Xəbər lenti
22/02/2019 [10:52]:
Yevlaxda silahlı insident: Keçmiş məhkum iş başında güllələndi
22/02/2019 [10:50]:
"Nikol Paşinyan danışıqlara gedən deyil" -Tofiq Zülfüqarov
22/02/2019 [10:48]:
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL
22/02/2019 [10:47]:
DİM kolleclərə tələbə qəbulu elan etdi
22/02/2019 [10:45]:
"Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22/02/2019 [10:45]:
Axtarışda olan 20 nəfər tutuldu
22/02/2019 [10:42]:
“Reket” jurnalistləri məmurlar yemləyir...
22/02/2019 [10:31]:
Sumqayıtdakı dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO
22/02/2019 [10:30]:
Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi - HÖKM
22/02/2019 [10:25]:
Vaşinqtonda yaşayan azərbaycanlı iş adamı...- FOTOLAR
22/02/2019 [10:24]:
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR
22/02/2019 [10:22]:
Dünya ərzaq qıtlığı astanasında
22/02/2019 [10:11]:
Bahar Muradova: "İnsanların qorxusuz həyat təminatına diqqət yönəltməliyik"
22/02/2019 [10:07]:
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL
22/02/2019 [09:59]:
Qarabağ cəbhəsində erməni təxribatı - Müdafiə Nazirliyi məlumat yaydı
22/02/2019 [09:58]:
Yazıçı Raquf Orucov haqqında roman yazdı - “KOMANDİR”
22/02/2019 [09:55]:
Deputat təhsil sistemi ilə bağlı öhdəliklərdən DANIŞDI
22/02/2019 [09:46]:
AvroLiqada 1/8 finalçılar bəlli oldu - NƏTİCƏLƏR
22/02/2019 [09:38]:
Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” - MÜSAHİBƏ
22/02/2019 [09:32]:
Manat bu məzənnədə qaldı
22/02/2019 [09:23]:
Artıq  metroda da süpürgəçi robotlar işə başladı-  İşsizlik təhlükəsi daha da artdı...
22/02/2019 [08:58]:
Yunis Əmrə İnstitutunun direktoru Əlyazmalar İnstitutunun qonağı olub - FOTOLAR
22/02/2019 [08:53]:
Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək
22/02/2019 [08:35]:
72 yaşlı ingilis müsəlman oldu...-  Gözlənilməz- FOTOLAR
22/02/2019 [07:48]:
Almaniyada işləyən Zaur lotereyanın haramlığını necə dərk etdi?..
22/02/2019 [00:12]:
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
21/02/2019 [23:57]:
Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var
21/02/2019 [23:48]:
Gürcü siyasətçi: “Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır”
21/02/2019 [23:40]:
Ərdoğan: "Ankarada yeni kanal tikiləcək"
21/02/2019 [23:35]:
Zakir Fərəcov Sumqayıtda baş verən dəhşətli qəzada xəsərət alanlara baş çəkdi - FOTOLAR
21/02/2019 [23:25]:
Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb- SİYAHI
21/02/2019 [23:19]:
Sumqayıtda avtobus qəzasında yaralananların sayı 42-yə çatıb - ADLAR+VİDEO
21/02/2019 [23:10]:
Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir
21/02/2019 [23:06]:
Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq
21/02/2019 [22:36]:
Gəncə şəhər prokuroru ADAU-nun tələbələri ilə görüşdü - FOTO
21/02/2019 [22:31]:
Tarixdə ilk dəfə olaraq iki qadın açıq kosmosa çıxacaq
21/02/2019 [22:27]:
“Söhrab Tahirin bu əsəri Azərbaycan ədəbiyyat tarixinin ən böyük poetik əsəridir” Nəsibə Tahiri
21/02/2019 [22:20]:
DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə verildi - FOTO
21/02/2019 [22:19]:
Əliağa Vahidin oğlundan müraciət: “Atam layiqincə xatırlanmır...”
21/02/2019 [22:02]:
Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı
21/02/2019 [22:00]:
“Atamın barelyefinin qoyulub, ev-muzeyinin yaradılmasını istərdim” Nəbi Xəzrinin oğlu
21/02/2019 [21:59]:
“Xocalının mülki müdafiə qərargahının yaradılması - bilavasitə Nazirlər Kabinetinin vəzifəsi idi...”
21/02/2019 [21:55]:
Dünya futbol ulduzları Bakıya gələcəklər
21/02/2019 [21:55]:
92 yaşlı yazıçımız: “Əsərim 42 ölkənin kitabxanalarına göndərildi”
21/02/2019 [21:28]:
Sumqayıtda avtobus qəzasında yaralanan 31 nəfərdən 12-si evə buraxılıb
21/02/2019 [21:25]:
İlanın sancdığı ər birlikdə ölmələri üçün arvadını dişlədi, amma o dünyaya tək getdi...
21/02/2019 [21:06]:
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
21/02/2019 [21:01]:
Rusiyada ikinci qadın-milyarder peyda olub
21/02/2019 [20:54]:
Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz tərəvəz
21/02/2019 [20:06]:
Azərbaycanda inşa olunan ilk tanker suya salındı - FOTO
21/02/2019 [20:05]:
Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab...
21/02/2019 [19:34]:
Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...
21/02/2019 [19:33]:
3 padşah, 12 prezident, 27 baş nazir gördü - FOTOLAR
21/02/2019 [19:16]:
Türkiyənin Aralıq şəhərində Xocalı soyqırımını anım mərasimi keçirilib - FOTOLAR
21/02/2019 [19:06]:
Bu rəngli gözlərə sahib olanlar depressiya riski altındadır - MARAQLI ARAŞDIRMA
21/02/2019 [18:55]:
Qonşu ölkədə daha bir dəhşətli xəstəlik təhlükəsi Siçovullardan keçir
21/02/2019 [18:51]:
Avropa Birliyindən işğalçı dövlətə 31 milyon avroluq yardım
21/02/2019 [18:48]:
"Vətəndaşlar niyə banka 3-4 dəfə artıq pul ödəməlidir?!"
21/02/2019 [18:44]:
Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
21/02/2019 [18:42]:
Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiası irəli sürdü
21/02/2019 [18:34]:
“Dil normaları daha çox KİV-lərdə pozulur” - Qulu Məhərrəmli
21/02/2019 [18:29]:
Sumqayıtda baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO
21/02/2019 [18:21]:
“Şahin Musayev Xocalı faciəsi haqqında mənə bilərəkdən yanlış informasiya verib...”
21/02/2019 [18:20]:
“Ana dilimizin keşiyində duran böyük qələm ordusu var”
21/02/2019 [18:18]:
"Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir" - Bahar Muradova
21/02/2019 [18:16]:
Nazarbayev hökuməti istefaya göndərdi
21/02/2019 [18:14]:
Sumqayıtda dəhşətli avtobus qəzası: 31 sərnişin xəstəxanaya yerləşdirildi, 10-nunun vəziyyəti ağırdır
21/02/2019 [18:10]:
Məşhur müğənnimizin qardaşı əsgərlikdən gələn kimi ölüb - FOTO
21/02/2019 [18:09]:
Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı
21/02/2019 [18:06]:
“Bezmişdim, məni hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi
21/02/2019 [18:02]:
Cənubi Qafqazın ən güclü xanımının iki ildə gördüyü işlər - FOTO
21/02/2019 [18:00]:
Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı
21/02/2019 [17:59]:
“Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı”
21/02/2019 [17:54]:
Bakıda 2 bələdiyyə sədri istefa verdi
21/02/2019 [17:49]:
Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq
21/02/2019 [17:46]:
Kim Kardaşyanın paltarını geyinib yarılüt şəhərdə gəzdi – FOTOLAR
21/02/2019 [17:42]:
Bu şəxslər üçün prezident təqaüdü artırıldı
21/02/2019 [17:38]:
Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
21/02/2019 [17:30]:
Evindən kilo yarım narkotik çıxdı
21/02/2019 [17:29]:
“Prosineçki məni yataqda yox, meydanda görməlidir” - Millidə qalmaqal
Bütün arxiv bir sırada
12/02/2019 [14:59] - Müsahibə - ( 2945 dəfə baxılıb)

“3 aya Qarabağı işğaldan azad edəcəm” - “Elçibəyi sevməmək Allahını sevməməkdir”



Müsahibimiz dörd dəfə prezidentliyə namizədliyini irəli sürmüş, özünü siyasətin “akula”sı adlandıran, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevdir. Hətta öz deməsinə görə el arasında ona “balıq Hafiz” də deyilir. Hafiz Hacıyev həm çətin, həm də qalmaqallı müsahibdir:


- Hafiz bəy, xoş gördük. Sizi tanıyanlar da var, tanımayanlar da. Tanımayanlara özünüzü necə təqdim edərdiniz?

- Mən də sizi xoş gördüm. Məni tanımayan yoxdur, hər zaman xalqımın ürəyindəyəm. Ola bilər ki, kimlərsə özünü tanımamazlığa vurur. Məni tanımayan ya Azərbaycanı tanımır, yadakı taleyi ilə maraqlanmır (gülümsəyir- red.). Tanıyan da sağ olsun, tanımayan da.

 
- Hafiz Hacıyev necə bir insandır, özünüzü xarakterizə edə bilərsiniz?

- Xalq məni necə xarakterizə edirsə, elə bir insanam. Mən millətimi sevən, xalqımın dərdi ilə alışıb-yanan, vətənim və millətim üçün canından keçən biriyəm. Mənimçün Azərbaycanın müstəqilliyi və dövlətçiliyi hər şeydən üstündür. Təbii ki, ölkəmin problemləri hər zaman olub və davam edir. Keçmiş də az, bu gün çox, gələcək isə sual altındadır.

- Problemlər dedikdə, çoxluq və ya azlıq təşkil edən hansı problemləri nəzərdə tutursunuz?

- Bu gün bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu da bizi üzür. Sovetlər dönəmində bu problem yox idi. Azərbaycanın müstəqilliyindən sonra müstəqilliyimizi istəməyən, gözü götürməyən, düşmən kəsilən qüvvələr bu problemi yaratdı. Azərbaycan xalqının bir hissəsini öz torpaqlarından qaçqın düşdü. Əvvəllər insanlara hörmət çox idi, indi isə elə deyil. Korrupsiya bu qədər deyildi, indi daha çoxalıb. Bu da təəssüf ki, hakimiyyətdə olan, təsadüfi vəzifə tutmuş bəzi məmurların ucbatından yaranır. Bu kimi məsələlər xalqı qıcıqlandırır, dövlət başçısına və dövlətin imicinə zərbə vurur. Bizi istəməyən Avropa Şurası, Avropa İttifaqı, Qərb dövlətləri də bundan çox ustalıqla istifadə edirlər. Həmişə olduğu kimi, həm daxilimzdəki radikal qüvvələr, həm də xarici qüvvələrdən bizi istəməyənlər çoxdur. Sorosun maliyyə hesabına ölkədə qarışıqlıq salmaq istəyən, xarici qüvvələrə işləyənlər az deyil. Məsələn, xarici qüvvələrdən Kərimov Əli, Həsənov Cəmili çox asanlıqla ələ alıb vəziyyəti gərginləşdirmək istəyənlər var. Bizlər də bu məsələlərin həlli yollarını axtarırıq. Hətta ölkə başçısının ətrafında olan insanlar çalışırlar ki, həmin radikal qüvvələrlə birləşib Azərbaycanda dövlət çevrilişi etsinlər. Artıq bunun simptomları da görünür. Ölkə prezidenti bu kimi problemləri qaydasına salmağa çalışır. Lakin bəzi məmurlar problemdən problem yaradırlar ki, ölkə başçısı onların əməllərini görməsin.

- “Təsadüfi vəzifə tutmuş bəzi məmurlar” dedikdə, yəqin ki, aidiyyatı qurumlarda aidiyyatsız insanları nəzərdə tutursunuz. Adlarını açıqlaya bilərsiniz?

- İndiyə kimi çox adlar çəkib özümə kifayət qədər düşmən qazanmışam. Onsuzda adlarını çəkdiklərim çox çəkmir ki, uzağı 3-4 aydan sonra papkasını qoltuğuna vurub gedir. İstəmirəm onlar duyuq düşsünlər, ölkəni taladıqları və yığdıqları pulları tez qaçırtsınlar. Bilirsiniz də, bəzi nazirlər öz xanımlarından da ayrılıblar. Xaricdə guya kimləsə nigaha girib, var-dövlətlərini həmin şəxlərin adına qeydiyyatdan keçirirlər. Məsələn, yeni nazirlərdən biri Gəncədə vətəndaşları toplayıb ictimaiyyətlə görüş keçirir. Halbuki bu, onun sahəsi deyil. Bəzi gənclər elə zənn edir ki, hansısa qurumda nazir işləmək gələcəkdə prezident olmaq deməkdir. Xeyr, bu heç də asan deyil. İndiki çətin dönəmdə istəmirəm rəngləri bir az da tündləşdirəm. Deyərdim ki, hökumətdə, dövlət başçısının qədrini bilməyən təsadüfi adamlar çoxdur. İlham Əliyevin onlara etdiyi etibarı tam doğrulda bilmirlər. Bu da məni çox narahat edir. Kimləri vəzifəyə gətirirsə, onun tapşırıqlarını yerinə yetirmək əvəzinə, əksini edirlər. Bir sözlə, xəyanət edirlər. Ancaq büdcəni talamaqla, bahalı maşınlar almaqla, villalar tikdirməklə və qohumbazlıqla məşğuldular. Övladları da xaricdə eyş-işrət içində yaşayır. Prezidentin komandası iki-üç nazir istisna olmaq şərti ilə tamamilə təmizlənməlidir.

- İlham Əliyev sizin sözünüzü eşidir və onları işdən azad edir?

- Qardaşım dediyim məlumatları araşdırır, haqqı-ədaləti eşidir. Nəticə etibari ilə ciddi tədbirlər görür. Hətta xatırlayırsınızsa prezident seçkiləri ərəfəsində Rüfət Aslanlının prezidentə xəyanət etməsi və gələcəkdə prezident olmaq istəyini demişdim. Bir ildən sonra vəzifədən kənarlaşdırıldı və haqqında cinayət işi açıldı. Həmçinin, Bayraq Meydanı, Bakı Lift İdarəsinin müdiri, keçmiş nazir Fazil Məmmədov, Ziya Məmmədov, Səlim Müslümov və digərləri haqda sözümü demişdim. Nəhayət də tutduqları vəzifədən azad olundular. Bu yaxınlarda şəhid ailələrinə ayrılan pulları nazir vermirdi, ermənilərlə əlbir olan Kərimov Əli və Həsənov Cəmillər də bundan ustalıqla istifadə etdilər. Ancaq çox çətinliklə bu məlumat prezidentə çatdırıldıqdan sonra dərhal həll edildi. Həmçinin də jurnalist Mehman Hüseynovun məsələsini bu qədər şişirtməyə ehtiyac yox idi.
 
- Demək istəyirsiniz ki, prezidentin hakimiyyətdə olan ətrafı onu sevmir?

- Bu gün ölkədə çox pis ideologiya irəli sürülür. Prezidenti sevən mən və mənim kimilər ondan uzaq tutulur. Ancaq vaxtı ilə Heydər Əliyevə güllə atanlar, onun hakimiyyətə gəlməsinə maneə yaradanlar bugünki gün çox yüksək vəzifələrdədilər. Çox təəssüf ki, vəzifə tutmuş bəzi məmurlar mənim qardaşımı meydanda tək buraxıb, qardaşım da səngərdə tək döyüşür. Heç bilirsiniz, sonuncu mitinqdə hakimiyyətdən bəzi məmurlar Kərimov Əliyə, Həsənov Cəmilə nə qədər pul buraxdılar.

- Hakimiyyətdən kimlər idi mitinqə pul buraxanlar?

- Prezident Aparatı tərəfindən Həsənov Cəmilin kitabını çap etdirməyə maliyyə ayıranlar. Hər halda İlham Əliyev bilir kimlərdi. Onların barəsində də yaxın vaxtlarda çox ciddi tədbirlər görüləcək.

- Müsahibələrinizin birində “siyasətin akulası mənəm, kilkəsi Qəmbərov İsa, Kərimov Əlidir”, demisiniz. Bu ifadə ilə nə demək istəyirsiniz?

- Qəmbərov İsa bizim hakimiyyətimiz dövründə Milli Məclisin sədri idi. Nəticəsi nə oldu? Elçibəyə xəyanət etdilər və onun hakimiyyətini devirdilər. Nəyə lazım idi iki partiya yaratmaq?! Buna ehtiyac yox idi. Biz nazir idik, Qəmbərov İsa deyirdi ki, siz Musavat Partiyasının üzvü olmalısınız. O birisi də Azərbaycan Xalq Cəbhəsinə üzv olmağa çağırırdı. İki tirəlik də bundan yarandı. Bizim hakimiyyət devrildikdən sonra çox ciddi fəsadlar baş verdi. Kərimov Əli AXCP-ni, Qəmbərov İsa da Musavatı yaratdı. Mən balıqçı naziri idim, hətta el arasında mənə “balıq Hafiz” deyilir. Ona görə də Qəmbərov İsanı kilkə balığı kimi udduq getdi. Heç o adda adam varmı? Ola da bilməz! Kərimov Əli isə heç kimdir! O yalandan, Sorosun pulu hesabına, hakimiyyətdə prezidentə xəyanət edən, vaxtı çatmış insanların pulu, onların tapşırığı ilə idarə olunan şişirdilmiş biridir. Hakimiyyət daxilində İlham Əliyevə xəyanət edənlər görürlər ki, Kərimov Əlinin reytinqi düşür, tezbazar onu prezidentin üstünə “qısqırdırlar” . Həmişə demişəm, yenə deyirəm, mən balina kimi bu kilkələri udmuşam, heç çoxusunu da həzm etmirəm.

- Sizcə, Kərimov Əlini hakimiyyədən maliyyələşdirən şəxslərin məqsədləri onu hakimiyyətə gətirib prezident seçməkdir?

- Onlar özləri 20 ildir ölkəni necə talan etdiklərini yaxşı bilirlər. Azərbaycan korrupsiyada 177-ci yerdədir. Prezident dəfələrlə korrupsionerlərə qarşı ciddi mübarizələr aparıb. Bir neçəsi vəzifədən kənarlaşdırılıb, hətta həbs olunanlar da olub. Söz düşəndə deyirlər ki, İlham Əliyev Fazil Məmmədovun, Ziya Məmmədovun və s… qədrini nə bildi ki, bizim də qədrimizi bilə. Ona görə də prezidentin başını qatmaq üçün pul buraxıb mitinqlər təşkil edirlər. Xatırlayırsınız, Eldar Mahmudov Kərimov Əlinin vasitəsi ilə şəhid ailələrini, veteranları “Tarqovu” küçəsinə toplayıb qanlar tökdü. Əli indi də keçib başqasının kurasiyasına. Hətta prezident seçkilərində Kərimov Əli haqda kifayət qədər rəsmi sənədlər ortaya qoydum və ölkənin Baş prokuroru Zakir Qaralova müraciət etdim. Baş prokurorla tədbirlərin birində görüşəndə də bu haqda dedim. Ancaq bu günə kimi heç bir nəticə yoxdur. Rusların bir sözü var “bulanıq suda balıq tutmaq asandır”. Məqsədləri yalnız və yalnız dövlətdən oğurladıqları kapitalı, siyasi kapitala çevirib, ölkəni Kərimov Əli və Həsənov Cəmilin vasitəsi ilə qarışdırıb öz əməllərini ört-basdır etməkdir. Əgər Kərimov Əli ilə əlbir olan məmurlar əməllərindən əl çəkməsələr, mart ayına böyük mitinqlər təşkil edib, onların böyüdülmüş şəkillərini bizim partiya üzvlərinin yaxasından asacağıq. Ölkə prezidenti və xalqım həmin “xişnik”ləri tanımalıdır.

- Elçibəyə olunan haqsızlıqdan və xəyanətdən bəhs etdiniz. Bildiyim qədər Elçibəyin yaxın dostu olmusunuz. Siz necə, ona xəyanət etmisiniz?

- Elçibəy Azərbaycanın Milli Hərəkatında xüsusi xidmətləri olmuş tarixi bir şəxsiyyətdir. Onun xidmətləri danılmazdır. Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy tarixin yetişdirdiyi şəxsiyyətdirlər. Bəlkə də bunu kimlərsə danır. Onların ya təfəkkürü yoxdur, ya da təhsili zəifdir. Elçibəy kristal bir insan idi. Borcla gəlib, borcla getdi bu dünyadan. Elə bir insanı sevməmək Allahını sevməməkdir.

- Hər zaman məmur və onların övladlarının özbaşınalığını sözlə daş-qalaq etmisiniz. Siz qədər tənqid edən ikinci bir şəxs yoxdur.

- Bəli… Bunlar çox sırtıqdılar, onlara söz də təsir etmir. Dəfələrlə bizə basqılar olsa da, ancaq faktlara söykənərək çox şeyə nail olmuşuq. Baş nazirin müavini Əli Həsənov Hesablamalar Palatasının hesablamalarına görə məcburi köçkünlərin iki milyard yarım pulunu yedi. Sual yaranır ki, Əli Həsənov niyə həbs olunmadı? Məndə bu kimi faktları araşdırıb ortaya qoyuram. Hər dəqiqə ölümlə hədələnirəm, təhqir olunuram, həyatım təhlükə qarşısındadır. Hətta bu yaxınlarda mənə sui-qəsd də olundu. Sağ olsun hörmətli Ramil Usubov, hələ ki, bu məsələnin üstünü açmayıb. Görünür, bunun bir hissə də gedib onun dostlarına çatır. Ancaq məni öldürmək heç də asan məsələ deyil. Hər şeyə rəğmən mən imkan verməyəcəm qabırğası qalın, üzləri “badoş”dan olan məmurlar mənim qardaşıma xəyanət etsinlər.

- Belə desək, ölkədə siyasi ab-hava stabil deyil?

- Doğrudur, ölkədə it yiyəsini tanımır. İndiyə qədər ölkədə mitinqlər təşkil olunub. Onlardan hansı Dağlıq Qarabağ məsələsinin həlli, Dilqəm Əsgərovun erməni girovluğunda olması ilə bağlı keçirilib? Heç biri. Hər kəs öz mənfəətini güdür. Bizdə məlumatlar var ki, İlham Əliyevi istəməyən qüvvələr mart-aprel aylarında ölkədə böyük qarışıqlıq yaradacaqlar.

- Hafiz Hacıyev dörd dəfə prezidentliyə namizədliyini irəli sürmüş siyasətçidir. Növbəti seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi və ya seçilmənizə ümidiniz varmı?

- Növbəti prezident seçkilərində ölkənin prezidenti mən seçiləcəm. Buna heç kəs narahat olmasın. Bu gün qardaşımdır, növbəti seçkilərdə mən olacağam. Mitinqlərdə qışrırılar ki, hakimiyyətə gəlib sizi asacağıq. Əmin olun ki, prezidenti seçildikdən sonra sizləri özüm asacağam. İlham Əliyev demokrat və humanist insandır, amma Hafiz Hacıyev elə olmayacaq. Mənim dövrümdə qanunlar çox güclü olacaq. Növbəti prezident özüməm, proqramımız da hazırdı.
 

- İlham Əliyevə “qardaşım” deyirsiniz və məmurları xəyanətdə ittiham edirsiniz. Sizcə, Prezident seçilsəniz o postu tutmanız qardaşınıza olan sevgiyə xəyanət deyilmi?

- Qətiyyən! Qardaşımın seçkidə marafonu mənə verəcəyinə inanıram.
 
- Təşkil olunan mitinqlərin heç birində Dağlıq Qarabağ məsələsi ilə bağlı çağırışların edilmədiyini vurğuladınız. Düşünürsünüz ki, siz Prezident seçildikdən sonra Dağlıq Qarabağ məsələsini həll edəcəksiniz?

- Çox təəssüf ki, hakimiyyətdə ermənilərə qohum olan bəzi insanlar prezidentin bu münaqişənin həll etməsinə imkan vermirlər. Prezident məmurları toplayır münaqişənin həllinə dair planlar hazırlayır. Məmurlar da məlumatı erməni arvadlarına ötürürlər. Onların badoş övladları da tez erməni dayılarına zəng vurub məlumatı ötürüb planı pozurlar. Mən Prezident seçildikdən sonra üç aya Dağlıq Qarabağı işğaldan azad edəcəyəm. Həmçinin də, içimizdə olan ermənilərdən Azərbaycan hakimiyyətini azad edəcəyik. Paytaxtımız Xankəndi olacaq. Bakıda artıq əhalinin yaşamaq imkanları məhdudlaşır.

- Məmurların ölkəni talamasından bəhs edən Hafiz Hacıyevin gəlir mənbəyi varmı?

- Yox, yoxdur. Əlbəttə ki, bu gün biz məmurların katibələrinin, sürücülərinin, köməkçilərinin yaşadığı səviyyədə belə yaşamırıq. Mənim keçmişim də şəffafdır, bu günüm də. Hər şey göz önündədir. Sizə də xüsusilə təşəkkürümü bildirirəm. Media işçiləri olaraq, haqqın, ədalətin, düzgünlüyün yanında olmağınızı istəyirəm. (RealMedia.az)

Zakir Fərəcov Sumqayıtda baş verən dəhşətli qəzada xəsərət alanlara baş çəkdi - FOTOLAR
“Atamın barelyefinin qoyulub, ev-muzeyinin yaradılmasını istərdim” Nəbi Xəzrinin oğlu
Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab...
Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...
3 padşah, 12 prezident, 27 baş nazir gördü - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Əliağa Vahidin oğlundan müraciət: “Atam layiqincə xatırlanmır...”
Siyasət
“Xocalının mülki müdafiə qərargahının yaradılması - bilavasitə Nazirlər Kabinetinin vəzifəsi idi...”
Hadisə
İlanın sancdığı ər birlikdə ölmələri üçün arvadını dişlədi, amma o dünyaya tək getdi...
Araşdırma
Bu rəngli gözlərə sahib olanlar depressiya riski altındadır - MARAQLI ARAŞDIRMA
Siyasət
Brüsseldə olub Bakıda qəza törətmək məharəti, yoxsa Xocalı şəhidlərinə hörmətsizlik?
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
İlham Rəhimov "Neolit"-dəki insidentdən danışdı: “Xəbər tutan kimi dərhal Moskvaya...”
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə