Xəbər lenti
22/02/2019 [10:31]:
Sumqayıtdakı dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO
22/02/2019 [10:30]:
Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi - HÖKM
22/02/2019 [10:25]:
Vaşinqtonda yaşayan azərbaycanlı iş adamı...- FOTOLAR
22/02/2019 [10:24]:
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR
22/02/2019 [10:22]:
Dünya ərzaq qıtlığı astanasında
22/02/2019 [10:11]:
Bahar Muradova: "İnsanların qorxusuz həyat təminatına diqqət yönəltməliyik"
22/02/2019 [10:07]:
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL
22/02/2019 [09:59]:
Qarabağ cəbhəsində erməni təxribatı - Müdafiə Nazirliyi məlumat yaydı
22/02/2019 [09:58]:
Yazıçı Raquf Orucov haqqında roman yazdı - “KOMANDİR”
22/02/2019 [09:55]:
Deputat təhsil sistemi ilə bağlı öhdəliklərdən DANIŞDI
22/02/2019 [09:46]:
AvroLiqada 1/8 finalçılar bəlli oldu - NƏTİCƏLƏR
22/02/2019 [09:38]:
Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” - MÜSAHİBƏ
22/02/2019 [09:32]:
Manat bu məzənnədə qaldı
22/02/2019 [09:23]:
Artıq  metroda da süpürgəçi robotlar işə başladı-  İşsizlik təhlükəsi daha da artdı...
22/02/2019 [08:58]:
Yunis Əmrə İnstitutunun direktoru Əlyazmalar İnstitutunun qonağı olub - FOTOLAR
22/02/2019 [08:53]:
Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək
22/02/2019 [08:35]:
72 yaşlı ingilis müsəlman oldu...-  Gözlənilməz- FOTOLAR
22/02/2019 [07:48]:
Almaniyada işləyən Zaur lotereyanın haramlığını necə dərk etdi?..
22/02/2019 [00:12]:
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
21/02/2019 [23:57]:
Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var
21/02/2019 [23:48]:
Gürcü siyasətçi: “Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır”
21/02/2019 [23:40]:
Ərdoğan: "Ankarada yeni kanal tikiləcək"
21/02/2019 [23:35]:
Zakir Fərəcov Sumqayıtda baş verən dəhşətli qəzada xəsərət alanlara baş çəkdi - FOTOLAR
21/02/2019 [23:25]:
Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb- SİYAHI
21/02/2019 [23:19]:
Sumqayıtda avtobus qəzasında yaralananların sayı 42-yə çatıb - ADLAR+VİDEO
21/02/2019 [23:10]:
Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir
21/02/2019 [23:06]:
Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq
21/02/2019 [22:36]:
Gəncə şəhər prokuroru ADAU-nun tələbələri ilə görüşdü - FOTO
21/02/2019 [22:31]:
Tarixdə ilk dəfə olaraq iki qadın açıq kosmosa çıxacaq
21/02/2019 [22:27]:
“Söhrab Tahirin bu əsəri Azərbaycan ədəbiyyat tarixinin ən böyük poetik əsəridir” Nəsibə Tahiri
21/02/2019 [22:20]:
DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə verildi - FOTO
21/02/2019 [22:19]:
Əliağa Vahidin oğlundan müraciət: “Atam layiqincə xatırlanmır...”
21/02/2019 [22:02]:
Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı
21/02/2019 [22:00]:
“Atamın barelyefinin qoyulub, ev-muzeyinin yaradılmasını istərdim” Nəbi Xəzrinin oğlu
21/02/2019 [21:59]:
“Xocalının mülki müdafiə qərargahının yaradılması - bilavasitə Nazirlər Kabinetinin vəzifəsi idi...”
21/02/2019 [21:55]:
Dünya futbol ulduzları Bakıya gələcəklər
21/02/2019 [21:55]:
92 yaşlı yazıçımız: “Əsərim 42 ölkənin kitabxanalarına göndərildi”
21/02/2019 [21:28]:
Sumqayıtda avtobus qəzasında yaralanan 31 nəfərdən 12-si evə buraxılıb
21/02/2019 [21:25]:
İlanın sancdığı ər birlikdə ölmələri üçün arvadını dişlədi, amma o dünyaya tək getdi...
21/02/2019 [21:06]:
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
21/02/2019 [21:01]:
Rusiyada ikinci qadın-milyarder peyda olub
21/02/2019 [20:54]:
Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz tərəvəz
21/02/2019 [20:06]:
Azərbaycanda inşa olunan ilk tanker suya salındı - FOTO
21/02/2019 [20:05]:
Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab...
21/02/2019 [19:34]:
Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...
21/02/2019 [19:33]:
3 padşah, 12 prezident, 27 baş nazir gördü - FOTOLAR
21/02/2019 [19:16]:
Türkiyənin Aralıq şəhərində Xocalı soyqırımını anım mərasimi keçirilib - FOTOLAR
21/02/2019 [19:06]:
Bu rəngli gözlərə sahib olanlar depressiya riski altındadır - MARAQLI ARAŞDIRMA
21/02/2019 [18:55]:
Qonşu ölkədə daha bir dəhşətli xəstəlik təhlükəsi Siçovullardan keçir
21/02/2019 [18:51]:
Avropa Birliyindən işğalçı dövlətə 31 milyon avroluq yardım
21/02/2019 [18:48]:
"Vətəndaşlar niyə banka 3-4 dəfə artıq pul ödəməlidir?!"
21/02/2019 [18:44]:
Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
21/02/2019 [18:42]:
Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiası irəli sürdü
21/02/2019 [18:34]:
“Dil normaları daha çox KİV-lərdə pozulur” - Qulu Məhərrəmli
21/02/2019 [18:29]:
Sumqayıtda baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO
21/02/2019 [18:21]:
“Şahin Musayev Xocalı faciəsi haqqında mənə bilərəkdən yanlış informasiya verib...”
21/02/2019 [18:20]:
“Ana dilimizin keşiyində duran böyük qələm ordusu var”
21/02/2019 [18:18]:
"Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir" - Bahar Muradova
21/02/2019 [18:16]:
Nazarbayev hökuməti istefaya göndərdi
21/02/2019 [18:14]:
Sumqayıtda dəhşətli avtobus qəzası: 31 sərnişin xəstəxanaya yerləşdirildi, 10-nunun vəziyyəti ağırdır
21/02/2019 [18:10]:
Məşhur müğənnimizin qardaşı əsgərlikdən gələn kimi ölüb - FOTO
21/02/2019 [18:09]:
Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı
21/02/2019 [18:06]:
“Bezmişdim, məni hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi
21/02/2019 [18:02]:
Cənubi Qafqazın ən güclü xanımının iki ildə gördüyü işlər - FOTO
21/02/2019 [18:00]:
Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı
21/02/2019 [17:59]:
“Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı”
21/02/2019 [17:54]:
Bakıda 2 bələdiyyə sədri istefa verdi
21/02/2019 [17:49]:
Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq
21/02/2019 [17:46]:
Kim Kardaşyanın paltarını geyinib yarılüt şəhərdə gəzdi – FOTOLAR
21/02/2019 [17:42]:
Bu şəxslər üçün prezident təqaüdü artırıldı
21/02/2019 [17:38]:
Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
21/02/2019 [17:30]:
Evindən kilo yarım narkotik çıxdı
21/02/2019 [17:29]:
“Prosineçki məni yataqda yox, meydanda görməlidir” - Millidə qalmaqal
21/02/2019 [17:25]:
Paşinyanın arvadı qohumlarını yüksək vəzifələrə gətirib?
21/02/2019 [17:24]:
“Nar” sosial layihələrini bu il də davam etdirəcək
21/02/2019 [17:22]:
“Bezmişdim, hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi
21/02/2019 [17:22]:
Polad Bülbüloğlu: "Sosial şəbəkə tankdan qorxulu silahdı"
21/02/2019 [17:21]:
Nazirlik işçi qrup yaratdı
21/02/2019 [17:18]:
İŞİD-in nəzarətindəki sonuncu kənddə döyüşlər başladı – Qruplaşma tarixdən silinəcək?
21/02/2019 [17:17]:
Polis sistemində işləmək istəyənlərin nəzərinə - BU RAYONLARDA VAKANSİYA VAR
Bütün arxiv bir sırada
12/02/2019 [16:38] - İqtisadiyyat - ( 886 dəfə baxılıb)

"Üç-dörd erməni Gürcüstan hökumətinə meydan oxuyur"

“Bu barədə hökumətin qərarı varsa, ermənilərin o abidəyə keşik çəkməsindən asılı olmayaraq, o götürülməlidir”


Çoxlarımız haqlı olaraq düşünürük ki, Gürcüstan hökuməti bir ovuc erməninin əlində əsir-yesir olub. Uzağa getmədən buna nümunə olaraq Gürcüstanın Axalkalaki Bələdiyyəsinin Buqaşen qəsəbəsində Mixail Avaqyana qoyulan abidənin hökumət tərəfindən hələ də sökülməməsidir. Baxmayaraq ki, həm gürcü, həm də Azərbaycan xalqı torpaqlarımızın işğalında iştirak etmiş, Abxaziyada gürcülərə qarşı vuruşmuş M.Avaqyanın büstünün götürülməsi ilə bağlı Gürcüstan hökumətinə dəfələrlə müraciət ünvanlayıb. Hətta büstün qoyulması ilə bağlı etiraz aksiyaları da keçirilib.  

Onu da vurğulayaq ki, Gürcüstanın Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun rəhbəri, politoloq Vasili Papava da Avaqyanın abidəsinin qoyulmasına qarşı bəyanat verib. Papava qeyd edib ki, Gürcüstanda separatçılarla çiyin-çiyinə döyüşmüş insana büst qoyulacağını eşidəndə, buna inana bilməyib. “Təəssüflər olsun ki, məlumat təsdiqini tapdı. Gürcüstanın ekspert ictimaiyyəti Gürcüstanda baş verən bu hadisədən hiddətlənib. M.Avaqyana büstün qoyulması haqqında qərar yerli səviyyədə qəbul olunsa da, mərkəzi hakimiyyətin bundan xəbəri olmaya bilməzdi. Bürokratik aparat elə bunun üçün mövcuddur. Yox, əgər abidənin qurulması hakimiyyətlə razılaşdırılmayıbsa, deməli, Tbilisi artıq Axalkalaki bölgəsində vəziyyətə nəzarət etmir. Bəs Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünə qarşı savaşmış separatçıya abidənin ucaldılması Gürcüstanda necə qarşılanardı? Qəzəb partlayışı baş verərdi. Onda soruşan lazımdır ki, M.Avaqyanın abidəsinin qurulmasına niyə icazə veriblər. Bu məsələ bizdə müzakirəyə çıxarılsaydı, sizi əmin edirəm ki, Gürcüstan ictimaiyyəti qəti şəkildə bunun əleyhinə olardı” - deyə politoloq bildirib.

Avaqyanın büstünün sökülməsi tərəfdarlarının sayı kütləviləşdikcə, hökumətin abidəni götürəcəyi məsələsinin reallaşacağı bildirilir. Deyilənə görə, hökumət abidənin götürülməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Gürcüstanın sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, hakimiyyətin bu qərarı artıq Axalkalaki rayonunda yaşayan ermənilərin etirazına səbəb olub. Deyilənə görə, Gürcüstan parlamentinin binası qarşısında Dağlıq Qarabağ separatçısı Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə keçirdikləri aksiyadan sonra separatçının büstü ilə bağlı real təhlükə yaranıb. Məlumatlara görə, bundan əndişələnən ermənilər dəstə-dəstə Avaqyanın büstünün mühafizəsi ilə məşğul olurlar. Ermənilər bu yolla Gürcüstan hökumətinin rəyini nəzərə almadıqlarını göstərirlər. Ekspertlər bildirirlər ki, Gürcüstan hökuməti siyasi iradə göstərərək o büstün götürülməsinə nail olmalıdır. Gürcüstan hökumətinin ermənilərə loyal münasibət bəslədiyini deyən politoloqlar qeyd edirlər ki, ermənilərin hər gecə Avaqyanın büstünə qarovul çəkməsi o deməkdir ki, onlar Gürcüstan hökumətinin iradəsi əleyhinə gedirlər.

Tarix üzrə fəlsəfə doktoru, tarixçi-alim Faiq Ələkbərli mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağ müharibəsində yüzlərlə azərbaycanlını qətlə yetirən bir separatçıya qonşu və dost Gürcüstanda abidə qoyulmasının Gürcüstan və Azərbaycan cəmiyyətində etirazla qarşılanması öz nəticəsini verməlidir: “Caniyə Gürcüstanda abidə ucaldılmasının yolverilməz olduğunu Gürcüstan və Azərbaycan xalqları çox yaxşı bilirlər. Hesab edirəm ki, bu hadisəyə kifayət qədər reaksiya göstərildi. Bir qatilə abidə qoyulması həm azərbaycanlılar, həm də gürcülər tərəfindən haqlı olaraq etirazla qarşılandı. Mənə elə gəlir ki, Gürcüstan hökuməti Avaqyanın büstünün götürülməsi ilə bağlı  qəti addımlar atmaq əvəzinə, ikibaşlı oyun oynayır. Bir tərəfdən, həmin bölgədə yaşayan erməniləri özündən narazı salmaq istəmir (bəlkə də onlardan çəkinir), digər tərəfdən də o, Azərbaycanın, azərbaycanlıların və bizə dəstək verən qüvvələrin bu məsələdə nə qədər israrlı olduğunu gözləyir. Gürcüstan hökuməti doğrudan da Avaqyanın heykəlini götürməkdə maraqlıdırsa, onda heç nəyə baxmadan siyasi iradə göstərib o abidəni götürməlidir. Bu barədə hökumətin qərarı varsa, ermənilərin o abidəyə keşik çəkməsindən asılı olmayaraq, o götürülməlidir.

Özü də Gürcüstan da Azərbaycan kimi erməni separatizmindən əziyyət çəkir. Tutalım, Gürcüstanda separatizmlə məşğul olan bir cinayətkara Azərbaycan heykəl qoysaydı (amma Azərbaycan heç vaxt belə addım atmaz), onda Gürcüstan buna etiraz etməzdimi? Təbii, edərdi. 

Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların ortaya qoyduqları iradə tamamilə məntiqlidir, bu, Gürcüstan hökumətinin mənafeyi ilə də üst-üstə düşür. Ona görə də Gürcüstan hökuməti qəti addımlar atıb büstü götürməlidir. Bu büst, nəyin bahasına olursa-olsun, oradan götürülməlidir. Büstün götürülməməsi Azərbaycan-Gürcüstan münasibətlərinə çox ciddi xələl gətirə bilər. Eyni zamanda, Gürcüstanın özü üçün də ciddi yaralar aça bilər”.

F.Ələkbərli qeyd etdi ki, Gürcüstan hökuməti qərar qəbul edərək Avaqyanın büstünü tezliklə götürməlidir. Bunun Azərbaycan və Gürcüstan arasında mövcud əlaqələrin davam etməsi üçün çox vacib addım olduğunu deyən alim hesab edir ki, Gürcüstan hökuməti abidəni götürəcək. O qeyd etdi ki, azərbaycanlılar və gürcülər, eləcə də bütün sağlam qüvvələr bu büstün sökülməsinə nail olana qədər mübarizələrini davam etdirəcəklər.  

Zakir Fərəcov Sumqayıtda baş verən dəhşətli qəzada xəsərət alanlara baş çəkdi - FOTOLAR
“Atamın barelyefinin qoyulub, ev-muzeyinin yaradılmasını istərdim” Nəbi Xəzrinin oğlu
Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab...
Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...
3 padşah, 12 prezident, 27 baş nazir gördü - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Əliağa Vahidin oğlundan müraciət: “Atam layiqincə xatırlanmır...”
Siyasət
“Xocalının mülki müdafiə qərargahının yaradılması - bilavasitə Nazirlər Kabinetinin vəzifəsi idi...”
Hadisə
İlanın sancdığı ər birlikdə ölmələri üçün arvadını dişlədi, amma o dünyaya tək getdi...
Araşdırma
Bu rəngli gözlərə sahib olanlar depressiya riski altındadır - MARAQLI ARAŞDIRMA
Siyasət
Brüsseldə olub Bakıda qəza törətmək məharəti, yoxsa Xocalı şəhidlərinə hörmətsizlik?
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
İlham Rəhimov "Neolit"-dəki insidentdən danışdı: “Xəbər tutan kimi dərhal Moskvaya...”
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə