Xəbər lenti
23/04/2019 [18:27]:
Medvedev Yerevana gedir
23/04/2019 [18:25]:
Qadının mədəsindən xörək qaşığı çıxardılar - Qəribə olay...
23/04/2019 [18:11]:
“Formula-1" ilə əlaqədar Bakının bəzi məktəblərində tədris dayandırılıb
23/04/2019 [18:08]:
Serj Sarkisyaın 1 il öncəki istefası - TƏFƏRRÜATLAR
23/04/2019 [17:57]:
Tahir İmanov: "Yeddi ildir ki, onlar bizi avara qoyublar"
23/04/2019 [17:54]:
Hüseyn Abdullayevin məhkəməsində DSX əməkdaşları dindirilib
23/04/2019 [17:38]:
“Nar”-dan kənd məktəbinə dəstək
23/04/2019 [17:24]:
Sürücülərin NƏZƏRİNƏ: İki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23/04/2019 [17:20]:
Uşaqların əsas problemləri - 801 müraciət edilib
23/04/2019 [17:18]:
Havaların qeyri-sabit keçməsinin səbəbi açıqlandı
23/04/2019 [17:13]:
Azərbaycanla YUNESKO arasında Saziş təsdiqlənib
23/04/2019 [17:11]:
Akademik Zərifə Əliyeva oftalmologiya elminin tərəqqisinə böyük töhfələr verib
23/04/2019 [17:04]:
Azərbaycanda 110 mindən çox insan peyvənd olunub
23/04/2019 [17:00]:
“Hüseyn nəzarət altındadır, vəziyyəti yaxşıdır” - Nazirlik
23/04/2019 [16:57]:
BSU-da startapla bağlı təlim keçirilib
23/04/2019 [16:56]:
Qubada yeniyetmə qız özünü körpüdən atıb
23/04/2019 [16:49]:
Dövlət Komitəsinin Sədri vətəndaşları qəbul edib
23/04/2019 [16:40]:
Müharibə veteranlarına birdəfəlik maddi yardım veriləcək
23/04/2019 [16:31]:
Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb
23/04/2019 [16:29]:
XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı
23/04/2019 [16:28]:
Bakı metrosunun 3 aylıq gəliri - 16,6 milyon manat
23/04/2019 [16:25]:
BSU-da “İslamda tolerantlıq” mövzusunda mühazirə keçirilib - FOTOLAR
23/04/2019 [16:24]:
Naxçıvanda orta aylıq əməkhaqqı artıb
23/04/2019 [16:12]:
Bu il Azərbaycana 7978 maşın gətirilib
23/04/2019 [16:08]:
Prezident: "Azərbaycan indi inkişafın yeni mərhələsindədir"
23/04/2019 [16:03]:
MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib
23/04/2019 [16:02]:
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
23/04/2019 [15:56]:
Bakıdakı şadlıq saraylarının bazarı öldü
23/04/2019 [15:53]:
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23/04/2019 [15:47]:
Sərdar Cəlaloğlu: “Heç kəs müxalifətə rəhbərlik edə bilməz”
23/04/2019 [15:36]:
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
23/04/2019 [15:34]:
"Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev
23/04/2019 [15:32]:
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
23/04/2019 [15:22]:
“Formula-1” yarışlarında işıq problemi olmayacaq
23/04/2019 [15:18]:
Ermənilər içməli sudan kütləvi zəhərləndi
23/04/2019 [15:14]:
Millət vəkili əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış etdi
23/04/2019 [15:12]:
Niyaməddin Orduxanlı ARB TV-nin “Günə Baxış” verlişinin qonağı olub - VİDEO
23/04/2019 [15:01]:
İranın XİN-in başçısı ABŞ-a gedib
23/04/2019 [14:48]:
Rusiyada müflis vətəndaşların sayı 100 mini keçib
23/04/2019 [14:38]:
Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər"
23/04/2019 [14:38]:
“O, bu gün adını daşıyan məktəbdə təhsil alıb, bir ata kimi mənim üçün ağrılıdır ki..."
23/04/2019 [14:35]:
Nəvələr babalarının kəsdiyi başlara görə təzminat tələb edir: Bütün tarixçilər şokda...
23/04/2019 [14:32]:
ADPU-da "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib
23/04/2019 [14:24]:
Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi
23/04/2019 [14:20]:
Gömrükçülər narkotik vasitə aşkarlayıb
23/04/2019 [14:17]:
Nazirlikdən qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat
23/04/2019 [14:10]:
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib - VİDEO
23/04/2019 [14:08]:
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
23/04/2019 [14:07]:
İlham Əliyev vətəndaşlarla görüşdü - FOTOLAR
23/04/2019 [13:56]:
Saakaşvili: "Eybi yox, bir az dözərəm"
23/04/2019 [13:52]:
Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI
23/04/2019 [13:52]:
Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi
23/04/2019 [13:48]:
Təhsil ekspertləri Ceyhun Bayramovun nazir işlədiyi 365 günə qiymət verdilər...
23/04/2019 [13:45]:
Prezident Mərdəkan-Qala yolunun açılışında oldu
23/04/2019 [13:38]:
Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!”
23/04/2019 [13:32]:
“Bizdə bu sahədə vəziyyət ağlamalıdır...”
23/04/2019 [13:30]:
Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı
23/04/2019 [13:24]:
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıldı
23/04/2019 [13:16]:
Bakıda 14 dərəcə isti olacaq
23/04/2019 [13:13]:
“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng
23/04/2019 [13:09]:
Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı
23/04/2019 [13:07]:
Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR
23/04/2019 [13:06]:
Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib
23/04/2019 [13:05]:
"Bu təxribatçılar dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır"
23/04/2019 [13:00]:
Hitler həqiqətən Argentinaya qaçıb? – FTB açıqladı
23/04/2019 [12:56]:
Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı
23/04/2019 [12:54]:
İsmayıllıda qadınları fahişəliyə cəlb edən sahibkar tutulub
23/04/2019 [12:50]:
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi
23/04/2019 [12:44]:
Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR
23/04/2019 [12:42]:
Pensiya artımından kənarda qalanların problemi həll edildi
23/04/2019 [12:37]:
“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” – Polad qanadların gətirdiyi mesaj...
23/04/2019 [12:36]:
Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək - FOTO
23/04/2019 [12:34]:
Millət vəkili BNA-nı quru yuyub yaş sərdi: "Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm..."
23/04/2019 [12:32]:
Məmmədyarovun bacısı Dünya Kubokuna vəsiqə qazandı
23/04/2019 [12:24]:
Anar Məmmədxanovun anım günüdür
23/04/2019 [12:22]:
Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir
23/04/2019 [12:20]:
BSU tələbələri Cocuq Mərcanlıda - FOTOLAR
23/04/2019 [12:17]:
Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
23/04/2019 [12:14]:
Generalın qalstukunda gizli kamera –Baş redaktoru necə “ilişdiriblər”…
23/04/2019 [12:09]:
"Tanınmış şəxsiyyətlərlə, dəyər daşıyıcılarıyla cəmiyyət arasında bu qədər sədd yaratmaq olmaz”
Bütün arxiv bir sırada
18/01/2019 [17:33] - Cəmiyyət - ( 813 dəfə baxılıb)

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək.

Moderator.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

S.Babayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək, “Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək” deyə bildirib.

Nazir deyib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox - 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Dövlət başçısının  mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.   

S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub ki, həmin şəxslərdən artıq  5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib.

Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə - pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.

Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada  pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq. Hədəf odur ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılmaqla, bu sahələrdə optimal, şəffaf iş və xidmət  sistemləri fəaliyyət göstərsin.

Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün bu ilin başlıca fəaliyyət məramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək bir layihənin – dövlət sosial xidmətlərinin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsini nəzərdə tutan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin işə salınmasıdır. Cənab Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə  DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk “DOST” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bununla da nazirliyin əhaliyə xidmətlərində tam yeni forma və məzmunda keyfiyyət mərhələsinə keçid təmin ediləcək. 

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib.  O,  1055 nəfərə  əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

 İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirovhesabat məruzələri ilə çıxış ediblər.

Çıxışlar zamanı ötən il DSMF gəlirlərinin 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmalarının 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatdığı, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artımın qeydə alındığı və bu istiqamət üzrə proqnozun icrasının 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirildiyi bildirilib. 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğinin 7,3 faiz artdığı diqqətə çatdırılıb.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51,774 nəfərin işlə təmin edildiyi, 118138 nəfərin peşəyönümü məsləhətlərinə, 2914 nəfərin peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına  cəlb olunduğu, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənildiyi qeyd edilib. 

Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb. 

Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan bəhs edilib. S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması, “İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
Cəmiyyət
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
Mədəniyyət
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
Cəmiyyət
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
Cəmiyyət
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
Həftənin ən çox oxunanları
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]