Cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəlməsində, gənc nəslin öz tarixi kökünə, milli dəyərlərinə bağlı şəkildə formalaşmasında vətənpərvərlik mahnılarının müstəsna əhəmiyyət kəsb etdiyi məlumdur.
Bəs ölkə telekanalları vətənpərvərlik mahnılarına yetərincə yer ayırırmı? Müharibə şəraitində olan ölkəmizdə vətənpərvərlik mahnılarına daha çox diqqət yetirilməsi məqsədəuyğun olmazmı?
Moderator.az-a açıqlama verən xalq artisti Mübariz Tağıyev vətənpərvərlik mahnılarına daha çox yer ayrılmasının vacibliyinə diqqət çəkdi:
“Dünən də, bu gün də vətənpərvərlik mözusunda mahnılar yazılır. Ancaq təəssüflər olsun ki, onlar efirdə az səslənir. Yəni vətənpərvərlik mahnılarına ayrılan efir vaxtı kifayət deyil. Ancaq vətənpərvərliklə bağlı yazılan xeyli əsərlər var. Bu mahnılar efirdə zaman-zaman səslənir. Lakin mənə elə gəlir ki, bu mahnılar vaxtaşırı səslənməlidir. Bu, cəmiyyətimiz üçün də, xalqımız üçün də daha faydalı olar”.
Seymur ƏLİYEV