Xəbər lenti
18/02/2019 [18:05]:
Mendeleyev cədvəlini modernləşdirən azərbaycanlı: “AMEA-da tanışbazlıq yığışsa, hər şey gözəl olar”
18/02/2019 [17:56]:
İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub - FOTOLAR
18/02/2019 [17:54]:
Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
18/02/2019 [17:51]:
“Mənə yazan kişilərin 70 faizi evlidir”
18/02/2019 [17:49]:
"İmperator" varsa, "toylar kralı" otursun yerində" - Cavanşir Məmmədov
18/02/2019 [17:45]:
İlham Əliyev: “Pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq”
18/02/2019 [17:40]:
Fevralın 19-na MANATIN MƏZƏNNƏSİ
18/02/2019 [17:37]:
Koçaryanın oğluna qarşı ittiham irəli sürüldü
18/02/2019 [17:35]:
Nazir: "Azərbaycanda pensiya yenə qalxacaq"
18/02/2019 [17:32]:
Millət vəkili: "Məhkəmələr sahibkarları müdafiə etmir"
18/02/2019 [17:31]:
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
18/02/2019 [17:27]:
Həbsxanada tanış oldular, oğurluq edib maşın aldılar - FOTO
18/02/2019 [17:19]:
Prezident Sumqayıt bulvarında sakinlərlə görüşdü - FOTOLAR
18/02/2019 [17:12]:
Bakıda dələduzluq edən müğənniyə hökm oxundu
18/02/2019 [17:09]:
“AFB Bank” “Gilan” MMC-nin əlindən çıxdı
18/02/2019 [17:04]:
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18/02/2019 [17:00]:
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
18/02/2019 [16:59]:
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
18/02/2019 [16:53]:
Nazirliyə “Uğur-2018” mükafatı verildi - FOTOLAR
18/02/2019 [16:51]:
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək - FOTOLAR
18/02/2019 [16:49]:
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
18/02/2019 [16:45]:
Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxs: "Adıma 23 milyon 53 min manat kredit götürülüb"
18/02/2019 [16:40]:
İlham Əliyev: " Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi..."
18/02/2019 [16:38]:
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verdi
18/02/2019 [16:36]:
Gömrük əməkdaşları üçün təlim başladı
18/02/2019 [16:31]:
Şəbnəm Tovuzlu: "Ərimə hörmət edib, kişi məclisinə getmirəm" - VİDEO
18/02/2019 [16:25]:
Prezident: "Əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, yeni iş yerləri açmaqdır"
18/02/2019 [16:22]:
SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
18/02/2019 [16:17]:
"Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər
18/02/2019 [16:02]:
Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib
18/02/2019 [16:01]:
İlham Əliyev: "Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
18/02/2019 [15:57]:
Netanyahu Polşa ilə İsrailin arasını vurdu
18/02/2019 [15:54]:
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşdü
18/02/2019 [15:51]:
Baş Prokurorluq işə qəbul elan etdi
18/02/2019 [15:49]:
Sumqayıta 3 milyon manat ayrıldı
18/02/2019 [15:47]:
ADP İdarə Heyətininəti toplantısı keçirilidi
18/02/2019 [15:45]:
Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu ..."
18/02/2019 [15:38]:
Ermənilər Vaşinqtondakı Azərbaycan səfirliyi qarşısında  Ramil Səfərov əleyhinə aksiya keçirdi... 
18/02/2019 [15:26]:
Sankt-Peterburqda “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinasının təqdimat mərasimi keçirildi
18/02/2019 [15:24]:
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
18/02/2019 [15:22]:
Prezident çox ciddi islahatlara gedir
18/02/2019 [15:18]:
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”
18/02/2019 [15:13]:
Yol polisindən sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
18/02/2019 [15:06]:
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı oldu – FOTO
18/02/2019 [15:03]:
Vətənə tən daş...
18/02/2019 [15:00]:
"Polad" müəmma: Heydər Əliyevin “ekonomik əsgərləri” necə sıradan çıxarıldılar?
18/02/2019 [14:52]:
“İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” -Anar
18/02/2019 [14:40]:
Bu siqaretlər 3 manat oldu
18/02/2019 [14:37]:
240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI - FOTO
18/02/2019 [14:35]:
“Zamanın keçməsi ömrə bolluq gətirmir...” Firuz Mustafa...
18/02/2019 [14:29]:
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
18/02/2019 [14:25]:
Nazir: “Çörəyin qiymətinin dəyişməsi gözlənilmir”
18/02/2019 [14:19]:
Kəlbəcərin kəndində  böyük qutab festivalı keçiriləcək
18/02/2019 [14:18]:
Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18/02/2019 [14:12]:
Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
18/02/2019 [14:04]:
Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi –Rusiyaya qayıdıb
18/02/2019 [14:01]:
FHN-nin generalı Şahmar Paşayev təkzib etdi: “Pulu götürən var, mənim adım niyə hallanır?”
18/02/2019 [13:59]:
Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanıldı
18/02/2019 [13:55]:
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq –Vaxt açıqlandı
18/02/2019 [13:55]:
“Harda bayrağımız dalğalanırsa, himnimiz oxunursa, bu bizim üçün fəxrdir...”
18/02/2019 [13:54]:
“Aztelekom”un sabiq baş direktorunun məhkumluğu götürüldü
18/02/2019 [13:50]:
Mərhum diktor Rafiq Hüseynova barelyef qoyuldu - FOTO
18/02/2019 [13:37]:
İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib
18/02/2019 [13:33]:
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
18/02/2019 [13:26]:
İqbal Ağazadə ona qarşı dələduzluq edəni bağışladı - MƏHKƏMƏ
18/02/2019 [13:23]:
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
18/02/2019 [13:17]:
Cəlilabadda əməliyyat: Narkotik satarkən yaxalandı
18/02/2019 [13:14]:
Azərbaycanda hər dörd cütlükdən biri boşanır
18/02/2019 [13:12]:
"Yığılan vergi daha çox bu sahəyə xərclənir" - Nazir açıqladı
18/02/2019 [13:10]:
“Qəzəllərini oxuduğuma görə Əliağa Vahidin haqqını verirdim...”
18/02/2019 [13:09]:
Gömrük Komitəsi: "Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu"
18/02/2019 [13:04]:
Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfər olduq?
18/02/2019 [13:01]:
“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxdı - FOTO
18/02/2019 [12:56]:
Naibə Allahverdiyeva səhhəti ilə "oynayan" həkim haqda... - AÇIQLAMA
18/02/2019 [12:53]:
Elnarə Abdullayeva: “Duxlu oğlan var ki, qeybətimi qırsın?” - VİDEO
18/02/2019 [12:48]:
"Onu yatılı qoyub efirə gəlmişəm" - Şəbnəm Hacıdan danışdı
18/02/2019 [12:46]:
“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzov
18/02/2019 [12:44]:
Ramil Usubov polis kapitanına vəzifə verdi
18/02/2019 [12:38]:
Vahid Əhmədov: “Bəzi iqtidar nümayəndələri xof yaradırlar”
18/02/2019 [12:32]:
“Onlar 230 milyon manatı vergidən yayındırmışdılar” –Mikayıl Cabbarov açıqladı
Bütün arxiv bir sırada
09/02/2019 [13:59] - Müsahibə - ( 1404 dəfə baxılıb)

“Fransaya deyilməlidir ki, bu nə oyundur?!"



Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni soyqırımını anma günü elan etməsini ermənilər sevinclə qarsalayıblar. Ermənistanın baş naziri Nikol Paşinyan erməni saxtakarlığına həmrəylik ifadə edən Makrona təşəkkür etməyi də unutmayıb. Ancaq tarixi həqiqətlər Fransa liderinin iddia etdiyi kimi deyil, bunu hətta uzaqda, hətta Türkiyədəki deyil, Fransadakı arxiv sənədləri də təsdiqləyə bilər. Hansı ki, həmin sənədlər bir əsrdən artıqdır arxilərdə gizlədilir və ictimaiyyətə açıqlanmır. 1915-ci ilin sənədləri açıqlansa, Fransadakı “sarı jiletlilər”in aksiyasını ölkədəki ermənilərin kütləvi etiraz aksiyaları əvəzləyə bilər. 

Azərbaycanın xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a dediyi kimi, 1915-ci ildə ermənilərin başına hansısa müsibətlər gəlibsə də, buna bais Fransa dövləti olub. Buyurun, onun maraqlı fikirləri ilə tanış olun:

- Tofiq bəy, nə baş verdi ki, Fransa lideri tarixdə olmayan hadisə ilə bağlı anım günü elan etdi və bununla Türkiyə kimi nəhəngi incik salmağa qərar verdi?

- Qəribə vəziyyət yaranıb. Fransa elitası elə bil ənənəvi olaraq bu mövzu ilə əlaqədar Fransanın ziyanına olan addımlar atır. Sarkozi və digərlərini, həmçinin Le Penin seçkiqabağı bəyanatlarını da yada sala bilərik. Hesab edirəm ki, bunun səbəbləri ciddi araşdırma mövzusudur. Məndə olan məlumata görə, saxta “genosid” mövzusuna aid olan, həm Fransa XİN-in, həm də Fransa ordusunun Baş Qərargahında məxfi sənədlər kimi saxlanılır. Bu, nəyə görə belədir? Hansı  ki, üstündən 100 ildən çox keçib, amma həmin sənədlərin açılması hələ də mümkün deyil. 1915-ci ili araşdırsaq, görərik ki, Almaniya ordusu hərəkətə keçib və az qala Parisəcən çatmalı idi. Marla döyüşləri baş verən bir yerdə güclə Almaniya ordusunun irəliləməsinin qarşısı alındı.

Digər yerlərdə isə Fransaya kömək olaraq Rusiya ordusu hərəkətə keçib irəliləməyə başladı. Digər tərəfdən isə görürük ki, Fransanın təsiri altında olan ermənilər Türkiyənin içərisində üsyan qaldırıblar. Yəni bu kimi müxtəlif hadisələr baş verib. Belə bir fikir ortaya çıxır ki, uğur qazanmağa heç bir şansları olmadığı halda, ermənilərin üsyana qaldırılması bir məqsəd daşıyırdı: yəni ağır vəziyyətdə olan Fransaya hansısa köməkliyi olsun. Demək olar ki, Fransa erməniləri öz maraqlarına qurban verib. Məhz bunu anladıqları üçün həmin arxiv sənədləri gizli saxlanılır. Qəribəsi odur ki, Fransada yaşayan 1 milyona yaxın ermənilər bu sənədlərin açılmasını da tələb eləmirlər. Yəni burada bir siyasi alver var. Yəni “tələb qoymuruq və sizin siyasətinizi biabır etmirik” deyə, istənilən qərarları Fransa siyasi elitasından ala bilirlər.  Xatırlayırsınızsa, Sarkozinin vaxtında qanunlara zidd olaraq, Fransa Konstitusiya Məhkəməsində ləğv olunan qərarı qəbul etdiriblər. İndi də Makronun bu addımı...

- Belə ümumiləşdirmək olarmı ki, Fransadakı erməni diasporu faktiki olaraq Fransa hökumətini şantaj edərək istədiklərini alır?

- Bəli. Yuxarıda qeyd etdiyim kimi, sənədlərin sirr qalması da məqsədəuyğun deyil. 100 ildən sonra nə sirr ola bilər? Biz həmin dövrə aid müxtəlif sənədlərlə tanış olmuşuq. Məsələn, Birinci Dünya Müharibəsində Lenin və tərəfdarları qapalı vaqonda İsveçrədən Finlandiyayadək gediblər, ordan Sank-Peterburqa qayıdıblar. Guya ki, ona inqilab üçün pul verilib. Bu barədə sənədlər mövcuddur. Yaxud Ərəbistanda Türkiyəyə qarşı üsyan qaldırmaq ingilis casusunun fəaliyyəti barədə az qala filmlər çəkilib və s. Amma ermənilərə aid Fransada heç bir məlumat ortaya çıxmır.

- Bundan əvvəlki dönəmlərdə Ankara və Bakıdan Fransaya etirazlar ifadə olunub, hətta Türkiyənin sanksiya qərarları da olub. Bəs, bu dəfə hansı addımların atılması effektli olardı?

- Birincisi, biz birmənalı başa düşməliyik ki, indiki mərhələdə soyqırım söhbətinin gündəmə gətirilməsinin məqsədi ondan ibarətdir ki, ermənilər bu və digər yollarla özləri etdiyi işğalı, etnik təmizləmələri, soyqırmı və s. bəraət qazandırmaq üçün ortaya atıblar. Ona görə də Azərbaycanın bu etiraz prosesində iştirak etməsi çox təbiidir. Əks təqdirdə indiki məqamda bu, ermənilərə nəyə görə lazım idi ki? Digər məqsədləri ilə yanaşı, bu məqsədi də ortaya qoyurlar. O mənada Azərbaycan bunlara qarşı fəaliyyət aparır. Həmçinin, Türkiyə də öz maraqlarına uyğun olaraq ona qarşı siyasətə cavab olaraq aktiv siyasi mövqe sərgiləyir.

“Ermənilər Fransa hökumətini şantaj edib istədiyini alır”

Fransaya ciddi şəkildə irad tutulmalı və bu sualın cavabı istənilməlidir: sizə nəyə görə bu sənədləri gizli saxlayırsınız? Yəni bir tərəfdən “soyqırım günü” elan edirsiniz, o biri tərəfdən də sənədləri gizli saxlayırsınız, bu, nə oyundur?" Açın sənədləri, qoyun ortaya, baxaq görək siz nəyə görə erməniləri aldada-aldada üsyana çağırdınız? Hansı ki, bu üsyanın böyük toqquşmalarla nəticələnəcəyini bilirdiniz. Prezident Ərdoğan dediyi kimi, bu, böyük bir faciə idi. Bu baxımdan həmin hadisələrlə bağlı arxiv sənədlərinin məxfi saxlanılması ikiüzlü siyasətin sübutudur. Hesab edirəm ki, ermənilər də həqiqətin ortaya qoyulmasında maraqlı olmalıdırlar, türklər də, biz də. Biz də istəyirik ki, baxaq, görək bu tarixdə nə baş verib? 

- Son bir neçə ay ərzində Bakıdan Parisə iki etiraz bəyanatı ünvanlanıb. İndi də hesab olunur ki, Azərbaycan fəaliyyətini Türkiyə ilə koordinasiya etməli, birgə addımlar atılmalıdır. Siz bu haqda nə deyə bilərsiniz?

- Mən də hesab edirəm ki, etiraz olmalıdır. Amma bizə qarşı yürüdülən siyasətin zəif yerlərini mütləq qeyd etməliyik. Həmin zəif yerlərdən birinin haqqında danışdım. Nəyə görə 103 il keçəndən sonra da arxiv sənədlərini gizli saxlayırlar? Lakin eyni zamanda “soyqırım günü” elan edirlər. Makron elə öz qərarı ilə həmin sənədləri ortaya çıxartmalıdır və hamı o sənədlərlə məşğul olmalıdır. Fransa kəşfiyyatı nə işlərlə məşğuldur? Araşdırsın ki, niyə 1915-ci ildə erməniləri Türkiyəyə qarşı üsyana qaldırıblar. Özü də bilə-bilə ki, onların köməyinə heç kim gəlməyəcək. Heç kəs də gəlmədi.

- Deməli, məhz bu “dəstəyin”, ermənilərdən Fransanın maşa kimi istifadə etməsinin qarşılığında yarım milyon erməni Fransaya köç etdi, eləmi?

- Bəlkə də ona görə. Sənədlərin ortaya çıxması çox vacib bir məsələdir.

- Hazırkı vəziyyətdə rəsmi Parisin qarşısında Xocalı soyqrımını tanıması barədə məsələ qaldırmağımızın nəticəsi ola bilərmi?

- Mənə elə gəlir ki, Xocalı soyqırımı ilə əlaqədar Ermənistanı beynəlxalq məhkəməyə verməliyik. Yəni onu kiminsə tanıması, ya tanımaması ikinci dərəcəli məsələdir. Birmənalı şəkildə Ermənistanı məhkəməyə verməliyik ki, bu məsələ ciddi şəkildə araşdırılsın, məsələyə beynəlxalq səviyyədə baxılsın və qərar çıxarılsın. Bu, adi bir hadisə deyil, bəşəriyyətə qarşı cinayətdir. Bundan sonra Fransa onu tanıyacaq, ya tanımayacaq, amma bizə hüquqi sənəd, əsaslı nəticə lazımdır.  

- Tofiq bəy, maraqlı bir vəziyyət yaranıb, ABŞ diplomatı Con Bolton İrəvanda olarkən dedi Ermənistan inkişafa nail olmaq üçün tarixi şablonlardan əl çəkməlidir. Amma Fransa əksinə, ermənilərin saxta iddialarını stimullaşdıran və qonşuları ilə düşmənçiliyini tətikləyən mövqe ortaya qoydu. Özü də bütün bunlar Qarabağla bağlı danışıqların intensivləşməsi şəraitində baş verir. Parisdə “xalqların sülhə hazırlanması” razılaşmasının ardınca Makronun addımı ədavətin qızışdırılmasına yönəlib. Qərbin iki aparıcı dövlətinin fərqli mövqeyini necə başa düşmək olar?

- Mən hesab edirəm ki, sülh barədə deyilənlər təbliğat məqsədi daşıyır. Çünki real sülh üçün heç bir əsas yoxdur. Çünki Ermənistanda baş verən proseslər və siyasi mövqelər buna imkan vermir. Ona görə də irəliləyiş mümkün deyil. Bu baxımdan birmənalı olaraq bir şey demək olar ki, bunlar təbliğata yönəlik addımlardır və deyilənlərə inanmaq düzgün deyil. Digər tərəfdən biz hələ siyasətin cizgilərini hiss edirik və onun əsasında hansısa böyük nəticələrə gəlmək düzgün deyil. Boltonun hansısa bir bəyanatında da ciddi irəliləyiş görmürəm. Orda hələlik yeganə bir proses baş verə bilər. Yəni Ermənistan-Azərbaycan konfliktində vasitəçi olaraq Rusiyanın monopoliyasından ki danışılır. Boltonun dedikləri Rusiyaya qarşı addımlarıdır. Məsələnin hansı şəkildə həll olunacağına gəldikcə, hesab edirəm ki, hələlik məsələlər o həddə çatmayıb.

- Elə isə deyə bilərikmi ki, əslində erməni məsələsi ötən əsrdə olduğu kimi, yenə də Türkiyəyə təzyiq göstərmək üçün bir vasitə rolunu oynayır və Parisin mövqeyinin arxasında həm də Ağ Evin iradəsi dayanır?

- Bəli, bunu istisna etmək olmaz. Amma yenə də deyirəm, bu, Türkiyəyə təzyiq vasitəsi olaraq köhnə və artıq öz effektivliyini itirən bir mexanizm kimi istifadə olunur. Fikrimcə, Makron da siyasi təcrübəsi çox olmayan bir siyasətçi kimi, daxili məsələlərlə əlaqədar erməni məsələsini ortaya atıb. Digər maraqlar da ola bilər. Sarkozi vaxtilə ermənilərlə dostluğunu göstərmək üçün az qalırdı özünü fəda eləsin, Ermənistanda uşaqlara onun adını qoyurdular. Axırda nə baş verdi? O, hansısa layihənin lobbiçiliyini etmək üçün bizim yanımıza gəldi. Yəni Makronda da satqınlıq və maraq mövzusu əsas istək kimi görünür.  Yenə də o mövzuya qayıtmaq istəyirəm: bu addımların ən zəif nöqtəsini tapıb tələb etməliyik ki, onlar arxiv sənədlərini açıb ortaya qoysunlar. 

- O halda Fransa ilə erməni diasporu üz-üzə qala bilər, eləmi?

- Hər halda çox maraqlı məsələdir. Əgər ermənilər öz tarixlərini yaxşı öyrənmək və faciənin səbəblərini başa düşmək istəyirlərsə, qoy tələb etsinlər, görsünlər sənədlərdə nə var, nə yox? Nəyə görə istəmirlər?

- Ancaq onlar heç Türkiyə arxivlərindəki sənədləri də oxumaq istəmirlər, baxmayaraq ki, dəfələrlə təkliflər olub...

- Türkiyə də eyni şeyi tələb etsə, düzgün olar. Əlcəzairdəki soyqırım barədə arqumentlər mövcuddur. Ancaq ermənilərlə bağlı sənədləri də tələb etmək lazımdır. Bu günü anım günü elan edirsiniz, onda sənədləri açın, görək orda nə var! Bu, daha dəyərli arqument ola bilər.

Üç dostun böyük uğuru: Məktub yazmaqla sərvət qazandılar...
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək"
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Xocalı muzeyinin yaradılması ideyası müsbət təklifdir”
Cəmiyyət
Atası kimi o, da torpaq uğrunda şəhid oldu - Leytenant Baxışlı...
Müsahibə
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar” - MÜSAHİBƏ
Köşə
Yalıncıq xislətli adamların Dədə Qorqud cildinə girib "müdrik" məsləhətlər verməsi...
Dünya
Telefondan başını ayıra bilməyənlər üçün qoruyucu yastıq hazırlandı - MARAQLI
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə