Xəbər lenti
25/04/2019 [10:14]:
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsi açıldı - FOTOLAR
25/04/2019 [10:13]:
"Bizi getməyə məcbur etdilər" – Nailə İslamzadə (VİDEO)
25/04/2019 [10:11]:
İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verdi
25/04/2019 [10:10]:
Ermənilər cəbhədə iriçaplı pulemyotları işə saldılar
25/04/2019 [10:07]:
Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”
25/04/2019 [10:06]:
Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı
25/04/2019 [10:06]:
İsrail parlamentinin üzvləri hökuməti  “erməni soyqırımı”nı tanımağa çağırdı
25/04/2019 [09:51]:
Çikaqoda uğur qazanan azərbaycanlı halal insan...
25/04/2019 [09:46]:
Serbiya Notr-Dam kilsəsinin yenidən bərpasına 1 milyon avro ayırıb
25/04/2019 [09:39]:
Prezident İlham Əliyev "Huawei" şirkətinin sədri ilə görüşüb- FOTO
25/04/2019 [09:38]:
"Facebook"u 5 milyard dollar cərimə gözləyir
25/04/2019 [09:36]:
Qulu Məhərrəmli: “Şeyx Nəsrullahın davamçılarını efirə çıxarıb reklam etmək olmaz”
25/04/2019 [09:29]:
Şri-Lankada yenə partlayış oldu
25/04/2019 [09:19]:
Peterburqda sərnişin avtobusu qaynar su gölməçəsinə düşdü - VİDEO
25/04/2019 [09:15]:
Putinlə Inın görüşü başladı - VİDEO
25/04/2019 [08:32]:
Putin Koreya diktatoru ilə görüşmək üçün Vladivostoka gəldi
25/04/2019 [08:21]:
ABŞ-ın daha bir ştatından Türkiyə və Azərbaycana xain zərbə... 
25/04/2019 [07:56]:
Ramazan boyu yoxsullara yardım üçün 41 milyon ayrıldı-İbrətamiz...
25/04/2019 [07:21]:
“Bir də ayılacaqlar ki, pullarından başqa insanlığa layiq hər şeylərini itiriblər…”
25/04/2019 [00:23]:
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib - FOTO
25/04/2019 [00:20]:
Time.is portalı 24 apreli qondarma erməni soyqırımı günü kimi təqdim etdi
24/04/2019 [23:03]:
Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion ETİRAFLAR + VİDEO
24/04/2019 [22:58]:
Britaniya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq etdi
24/04/2019 [22:30]:
18 illik nikahdan sonra, ər və 2 uşaq atası qadına çevrildi - indi iki arvad kişi axtarır-FOTO
24/04/2019 [22:20]:
Jurnalistin qatilləri məlum oldu - “İrlandiya Respublika Ordusu” məsuliyyəti üzərinə götürdü
24/04/2019 [21:56]:
Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTO
24/04/2019 [21:28]:
PKK ermənilərdən ibarət terorçu dəstə qurdu
24/04/2019 [21:21]:
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
24/04/2019 [21:19]:
Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi
24/04/2019 [21:08]:
Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü – VİDEO
24/04/2019 [21:04]:
Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı
24/04/2019 [20:44]:
Sevda Yahyayevanın ögey atası Xoşqədəmin verilişində: “Arvadımı evində qulluqçu kimi işlədir”
24/04/2019 [20:37]:
DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA
24/04/2019 [20:34]:
Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI
24/04/2019 [20:13]:
Azərbaycan gömrükçüləri ABŞ-da təlimlərə qatıldı -FOTOLAR
24/04/2019 [20:11]:
İclasa cəmi bir deputat gəldi - Təxirə salındı
24/04/2019 [19:51]:
“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”
24/04/2019 [19:50]:
İki ölkə İrana müharibə elan etdi: Əgər ABŞ üzr istəməsə...
24/04/2019 [19:49]:
Gömrük Akademiyasında xidmətə hazırlıq təlimlərinin qiymətləndirilmə mərhələsi oldu -FOTOLAR
24/04/2019 [19:46]:
Sumqayıtda 21 yaşlı qız döyülüb
24/04/2019 [19:44]:
Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
24/04/2019 [19:37]:
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
24/04/2019 [19:33]:
Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir - VİDEO
24/04/2019 [19:27]:
Dövlət Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət edib
24/04/2019 [19:11]:
Planetin ən gözəl qadını bəlli oldu - FOTO
24/04/2019 [18:57]:
Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb”
24/04/2019 [18:40]:
Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib
24/04/2019 [18:34]:
QHT Şurasından daha bir yenilik - SƏLİS-in e-vətəndaş proqramının ilk təqdimatı BDU-da oldu
24/04/2019 [18:32]:
Qum qasırğası İranı “uçurur” –Məktəblər bağlandı
24/04/2019 [18:28]:
“Facebook” ekstremist meylli ispaniyalı “sağçı”ların səhifələrini bloklayıb
24/04/2019 [18:25]:
Tramp ermənilərin qondarma iddiası ilə bağlı çıxış etdi –O, "soyqırım" ifadəsini dilə gətirmədi
24/04/2019 [18:13]:
Əli Əhmədov: "“Erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur"
24/04/2019 [18:09]:
Rusiyada Azərbaycan diasporu birləşir -NƏHAYƏT
24/04/2019 [18:07]:
Kılıçdaroğluna yumruq zərbəsi endirən AKP-li: "Dövlət böyüklərimin əllərindən öpürəm"
24/04/2019 [18:03]:
Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib
24/04/2019 [17:55]:
Tramp erməniləri məyus etdi
24/04/2019 [17:50]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU
24/04/2019 [17:47]:
AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi
24/04/2019 [17:46]:
Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR
24/04/2019 [17:46]:
“Onlar Qarabağ danışıqlarını oyuncağa döndəriblər”
24/04/2019 [17:33]:
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
24/04/2019 [17:24]:
Komitə: Son üç ildə qadınların zorakılığına məruz qalan kişilər arasında ölənlər də olub
24/04/2019 [17:19]:
Bakı Nəqliyyat Agentliyinin rəngləmədiyi yol və çirkli dayanacaqları -FOTOREPORTAJ...
24/04/2019 [17:09]:
Daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib -Zakir Fərəcov görülən işlərlə tanış oldu
24/04/2019 [17:05]:
Məşhur müğənni öz ad günündə öldü
24/04/2019 [17:05]:
UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildi -FOTOLAR
24/04/2019 [17:00]:
Hidrometeorologiya Departamentində treninq
24/04/2019 [16:54]:
Arvadını bıçaqlayıb özünü dənizə atdı - Bakıda ailə dramı
24/04/2019 [16:51]:
Müəllim ucalıq deməkdir...
24/04/2019 [16:40]:
"Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."
24/04/2019 [16:30]:
“Bakı-Sumqayıt qatarında kitabxananın yaradılması faydalıdır, çünki...”
24/04/2019 [16:29]:
Əlilliyin rəsmiləşdirilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏSİDLƏYƏCƏK
24/04/2019 [16:28]:
İlham Əliyev və Si Cinpin görüşüb - FOTO
24/04/2019 [16:26]:
"Onların vicdanı olsaydı, 25 ildə bir kəlmə də Qarabağın geri qaytarılmasından danışardılar"
24/04/2019 [16:23]:
Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı ilə bağlı iddiasına cavab verdi
24/04/2019 [16:19]:
Nikol Paşinyan: "Rusiya komandamıza inanmır"
24/04/2019 [16:17]:
Müxalifət liderinə yumruq ilişdirən kəndli həbsdən buraxıldı
24/04/2019 [16:11]:
Polis sosial şəbəkədə videosu yayılan bıçaqlı qadını həbs etdi -FOTO
24/04/2019 [16:01]:
ADAU Bolqarıstanın Plovdiv Aqrar Univversiteti ilə birgə razılığa gəldi
24/04/2019 [15:59]:
“Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi”
Bütün arxiv bir sırada
11/02/2019 [10:28] - Cəmiyyət - ( 1028 dəfə baxılıb)

General Rail Rzayevin qətlindən 10 il ötdü -Qatı açılmayan cinayətin dosyesi



Bu gün - fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 10 ili tamamlanır. Rail Rzayev 17 il Azərbaycanın hava məkanına nəzarət edib.

O, 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.

Rail Rzayevi tanıyanlar onu işinin peşəkarı olduğunu dönə-dönə vurğulayırlar. Ölümündən sonra üzə çıxan faktlar Rail Rzayevin qətlinin üstünün açılması üçün yetərincə ip ucları versə də, qətl işi bu günə qədər tozlu arxivlərdə qatı açılmayan cinayətlər bölümündə saxlanılır. Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev öldürməmişdən 1 həftə əvvəl izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır.

Rail Rzayev 2009-cu il fevralın 11-də səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib. Əgər olay baş verən zaman o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudov eyvanının pəncərəsindən baxsaydı, qatilin komandanın başına güllə sıxmasının şahidi ola bilərdi. Bəli, Rail Rzayevə atəş Eldar Mahmudovun yaşadığı mənzilin düz arxasında, 18 nəzarət kamerasının əhatə dairəsində açılıb.


Hadisə belə olmuşdu: generalın olduğu maşının sürücüsü həmin küçənin başındakı zibil qutularının yanında saxlayıb və düşüb zibil torbasını qutuya atıb. Sürücü qayıdıb maşına əyləşənə qədər maşına yaxınlaşan killer arxa sağ oturacaqda əyləşən Rail Rzayevə səsboğucusu olan silahdan atəş açıb. Digər gülləni isə maşının arxa təkərinə vurub. Maşının arxa şüşəsini dəlib keçən güllə Rail Rzayevin təpə nahiyəsinə dəyərək həyatına son qoyub. Sürücü maşına əyləşəndə Rail Rzayevin ağzından qan töküldüyünü görüb. Onun infarkt keçirdiyini zənn edib. General Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən gün ölkə prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirib. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavinin dəfnində, yasında iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı.

Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlini 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də demişdi.

Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Bunun qarşısını Rüstəm Usubov aldı. Deyirdilər ki, Rail Rzayevin 2-ci həyat yoldaşı həddən artıq ağıllıdır, onu istintaqa buraxmaq olmaz. Həmin vaxt anam deyirdi ki, mənim Eldar Mahmudova yazığım gəlir. Deməli, onun həyat yoldaşı mülk üstündə onu öldürtdürə bilər. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin. Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir”.

Bundan başqa Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini də açıqlamışdı. Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir. İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır. 2016-cı ildə Qaradağ rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda isə bu sözləri demişdi: Sitat: “Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.

Rahilə Rzayeva Aydın Rəfiyev və digərilərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı. Sitat: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir. Atam gedib ”Nasosnı"da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik".

General-leytenantın qətlindən sonra ortaya xeyli versiya çıxmışdı. Sifarişin tikinti mafiyası, narkoticarət, xarici qüvvələrdən gəldiyi haqda çeşidli məlumatlar vardı. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qətllə bağlı qəzetimizə açıqlamalarından birində çox maraqlı bir məqama toxunmuşdu. Demişdi ki, Rail Rzayev qətlə yetirildi və Azərbaycanın hərbi əməkdaşlıq vektoru da dəyişdi. Mərkəz rəhbəri demişdi ki, Azərbaycan-İsrail hərbi əməkdaşlığında Rail Rzayev əsas fiqurlardan olub. Azərbaycanın Rusiyadan kənar bir dövlətlə əməkdaşlığı aydın məsələdir ki, MDB məkanını öz maraq dairəsində görən şimal qonşumuz üçün heç bir halda məqbul deyildi. Rail Rzayevin qətlinin başlıca səbəbləri arasında onun qətlindən sonra nələr dəyişməsinə də diqqət yetirilməlidirE

Ərəstun Oruclu başqa bir açıqlamasında MTN tərəfindən şantaja, təqibə və sui-qəsd cəhdinə məruz qaldığını bəyan etmişdi. Bildirmişdi ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu, Rail Rzayevi qətlə yetirən dəstə onu da məhv etmək istəyir.(musavat.com)

Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
Hökmdara göndərilən kürünü mənimsəyən diplomatımıza yol görsəndi -Dubayda müəmma...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
Dünya
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
Gündəm
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
Dünya
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
Cəmiyyət
"Amansız hökmlər verməklə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını körükləmiş oluruq"
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]