Rusiyanın Novaya Zemlya adasında qütb ayılarının kütləvi şəkildə yaşayış məntəqələrinə enməsi ciddi təşvişə səbəb olub.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, onlarla ayı evlərə, ictimai binalara daxil olaraq vətəndaşlara hücum edib. Qəfil reallaşan hücum insanlar arasında ciddi təşvişə səbəb olub.
Mütəxəssislər ayıların qida tapa bilmədiyi üçün yaşayış məntəqələrinə girdiyi qənaətindədir. Valideynlər sözügedən təhlükə ilə əlqədar olaraq övladlarını məktəbə göndərməkdən imtina edib.
Aparılan araşdırmalar toplam 52 ayının yaşayış məntəqələrinə daxil olduğunu, onların 10-nun hələ də bu ərazini tərk etmədiyi, haralardasa “ilişib qaldığını” təsdiqləyib.
Xatırladaq ki, Rusiyada qütb ayıları nəsli kəsilməkdə olduğu üçün onların ovlanması qadağandır.
Seymur ƏLİYEV