD-nin xilaskar obrazının yaradılmasında da günahkar İlham Əliyev hakimiyyətidir. İlham Əliyev hakimiyyəti Azərbaycan dövlətini Rusiyanın, Azərbaycan xalqını isə AB-ABD-nin qucağına itələməkdədir. Bu da Azərbaycanda dövlətlə millətin arasında çat yarandığını, qopuqluq olduğunu gözlər önünə sərir. Dövlət xalqın əlindən alınıb, xalqa qarşı işləyən, xalqa divan tutan mexanizmə çevrilib. Xalqla Dövlət arasında bu qopuqluq Azərbaycanı fəlakətə, üsyana, qana aparır. Biz bunu həmişə demişik, indi də deyirik. 

3. Mustafa Hacıbəyli diqqət etdinizsə məqalədə Şərqdə bütün diktatura rejimlərini Qərb qurmaqdadır yazmışam. Prezident və Parlament seçkilərində Avropa ölkələrindən gələn 2-ci, 3-cü dərəcəli müşahidəçilər və diplomatlar seçki qutularında saxta bülleteinlərin şəkillərini çəkib bir iki hesabat yaysalar belə, sonunda bu seçkinin nəticələrini tanıyırlar. Bəs niyə tanıyırlar?. Son 30 ildə Qərb ölkələri heç Azərbaycan xalqının iradəsini nəzərə alıbmı, hesablaşıbmı?. Saxta Seçkinin nəticələrini tanımaqla diktatura rejimini dəstəkləmirlərmi, qorumurlarmı?

4. Son 30 ildə AB-ABD-nin Azərbaycanın demokratik müxalifətinin mübarizəsini ciddi dəstəklədiyini görməmişəm. Dəstəkləsəydi, Azərbaycanda Əliyevlər rejimi, hakimiyyəti 30 ilə yaxın davam etməzdi.

5. AB-ABD saxta "Erməni soyqırımını" tanıyır. Qarabağın Ermənistana birləşdirilməsinə çalışır, Ermənistanı dini, siyasi, maliyyə baxımdan himayə edir, Qarabağdakı ermənilərin haqqını qoruyur, Ermənistan adlanan ölkədə yerli türklərin soyqırıma uğradılmasına, deportasiyasına göz yumur və səsini çıxarmır,Türkiyəni bölərək Kürdüstan dövləti qurmaq siyasəti yürüdür, Kərkükdə, Suriyada Türkmənlərin soyqırıma uğradılmasına susur və hətta bu cinayətlərdə iştirak edir.

6. Ə.Elçibəy hakimiyyətinin devrilməsində BP-nin iştirakı və Qərb "demokratiyasının", "demokratlarının" susmasını da hələ unutmamışıq. Necə ola bilər ki, İrina Lasotanın demokrat dediyi Ə.Elçibəy hakimiyyətinin devrilməsinə AB- ABD susdu və Əliyev hakimiyyətinin qurulmasına dəstək verdi. Niyə? Səbəbləri siz də bilirsiniz. Neft-enerji kontraktlarının Azərbaycanın yox, qərbin maraqlarına uyğun bağlanması məqsədilə. Elçibəy höküməti Qarabağın qeydsiz-şərtsiz işğaldan azad edilməsi uğrunda mübarizə aparırdı, işğal olunmuş torpaqların 58 faizi işğaldan azad edilmişdi bax buna görə bu hakimiyyətin devrilməsində AB-ABD susdu və həm də dolayısıyla iştirak etdi və bircə kəndi belə ala bilməyən Əliyevlər hakimiyyətinin qurulmasına şərait yaratdı.

7. Türk-Müsəlman-Şərq ölkələrinə qarşı Qərbin yeritdiyi ikili standartlar siyasəti bu ölkələrdə demokratiyanın, hüquqi dövlətin qurulmamasında əsas səbəblərdən biridir.

8. Son yüz ildə AB-ABD-nin strateji müttəfiqi olan Türkiyə Qərb modeli əsasında demokratik, hüquqi dövlət qurmuşdu. Bəs bu demokratik dövləti çöktürmək üçün Kürt kartını, etnik kartları istifadə edən AB-ABD deyilmi? Görürsünüzmü demokratik Türkiyə Qərbin çoxsaylı hücumları qarşısında yapayalnız. 

Faktlar o qədər çoxdur ki...Yazsaq kitab cildlərinə sığmaz. Və bütün bunları əlbəttə ki, siz də bilirsiniz. Bəs siz hansı faktlara əsaslanaraq , AB-ABD-ni müdafiə edirsiniz?. Müxalifəti Əliyevlər rejiminin qurbanına çevirən bu AB-ABD deyilmi. Biz heç vaxt siyasi düşüncələrimizi AB-nin bəyanatları, AŞ-nın qərarları əsasında qurmuruq, pərdə arxasında oynanılan siyasətlərə, bütün tarixə baxırıq, keçmişlə bu günü sintez edərək nəticələr çıxarırıq. Türk-Qacar və Osmanlı dövlətlərini-bizim dövlətlərimizi çöktürüb paramparça edənlər, Ermənistan, Fars-İran, kürdüstan quran bu ölkələr deyilmi?. Son 30 ildə yaxın orta Şərqdə radikal dini-etnik terrorist təşkilatlarını quranlar bunlar deyilmi?

9. Biz , Elilin-Yunan-Roma sivilizasiyasının iki varisinin- nə Rusiyanın internasionalizm-sosializm ideyalarına, nə də Qərbin liberalizm-demokratiya-insan haqları ideyalarına ölkəmizi və millətimizi peşkaş edə bilmərik. Rus internasionalizm-sosializmi Rus İmperializminin, AB-ABD-nin ixrac etdiyi demokratiya və insan haqları ideyaları da AB-ABD imperializminin araclarıdır. Bu gün Yer kürəsinin digər ölkələri bu iki imperialist güclərin siyasətindən, işğallarından və soyqırımlarından əziyyət çəkirlər.

10.Mustafa Hacıbəyli soruşur ki, niyə məhz indi Qərbin əleyhinə məqalə yayınlamışam. Dogrusu mən yazarkən heç zaman məqsədyönlü şəkildə zaman seçmirəm. Oxuduqlarım zamanı doğulmuş fikirlər toparlanır, cilalanır və anidən sistemli bir düşüncə halını alır. Biz də onu yazırıq, yayırıq. Yəni bu yazını Azərbaycan müxalifətinə mane olsun deyə məhz bu zamanda yaymaq fikirl ağlımdan belə keçməyib. Niyə öz düşərgəmə mane olum ki. Mən mane olmaq yox, subyektiv mülahizələrimi əsas alaraq səhv hesab etdiyim məsələləri, düşüncələri sizinlə paylaşıram. razilaşmadığım məsələləri müzakirəyə çıxarıram. Məncə bu da müxalifətə zərər gətirməz, əksinə bir anlıq durmağa, öz mübarizəsinə, yoluna nəzər salmağa köməklik edər.

11. Azərbaycanda hakimiyyət dəyişiklikləri nə Rusiyanın, İranın, nə də AB-ABD-nin iradəsi ilə yox, Azərbaycan xalqının, millətinin iradəsi ilə olmalıdır. Rusiyanın dəstəklədiyi güclər Rusiyanın, AB-ABD-nin dəstəklədiyi güclər AB-ABD maraqlarını qoruyacaqlar. Bəs bizim, Azərbaycanın maraqlarını kim qoruyacaq. Azərbaycanın maraqları Rusiyanın da, AB- ABD-nin də maraqlarından fərqli ola bilməzmi?.

12. Bu yazıları yazdığım zamanlarda Əsəd rejiminə qarşı mübarizə aparan Suriya müxalifətini düşünürəm. Azad, demokratik, unitar Suriyanı qurmaq üçün Qərb silahları və şüarları, zehniyyəti ilə silahlanmış müxalifət nümayəndələri indi hardadır. İndi onlar ərazisi və dövlət suverenliyi paramparça edilmiş Suriyanı yenidən bərpa etmək üçün 100 il çalışmalı olacaqlar. Suriyanı AB-ABD dağıtdı, böldü diktator Əsəd rejimini yıxıb, demokratik Suriya höküməti qurmaq adı altında.... Mən Azərbaycanda Suriya olaylarının təkrar olacağından qorxuram.

Yasəmən Qaraqoyunlu
Oxşar xəbərlər
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB