“İran-Azərbaycan hərbi əməkdaşlığının inkişafı hər iki ölkənin marağına cavab verir”
İranın Baş Qərargah rəisi general Məhəmməd Baqqeunin Azərbaycana səfəri, bu səfər əsnasında ölkəmizin müdafiə naziri Zakir Həsənovla keçirdiyi görüşlər, bu görüşlər əsnasında hərbi əməkdaşlığın inkişafı ilə bağlı əldə edilən razılaşmalar son günlərin ən çox müzakirə edilən olaylarından biridir.
İranla hərbi əməkdaşlığın
inkişafı ölkəmiz üçün nə dərəcədə zəruridir? Bu əməkdaşlıq Azərbaycanın hərbi
potensialının inkişafı, eləcə də Qarabağ probleminin həlli baxımından ölkəmizə
nə verə bilər?
Moderator.az-a açıqlama
verən hərbi ekspert Şair Ramaldanov İranla hərbi əməkdaşlığın inkişafının ölkəmiz
üçün müsbət nəticələr doğuracağını qeyd etdi:
“İran qonşu dövlətdir.
İranla bizim sərhəddimiz var. İran islam ölkəsidir. Son iki ildir ki, İran-Azərbaycan
hərbi əməkdaşlığında ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Əgər bu gün
İranın hərbi rəhbərliyi bəyan edirsə ki, biz Qarabağla bağlı Azərbaycanın ərazi
bütövlüyünü tanıyırıq, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik,
bu, İranın ölkəmiz olan isti münasibətindən, habelə onunla əlaqələri genişləndirmək
niyyətindən irəli gəlir.
Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunun yüksəlməsi ölkə başımızın düzgün xarici siyasətinin nəticəsidir.
Iran-Azərbaycan münasibətlərinin inkişafı da bu siyasətin təzahürüdür.
Azərbaycanın müdafiə
naziri general-polkovnik Zakir Həsənov İran hərbi rəhbərliyi ilə iki dəfə görüşdü.
Məyyən sənədlər imzalandı, müəyyən planların həyata keçirilməsi nəzərdə
tutulur. Hesab edirəm ki, bu planların birgə həyata keçirilməsi fonunda iki ölkə
arasında hərbi əməkdaşlıq daha da genişlənəcək.
İran zəif ölkə deyil.
İran hərbi sənayesi olan, hərbi potensiala malik bir ölkədir. İran güclü ölkədir.
Bu baxımdan İranla hərbi əlaqələrin genişlənməsi ölkəmizə ancaq xeyir gətirər.
Bu əməkdaşlığın inkişafı hər iki ölkənin maraqlarına uyğundur”.
Seymur ƏLİYEV
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir