Xəbər lenti
18/02/2019 [18:26]:
İsti havada divar hörən işçinin qeyri-adi sərinləmək üsulu: - MARAQLI...+ VİDEO
18/02/2019 [18:26]:
“Ermənilər beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımından yayındırmağa çalışır”
18/02/2019 [18:25]:
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18/02/2019 [18:13]:
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
18/02/2019 [18:10]:
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18/02/2019 [18:07]:
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq
18/02/2019 [18:05]:
Mendeleyev cədvəlini modernləşdirən azərbaycanlı: “AMEA-da tanışbazlıq yığışsa, hər şey gözəl olar”
18/02/2019 [17:56]:
İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub - FOTOLAR
18/02/2019 [17:54]:
Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
18/02/2019 [17:51]:
“Mənə yazan kişilərin 70 faizi evlidir”
18/02/2019 [17:49]:
"İmperator" varsa, "toylar kralı" otursun yerində" - Cavanşir Məmmədov
18/02/2019 [17:45]:
İlham Əliyev: “Pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq”
18/02/2019 [17:40]:
Fevralın 19-na MANATIN MƏZƏNNƏSİ
18/02/2019 [17:37]:
Koçaryanın oğluna qarşı ittiham irəli sürüldü
18/02/2019 [17:35]:
Nazir: "Azərbaycanda pensiya yenə qalxacaq"
18/02/2019 [17:32]:
Millət vəkili: "Məhkəmələr sahibkarları müdafiə etmir"
18/02/2019 [17:31]:
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
18/02/2019 [17:27]:
Həbsxanada tanış oldular, oğurluq edib maşın aldılar - FOTO
18/02/2019 [17:19]:
Prezident Sumqayıt bulvarında sakinlərlə görüşdü - FOTOLAR
18/02/2019 [17:12]:
Bakıda dələduzluq edən müğənniyə hökm oxundu
18/02/2019 [17:09]:
“AFB Bank” “Gilan” MMC-nin əlindən çıxdı
18/02/2019 [17:04]:
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18/02/2019 [17:00]:
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
18/02/2019 [16:59]:
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
18/02/2019 [16:53]:
Nazirliyə “Uğur-2018” mükafatı verildi - FOTOLAR
18/02/2019 [16:51]:
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək - FOTOLAR
18/02/2019 [16:49]:
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
18/02/2019 [16:45]:
Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxs: "Adıma 23 milyon 53 min manat kredit götürülüb"
18/02/2019 [16:40]:
İlham Əliyev: " Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi..."
18/02/2019 [16:38]:
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verdi
18/02/2019 [16:36]:
Gömrük əməkdaşları üçün təlim başladı
18/02/2019 [16:31]:
Şəbnəm Tovuzlu: "Ərimə hörmət edib, kişi məclisinə getmirəm" - VİDEO
18/02/2019 [16:25]:
Prezident: "Əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, yeni iş yerləri açmaqdır"
18/02/2019 [16:22]:
SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
18/02/2019 [16:17]:
"Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər
18/02/2019 [16:02]:
Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib
18/02/2019 [16:01]:
İlham Əliyev: "Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
18/02/2019 [15:57]:
Netanyahu Polşa ilə İsrailin arasını vurdu
18/02/2019 [15:54]:
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşdü
18/02/2019 [15:51]:
Baş Prokurorluq işə qəbul elan etdi
18/02/2019 [15:49]:
Sumqayıta 3 milyon manat ayrıldı
18/02/2019 [15:47]:
ADP İdarə Heyətininəti toplantısı keçirilidi
18/02/2019 [15:45]:
Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu ..."
18/02/2019 [15:38]:
Ermənilər Vaşinqtondakı Azərbaycan səfirliyi qarşısında  Ramil Səfərov əleyhinə aksiya keçirdi... 
18/02/2019 [15:26]:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi
18/02/2019 [15:24]:
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
18/02/2019 [15:22]:
Prezident çox ciddi islahatlara gedir
18/02/2019 [15:18]:
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”
18/02/2019 [15:13]:
Yol polisindən sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
18/02/2019 [15:06]:
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı oldu – FOTO
18/02/2019 [15:03]:
Vətənə tən daş...
18/02/2019 [15:00]:
"Polad" müəmma: Heydər Əliyevin “ekonomik əsgərləri” necə sıradan çıxarıldılar?
18/02/2019 [14:52]:
“İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” -Anar
18/02/2019 [14:40]:
Bu siqaretlər 3 manat oldu
18/02/2019 [14:37]:
240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI - FOTO
18/02/2019 [14:35]:
“Zamanın keçməsi ömrə bolluq gətirmir...” Firuz Mustafa...
18/02/2019 [14:29]:
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
18/02/2019 [14:25]:
Nazir: “Çörəyin qiymətinin dəyişməsi gözlənilmir”
18/02/2019 [14:19]:
Kəlbəcərin kəndində  böyük qutab festivalı keçiriləcək
18/02/2019 [14:18]:
Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18/02/2019 [14:12]:
Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
18/02/2019 [14:04]:
Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi –Rusiyaya qayıdıb
18/02/2019 [14:01]:
FHN-nin generalı Şahmar Paşayev təkzib etdi: “Pulu götürən var, mənim adım niyə hallanır?”
18/02/2019 [13:59]:
Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanıldı
18/02/2019 [13:55]:
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq –Vaxt açıqlandı
18/02/2019 [13:55]:
“Harda bayrağımız dalğalanırsa, himnimiz oxunursa, bu bizim üçün fəxrdir...”
18/02/2019 [13:54]:
“Aztelekom”un sabiq baş direktorunun məhkumluğu götürüldü
18/02/2019 [13:50]:
Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO
18/02/2019 [13:37]:
İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib
18/02/2019 [13:33]:
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
18/02/2019 [13:26]:
İqbal Ağazadə ona qarşı dələduzluq edəni bağışladı - MƏHKƏMƏ
18/02/2019 [13:23]:
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
18/02/2019 [13:17]:
Cəlilabadda əməliyyat: Narkotik satarkən yaxalandı
18/02/2019 [13:14]:
Azərbaycanda hər dörd cütlükdən biri boşanır
18/02/2019 [13:12]:
"Yığılan vergi daha çox bu sahəyə xərclənir" - Nazir açıqladı
18/02/2019 [13:10]:
“Qəzəllərini oxuduğuma görə Əliağa Vahidin haqqını verirdim...”
18/02/2019 [13:09]:
Gömrük Komitəsi: "Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu"
18/02/2019 [13:04]:
Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfər olduq?
18/02/2019 [13:01]:
“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxdı - FOTO
18/02/2019 [12:56]:
Naibə Allahverdiyeva səhhəti ilə "oynayan" həkim haqda... - AÇIQLAMA
Bütün arxiv bir sırada
07/02/2019 [20:40] - Mədəniyyət - ( 2074 dəfə baxılıb)

“Gündəmdə olmaq istəyən təsadüfi adamların Nəsimiyə toxunmasına imkan verməyək”





Ölkə başçısının sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan olundu. Bu, Azərbaycanın, eləcə də Şərqin böyük dahisi olan şair-filosof  İmadəddin Nəsimi irsinin yenidən öyrənilməsi və bütün dünyada təbliği üçün böyük fürsət yaratdı. 

Artıq bu istiqamətdə müəyyən işlərə də başlanılıb. Görəsən, kinomuz 1974-cü ildə olduğu kimi, bu il də Nəsimi haqqında möhtəşəm film çəkəcəkmi? 

O zaman Nəsimi haqqında çəkilən və dahi şairin adını daşıyan filmdə ikinci rejissor olan və Dərviş rolunda çıxış edən Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov (Şeyx Əbdül) Moderator.az-a açıqlamasında bir çox məqamlara toxunub:

“Mən Prezidentimizə təşəkkür edirəm  ki, bu dar macalda - beynəlxalq əlaqələr, iqtisadiyyat, sosial təminatların müqabilində elmimizi, sənətimizi, mədəniyyətimizi yaddan çıxarmır və onu xüsusi diqqətində, qayğısında saxlayır. 

Bu, çox sevindirici haldır. 50 ilə yaxın bir vaxtdır ki, mən ümumiyyətlə, bu tarixlə, milli-mənəvi dəyərimizlə bağlı, ağlım kəsən qədər araşdırmalar aparır, işlər görürəm. Çox şükür ki, Allah mənə uzun ömür verib. Bu uzun illər ərəzində mən Ədil İskəndərovları, Təhmasibləri, Həmid Araslıları, Əli Fəhmiləri, Əziz Şərifləri, Həsən Seyidbəyliləri, İsa Muğannaları görmüşəm. Yəni bilavasitə onlarla ünsiyyətdə olmuşam, müəllimlərim olublar. Onların elmindən, sənətindən, böyük istedadlarından bəhrələnmişəm”. 

Rejissor o zaman çəkilən “Nəsimi” filminin, eləcə də görülən bir çox işlərin  mütəfəkkiri dünyaya tanıtdığını bildirir:

““Nəsimi” filmini çəkəndə də bilirsiniz ki, SSRİ-yə tabe idik, ideologiya sovet ideologiyası idi və onun da öz qanunları vardı. Müəyyən sərhədlər mövcud idi. Digər dövlətlərə önə çıxmağa imkan vermirdilər. İmadəddin Nəsimini Azərbaycana qaytaran, kütləvi şəkildə tanıdan bu gün Nəsimini gətirib dünya səviyyəsində haqqını bərpa edən Ulu Öndərimiz Heydər Əliyevdir. Bu, mənim də iştirakımla olub. Heydər Əliyev bu məsələni o vaxt ortaya qoymasa idi, Nəsimi haqqında geniş sərəncamlar verib, bütün dünyada  festivallar, filmlər keçirməsəydi, Nəsimini ancaq 3-5 nəfər tədqiqatçı, dilçi alimlər tanıyardı. Nəsimini xalq kütləvi şəkildə tanımırdı və elm aləmi də, beynəlxalq aləm də onun barədə çox bilmirdi. Nəsimini çox dar bir çərçivədə tanıyırdılar.  Bu gün isə Nəsimi öz haqqını alır”. 

Dünyada böyük şairlər, filosoflar,  nəhəng təfəkkür sahibləri çoxdur, Nəsimidən isə yoxdur. Nəsiminin digər üstün tərəfi odur ki, praktik bir şəxsiyyətdir. Dünyada çoxlu ideoloqlar, nəzəriyyəçilər var. İdeyanı, nəzəriyyəni verirlər, lakin təcrübəsi uzun illər müzakirə olunur. Nəsiminin böyüklüyü odur ki, Şəms Təbrizidən, Bürhanəddindən,  Mövlanədən, Hüseyn Həllacdan, Nəimidən gələn möhtəşəm irfan fəlsəfəmizi konkret olaraq,  əyani dərslik kimi ortalığa qoydu.  Bax, Nəsimi bu baxımdan  bəşəriyyətdə analoqu olmayan, əvəzolunmaz böyük bir şəxsiyyətdir. 
Çox şükürlər olsun ki, heç olmasa, o vaxt o filmi çəkə bildik. Amma o filmdən üzübəri 50 il keçir. Biz artıq müstəqilik, müstəqil ideologiyamız, təbliğatımız var. Artıq biz özümüzü olduğumuz kimi ortaya qoyuruq, tanıdırıq, təbliğ edirik. Bu mənada Nəsimiyə hələ bizim qaytarılası çox borcumuz var.  Bu elm sahəsində tədqiqat, irfan, dünyanın yaranış fəlsəfəsi və sahələri aid olmaqla, həm də klassik Azərbaycan poeziyasının bütün texnoloji xırdalıqlarını,  mexanizmini bilən bir şairdir, Nəsimi. Nəsiminin dünya poeziyasının bütün janrlarında əsərləri var. Hətta lal, pəltək adamların dilində qəzəlləri var. Gərək şeir texnologiyasını hansı səviyyədə biləsən ki, bütün ölçüləri, yüzdə yüz qoruyub saxlamaqla belə bir gözəl fikir, lal, pəltək adamın dilindən belə gözəl əsər yaradasan. 
İmadəddin Nəsimi fəlsəfəsi dünya səviyyədə, praktik elmin, fəlsəfənin ən əyani düsturu, iki dəfə iki  dörd qədər aydın fəlsəfədir. Biz Nəsimini yenidən elm sahəsində, tədqiqat, təbliğat, tədris sahəsində ciddi surətdə öyrənməliyik.. Bizdə mərkəzdən qaçan, ağzıgöyçək, özünə təbliğat axtaranlar, şouçular, piarçılar hər şeydən istifadə etməyə başlayırlar. Gündəmdə olmaq üçün hər vasitədən istifadə edirlər və bizi korlamağa başlayırlar. Belə həvəskarlar, təsadüfi adamların , hazırlıqsız, savadsız, adamların Nəsimiyə toxunmasına imkan verməməliyik. Çünki Nəsimi artıq dünyada bilinən, tanınan digər millətlərə məxsus böyük alimlər, dahi şəxsiyyətlər tərəfindən öyrənilən bir dahidir. Şükür ki, bizim onların qarşısına çıxacaq elm, sənət, mədəniyyət xadimlərimiz kifayət qədərdir. 

Bu gözəl işləri görən möhtərəm Prezidentimizə və eləcə də onun xanımı Mehriban xanım Əliyevaya elmə, mədəniyyyətə, musiqiyə, sənətə belə dəyər verdiyinə görə, dərindən təşəkkürümü bildirirəm”.

Ülviyyə Qarayeva 

İsti havada divar hörən işçinin qeyri-adi sərinləmək üsulu: - MARAQLI...+ VİDEO
Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Ermənilər beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımından yayındırmağa çalışır”
Gündəm
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
Cəmiyyət
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
Müsahibə
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar” - MÜSAHİBƏ
Köşə
Yalıncıq xislətli adamların Dədə Qorqud cildinə girib "müdrik" məsləhətlər verməsi...
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə