Xəbər lenti
18/02/2019 [18:45]:
Buraxılış sinif şagirdlərinin ADAU ilə tanışlığı davam edir
18/02/2019 [18:26]:
İsti havada divar hörən işçinin qeyri-adi sərinləmək üsulu: - MARAQLI...+ VİDEO
18/02/2019 [18:26]:
“Ermənilər beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımından yayındırmağa çalışır”
18/02/2019 [18:25]:
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18/02/2019 [18:13]:
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
18/02/2019 [18:10]:
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18/02/2019 [18:07]:
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq
18/02/2019 [18:05]:
Mendeleyev cədvəlini modernləşdirən azərbaycanlı: “AMEA-da tanışbazlıq yığışsa, hər şey gözəl olar”
18/02/2019 [17:56]:
İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub - FOTOLAR
18/02/2019 [17:54]:
Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
18/02/2019 [17:51]:
“Mənə yazan kişilərin 70 faizi evlidir”
18/02/2019 [17:49]:
"İmperator" varsa, "toylar kralı" otursun yerində" - Cavanşir Məmmədov
18/02/2019 [17:45]:
İlham Əliyev: “Pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq”
18/02/2019 [17:40]:
Fevralın 19-na MANATIN MƏZƏNNƏSİ
18/02/2019 [17:37]:
Koçaryanın oğluna qarşı ittiham irəli sürüldü
18/02/2019 [17:35]:
Nazir: "Azərbaycanda pensiya yenə qalxacaq"
18/02/2019 [17:32]:
Millət vəkili: "Məhkəmələr sahibkarları müdafiə etmir"
18/02/2019 [17:31]:
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
18/02/2019 [17:27]:
Həbsxanada tanış oldular, oğurluq edib maşın aldılar - FOTO
18/02/2019 [17:19]:
Prezident Sumqayıt bulvarında sakinlərlə görüşdü - FOTOLAR
18/02/2019 [17:12]:
Bakıda dələduzluq edən müğənniyə hökm oxundu
18/02/2019 [17:09]:
“AFB Bank” “Gilan” MMC-nin əlindən çıxdı
18/02/2019 [17:04]:
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18/02/2019 [17:00]:
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
18/02/2019 [16:59]:
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
18/02/2019 [16:53]:
Nazirliyə “Uğur-2018” mükafatı verildi - FOTOLAR
18/02/2019 [16:51]:
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək - FOTOLAR
18/02/2019 [16:49]:
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
18/02/2019 [16:45]:
Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxs: "Adıma 23 milyon 53 min manat kredit götürülüb"
18/02/2019 [16:40]:
İlham Əliyev: " Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi..."
18/02/2019 [16:38]:
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verdi
18/02/2019 [16:36]:
Gömrük əməkdaşları üçün təlim başladı
18/02/2019 [16:31]:
Şəbnəm Tovuzlu: "Ərimə hörmət edib, kişi məclisinə getmirəm" - VİDEO
18/02/2019 [16:25]:
Prezident: "Əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, yeni iş yerləri açmaqdır"
18/02/2019 [16:22]:
SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
18/02/2019 [16:17]:
"Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər
18/02/2019 [16:02]:
Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib
18/02/2019 [16:01]:
İlham Əliyev: "Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
18/02/2019 [15:57]:
Netanyahu Polşa ilə İsrailin arasını vurdu
18/02/2019 [15:54]:
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşdü
18/02/2019 [15:51]:
Baş Prokurorluq işə qəbul elan etdi
18/02/2019 [15:49]:
Sumqayıta 3 milyon manat ayrıldı
18/02/2019 [15:47]:
ADP İdarə Heyətininəti toplantısı keçirilidi
18/02/2019 [15:45]:
Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu ..."
18/02/2019 [15:38]:
Ermənilər Vaşinqtondakı Azərbaycan səfirliyi qarşısında  Ramil Səfərov əleyhinə aksiya keçirdi... 
18/02/2019 [15:26]:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi
18/02/2019 [15:24]:
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
18/02/2019 [15:22]:
Prezident çox ciddi islahatlara gedir
18/02/2019 [15:18]:
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”
18/02/2019 [15:13]:
Yol polisindən sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
18/02/2019 [15:06]:
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı oldu – FOTO
18/02/2019 [15:03]:
Vətənə tən daş...
18/02/2019 [15:00]:
"Polad" müəmma: Heydər Əliyevin “ekonomik əsgərləri” necə sıradan çıxarıldılar?
18/02/2019 [14:52]:
“İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” -Anar
18/02/2019 [14:40]:
Bu siqaretlər 3 manat oldu
18/02/2019 [14:37]:
240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI - FOTO
18/02/2019 [14:35]:
“Zamanın keçməsi ömrə bolluq gətirmir...” Firuz Mustafa...
18/02/2019 [14:29]:
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
18/02/2019 [14:25]:
Nazir: “Çörəyin qiymətinin dəyişməsi gözlənilmir”
18/02/2019 [14:19]:
Kəlbəcərin kəndində  böyük qutab festivalı keçiriləcək
18/02/2019 [14:18]:
Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18/02/2019 [14:12]:
Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
18/02/2019 [14:04]:
Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi –Rusiyaya qayıdıb
18/02/2019 [14:01]:
FHN-nin generalı Şahmar Paşayev təkzib etdi: “Pulu götürən var, mənim adım niyə hallanır?”
18/02/2019 [13:59]:
Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanıldı
18/02/2019 [13:55]:
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq –Vaxt açıqlandı
18/02/2019 [13:55]:
“Harda bayrağımız dalğalanırsa, himnimiz oxunursa, bu bizim üçün fəxrdir...”
18/02/2019 [13:54]:
“Aztelekom”un sabiq baş direktorunun məhkumluğu götürüldü
18/02/2019 [13:50]:
Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO
18/02/2019 [13:37]:
İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib
18/02/2019 [13:33]:
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
18/02/2019 [13:26]:
İqbal Ağazadə ona qarşı dələduzluq edəni bağışladı - MƏHKƏMƏ
18/02/2019 [13:23]:
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
18/02/2019 [13:17]:
Cəlilabadda əməliyyat: Narkotik satarkən yaxalandı
18/02/2019 [13:14]:
Azərbaycanda hər dörd cütlükdən biri boşanır
18/02/2019 [13:12]:
"Yığılan vergi daha çox bu sahəyə xərclənir" - Nazir açıqladı
18/02/2019 [13:10]:
“Qəzəllərini oxuduğuma görə Əliağa Vahidin haqqını verirdim...”
18/02/2019 [13:09]:
Gömrük Komitəsi: "Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu"
18/02/2019 [13:04]:
Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfər olduq?
18/02/2019 [13:01]:
“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxdı - FOTO
Bütün arxiv bir sırada
09/02/2019 [13:08] - Ədəbiyyat - ( 1644 dəfə baxılıb)

“Günəş xala Brnonu necə partlatdı...”



Hava soyuq idi. Rəfoş “Dom pioner”dəki otağında oturmuşdu. Pəncərədən yağan qarı seyr edirdi. Cibində pulu da azalmışdı. Toy sezonu olmadığından bütün musiqiçilər kimi Rəfoş da klarnetini və saksafonunu evdə çarpayının altına qoymuşdu. Naxçıvanın darıxdırıcı həyatı onu dilxor edirdi. Bilmirdi hansı işin qulpundan yapışsın.
Bu vaxt dəhlizdən ayaq səsləri gəldi. Amma bu səs ayaqqabı yox, çəkmə səsinə oxşayırdı. Qapı aramsız döyüldü. Rəfoş diksindi. “Kimdi?” deyən kimi qapını bir rus mayoru ilə “Dom pioner”in müdiri Nizami müəllim açdılar. Mayor başıyla işarə edib soruşdu ki, budur? Nizami müəllim: “Bəli, bəli”, — dedi.
Rəfoşu qorxu basmışdı. Belə səs-küyə öyrəşməmişdi. Nizami müəllim xırıltılı səsiylə dedi: “Rəfoş, səni general Katkov çağırır.” General Katkov Naxçıvandakı Sovet qoşunlarının komandiri idi.
Rəfoş həyəcanlandı. Əfqanıstan müharibəsi təzə başlamışdı. Qorxdu ki, yəqin ora aparacaqlar. Evə zəng vurmaq istədi, qoymadılar. Hərbi “Vilis”ə mindirib yollandılar Rəfoşun evinə, klarneti götürüb sonra diviziyaya apardılar.
Rəfoş diviziyanın qapısına çatanda “23 fevral” yazısını oxuyub rahatlandı. Çünki həyətdə bayram əhval-ruhiyyəsi vardı. Mayor bildirdi ki, həyəcanı kənara qoy, parad olacaq indi: “Rus əsgərlərindən ibarət orkestrimizdə klarnet ifaçısı xəstələnib. Ona görə, təcili səni gətirdik. Sovet hərbi marşları səslənəcək. Sən bizə kömək edəcəksən.”
Rəfoş dərhal not istədi. Mayor not vərəqlərini ona gətirəndən sonra binanın bir küncünə çəkilib züm-zümə etdi. Alınırdı.
Parad başladı. Əsgərlər siravi marşla tribunanın önündən keçirdilər. Rəfoş, özü də bilmədən, sovet hərbi marşlarına muğam rəngləri edirdi. Bunu anlayan general Katkov Rəfoşa tərəf baxdı. Baş barmağı ilə əla işarəsi göstərdi. Rəfoş isə öz işində idi. “Katyuşa” mahnısı ifa olunanda Rəfoş milli barmaqlarla elə şirinliklər edirdi ki, sanki paradda yox, mağar toyundaydı.
Parad bitəndən sonra Rəfoş evə qayıtdı. General Katkov hədiyyə olaraq ona “Krasnıy Moskva” odekalonu və 100 rubl pul vermişdi.
Bu əhvalatdan, təxminən, iki il keçmişdi. Rəfoş anasıgildə həyətdə oturmuşdu. Bu zaman DTK əməkdaşı Qibləli qapını açdı. Rəfoş onu tanıyırdı.
Qibləli içəri keçib salamsız-sabahsız oturdu Rəfoşun yanında. Rəfoş dinmirdi. Qibləli qrafindən stəkana su süzdü. Qurtuldada-qurtuldada içdi və dedi.
— Gedək.
Rəfoşu sanki tok vurdu. “Hara?” da deyə bilmədi. Qibləli gözüylə işarə etdi ki, evdəkilər bilməsin. Dur gedək.
Rəfoşu DTK -nın binasına gətirdilər.
Uzun kabinetdə balacaboy komitə sədri oturmuşdu. Rəfoş içəri daxil olan kimi sədr qışqırdı: “Sən Katkovu hardan tanıyırsan?”
Bir anlıq Rəfoş özünü itirdi. Çünki iki il bundan əvvəl görüşdüyü generalın soyadını yaddan çıxarmışdı. Komitə sədri elə hey çığırır, onun Katkovla nə əlaqəsi olduğunu öyrənmək istəyirdi.
Rəfoş anidən xatırladı:
— Yoldaş sədr, mən Katkovla görüşməmişəm. O, burda diviziya komandiri olanda məni orkestrdə klarnet çalmağa çağırmışdılar. Qalanını bilmirəm.
Sədr, köməkçisinə əlində tutduğu məktubu oxumağı əmr etdi. Məktubda Naxçıvanı xeyli tərifləyən Katkov, sonda Rəfalət Kərimovu Çexiyanın Brno şəhərinə dəvət etdiyini yazırdı.
Sədr ayağa qalxdı. Rəfoşa tərəf çevrilib dedi:
— Özün bil, gedirsən get. Amma bir Sovet vətəndaşı kimi bu, gələcəkdə sənə pis təsir edə bilər. Bir də ki, Naxçıvanda toylara gedirsən, “Dom pioner”də işləyirsən, nəyin əskikdir? Başını sal aşağı işlə daa!
Rəfoş evə qayıtdı. Anası Günəş göyərti arıtlayırdı. Rəfoş ona yaxınlaşıb dilxor-dilxor Brnoya gedəcəyini bildirdi. Günəş göyərtini yerə atıb qışqırdı:
— Bircə bu qalmışdı. Hansı xarabadır ora? Niyə gedirsən? Mən də sənə toy eləməyə hazırlaşıram!!! Ay havarrrrr!!
Rəfoş elə bu cavabı gözləyirdi. Yenə eyni hava çalınacaqdı. Ayağa qalxıb həyətə düşmüşdü ki, birdən qonşuları Camal əmi içəri girdi. O, bel almağa gəlmişdi. Günəş xala Camalı görcək deyinməyə başladı:
— Görürsən bu avaranı? Deyir, gedirəm bilmirəm Brındı nədir ora.
Camal Rəfoşdan nə baş verdiyini soruşdu. Rəfoş ona hər şeyi başa salandan sonra Camal əmi üzünü tutdu Günəşə:
— Ay Günəş, imkan ver, getsin, uşağın bəxtini bağlama. Əfqanıstanda da müharibə başlayıb. Birdən apararlar. Yaxşısı budur, qoy getsin o Brındı haradı ora.
Bir ay sonra Rəfoş Brnonun “Turjanı” hava limanında idi.
Çexiyanın Brno şəhəri. Rəfoş Naxçıvanın tozlu-torpaqlı küçələrindən keçərək ayaqqabısında gətirdiyi palçığı Brno şəhərinin təmiz asfaltına tökəndə başa düşdü ki, hardan hara gəlib.
General Katkov Rəfoşu otağında qəbul etdi. Naxçıvandan danışdılar. General, Rəfoşun klarnet ifasına vurulduğunu bildirdi. Hərbi marşları muğam üstündə ifa etməsindən danışıb xeyli gülüşdülər. Axırda da Rəfoşu hərbi orkestrə rəis təyin etdilər.
Gözəl və bəxtəvər günlər başladı.
Çexiyanın həyat tərzinə öyrəşmək, təbii ki, çətin idi, amma Rəfoş tezliklə uyğunlaşdı. Hərbi orkestrin rəhbəri kimi tez-tez tədbirlərdə olur, festivallara qatılırdı, geri – Naxçıvana qayıtmaq heç ağlına da gəlmirdi.
Beləcə, iki ilin necə keçdiyini hiss eləmədi Rəfoş. Ta ki…
Bir gün polkovnik Padarov Rəfoşu yanına çağırıb general Katkovun onu görmək istədiyini söylədi.
Rəfoş qəbul otağına yaxınlaşanda generalın katibəsi Lyüdmila Vasilyevna ona tərs-tərs baxıb dodağının altında: “Ay Rafik, ay Rafik”, — dedi. Heç nə anlamayan Rəfoş müəmma içində generalın otağına daxil oldu. Hərbi geyimdə olmasa da, generalın ciddiyyətini görüb qeyri-iradi hərbi salam verdi.
General:
— Ay Rafik (general ona Rafik deyə müraciət edirdi), bilirsən ki, səni çox istəyirəm. Sənətkarlığını isə xüsusən. Səni ucqarlardan gətirdim.
Rəfoş:
— Çox sağ olun, yoldaş general.
General:
— “Sağ ol”unu saxla. Mənim “sağ ol”a ehtiyacım yoxdu. Sizin bir dramaturqunuz var. Onun cəmi bir əsərini oxumuşam, özü də filminə baxandan sonra. Nə idi onun adı?..
Rəfoş:
— Yoldaş general, bilmədim kimi deyirsiniz.
General:
— Hə tapdım — Axundov. “Dərviş Parisi partladır.” Baxmısan, yəqin, o filmə.
Rəfoş:
— Bəli.
General:
— Mən düşünürdüm ki, siz bir daha onun qəhrəmanlarının gününə düşməzsiniz. Ancaq, sən demə, davam edirsiniz… – Bir qədər pauza verdi. — Nə isə. Keçək əsas məsələyə.
Rəfoş dilxor olmuşdu. Nə səhv etdiyini fikirləşdi. General qarşısındakı “Göy göl” konyakını qədəhlərə süzdü. Rəfoşa da təklif edəndən sonra sözünə başladı:
— Rafik, Naxçıvandan hər ay məktub gəlir.
— DTK-dan?
— Yox, əşiii. Ordan gəlsəydi nə vardı ki… Sizin evdən. Anan yazır. Mən iki ildi, bunları gizlədirdim, səni işindən, xoşbəxt həyatından qoparmaq istəmirdim, ancaq artıq dözə bilmədim. Anan hər məktubunda məni tənqid və təhqir edir. Deyir ki, oğlumu əlimdən almısan.
— Yoldaş general!
— Dayan. Konyakını iç. Sonuncu məktubda da yazıb ki, əgər oğlumu qaytarmasan, neft töküb özümü yandıracam. Hətta SSRİ Müdafiə naziri yoldaş Ustinova yazacağını deyir. Ən çox da ondan qorxuram ki, anan Axundovun əsərindəki kimi falçı tapıb Brnonu partladar.
General gülümsəyərək siqaretini yandırdı. Pəncərəyə yaxınlaşdı.
— Rafik, mən 5 il Naxçıvanda komandir oldum. Sizləri yaxşı tanıyıram. Ailəyə çox bağlısınız. Mənim bir övladım var – Yelena. Sən də tanıyırsan. Keçən dəfə ad günündə görmüsən. Sözümə qulaq as. Gəl sizi evləndirim. Nəyim varsa, sənin olar. Amma sən bir də oralara qayıtma. Moskvada, Peredelkinoda bağ evimi də sənə verəcəm. Hələ istəyirəm, səni Praqa Konservatoriyasına qəbul etdirim.
Rəfoşu tər basmışdı. Hətta generalın son cümlələrini belə eşitmədi, dilxor vəziyyətdə, icazə almadan otağı tərk etdi.
Dəhlizdə generalın katibəsi Lyüdmila Vasilyevna dodağının altında deyinirdi: “Ay Rafik, ay Rafik”…
Əslində general gümanında yanılmırdı. Hər ay qonşunun oğlu Məşəbaşıya məktub yazdırıb poçtla göndərən Günəş xala, Rəfoşdan xəbər çıxmadığını görəndə əlacsız qalıb qonşu Zümrüd arvadla “baxıcı” Hüseynə üz tutmuşdu. Hüseyn kişi də Quranı ora-bura çevirib demişdi ki, oğlun yaxın günlərə qayıtmasa, elə bir dua yazacam ki, o Brnodu nədi, oranı alt-üst edəcəm. Günəşin ürəyi rahatlamışdı.
Bir ay sonra polkovnik Padarov Rəfoşa yaxınlaşdı. Qoltuğundakı qovluğu ona uzadaraq “yoldaş general sənin Naxçıvana qayıtmağını istəyir”, — dedi. Rəfoşun anası sonuncu məktubu öz adından yazmamışdı. Məktub qonşusunun bacısı qızı Məhsətinin adından idi. Məshəti, Günəşin artıq fikirdən öldüyünü yazırdı. Əlacsız qalan general Rəfoşu birdəfəlik Naxçıvana göndərmək qərarına gəlmişdi.
Rəfoş Naxçıvana qayıtdı. Dəmir yolu vağzalında onu məhlə uşaqları Qırıx, Qudan, Cını, Qiya, İli, Dımıqi və Məşabaşı qarşıladı. Rəfoş anasını soruşa-soruşa ağlayırdı. Çuxur məhəlləsinə çatıb uzaqdan mağarı görəndə hönkürtüsünü saxlaya bilmədi. Amma taksidən düşəndə mollanın səsi əvəzinə başqa səslər eşitdi, qarşısında yas əvəzinə başqa mənzərə açıldı. Klarnetçi Əkusta, nağaraçı Pənah, qarmonçu Ələs ucadan vağzalı çaldılar. Günəş xala sapsağlam mağardan küçəyə atılıb oynaya-oynaya Rəfoşun qarşısında süzdü. Rəfoş qorxudan bilmədi neynəsin.
Rəfoşu evləndirdilər və bir də harasa getməyi ağlının ucundan belə keçirməsin deyə ömürlük toy tutdular.

Tahir Tahiroviç

İsti havada divar hörən işçinin qeyri-adi sərinləmək üsulu: - MARAQLI...+ VİDEO
Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Ermənilər beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımından yayındırmağa çalışır”
Gündəm
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
Cəmiyyət
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
Müsahibə
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar” - MÜSAHİBƏ
Köşə
Yalıncıq xislətli adamların Dədə Qorqud cildinə girib "müdrik" məsləhətlər verməsi...
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə