Xəbər lenti
25/04/2019 [09:51]:
Çikaqoda uğur qazanan azərbaycanlı halal insan...
25/04/2019 [09:46]:
Serbiya Notr-Dam kilsəsinin yenidən bərpasına 1 milyon avro ayırıb
25/04/2019 [09:39]:
Prezident İlham Əliyev "Huawei" şirkətinin sədri ilə görüşüb- FOTO
25/04/2019 [09:38]:
"Facebook"u 5 milyard dollar cərimə gözləyir
25/04/2019 [09:36]:
Qulu Məhərrəmli: “Şeyx Nəsrullahın davamçılarını efirə çıxarıb, reklam etmək olmaz”
25/04/2019 [09:29]:
Şri-Lankada yenə partlayış oldu
25/04/2019 [09:19]:
Peterburqda sərnişin avtobusu qaynar su gölməçəsinə düşdü - VİDEO
25/04/2019 [09:15]:
Putinlə Inın görüşü başladı - VİDEO
25/04/2019 [08:32]:
Putin Koreya diktatoru ilə görüşmək üçün Vladivostoka gəldi
25/04/2019 [08:21]:
ABŞ-ın daha bir ştatından Türkiyə və Azərbaycana xain zərbə... 
25/04/2019 [07:56]:
Ramazan boyu yoxsullara yardım üçün 41 milyon ayrıldı-İbrətamiz...
25/04/2019 [07:21]:
“Bir də ayılacaqlar ki, pullarından başqa insanlığa layiq hər şeylərini itiriblər…”
25/04/2019 [00:23]:
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib - FOTO
25/04/2019 [00:20]:
Time.is portalı 24 apreli qondarma erməni soyqırımı günü kimi təqdim etdi
24/04/2019 [23:03]:
Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion ETİRAFLAR + VİDEO
24/04/2019 [22:58]:
Britaniya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq etdi
24/04/2019 [22:30]:
18 illik nikahdan sonra, ər və 2 uşaq atası qadına çevrildi - indi iki arvad kişi axtarır-FOTO
24/04/2019 [22:20]:
Jurnalistin qatilləri məlum oldu - “İrlandiya Respublika Ordusu” məsuliyyəti üzərinə götürdü
24/04/2019 [21:56]:
Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTO
24/04/2019 [21:28]:
PKK ermənilərdən ibarət terorçu dəstə qurdu
24/04/2019 [21:21]:
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
24/04/2019 [21:19]:
Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi
24/04/2019 [21:08]:
Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü – VİDEO
24/04/2019 [21:04]:
Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı
24/04/2019 [20:44]:
Sevda Yahyayevanın ögey atası Xoşqədəmin verilişində: “Arvadımı evində qulluqçu kimi işlədir”
24/04/2019 [20:37]:
DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA
24/04/2019 [20:34]:
Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI
24/04/2019 [20:13]:
Azərbaycan gömrükçüləri ABŞ-da təlimlərə qatıldı -FOTOLAR
24/04/2019 [20:11]:
İclasa cəmi bir deputat gəldi - Təxirə salındı
24/04/2019 [19:51]:
“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”
24/04/2019 [19:50]:
İki ölkə İrana müharibə elan etdi: Əgər ABŞ üzr istəməsə...
24/04/2019 [19:49]:
Gömrük Akademiyasında xidmətə hazırlıq təlimlərinin qiymətləndirilmə mərhələsi oldu -FOTOLAR
24/04/2019 [19:46]:
Sumqayıtda 21 yaşlı qız döyülüb
24/04/2019 [19:44]:
Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
24/04/2019 [19:37]:
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
24/04/2019 [19:33]:
Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir - VİDEO
24/04/2019 [19:27]:
Dövlət Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət edib
24/04/2019 [19:11]:
Planetin ən gözəl qadını bəlli oldu - FOTO
24/04/2019 [18:57]:
Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb”
24/04/2019 [18:40]:
Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib
24/04/2019 [18:34]:
QHT Şurasından daha bir yenilik - SƏLİS-in e-vətəndaş proqramının ilk təqdimatı BDU-da oldu
24/04/2019 [18:32]:
Qum qasırğası İranı “uçurur” –Məktəblər bağlandı
24/04/2019 [18:28]:
“Facebook” ekstremist meylli ispaniyalı “sağçı”ların səhifələrini bloklayıb
24/04/2019 [18:25]:
Tramp ermənilərin qondarma iddiası ilə bağlı çıxış etdi –O, "soyqırım" ifadəsini dilə gətirmədi
24/04/2019 [18:13]:
Əli Əhmədov: "“Erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur"
24/04/2019 [18:09]:
Rusiyada Azərbaycan diasporu birləşir -NƏHAYƏT
24/04/2019 [18:07]:
Kılıçdaroğluna yumruq zərbəsi endirən AKP-li: "Dövlət böyüklərimin əllərindən öpürəm"
24/04/2019 [18:03]:
Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib
24/04/2019 [17:55]:
Tramp erməniləri məyus etdi
24/04/2019 [17:50]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU
24/04/2019 [17:47]:
AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi
24/04/2019 [17:46]:
Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR
24/04/2019 [17:46]:
“Onlar Qarabağ danışıqlarını oyuncağa döndəriblər”
24/04/2019 [17:33]:
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
24/04/2019 [17:24]:
Komitə: Son üç ildə qadınların zorakılığına məruz qalan kişilər arasında ölənlər də olub
24/04/2019 [17:19]:
Bakı Nəqliyyat Agentliyinin rəngləmədiyi yol və çirkli dayanacaqları -FOTOREPORTAJ...
24/04/2019 [17:09]:
Daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib -Zakir Fərəcov görülən işlərlə tanış oldu
24/04/2019 [17:05]:
Məşhur müğənni öz ad günündə öldü
24/04/2019 [17:05]:
UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildi -FOTOLAR
24/04/2019 [17:00]:
Hidrometeorologiya Departamentində treninq
24/04/2019 [16:54]:
Arvadını bıçaqlayıb özünü dənizə atdı - Bakıda ailə dramı
24/04/2019 [16:51]:
Müəllim ucalıq deməkdir...
24/04/2019 [16:40]:
"Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."
24/04/2019 [16:30]:
“Bakı-Sumqayıt qatarında kitabxananın yaradılması faydalıdır, çünki...”
24/04/2019 [16:29]:
Əlilliyin rəsmiləşdirilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏSİDLƏYƏCƏK
24/04/2019 [16:28]:
İlham Əliyev və Si Cinpin görüşüb - FOTO
24/04/2019 [16:26]:
"Onların vicdanı olsaydı, 25 ildə bir kəlmə də Qarabağın geri qaytarılmasından danışardılar"
24/04/2019 [16:23]:
Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı ilə bağlı iddiasına cavab verdi
24/04/2019 [16:19]:
Nikol Paşinyan: "Rusiya komandamıza inanmır"
24/04/2019 [16:17]:
Müxalifət liderinə yumruq ilişdirən kəndli həbsdən buraxıldı
24/04/2019 [16:11]:
Polis sosial şəbəkədə videosu yayılan bıçaqlı qadını həbs etdi -FOTO
24/04/2019 [16:01]:
ADAU Bolqarıstanın Plovdiv Aqrar Univversiteti ilə birgə razılığa gəldi
24/04/2019 [15:59]:
“Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi”
24/04/2019 [15:54]:
Ərdoğan “erməni soyqırımı” ilə bağlı sərt müraciət etdi
24/04/2019 [15:51]:
UNEC-də Startap günləri keçiriləcək
24/04/2019 [15:41]:
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
24/04/2019 [15:38]:
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
24/04/2019 [15:31]:
Qadınlar Qarabağ Forumu keçirdi... -FOTOLAR
24/04/2019 [15:26]:
BAXCP Xilaskar Türk Əsgərinin abidəsini ziyarət edib
24/04/2019 [15:18]:
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
Bütün arxiv bir sırada
08/02/2019 [19:57] - Hadisə - ( 9129 dəfə baxılıb)

Ermənilər Kazan sənədinin təfərrüatlarını açıqladılar: Bizi hansı təhlükə gözləyirmiş?



2016-cı ildən bəri Dağlıq Qarabağ münaqişəsinin həllində “Kazan sənədi” deyilən sülh razılaşması haqqında çox danışılsa da, istər Azərbaycan, istərsə də Ermənistan ictimaiyyəti “Kazan sənədi” ilə tanış olmadığından cəmiyyətdə həmişə söz-söhbətə səbəb olub. “Kazan sənədi”ni Samvel Babayanın ofisi Araik Arutyunyana cavab kimi dərc edib. Hesab edirik ki, həm cavab, həm də sənədin maddələri Azərbaycan ictimaiyyəti üçün də maraqlı olacaq. 

Moderator.az “Aravot” qəzetinə istinadən həmin adı çəkilən materialı təqdim edir

“Cənab Araik Harutyunyan, biz əminik ki, siz Kazan sənədi ilə tanış olmusunuz.  Görüş aprel, iyun və ya iyul aylarında deyil, 2016-cı ilin sonunda baş tutub. Müzakirənin sonunda söhbət Kazan sənədindən getdi və burada Razmik Petrosyan və bir neçə nəfər sənədə qarşı çıxdı, qalanları isə səssizcə dinlədilər. Siz sakitcə dinləyirdiniz ki, Artsax  xalqı heç nə həll etməyəcək, referendum olmayacaq,  Artsax yalnız aralıq statusuna sahib olacaq. Yeddi rayonun geri qaytarılması birinci və ikinci mərhələlərə bölünüb və təhlükəsizlik gələcəkdə KTMT qüvvələri tərəfindən təmin ediləcək. Burda artsaxlıların öz torpaqlarında səs vermək hüququndan məhrum ediləcəyi səsləndirildi və  Şuşa-Laçın ərazisində, qaçqın azərbaycanlıların məskunlaşmasının başlanacağı qeyd olundu. Yəni, 1988-ci ilə qayıdılırdı. Bu növbəti görüş yox, bu aydın bir tələb idi: ya müharibə, ya da bu sənəd. Cənab Arutyunyan, öz xalqınızı aldatmaq yaxşı deyil. Söhbət bu çərçivədə baş verdi, yoxsa indi demək ki, bu adi bir müzakirə idi, sadəcə ayıbdır.  Əlbəttə, çox yaymaq lazım deyil,  ancaq qoy hər kəs həqiqəti bilsin. Əgər Artsax xalqı bunu qəbul etməlidirsə, onda başqa bir şey yoxdur. Bu yollar isə, ayrı bir mövzudur, yolun tikintisinin öz izahatı var, amma bu, növbəti dərsdə olacaq. Aşağıda Kazan sənədini təqdim edirəm.

Kazan sənədi: 

Ərazilər
 
Ermənistanın nəzarətində olan, Dağlıq Qarabağa bitişik bütün Azərbaycan torpaqları Azərbaycanın nəzarətinə qaytarılır. Geri qaytarmanın detallarını tərəflər Sülh sazişinə uyğun olaraq razılaşdıracaq. İlk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır. Daha sonra, Kəlbəcər rayonu və Laçın rayonunun qeyri-dəhliz bölməsi qayıdır. Ermənistan qüvvələri Kəlbəcər rayonundan çıxarılır. Rayonun Azərbaycanın nəzarəti altına qaytarılmasından əvvəl, Sülh müqaviləsi imzalananadək məhdud bir erməni hərbi kontingentinə orda qalmağa icazə verilir. Erməni məhdud hərbi kontingenti yeri Beynəlxalq keçid komissiyası tərəfindən müəyyən edilir. Kəlbəcər rayonu Azərbaycanın nəzarəti altına keçənədək ATƏT-in Beynəlxalq keçid Komissiyasının nəzarəti altında olacaq. Komissiyaya Ermənistan və Azərbaycan nümayəndələri də daxil olacaq. Aralıq dövrdə Kəlbəcər rayonunun erməni əhalisinin çıxışı təmin olacaq. Sülh sazişinin qüvvəyə minməsindən beş il sonra məcburi köçkünlərin Kəlbəcər rayonuna qayıtmasına icazə verilir. Laçın rayonunun da  Ermənistan və Dağlıq Qarabağı birləşdirən dəhlizdən kənar olan  əraziləri Sülh sazişi qüvvəyə mindikdən sonra Azərbaycanın nəzarətinə qaytarılır.

Təhlükəsizlik zəmanəti

Azərbaycan rayonlarına nəzarət edən erməni qüvvələrinin çıxarılmasından sonra  təhlükəsizlik və demilitarizasiya monitorinqini təmin etmək üçün sülhməramlı qüvvələr orada yerləşdirilir. Sülhməramlı qüvvələrin dövlətləri könüllü şəkildə formalaşdırılır. Sülhməramlıların seçilməsi tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. Hər bir tərəf digər tərəfin seçiminə veto qoymaq hüququna malik olur. Tərəflər Dağlıq Qarabağda və ətraf ərazilərdə bir-birinə qarşı güc tətbiq etməmək haqqında öhdəlik götürür. ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanla və Azərbaycanla məsləhətləşmədən sonra Cənubi Qafqazda ümumi təhlükəsizliyin təmin olunmasına dair ikitərəfli və birgə təhlükəsizlik təminatları verirlər. Azərbaycan öhdəlik götürür ki,  Azərbaycan-İran sərhədində polis bölmələri və sərhəd qoşunlarını yerləşdirmək  istisna olmaqla,  mövcud təmas xəttindən kənara hərbi qüvvə və silahlılar göndərməyəcək. 
  
Dağlıq Qarabağın aralıq statusu
 
Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşdirməzdən əvvəl Dağlıq Qarabağ müvəqqəti status alır və  öz əhalisinə müəyyən hüquq və imtiyazlar verir. Bunlar, Sülh Sazişində öz əksini tapacaq, xüsusilə:  Dağlıq Qarabağ sakinləri demokratik bir cəmiyyətdə sosial və iqtisadi həyatı və təhlükəsizliyi qorumaq və nəzarət etmək hüququna malikdirlər. Dağlıq Qarabağ sakinlərinin hüquq və əsas azadlıqlarına əməl olunur. Dağlıq Qarabağ xalqı aralıq dövründə Dağlıq Qarabağın idarə edilməsi məqsədilə qanunverici və icraedici  hakimiyyət orqanlarını seçmək hüququna malikdi, qanunvericilik və icra hakimiyyətini həyata keçirən orqanları seçmək hüququna malikdir. Ədalətlə idarə olunmanı həyata keçirmək üçün Dağlıq Qarabağ məhkəmələr yaratmaq hüququna malikdir. Dağlıq Qarabağın rəsmi vəzifəli şəxsləri Sülh sazişində müəyyən edilmiş sahələrdə xarici təmasların qurulmasına imkan verəcəklər. Dağlıq Qarabağın aralıq hakimiyyəti ATƏT-in sessiyalarında Dağlıq Qarabağla bağlı məsələlərin müzakirə olunduğu zaman müşahidəçi statusuna malik ola bilərlər. Onlar o beynəlxalq təşkilatlara daxil ola bilərlər ki,onların beynəlxalq  tanınma statusu bir şərt kimi qoyulmur.  Dağlıq Qarabağ  xarici ölkələrdən və beynəlxalq təşkilatlardan maliyyə yardımı ala bilər, bir şərtlə ki, belə bir kömək insan hüquqlarının müdafiəsinə, sülh iqtisadi və demokratik inkişafına, mədəni və ticarət əlaqələri və ya əsas humanitar ehtiyacların təmin olunmasına yönəlsin. 
     
Sərbəst iradə bildirmək

Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağ xalqının azad iradəsi ilə müəyyən edilir. Səsvermənin şərtləri və təfərrüatları gələcək danışıqlarda tərəflər arasında razılaşdırılır. Dağlıq Qarabağ əhalisi dedikdə 1988-ci ildə Dağlıq Qarabağda yaşayan bütün xalqların əsasən münaqişədən əvvəlki nisbəti nəzərdə tutulur. Səsvermə zamanı gələcək statusla bir sualın və ya sualların formalaşdırılmasında məhdudiyyət olmayacaq.

Laçın dəhlizi

Razılaşdırılmış  geniş dəhliz Ermənistanla Dağlıq Qarabağı birləşdirməlidir. Dağlıq Qarabağın hüquqi statusu dəqiq müəyyən edilənədək, dəhliz Dağlıq Qarabağın müvəqqəti hakimiyyətinin nəzarəti altında olacaq. Dağlıq Qarabağın son hüquqi statusunu müəyyən etdikdən sonra dəhlizdən istifadə prosesi Dağlıq Qarabağın son hüquqi statusunu nəzərə alaraq həll olunacaq.
 
Qaçqınlar

Bütün məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı əvvəlki yaşayış yerinin təhlükəsizliyinin təmin olunduğunu elan etdikdən sonra könüllü olaraq geri qayıtmaq hüququna malikdirlər. Yerlərinə qayıtmış şəxslər heç bir ayrı-seçkilik olmadan insan hüquqları və əsas azadlıqlardan istifadə edə bilərlər.


Blokadanın götürlməsi

Regionda bütün tərəflərin açıq və maneəsiz nəqliyyat və kommunikasiya əlaqələri, o cümlədən Naxçıvanla birbaşa və maneəsiz təmas qurulması, bütün sərhədlərin açılması və kommunikasiya istiqamətlərinin bərpası təşviq edilir. 

Donorların Konfransı 

Beynəlxalq maliyyə qurumları tərəfindən həmsədr ölkələrlə əməkdaşlıq edərək toplanan Beynəlxalq Donorlar Konfransı, hərbi əməliyyatlardan və Dağlıq Qarabağda təsir göstərən ərazilərdə minaların təmizlənməsi və bərpası üçün bir fond yaradır.
 
Komissiyalar

Tərəflər həmsədr ölkələrlə əməkdaşlıqda ayrı komissiyalar yaradır. Bu komissiyalar konsensus əsasında hərəkət edir və Dağlıq Qarabağın son hüquqi statusu üzrə referendumun vaxtı,  Laçın dəhlizinin texniki detalları və Kəlbəcər rayonunun Azərbaycanın inzibati nəzarətinə ötürülməsi ilə bağlı detalların ATƏT Komissiyası tərəfindən beynəlxalq monitorinqdən keçirilməsi barədə razılaşdırılır.

Qaradağın sabiq müdafiə naziri Samvel Babayan
 
Tərcümə etdi: İlham İsmayıl

Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
Hökmdara göndərilən kürünü mənimsəyən diplomatımıza yol görsəndi -Dubayda müəmma...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
Dünya
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
Gündəm
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
Dünya
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
Cəmiyyət
"Amansız hökmlər verməklə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını körükləmiş oluruq"
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]