“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Oxunub: 11453
18 Jan 2019 | 22:56
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Prezident İlham Əliyev son müşavirədə kadr və struktur islahatları aparılacağının anonsunu verdi. Əslində çoxdan gözlənilirdi bu xəbər. Vaxtaşırı mətbuat orqanlarında bu cür fikirlər gündəmə gətirilir, nədənsə, vədlər özünü doğrultmurdu. İndisə islahat anonsu Prezidentin dilindən səsləndirildi və yeni ümidlərin doğmasına yol açdı. Bəs, görəsən, bu islahatlar hansı istiqamətlərdə aparılacaq və ya aparılmalıdır?

Beləliklə, Moderator.az BAXCP sədrinin “Hürriyyət”ə müsahibəsinin ikinci hissəsini təqdim edir:

I Hissə ilə bu linkə daxil olmaqla tanış olmaq mümkündür: //moderator.az/news/255093.html

- Mənim anlamadığım bir məsələ var. İslahatlar zamanı Qərbyönümlü insanların önə çəkilməsinə üstünlük veriləcəksə, Qərb ölkələri niyə Prezidentə söyüş kampaniyası ilə təzyiq göstərirlər. Yeganə səbəb Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həllinə çalışmaqdırmı?

- Mən Qərb ölkələrinin Azərbaycanla bağlı siyasətinin əsas motivlərini sadaladım. Sadəcə onu əlavə etmək istəyirəm ki, Qarabağ məsələsində dalana dirənmişik. Açıq desək, biz təkcə torpaqlarımızı itirməmişik, ölkəmizin gələcəyi, inkişaf perspektivi də təhlükə altındadır. Bizi region dövlətləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün qəsdən bu konfliktə çəkiblər. Konfliktlə bağlı siyasi qərarlar qəbul etmək səlahiyətində olan beynəlxalq qurumlar isə xristian təəssübkeşliyindən çıxış edərək rəsmi Bakıya təzyiq göstərirlər. Bəzi xarici güc mərkəzlərinin Azərbaycanda islahatlardan çəkinməsinin yeganə səbəbi odur ki, dövlətimiz güclənə və xalq hökumətdən torpaqlarımızın işğaldan azad edilməsini tələb edə bilər. Bilirsiniz ki, güclü dövlətlərdə xalqın siyasi proseslərdə iştirakı xeyli dərəcədə artır və milli iradə təsirli hala gəlir. Ona görə də həmin güc mərkəzləri Azərbaycanın nəinki güclənməsini, demokratikləşməsini istəmirlər, əksinə, zəifləməsini, qeyri-demokratik mühitin davam etməsini, feodal dövlətə çevrilməsini arzulayırlar. Bəlkə də bizim Qarabağ problemimiz olmasaydı, Qərb ölkələri istəyərdilər ki, Azərbaycan daha sivil, daha inkişaf etmiş dövlətə çevrilsin. Ona görə həmin qüvvələr ölkəmizin feodal təfəkkürlü, geri zəkalı dövlət məmurlarına gizli dəstək verir, onların mövqeyinin güclü olmasını istəyirlər. Bizim feodal təfəkkürlü məmurlarımız isə bəzən xarici havadarlarının təxribatına gedir, eynilə quldarlıq quruluşunda olduğu kimi istəmədikləri adamları cəzalandırır, çarmıxa çəkirlər. Dünya birliyi isə bunu lənətləyən bəyanatlar verir, qətnamələr qəbul edir və Azərbaycanın xarici imicini şübhə altına salırlar. Yəni ermənipərəst Qərb ölkələrinə ölkəmizin repressiv imicini yaratmaq lazımdır və bunu geri zəkalı Azərbaycan məmurları vasitəsilə həyata keçirirlər.  Amma hesab edirəm ki, xalqımız da, Prezidentimiz də özlərində güc tapıb bu təxribatların qarşısını ala biləcəklər. İslahatlar da buna hesablanıb və artıq bəzi addımların atılması üçün münbit zəmin yaranıb.

- Bəli, islahatlar artıq zərurətə çevrilib. Azərbaycanın nə iqtisadi gücü, nə də benəlxalq münasibətlər əvvəlki siyasi sistemi davam etdirməyə imkan vermir.

- Yeri gəlmişkən, dünya təcrübəsi göstərir ki, iqtisadi baxımdan inkişaf etməmiş ölkələrdə demokratik cəmiyyət qurmaq mümkün deyil. Belə cəhdlər adətən iflasa uğrayır. Məsələn, inkişaf etməmiş Çar Rusiyasında iki dəfə inqilab oldu, amma daha despotik rejim yarandı. Heç olmasa, Çar Rusiyasında Duma var idi, qanunların aliliyi qorunurdu. SSRİ-də isə çarlıqdan daha despotik sistem formalaşdı. Demokratik təsisatların yerinə I katiblik postu yaradıldı və ona çardan daha geniş səlahiyyətlər verildi. Rus cəmiyyəti sosialist inqilabından heç nə qazanmadı, əksinə itirdi.

Bu baxımdan, hesab edirəm ki, indiyədək Azərbaycanda dəyişiklik prosesi üçün zəmin yox idisə, cəmiyyətimizin inkişafı ilə artıq bunun əsasları formalaşıb. Həm iqtisadiyyatımız yetərli dərəcədə inkişaf edib və onun demokratik islahatlar üçün dayanıqlığı artıb, həm də cəmiyyətimiz bu dəyişikliklərə hazırdır. Üstəlik, Azərbaycanı istəyən xarici güc mərkəzləri də artıq öz ölkələrində hakimiyyətdəki mövqelərini gücləndirib, korrupsiyaya bulaşmış mürtəce qüvvələri sıxışdırıb idarəetmə mexanizmindən uzaqlaşdırıblar. Onlar da ölkəmizin inkişafını dəstəkləyirlər. Azərbaycan hökuməti Qərbdəki bu mütərəqqi qüvvələrə güvənməli və islahatları dərinləşdirməlidir.

- Dərd burasındadır ki, Azərbaycanda indiyədək formalaşdırılan sistem məmur hegemonluğuna və dövlət əmlakını mənimsəmə prinsipinə söykənirdi. Nəticədə ixtisara salınacaq kadrların başqa iş vərdişləri formalaşmayıb. Bu ona bənzəyir ki, müasir bir adamı kimsəsiz adaya atırsan və ondan Robinzon Kruzoluq tələb edirsən. Sizcə, islahatlardan sonra bu insanların taleyi necə olacaq?

- Mən, əlbəttə, ixtisara salınacaq işçiləri taleyin ümidinə buraxmağın tərəfdarı deyiləm. Onların arasından qabiliyyətlilər seçilməli, başqa işlərə keçirilməlidir. Ölkədə elə biznes şəraiti yaradılmalıdır ki, işdən azad olunanlar özəl sektorda çalışa bilsinlər. Bunun üçün isə, öncə də ifadə etdiyim kimi, sahibkarlıq fəaliyyətilə məşğul olmaq istəyənlərə müvafiq imkanlar yaradılmalıdır. Həmin insanların hər kəs kimi ucuz kreditlərə çıxış imkanı olmalıdır. Biz bu şəraiti təmin edə bilsək, yeni iqtisadi sistemə keçişdə heç bir problem olmayacaq və dünənədək büdcədən maliyyələşən xeyli insan bir müddətdən sonra büdcənin əsas maliyyə mənbəyinə çevriləcək və bundan həm özləri, həm də cəmiyyətimiz qazanacaq.

Başlıca islahatlardan biri məmurların səlahiyyət müddəti ilə bağlı olmalıdır. Bilirsiniz ki, ölkə başçısının fərmanı ilə universitetlərin rektorlarının səlahiyyət müddəti 5 ilə endirildi. Artıq hər 5 ildən bir ali məktəblərə yeni rektorlar təyin olunacaq. Hesab edirəm ki, bu norma digər dövlət qulluqçuları üçün də tətbiq olunmalıdır. Məndə olan və mətbuatdan oxuduğum məlumatlara görə, artıq bu barədə qanun layihəsi üzərində iş gedir və yaxın zamanlarda müvafiq qanunvericilik aktlarında bəzi dəyişiklərin edilməsi gözlənilir. Təcrübələr göstərir ki, əksər hallarda eyni vəzifədə uzun müddət olan adamlar rəhbərlik etdikləri sahəyə yeni ideyalar gətirə, öz işlərini təkmilləşdirə bilmirlər. Səlahiyyət müddətinin uzunluğu nəticəsində rəhbər şəxslərin kollektivlə yaxın münasibətləri yaranır, nəticədə iş tələbkarlığı aşağı düşür, bəzən hətta onların qanunsuz fəaliyyətlərinə, vəzifə səlahiyyətlərini aşmasına göz yumulur. Beləcə, idarəetmə mexanizmi yarıtmaz hala düşür. Ona görə də islahatların tərkib hissəsi kimi bu məsələlər də öz həllini tapmalı, bu il ərzində yeni idarəetmə sisteminin hüquqi bazası formalaşdırılmalı və 2020-ci ildən bu istiqamətdə konkret addımlar atılmalıdır. 

- Amma etiraf edək ki, bəzən struktur islahatları adı altında həyata keçirilən siyasətlər təəccüb doğurur. Bu yaxınlarda ölkə başçısı  “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaratmaq haqqında fərman imzaladı. Digər bir fərmanla isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi və onun əmlakı yeni yaradılan qurumun balansına keçdi. Yəni köhnə qurumun adı sinonimi ilə dəyişdirildi. Yeni idarəyə isə başqa birisi gətirildi. Sanki qurumun rəhbərini dəyişdirmək üçün bu addımlar atıldı. Kadr və struktur islahatları bu cür aparılacaqsa, hansı ictimai faydadan danışmaq olar?

- Xeyr, həmin qurumun təkcə adı və rəhbəri dəyişdirilmədi. Həm də qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verildi. Həmin struktur dəyişikliyinin başlıca səbəbi bu idi. Ləğv edilən qurumun başında duran şəxs bizim kənddəndir, mənimlə də çox yaxşı münasibətləri var. Həmin struktur dövlət ehtiyaclarını tam mənada təmin edə bilmədiyindən özünü doğrultmadı və buna görə də ləğv olundu.

- Yəni deyirsiniz ki, həmkəndliniz yaxşı kadr deyildi və işini düzgün qura bilmirdi?

- Qətiyyən, elə demirəm. Azərbaycan reallıqları var və bu reallıqlar işin necə qurulmasına təsir göstərir. Məsələn, hansısa nazirlik deyə bilir ki, mən kartofu sizdən yox, xaricdən alacağam. Çünki xaricdən aldığım məhsulda “otkat” (yəni pulun bir hissəsi geri qaytarılır) var, sizdə yoxdur. Tədarük və təchizat idarəsi bu durumda nə edə bilər? Mən vaxtilə mətbuatda bu barədə çıxış etmişəm. Misal üçün, soğanın bir kisəsini həmin qurum 3 manata təklif edirdi, amma “otkat” yox idi deyə, almırdılar. Adamın ürəyi ağrıyır, kəndlinin əməyinə, alın tərinə bundan artıq hörmətsizlik olar? Fermer nə qədər soğan satmalıdır ki, evinə bir televizor ala bilsin? Sən bir də ondan “otkat” tələb edirsən. Mən hələ kəndlinin il ərzində dolanışığını, yenidən əkin üçün çəkəcəyi xərci demirəm. Hansısa nazirin “otkat”dan pul qazanması üçün həm Azərbaycan kəndlisinin ilboyu çəkdiyi zəhmət, yetişdirdiyi məhsul məhv olur, həm də ölkənin xeyli vəsaiti xaricə axırdı. İndisə dövlət qurumlarının kənd təsərrüfatı məhsuluyla təchizatına birbaşa KNT nəzarət edəcək. Azərbaycan hökuməti bu sahədə təkcə struktur islahatı aparmaqla qalmadı, həm də yeni qurumun fəaliyyətini optimallaşdırmaq üçün hüquqi baza da yaratdı. Qəbul edilən yeni qanunvericiliyə əsasən, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətləri, FHN, Səhiyyə Nazirliyi kimi dövlət qurumları ehtiyacları olan ərzaq məhsullarını tender yolu ilə ilk növbədə yerli fermerlərdən almalıdırlar. Bu da fermerlərə imkan verəcək ki, məhsullarını azad rəqabət şəraitində müvafiq qurumlara satsınlar.  Yerli fermerlər dövlət qurumlarımızı əgər ərzaq məhsulları ilə təchiz edə bilməyəcəklərsə, ixraca baş vurulacaq.

- Yəni hesab edirsiniz ki, dövlət qurumlarımızın ərzaq məhsulları ilə təchizatının KTN-nə verilməsi ilə “otkat”xor məmurlarımızın iştahasının qarşısını almaq mümkün olacaq?

- Hər halda yeni nazir İnam Kərimov ixtisasca kənd təsərrüfatı mütəxəssisi olmasa da, yaxşı inzibatçıdır. Hesab edirəm ki, yeni nazir şəxsi nüfuzundan istifadə edərək, təchizat prosesinin şəffaflığına nail olacaq. Bilirsiniz ki, bəzən işlərin effektivliyində nazirlərin şəxşi nüfuzları, hökumət qurumlarındakı mövqeyi həlledici rol oynayır. Düşünürəm ki, o, nazirliyə yaxşı mütəxəssislər cəlb etməklə bu işin öhdəsindən gələ biləcək və hazırda bu istiqamətdə təqdirolunası müəyyən addımlar atılır.  

Məncə, dövlət qurumlarının və əhalinin ərzaq məhsulları ilə təchizatı məsələsində bir çox ölkələrin təcrübəsindən də faydalanılmalıdır. Məsələn, Türkiyədə heç kim xüsusi lisenziya almadan ölkəyə ət məhsulları gətirə bilməz. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi yerli istehsal gücü ilə istehlak tələbatını araşdırır, ortaya çıxan açıq miqdarında ət idxalına icazə verir. Məqsəd yerli istehsalı qorumaqdır. Azərbaycan da bu metodlardan istifadə etməlidir. Niyə ölkəmizin yerli məhsulları fermerlərimizin əlində qalıb xarab olmalı, dövlət qurumlarının ehtiyacı isə ixrac malları ilə ödənilməlidir? Sizə bir misal çəkəcəyəm; bu zamana qədər kartof yetişdirən fermerlərimiz yerli bazarda sıxışdırıldıqlarına görə, öz məhsullarını Rusiyaya 20 qəpikdən satır, biçin mövsümü bitdikdən sonra biz xaricdən 80 qəpiyə eyni məhsulu alırdıq. Bu halın qarşısını almaq üçün anbarlar tikilməli və kənd təsərrüfatı məhsulları orda mühafizə olunmalıdır. Mən bilirəm ki, artıq Azərbaycanda bu işlər görülüb, xeyli anbarlar inşa edilib. Lazım gələrsə, hər cür havalandırma sistemləri ilə təchiz olunan yeni anbarlar da tikilməlidir.

- Bayaq maraqlı bir söz dediniz. Bildirdiniz ki, İnam Kərimov öz sahəsinin mütəxəssis deyil, yaxşı inzibatçıdır. Yəqin razılaşarsınız ki, yaxşı inzibatçılıq hələ hansısa nazirliyin idarəedilməsi üçün yetərli kriteriya deyil. İdarə etdiyin sahənin də mütəxəssisi olmalısan. KTN-nin yeni komandasında isə deyəsən kənd təsərrüfatı mütəxəssisi ümumiyyətlə yoxdur...

- Bu, yəqin, onunla bağlıdır ki, Azərbaycanın özündə yaxşı kənd təsərrüfatı mütəxəssisi yox dərəcəsindədir. Artıq dövrün tələbərinə cavab verə bilən kənd təsərrüfatı mütəxəssisləri yetişdirilməlidir. Azərbaycanda son zamanlar xeyli sayda istixanalar qurulub. Onların işiylə yaxından tanış olsanız, aqronomlarının böyük hissəsinin Türkiyədən gətirildiyini görə bilərsiniz. Yaxud heyvandarlıq komplekslərini götürək, yenə böyük əksəriyyətində zootexniklərin çoxu xaricdən gətirilib. Azərbaycanda bu sahədə ciddi mütəxəssis qıtlığı var. İnam Kərimovu buna görə qınamaq mümkün deyil. Ölkəmizdəki bəzi baza təhsili kənd təsərrüfatı mütəxəssisi olan kadrların yeni tenologiyalardan xəbərləri yoxdur. Mənim bir dostum var, istixana yaratmışdı. Təsərrüfatında pomidor yetişdirirdi. Bir gün məhsuluna bir xəstəlik düşmüşdü. Pomidorun böyrü xal şəkilində ağarırdı. Nə qədər axtardı, Azərbaycanda bu xəstəliyə əlac edən mütəxəssis tapa bilmədi. Xeyli ziyan görəndən sonra məcburən, Türkiyədən mütəxəssis gətirdi.

- Deməli, aqrar sektorda atılacaq ilk addım kənd təsərrüfatı mütəxəssisi yetişdirmək üçün ciddi institutlar yaratmaq olmalıdır...

- Bəli. Ümumiyyətlə, Azərbaycanda təkcə aqrar sahədə deyil, bütövlükdə təhsil sektorunda  böyük islahatlar aparılmalıdır. Bu qədər ali məktəbə nə ehtiyac var? Düz-əməlli kadr da yetişdirə bilmirlər. Hesab edirəm ki, bir çox ali məktəbləri birləşdirmək və özəlləşdirmək lazımdır. Ali məktəblərin rektorları Elmi Şuralar tərəfindən seçilməli, müasir tələblərə cavab verən kadrların hazırlanması üçün yeni texnologiyalar tədris olunmalıdır. Təbii ki, Kənd Təsərrüfatı Akademiyası da bu prosesdən kənarda qalmamalı, ciddi şəkildə yenidən qurulmalıdır.

- Qüdrət bəy, mütəxəssis problemi təkcə KTN-də yaşansaydı, dərd yarı idi. Azərbaycanın, demək olar, bütün nazirləri bizim bəzi ekspertlər kimi hərşeyşünasdırlar. Eyni adam yaxın tarixlərdə həm qoruq rəhbəri, həm Təhsil, həm də Vergilər naziri kimi fəaliyyət göstərə bilir. Ən maraqlısı isə odur ki, bir-birindən fərqli strukturları eyni komanda ilə idarə edirlər. Sanki ölkədə Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Məmmədəlinin başına qoyaq ənənəsi formalaşıb. Bəzən papağı əlindən alınan Əli isə uzun müddət başı açıq  qalır.

-Məncə, biz siyasi vəzifə ilə nazirliklərin kadrlar heyətini qarışdırmamalıyıq. Nazir postu siyasi vəzifədir. O sahənin mütəxəsisis olmaya da bilər. Bütün dünyada müxtəlif peşənin mütəxəssisləri ilk baxışdan aidiyyətləri olmayan orqanlara  rəhbərlik edirlər. Amma onlar yaxşı inzibatçılar olduqları üçün işlərinin öhdələrindən gələ bilirlər. Azərbaycan da tədricən bu sistemə keçməlidir. Məsələn, sizin ixtisasınız nədir?

- Filoloq.

- Amma uzun illər siyasətdəsiniz və siyasi prosesləri dərindən izləyirsiniz. Sabah gəlib Baş nazir də, Müdafiə naziri də ola bilərsiniz. Ədəbiyyatçısının deyə, partiyanız hakimiyyətə gələndə mütləq Azərbaycan Yazıçılar Birliyinin sədri olmalı deyilsiniz ki.

- Başa düşürəm Sizi. Amma gəlin, belə bir nümunə ətrafında fikir mübadiləsı aparaq. Deyək ki, mən sabah Müdafiə naziri oldum. Ertəsi gün qərar verib Baş Qərargah rəisi başda olmaqla bütün Silahlı Qüvvələr personalını istefaya göndərdim, yerlərinə isə ədəbiyyatçı dostlarımı, tələbə yoldaşlarımı qoydum. Bu, nə dərəcədə doğrudur?

- Müdafiə naziri generalları təyin etmir. Müdafiə ilə bağlı ümumi siyasi rəhbərliyi həyata keçirir. Orduda generalların seçilməsi, təyinatı, hərbi əməliyyat planlarının hazırlanması və digər bütün məsələlər Baş Qərargah rəisinin işidir. Təhsil Nazirliyində də elədir. Sabah bir hüquqşünas da oraya qoyula bilər, başqa ixtisas sahibi də. Vacib deyil ki, nazir mütləq pedaqoq olsun. Amma Təhsil naziri həmin sahənin bacarıqlı mütəxəssislərini toplamalı,  nazirliyi idarə etməlidir.

- Bizdə eləmi olur, sizcə?

- Vallah, mən Təhsil Nazirliyinin necə idarə olunduğu barədə dəqiq məlumata sahib deyiləm. Amma mən görürəm ki, konkret olaraq KTN-də çox mühüm işlər görülür. Bunu inkar etmək olmaz.  İstənilən nazirliyin fəaliyyətinə qiyməti hardasa bir il, ilyarımdan sonra vermək mümkündür. İnam Kərimovun fəaliyyətinə qiymət də bir müddətdən sonra veriləcək. Təxminən, iki ildən sonra demək olar ki, İnam Kərimov özünü doğrultdu, yoxsa yox.

- Məncə, fakt ən gözəl dəlildir. İndiki Vergilər naziri bir müddət əvvəl Təhsil naziri idi. O, indiki vəzifəsinə təyin olunanda Təhsil Nazirliyinin bütün şöbələrinin rəhbərlərini özü ilə Vergilər Nazirliyinə gətirdi. Hətta uzun müddət Təhsil Nazirliyinin bütün strukturları başsız qaldı. Üstəlik, o, Təhsil naziri təyin olunanda da bütün kadrları özüylə gətirmişdi. Tanıdığım müəllimlər gileylənirdilər ki, Nazirlikdə yüksək vəzifədə bir nəfər də pedaqoq yoxdur.

- Açığı, bu barədə məlumatım olmadığına görə şərh etməkdə çətinlik çəkirəm. Mənim fikrimi soruşursunuzsa, hesab edirəm ki, nazir inzibatçı, digər kadrlar isə sahə üzrə mütəxəssis olmalıdır. Çünki sahə üzrə bütün problemlər həmin kadrlara məruzə olunur və onlar müvafiq tədbirlər planı hazırlandıqdan sonra  nazirə təqdim edirlər. Nazir isə həmin tədbirlər planını hökumət və parlamentlə razılaşdırdıqdan sonra həyata keçirilməsinə birbaşa nəzarət edir. Amma yenə deyirəm; istənilən fəaliyyətə onun nəticəsinə görə qiymət verilməlidir. Deyək ki, hansısa kadr mütəxəssisi olduğu sahəyə uyğun nazir təyin edilib. O əgər müsbət təşəbbüsləri boğacaqsa, yeni ideyaları qəbil etməyə hazır deyilsə, mütəxəssis olmasının faydası nədir? Məsələn, bu gün Vergilər Nazirliyində ciddi işlər görülür. Nazirin bundan əvvəl hansı struktura rəhbərlik etməsinin məsələyə nə dəxli var? Mən əminəm ki, Vergilər nazirinin bu fəaliyyətinin müsbət nəticəsi olacaq. Əsas odur, indi sahibkarlar incidilmir, Prezidentin dediyi kimi vergilər bir il əvvəldən yığılmır və nazirliyin öhdəliyində olan vəzifələr tamamilə sivil qaydada həyata keçirilir. Sahibkarlarla normal münasibətlər qurulur. Keçmişdən qalan bəzi nöqsanlar tədricən aradan qaldırılır.

- Amma bu islahatların möhkəmlənməsi üçün bəzi siyasi islahatlar da vacibdir. Xüsusilə müxalifətə münasibət dəyişilməlidir. Sizcə, hökumət siyasi islahatlara getməyə özündə cəsarət tapacaq?

- Prezidentin özü də çıxışında vurğuladı ki, siyasi islahatlar aparılacaq. Siyasi qütblər arasındakı münasibətə gəlincə, hesab edirəm ki, bu məsələdə təkcə hakimiyyətin yox, həm də müxalifətin üzərinə ciddi məsuliyyətlər düşür.  Ölkədə normal, hakimiyyətlə düşmənçilik yox, müxalifətçilik edən, əxlaq çərçivəsində mübarizə aparan müxalif qurumlar formalaşmalıdır. Eyni zamanda iqtidar da müxalif qüvvələrə münasibətini dəyişməlidir. Biz bəzən iqtidar qarşısında bu məsələni qaldıranda cavab verirlər ki, müxalif qüvvələri gücləndirmək bizim borcumuz deyil. Mən də deyirəm, sizin borcunuz elə bir siyasət aparmaqdır ki, onun nəticəsində sağlam müxalif qüvvələr formalaşsın. Açığını deyim; bir çox problemlər ölkədə güclü müxalifətin yoxluğundan qaynaqlanır. Azərbaycanın elə bölgələr var ki, orada müxalifətin yoxluğu icra başçılarının hədsiz və nəzarətsiz səlahiyyətlərinə yol açıb, onları kiçik padşahlara çevirib. Halbuki, Bakıda ölkə başçısı üzərində zəif də olsa, müxalifətin, qeyri-hökumət təşkilatlarının, mətbuatın, beynəlxalq təşkilatların, region dövlətlərinin nəzarəti var. Bəzi regionlarda isə bu nəzarət yoxdur. Nəzarətsizlik mühiti dövlətçiliyimiz üçün böyük təhlüklərə yol aça bilər. Sabah elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar. Ona görə də ölkədə normal müxalifət qüvvələrinin formalaşmasına ehtiyac var. İqtidarın da borcudur ki, apardığı islahatlarla bu prosesə zəmin hazırlasın.

- Mühüm islahatlardan biri də, məncə, parlament sahəsində aparılmalıdır. MSK-ın tərkibi dəyişilməli, ədalətli seçkilər keçirilməlidir.

- Bəli, bizim təklif etdiyimiz siyasi islahatlar da nəticə etibarilə demokratik və ədalətli yolla seçilmiş parlamentin formalaşmasına gətirib çıxarır. Biz Cənubi Qafqazda, ümumiyyətlə, regionda tək dövlətik ki, parlament fraksiyası yoxdur. Azərbaycanda YAP-dan başqa, hakimiyyəti dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, heç bir siyasi təşkilatın nümayəndəsi nəinki komitə sədri, hətta onun müavini səviyyəsində belə, MM-də təmsil olunmur. Halbuki, MM-in Daxili Nizamnaməsində birbaşa göstəriş var ki, Azərbaycan Respublikasının parlamenti çoxpartiyalılıq prinsipi əsasında fəaliyyət göstərir. Bu çoxpartiyalılıq heç nədə ifadə olunmur. Alternativ məruzə ilə çıxış edə bilmirsən, bəzən bütün vacib, əhəmiyyətli məsələlərdə çıxışlar 10 dəqiqədən 5 dəqiqəyə endirilir. Əslində isə məsələ əhəmiyyətlidirsə, onun müzakirəsinə daha çox zaman ayrılmalıdır. 5 dəqiqə ərzində nə danışmaq olar? Milli Məclisin alternativ fikrə bu yanaşması dəyişməsə, heç bir demokratik islahat baş tutmayacaq. Mən düşünürəm ki, biz bu sahədə ilk növbədə qanunvericiliyi dəyişməliyik. Onu elə qaydada formalaşdırmalıyıq ki, müxalifət müəyyən sayda parlamentdə təmsil oluna bilsin. Ermənistanda olduğu kimi.

Proporsional seçki sisteminin yenidən tətbiqi də bizim irəli sürdüyümüz siyasi islahatlarından biridir. Fikrimizcə, parlamentdə müxalif qüvvələrlə yanaşı, qadınlar üçün də müəyyən kvota nəzərdə tutulmalıdır. Qadınlar parlamentdə 25-30%-dən az olmayaraq təmsil olunmalı və adları proporsional seçki siyahılarına da bu nisbətdə salınmalıdır. Parlamentdə təmsilçilik üçün müəyyən baraj müəyyənləşdirilməli, bu barajı aşmasalar belə, MM-də müxalifət üçün nəzərdə tutulan yerlər ən çox səs toplayan minimum 3 müxalif partiya arasında bölüşdürülməlidir. Tutaq ki, parlamentdə müxalifət üçün ən azı 10% yer nəzərdə tutulacaqsa, həmin yerlər qazandıqları səsə görə müxalif təşkilatlara verilməlidir. Daha çox səs toplayacaqlarsa, sözsüz ki, qazandıqları səsə görə təmsil olunmalıdırlar, Parlamentdə bəzi komitələrin sədrləri, vitse-spikerlərdən biri, büdcəyə nəzarət komitəsinin bir neçə üzvü və onun rəhbəri müxalif nümayəndələrdən seçilməlidir. Hətta bəzi strateji əhəmiyyətli komitələrdə həmsədrlik institutu yaradılmalı və müxalifətin nümayəndələri də komitəyə eyni səlahiyyətlə rəhbərlik etməlidir. ABŞ-da bu təcrübədən geniş istifadə olunur. Bir çox strateji əhəmiyyətli komitələrin həmsədrlərindən biri demokratlar, digəri isə respublikaçılar arasından seçilir.

Düşünürəm ki, islahatlar dərinləşməlidir.
Oxşar xəbərlər
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
18 Mar 2024 | 20:08
Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
18 Mar 2024 | 20:07
Hande Yenerə ağır itki
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mar 2024 | 19:52
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
18 Mar 2024 | 19:48
Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
18 Mar 2024 | 19:44
“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO
18 Mar 2024 | 19:37
Nura Suridən Xəyyam Nisanov barədə ŞOK SÖZLƏR - VİDEO
18 Mar 2024 | 19:33
"İnşaat Konstruksiyaları" MMC məhkəməyə verilib
18 Mar 2024 | 19:27
Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb
18 Mar 2024 | 19:25
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 19:22
Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəvidə
18 Mar 2024 | 19:20
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mar 2024 | 19:16
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 19:10
Türkiyədə fabrikdə partlayış: Ölənlər var
18 Mar 2024 | 19:03
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 12:03
Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi
18 Mar 2024 | 11:58
Tokayev Azərbaycana gəlməzdən öncə İtaliyaya niyə getmişdi?- Analitik izah edir...
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
16 Mar 2024 | 16:52
Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü - YENİLƏNİB
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 12:03
Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi
18 Mar 2024 | 11:58
Tokayev Azərbaycana gəlməzdən öncə İtaliyaya niyə getmişdi?- Analitik izah edir...
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO