Xəbər lenti
18/02/2019 [18:13]:
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
18/02/2019 [18:10]:
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18/02/2019 [18:07]:
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq
18/02/2019 [18:05]:
Mendeleyev cədvəlini modernləşdirən azərbaycanlı: “AMEA-da tanışbazlıq yığışsa, hər şey gözəl olar”
18/02/2019 [17:56]:
İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub - FOTOLAR
18/02/2019 [17:54]:
Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
18/02/2019 [17:51]:
“Mənə yazan kişilərin 70 faizi evlidir”
18/02/2019 [17:49]:
"İmperator" varsa, "toylar kralı" otursun yerində" - Cavanşir Məmmədov
18/02/2019 [17:45]:
İlham Əliyev: “Pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq”
18/02/2019 [17:40]:
Fevralın 19-na MANATIN MƏZƏNNƏSİ
18/02/2019 [17:37]:
Koçaryanın oğluna qarşı ittiham irəli sürüldü
18/02/2019 [17:35]:
Nazir: "Azərbaycanda pensiya yenə qalxacaq"
18/02/2019 [17:32]:
Millət vəkili: "Məhkəmələr sahibkarları müdafiə etmir"
18/02/2019 [17:31]:
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
18/02/2019 [17:27]:
Həbsxanada tanış oldular, oğurluq edib maşın aldılar - FOTO
18/02/2019 [17:19]:
Prezident Sumqayıt bulvarında sakinlərlə görüşdü - FOTOLAR
18/02/2019 [17:12]:
Bakıda dələduzluq edən müğənniyə hökm oxundu
18/02/2019 [17:09]:
“AFB Bank” “Gilan” MMC-nin əlindən çıxdı
18/02/2019 [17:04]:
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18/02/2019 [17:00]:
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
18/02/2019 [16:59]:
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
18/02/2019 [16:53]:
Nazirliyə “Uğur-2018” mükafatı verildi - FOTOLAR
18/02/2019 [16:51]:
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək - FOTOLAR
18/02/2019 [16:49]:
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
18/02/2019 [16:45]:
Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxs: "Adıma 23 milyon 53 min manat kredit götürülüb"
18/02/2019 [16:40]:
İlham Əliyev: " Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi..."
18/02/2019 [16:38]:
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verdi
18/02/2019 [16:36]:
Gömrük əməkdaşları üçün təlim başladı
18/02/2019 [16:31]:
Şəbnəm Tovuzlu: "Ərimə hörmət edib, kişi məclisinə getmirəm" - VİDEO
18/02/2019 [16:25]:
Prezident: "Əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, yeni iş yerləri açmaqdır"
18/02/2019 [16:22]:
SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
18/02/2019 [16:17]:
"Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər
18/02/2019 [16:02]:
Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib
18/02/2019 [16:01]:
İlham Əliyev: "Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
18/02/2019 [15:57]:
Netanyahu Polşa ilə İsrailin arasını vurdu
18/02/2019 [15:54]:
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşdü
18/02/2019 [15:51]:
Baş Prokurorluq işə qəbul elan etdi
18/02/2019 [15:49]:
Sumqayıta 3 milyon manat ayrıldı
18/02/2019 [15:47]:
ADP İdarə Heyətininəti toplantısı keçirilidi
18/02/2019 [15:45]:
Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu ..."
18/02/2019 [15:38]:
Ermənilər Vaşinqtondakı Azərbaycan səfirliyi qarşısında  Ramil Səfərov əleyhinə aksiya keçirdi... 
18/02/2019 [15:26]:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi
18/02/2019 [15:24]:
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
18/02/2019 [15:22]:
Prezident çox ciddi islahatlara gedir
18/02/2019 [15:18]:
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”
18/02/2019 [15:13]:
Yol polisindən sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
18/02/2019 [15:06]:
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı oldu – FOTO
18/02/2019 [15:03]:
Vətənə tən daş...
18/02/2019 [15:00]:
"Polad" müəmma: Heydər Əliyevin “ekonomik əsgərləri” necə sıradan çıxarıldılar?
18/02/2019 [14:52]:
“İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” -Anar
18/02/2019 [14:40]:
Bu siqaretlər 3 manat oldu
18/02/2019 [14:37]:
240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI - FOTO
18/02/2019 [14:35]:
“Zamanın keçməsi ömrə bolluq gətirmir...” Firuz Mustafa...
18/02/2019 [14:29]:
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
18/02/2019 [14:25]:
Nazir: “Çörəyin qiymətinin dəyişməsi gözlənilmir”
18/02/2019 [14:19]:
Kəlbəcərin kəndində  böyük qutab festivalı keçiriləcək
18/02/2019 [14:18]:
Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18/02/2019 [14:12]:
Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
18/02/2019 [14:04]:
Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi –Rusiyaya qayıdıb
18/02/2019 [14:01]:
FHN-nin generalı Şahmar Paşayev təkzib etdi: “Pulu götürən var, mənim adım niyə hallanır?”
18/02/2019 [13:59]:
Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanıldı
18/02/2019 [13:55]:
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq –Vaxt açıqlandı
18/02/2019 [13:55]:
“Harda bayrağımız dalğalanırsa, himnimiz oxunursa, bu bizim üçün fəxrdir...”
18/02/2019 [13:54]:
“Aztelekom”un sabiq baş direktorunun məhkumluğu götürüldü
18/02/2019 [13:50]:
Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO
18/02/2019 [13:37]:
İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib
18/02/2019 [13:33]:
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
18/02/2019 [13:26]:
İqbal Ağazadə ona qarşı dələduzluq edəni bağışladı - MƏHKƏMƏ
18/02/2019 [13:23]:
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
18/02/2019 [13:17]:
Cəlilabadda əməliyyat: Narkotik satarkən yaxalandı
18/02/2019 [13:14]:
Azərbaycanda hər dörd cütlükdən biri boşanır
18/02/2019 [13:12]:
"Yığılan vergi daha çox bu sahəyə xərclənir" - Nazir açıqladı
18/02/2019 [13:10]:
“Qəzəllərini oxuduğuma görə Əliağa Vahidin haqqını verirdim...”
18/02/2019 [13:09]:
Gömrük Komitəsi: "Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu"
18/02/2019 [13:04]:
Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfər olduq?
18/02/2019 [13:01]:
“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxdı - FOTO
18/02/2019 [12:56]:
Naibə Allahverdiyeva səhhəti ilə "oynayan" həkim haqda... - AÇIQLAMA
18/02/2019 [12:53]:
Elnarə Abdullayeva: “Duxlu oğlan var ki, qeybətimi qırsın?” - VİDEO
18/02/2019 [12:48]:
"Onu yatılı qoyub efirə gəlmişəm" - Şəbnəm Hacıdan danışdı
18/02/2019 [12:46]:
“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzov
Bütün arxiv bir sırada
18/01/2019 [13:29] - Siyasət - ( 1337 dəfə baxılıb)

"Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçəcək"



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan edib.

XİN-in bəyanatında həmçinin erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı qeyd olunub.

XİN-nin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılaşıblar.

"Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da "əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunmuşdur", XİN sözçüsü müxbirimizə deyib.

"Hər iki xalq sülhə hazırlanacaq"

Leyla Abdullayeva həmçinin deyib ki, sözügedən "bəyanatda və eləcə də bütün digər aidiyyatı sənədlərdə qeyd olunmuş əhali sözü hər zaman" erməni və Azərbaycan əhalisini əhatə edir.

"Yəni, sənədlərdə hər iki xalq nəzərdə tutulur. Ölkənin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycanlı icmaları arasında təmasların bərpa olunması hər iki tərəfin əhalisinin də sülhə hazırlanması baxımından çox önəmli rol oynayacaq", nazirlik sözçüsü vurğulayıb.

"İlk dəfədir..."

Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev "ilk dəfədir ki, Ermənistan tərəfinin də paylaşdığı bəyanatda Azərbaycan tərəfinin uzun illərdir istifadə etdiyi "nəticəyə yönəlmiş danışıqlar" ifadəsindən istifadə olunduğunu gördüyünü deyir.

"Əslində bu, "nəticəyə yönəlmiş danışıqların davam etdiriləcəyini" göstərir. Özlüyündə ilk dəfədir ki, həm dekabr görüşündə, həm də yanvar görüşündə bu baxımdan pozitiv mesajlar verilir".

Ancaq təhlilçi vurğulayır ki, qısa bir zamanda tərəflərin hansısa məsələdə razılığa gələcəyini gözləmək "tezdir".

"Bu, uzun proses olacaq. Lakin münaqişənin həllinin baza prinsiplərinin razılaşdırılması istiqamətində ciddi addımlar atıla bilər". Zaur Şiriyev deyir ki, bəyanatda "təkcə əhalinin sülhə hazırlanması deyil, iqtisadi əməkdaşlıqla bağlı təşəbbüslər və təhlükəsizlik məsələləri də yer alır".

"Lakin əhalinin sülhə hazırlanmasına gəlincə, daha çox intensiv aparılacaq danışıqlar zamanı hər hansı bir ortaq razılaşma əldə olunarsa, bununla bağlı cəmiyyətə müəyyən detalların çatdırılması əhalini maksimalist, reallığa uyğun olmayan gözləntilərdən yayındıra bilər".

"Əgər sülh danışıqlarında irəliləyiş olacaqsa, bu, rəsmilər və eyni zamanda ekspertlər tərəfindən cəmiyyətə çatdırılmalıdır. Əgər münaqişə tərəflərin cəmiyyəti sülh danışıqlarının predmeti və detalları ilə bağlı heç məlumatlı deyilsə, o zaman, onlar ortaya çıxan nəticəylə razılaşmaya bilərlər. Lakin məsələ müəyyən qədər xalqa çatdırılsa, o zaman xalq bunu müəyyən şəkildə hazırlıqlı olar", o əlavə edib.

"Hazırkı iqtidarla əhalinin sülhə hazırlanması real deyil"

Hazırda Hollandiyada mühacirətdə olan vətəndaş cəmiyyəti təmçilçisi Leyla Yunus hesab edir ki, "hazırkı iqtidarla əhalinin sülhə hazırlanması real deyil".

"2003-cü ilə qədər ermənilər Bakıya gələ bilirdi. Həmin ildən sonra bu mümkün olmadı. Necə ki, 100 ildir ermənilər türkləri, o cümlədən, bizi düşmən hesab edir, əfsuslar olsun ki, Azərbaycan da eyni yolu təkrarladı və 90-cı illərdən bu yana erməni bizim düşmənimizdir propaqandası davam etdirilir",- Leyla Yunus deyib.

2012-ci ildə Sülh və Demokratiya İnstitutunun Ermənistandakı bölməsi dialoqlar aparmaq üçün dialoqlar təşkil etdiyini deyən Leyla Yunus düşünür ki, dialoqların davam etdirilməsi "vacibdir".

"Mən Bakıda anadan olmuşam, bir həyətdə 4 erməni, 3 azərbaycanlı, 3 yəhudi ailəsi yaşayırdı. İndi isə Azərbaycanda həyatında heç vaxt erməni görməmiş gənc nəsil böyüyüb. Eləcə də Ermənistanda".

Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin Paris görüşüFotonun müəllifiXİN

"Biz neçə illərdir vətəndaş cəmiyyətinin nümayəndələri tez-tez əhalinin sülhə hazırlanması barədə işlərin vacibliyini vurğulayırıq", Imagine Conflict Transformation təşkilatının Azərbaycan üzrə layihələr direktoru Həmidə Qiyasbəyli deyir.

O, bildirir ki, burada əsas məsələ, ictimai müzakirələrin təşkilidir.

"Əhali ilə iş görülməlidir, təkcə vətəndaş cəmiyyəti, siyasi partiya liderləriylə yox, həm də əhalinin özü ilə, çünki sülh olsa əhali birlikdə yaşamalı olacaq".

Həmidə Qiyasbəyli hesab edir ki, dövlət bu məsələdə "ən azı" iki iş görə bilər.

"Dövlət əhali ilə açıq diskusiya keçirə bilər. Universitetlərdə müzakirələrdə, dəyirmi masalarda açıq müzakirələr baş verməlidir ki, insanlar bu barədə daha açıq danışsın. Bu, o demək deyil ki, insanların hamısı sülhdən danışsın, ancaq ən azı bunları müzakirə etsinlər",- sülh quruculuğu işlərində çalışan Həmidə Qiyasbəyli bildirib.

Onun sözlərinə görə, insanların müzakirələr aparması üçün məkan ayrılmalıdır, belə olduqda prosess daha açıq olur.

Danışıqlar prosesinin "uzun iillər ərzində" Minisk qrupu ilə bir yerdə bağlı qapılar arxasında keçirildiyini xatırladan Həmidə Qiyasbəyli "dövlətin ritorikasından mövqeyi aydındır, amma əhalinin burada mövqeyi bəlli deyil" deyir.

"İkinci sülh quruculuğu və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, NGO-lar, liderlər bu işdə kömək edə bilərlər, amma 2014-cü ildən sonra vətəndaş cəmiyyəti üzvləri bu işdə çətinlik çəkirlər", o əlavə edib.

Aydın Mirzəzadə Millət vəkiliFotonun müəllifiMEYDANTV

"Detallar bəlli deyil"

"Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb", XİN-in bəyanatında deyilir.

Millət vəkili Aydın Mirzəzadə "pozitiv açıqlamanın" detallı olmamasına diqqət çəkir.

"Çox təəssüf ki, detallar aydınlaşdırılmır. Pozitivliyin nədən ibarət olduğu, nədən hər ay görüşlər keçirildiyinin mexanizmi açıqlanmır", Hakim Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə söyləyir. Bununla belə, o, danışıqların davam etməsini müsbət hal kimi dəyələndirir.

Deputat Ermənistanda şərtlərin dəyişməsinə toxunur.

"İndiki hakimiyyət Qarabağ dalğasında hakimiyyətə gəlməyib. Əhalinin sosial problemlərinin ağırlığına dözümsüzlüyü onları hakimiyyətə gətirib. Düzdür, Paşinyanın münaqişənin həlli ilə bağlı aydın proqramı yoxdur. Bununla belə ümid etmək olar ki, bunlar Koçaryandan və Sarkisyandan fərqli siyasət yürütməyə çalışacaqlar".

Aydın Mirzəzadə hesab edir ki, Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçə bilər.

Azərbaycan XİN-i bildirib ki, bu "faydalı və müsbət fikir mübadiləsində "daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti" vurğulanıb.

Çərşənbə günü Azərbaycan və Ermənistanın xarici siyasət qurumlarına rəhbərlik edən Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib və "ardıcıl və nəticəyə yönəlik danışıqların" gələn ay davam etdirilməsi razılaşdırılıb.

Alya YaqubluFotonun müəllifiALYA YAQUBLU

"Son bir neçə ayda ikinci dəfədir ki, belə müsbət bəyanat səslənir"

Müsavat partiyasının divan üzvü, siyasi şərhçi Alya Yaqublu Ermənistanda Nikol Paşinyanın baş nazir seçildikdən sonra ikinci dəfədir belə müsbət bəyanatın səsləndirildiyini xatırladır. Ancaq o da detalların açıqlanmadığına diqqət çəkir.

"Biz bilirik ki, münaqişənin həlli ilə bağlı bəlli prinsiplər, bəlli çərçivə var. Onlar müəyyənləşib. Amma indi hansı məsələdə irəliləyiş var, hansı tərəf hansı güzəştə getməyə razılıq verib, bəlli deyil. Sözün düzü, bu açıqlama məndə optimist düşüncə yaratmır".

Alya Yaqublu deyir ki, Azərbaycanın əsas tələbi münaqişənin mərhələli həll planı üzrə nizamlanması ilə bağlıdır və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalıdır. Onun qənaətincə, belə bir addım atmaq yenicə hakimiyyətə gələn Paşinyan üçün mümkünsüz görünür, həmin rayonların qaytarılması məsələsini Ermənistanda xəyanət kimi dəyərləndirənlər var.

"Ona görə mənə aydın deyil ki, Azərbaycan belə müsbət açıqlama verəndə nə nəzərdə tutulur, Azərbaycan bu "mərhələli həll planı"ndan geri çəkilib, yoxsa Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına razılıq verib? Nəhayət ən ciddi məsələ, Dağlıq Qarabağda referendumun keçirilməsi ilə bağlı mübahisə var. Tərəflər bu məsələdə uzun zamandır ortaq məxrəcə gəlıə bilmirlər. Yəni açıq qalan çox ciddi suallar var".

Alya Yaqublu deyir ki, bu suallara cavab verilmədən danışmaq çətindir, üstəlik də bir gümanını bölüşür, "müsbət fon yaradılırsa, ola bilsin, Azərbaycan hökuməti nəyəsə razılıq verib".

O, Qarabağ müharibəsində ərazisini itirmiş Azərbaycanın "məğlub tərəf" olduğunu və şərt diktə edəcək durumda olmamasına diqqət cəlb edir. "Danışıqlar da uzun illərdir ona görə ölü nöqtədən tərpənmir ki, qalib tərəf heç bir maddədə güzəştə getmək istəmir".

"Bakının mövqeyi dəyişməzdir"

Azərbaycan prezidenti İlham Əliyevsə bugünlərdə hökumətin iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyi dəyişməz olaraq qalır.

"Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanıb", İlham Əliyev söyləyib.

O, Ermənistanı "ağır böhranlı vəziyyətdən" çıxarmağın bir yolu olduğunu deyib, "o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır".

İlham Əliyev bunun üçün "Ermənistan silahlı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarılmalı" "şərtini" irəli sürüb.

"Heç bir tərəf qurban olmaq istəməyəcək"

Siyasi şərhçi Rauf Mirqədirov isə hərbi əməliyyatların bu il olmayacağına inanır.

"Hər iki tərəf - həm Azərbaycan, həm də Ermənistan pozitiv fon yaratmaqda maraqlıdır".

Onun fikrincə, ona görə müsbət bəynatlar verilir ki, "hər iki tərəf savaşa getməyəcəyinin mesajını verir, fors-major situasiyadan qaçır".

O, regiondakı qlobal qarşıdurmaya toxunaraq, Rusiya ilə Qərbin qarşı-qarşıya gəldiyini qeyd edir.

"Böyük güclərin qarşı-qarşıya gəldiyi vaxtda Azərbaycanla Ermənistan qurban getmək istəməzlər".

Rauf Mirqədirov düşünür ki, indiki məqamda münaqişənin həlli istiqamətində qəti addım atılması hər iki tərəfin maraqlarına ziddir, çünki bu halda tərəflərdən biri xarici qüvvələrdən biri tərəfdən cəzalandırıla və sülhə məcbur edilə bilər.

Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
Cəmiyyət
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
Müsahibə
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar” - MÜSAHİBƏ
Köşə
Yalıncıq xislətli adamların Dədə Qorqud cildinə girib "müdrik" məsləhətlər verməsi...
Dünya
Telefondan başını ayıra bilməyənlər üçün qoruyucu yastıq hazırlandı - MARAQLI
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə