Xəbər lenti
22/02/2019 [09:55]:
Deputat təhsil sistemi ilə bağlı öhdəliklərdən DANIŞDI
22/02/2019 [09:46]:
AvroLiqada 1/8 finalçılar bəlli oldu - NƏTİCƏLƏR
22/02/2019 [09:38]:
Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” - MÜSAHİBƏ
22/02/2019 [09:32]:
Manat bu məzənnədə qaldı
22/02/2019 [09:23]:
Artıq  metroda da süpürgəçi robotlar işə başladı-  İşsizlik təhlükəsi daha da artdı...
22/02/2019 [08:58]:
Yunis Əmrə İnstitutunun direktoru Əlyazmalar İnstitutunun qonağı olub - FOTOLAR
22/02/2019 [08:53]:
Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək
22/02/2019 [08:35]:
72 yaşlı ingilis müsəlman oldu...-  Gözlənilməz- FOTOLAR
22/02/2019 [07:48]:
Almaniyada işləyən Zaur lotereyanın haramlığını necə dərk etdi?..
22/02/2019 [00:12]:
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
21/02/2019 [23:57]:
Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var
21/02/2019 [23:48]:
Gürcü siyasətçi: “Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır”
21/02/2019 [23:40]:
Ərdoğan: "Ankarada yeni kanal tikiləcək"
21/02/2019 [23:35]:
Zakir Fərəcov Sumqayıtda baş verən dəhşətli qəzada xəsərət alanlara baş çəkdi - FOTOLAR
21/02/2019 [23:25]:
Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb- SİYAHI
21/02/2019 [23:19]:
Sumqayıtda avtobus qəzasında yaralananların sayı 42-yə çatıb - ADLAR+VİDEO
21/02/2019 [23:10]:
Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir
21/02/2019 [23:06]:
Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq
21/02/2019 [22:36]:
Gəncə şəhər prokuroru ADAU-nun tələbələri ilə görüşdü - FOTO
21/02/2019 [22:31]:
Tarixdə ilk dəfə olaraq iki qadın açıq kosmosa çıxacaq
21/02/2019 [22:27]:
“Söhrab Tahirin bu əsəri Azərbaycan ədəbiyyat tarixinin ən böyük poetik əsəridir” Nəsibə Tahiri
21/02/2019 [22:20]:
DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə verildi - FOTO
21/02/2019 [22:19]:
Əliağa Vahidin oğlundan müraciət: “Atam layiqincə xatırlanmır...”
21/02/2019 [22:02]:
Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı
21/02/2019 [22:00]:
“Atamın barelyefinin qoyulub, ev-muzeyinin yaradılmasını istərdim” Nəbi Xəzrinin oğlu
21/02/2019 [21:59]:
“Xocalının mülki müdafiə qərargahının yaradılması - bilavasitə Nazirlər Kabinetinin vəzifəsi idi...”
21/02/2019 [21:55]:
Dünya futbol ulduzları Bakıya gələcəklər
21/02/2019 [21:55]:
92 yaşlı yazıçımız: “Əsərim 42 ölkənin kitabxanalarına göndərildi”
21/02/2019 [21:28]:
Sumqayıtda avtobus qəzasında yaralanan 31 nəfərdən 12-si evə buraxılıb
21/02/2019 [21:25]:
İlanın sancdığı ər birlikdə ölmələri üçün arvadını dişlədi, amma o dünyaya tək getdi...
21/02/2019 [21:06]:
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
21/02/2019 [21:01]:
Rusiyada ikinci qadın-milyarder peyda olub
21/02/2019 [20:54]:
Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz tərəvəz
21/02/2019 [20:06]:
Azərbaycanda inşa olunan ilk tanker suya salındı - FOTO
21/02/2019 [20:05]:
Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab...
21/02/2019 [19:34]:
Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...
21/02/2019 [19:33]:
3 padşah, 12 prezident, 27 baş nazir gördü - FOTOLAR
21/02/2019 [19:16]:
Türkiyənin Aralıq şəhərində Xocalı soyqırımını anım mərasimi keçirilib - FOTOLAR
21/02/2019 [19:06]:
Bu rəngli gözlərə sahib olanlar depressiya riski altındadır - MARAQLI ARAŞDIRMA
21/02/2019 [18:55]:
Qonşu ölkədə daha bir dəhşətli xəstəlik təhlükəsi Siçovullardan keçir
21/02/2019 [18:51]:
Avropa Birliyindən işğalçı dövlətə 31 milyon avroluq yardım
21/02/2019 [18:48]:
"Vətəndaşlar niyə banka 3-4 dəfə artıq pul ödəməlidir?!"
21/02/2019 [18:44]:
Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
21/02/2019 [18:42]:
Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiası irəli sürdü
21/02/2019 [18:34]:
“Dil normaları daha çox KİV-lərdə pozulur” - Qulu Məhərrəmli
21/02/2019 [18:29]:
Sumqayıtda baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO
21/02/2019 [18:21]:
“Şahin Musayev Xocalı faciəsi haqqında mənə bilərəkdən yanlış informasiya verib...”
21/02/2019 [18:20]:
“Ana dilimizin keşiyində duran böyük qələm ordusu var”
21/02/2019 [18:18]:
"Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir" - Bahar Muradova
21/02/2019 [18:16]:
Nazarbayev hökuməti istefaya göndərdi
21/02/2019 [18:14]:
Sumqayıtda dəhşətli avtobus qəzası: 31 sərnişin xəstəxanaya yerləşdirildi, 10-nunun vəziyyəti ağırdır
21/02/2019 [18:10]:
Məşhur müğənnimizin qardaşı əsgərlikdən gələn kimi ölüb - FOTO
21/02/2019 [18:09]:
Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı
21/02/2019 [18:06]:
“Bezmişdim, məni hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi
21/02/2019 [18:02]:
Cənubi Qafqazın ən güclü xanımının iki ildə gördüyü işlər - FOTO
21/02/2019 [18:00]:
Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı
21/02/2019 [17:59]:
“Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı”
21/02/2019 [17:54]:
Bakıda 2 bələdiyyə sədri istefa verdi
21/02/2019 [17:49]:
Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq
21/02/2019 [17:46]:
Kim Kardaşyanın paltarını geyinib yarılüt şəhərdə gəzdi – FOTOLAR
21/02/2019 [17:42]:
Bu şəxslər üçün prezident təqaüdü artırıldı
21/02/2019 [17:38]:
Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
21/02/2019 [17:30]:
Evindən kilo yarım narkotik çıxdı
21/02/2019 [17:29]:
“Prosineçki məni yataqda yox, meydanda görməlidir” - Millidə qalmaqal
21/02/2019 [17:25]:
Paşinyanın arvadı qohumlarını yüksək vəzifələrə gətirib?
21/02/2019 [17:24]:
“Nar” sosial layihələrini bu il də davam etdirəcək
21/02/2019 [17:22]:
“Bezmişdim, hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi
21/02/2019 [17:22]:
Polad Bülbüloğlu: "Sosial şəbəkə tankdan qorxulu silahdı"
21/02/2019 [17:21]:
Nazirlik işçi qrup yaratdı
21/02/2019 [17:18]:
İŞİD-in nəzarətindəki sonuncu kənddə döyüşlər başladı – Qruplaşma tarixdən silinəcək?
21/02/2019 [17:17]:
Polis sistemində işləmək istəyənlərin nəzərinə - BU RAYONLARDA VAKANSİYA VAR
21/02/2019 [17:12]:
Manat sabah bu məzənnədə olacaq
21/02/2019 [17:10]:
Azərbaycanda yeni telekanal açıla bilər
21/02/2019 [17:03]:
Azərbaycan sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı -FOTOLAR
21/02/2019 [17:01]:
Avropa ölkələri Trampın tələbini rədd etdilər
21/02/2019 [16:52]:
Vəkillər Kollegiyasının üzvləri beynəlxalq konfransda iştirak etdi
21/02/2019 [16:49]:
DİQQƏT! Bakının bu hissəsində 98 ev söküləcək – Bəzi sakinlərə kompensasiya düşmür
21/02/2019 [16:40]:
Mehman Əliyevin atası vəfat edib
21/02/2019 [16:33]:
Komitədən quzu ətinin gömrük dəyəri ilə bağlı - AÇIQLAMA
21/02/2019 [16:30]:
Kamal Abdulla Metin Yıldızla müzakirə apardı - FOTO
Bütün arxiv bir sırada
12/02/2019 [17:33] - Cəmiyyət - ( 1180 dəfə baxılıb)

“Avstriyada yun çubuğu”



Azərbaycandan 8 il vardı ayrılmışdı Hikmət. Bu illər ərzində mühacir kimi çox əziyyət çəksə də, savadlı və təhsilli olması Avstriyada özünə yer tutmasına imkan vermişdi.

Bayaqdan əli cibində Dunay sahilini gəzirdi. Çayın sakit axan mavi sularına baxa-baxa doğma Naxçıvançayı xatırlayırdı. Düzdür, onun suyu belə mavi olmasa da, yazın ortalarında eynən Dunay kimi gurlayıb çağlamağı da vardı. Hə, bir də Naxçıvançayda balıq tutardılar, yayda çimərdilər...

O, siqaretini söndürüb prospektə tərəf yollandı. Bayırda bir işi qalmamışdı, evə gedib dincəlmək istəyirdi.

Hikmət saxtakarlıqla sənəd düzəldib «mühacir» adını qazanan həmyerlilərindən, adətən, uzaq gəzməyə çalışırdı. Bununla belə, mühacirlərin məhkəmələrinə də həmişə özü getməyə məcbur idi. Çünki alman və fransız dillərini səlis bilirdi.

Yaxınlıqdakı marketdən pivə alıb evə qalxdı. Təzəcə televizoru yandırıb Miloş Formanın filminə baxırdı ki, qapı möhkəm döyəcləndi. Hikmət diksindi. Elə bil kimsə bu dəqiqə qapını yerindən qoparacaqdı. Avstriyada qapını bu cür yalnız özününkülər döyə bilərdi. Ona görə də oğlunu yolladı ki, qapını açsın.

İsmayıl idi. Özünü təngnəfəs içəri salıb nəfəsi kəsilə-kəsilə dedi:
– Hikmət qardaş, kömək elə. Arvadı polislər apardı.

Tələm-tələsik ayaqqabısını geyinib İsmayılla polis məntəqəsinə yollandı. Polis rəisi Rudi Fazbinder onu salamlayıb otağına dəvət elədi. Hikmət İsmayılın həyat yoldaşı Tükəzbanın həbs olunmasının səbəbini soruşdu. Cənab Rudi bildirdi ki, onlarlıq bir iş yoxdur. İsmayılın yoldaşını qonşuları xanım Matera Hanpelin şikayəti əsasında tutub dəlixanaya təhvil veriblər. Qalanını ordan öyrənin.

Dilxor olmuş Hikmət həmyerlisinə kömək etmək üçün yenidən yola düzəldi. Dunay çayının sağ sahilində yerləşən psixiatriya mərkəzinə gəldi. Baş həkim Selena Müller təbəssümlə Hikməti salamladı. Hikmət İsmayılın həyat yoldaşı Tükəzbanı soruşdu. Həkim dedi ki, o artıq müalicə üçün palataya yerləşdirilib. Onu da əlavə etdi ki, Tükəzban ən azı 3 ay burda qalmalıdır.

Hikmət həkimlə danışıb dedi ki, Tükəzbanın əlli beş yaşı var, ərinin də indiyə kimi həyat yoldaşından heç bir şikayəti olmayıb.

Arvadının və özünün adını eşidən İsmayıl gözlərini tez-tez qırpıb yazıq-yazıq Hikmətə baxırdı. Həkim sözünə davam etdi:

– Onların qonşusu Matera Hanpel bizə şikayət edib. Biz də, öz növbəmizdə, polislə birgə onu bura gətirdik.

Hikmət şikayətin səbəbini soruşdu.

Həkim:

– Xanım Hanpel bizə zəng vurub dedi ki, həyətimizdəki mühacir qadının başına hava gəlib. Qonşular, eləcə də cəmiyyət üçün təhlükəlidir. O, binanın həyətindəki çəmənliyə parça sərib və əlində uzun çubuqla yun çırpır.

Hikmət bütün vasitələrdən yararlanıb həkimə anlatmaq istədi ki, yun çırpmaq dəlilik əlaməti deyil, bunu onlarda bütün qadınlar edir.

Həkim Hikməti diqqətlə dinləyib sual verdi:

– Axı o, yunu hardan tapıb yığıb və niyə onu döyür?

Hikmət həkimə izah etdi ki, yun Azərbaycandan döşəyin içində gəlib. Azərbaycanda Avstriyadan fərqli olaraq yun yorğan-döşəkdə yatırlar.

Həkim bu izahdan sonra ayağa qalxıb İsmayıla dedi: «Həyat yoldaşına başa sal, yunu həyətdə döyməsin».
Hikmət həkimin dediklərini İsmayıla azərbaycanca başa saldı və təbii ki, həkimin «döymək» sözünü «çırpmaq» kimi çevirdi.

Tükəzbanı buraxdılar.
İsmayıl yolboyu arvadını danladı ki, bir daha yunu həyətdə çırpmasın: «Dədən evindən gətirdiyin o çubuğu da əlindən alıb qıracam».

Tükəzban evə çatar-çatmaz bayaqdan həyətin ortasında atılıb qalmış yun qalağına doğru getdi. Hikmət isə evə qayıtdı. Yenidən televizorun qarşısına keçib pivənin qapağını açmaq istəyirdi ki, qapı bayaqkı kimi yenə döyüldü. Qapını özü açdı. İsmayıl bu dəfə ağlayırdı:

– Hikmət qardaş, arvadı yenə polislər apardı.

Hikmət polis idarəsinə çatanda cənab rəis Rudi Fazbinder elə qapıdanca əli ilə işarə etdi ki, gedin dəlixanaya, yenə ora apardıq. Yenidən dəlixanaya yollandılar.

Psixiatriya mərkəzinin baş həkimi xanım Selena Müller Hikməti görən kimi özü söhbətə başladı:

– Bağışlayın, cənab Hikmət. Siz gedəndən 20 dəqiqə sonra onların qonşusu olan xanım Matera Hanpel yenidən zəng vurub şikayətləndi ki, bu dəlini niyə buraxmısınız? Biz polislə birlikdə təkrar həyətə gedəsi olduq. O yenə bir topa yunun içində oturmuşdu. Düzdür, bu dəfə əlində çubuq görünmürdü. Amma yunu əlinə alıb didirdi. Sizcə, bu normaldırmı? Bəlkə, sizin ölkəniz üçün normaldır, bizim insanlar isə belə mənzərəyə öyrəşməyiblər. Unutmayaq ki, bura Avstriyadır, cənab Hikmət!

Baş həkimin bu qəti sözlərindən sonra Tükəzbanı bir daha buraxdırmaq mümkünsüz idi. İsmayıl 3 ay arvadsız qalmalı olacaqdı. Bəs saxta sənədlə mühacir ünvanı alanda bilmirdi hara gəlir?!

Arvadının dəlixanaya düşməsi ilə barışmaq istəməyən İsmayılın rəngi ağarmışdı. Hikmət ona güc-bəla ilə izah elədi ki, heç nə eləmək mümkün deyil. Bundan sonra İsmayıl büzüşüb elə bil yumağa döndü: «Gedib arvad üçün sovqatdan, döşəkdən-zaddan düzəldim, xəstəxanada quru yerdə yatmasın...» Hikmət istədi yenə nəsə deyib İsmayılı başa salsın ki, heç nə lazım deyil, amma yorulmuşdu. Cibindən siqaret çıxarıb yandıra-yandıra Dunayın sahili ilə yumaq kimi yomalanan İsmayılın dalınca göz atıb üzünü çaya çevirdi.

Bu vaxt həzin külək əsdi. Tükəzbanın yunları hardansa üzə çıxıb qar topası kimi göydə uçuşmağa başladı və uçub-uçub qağayıtək düz gəlib bir-bir çayın üzünə qondu. Bir azdan Hikmətin dayandığı yerdən keçən yun topaları gülərüzlə həmyerlilərini salamlayacaqdılar. 
Hikmət dərindən ah çəkdi. Nədənsə yadına Çuxur məhəlləsi düşdü.


Tahir Tahiroviç

Zakir Fərəcov Sumqayıtda baş verən dəhşətli qəzada xəsərət alanlara baş çəkdi - FOTOLAR
“Atamın barelyefinin qoyulub, ev-muzeyinin yaradılmasını istərdim” Nəbi Xəzrinin oğlu
Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab...
Tarixi filmin film tarixi: 1970-ci ildə Heydər Əliyev Nəsiminin məzarını ziyarət edir...
3 padşah, 12 prezident, 27 baş nazir gördü - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Əliağa Vahidin oğlundan müraciət: “Atam layiqincə xatırlanmır...”
Siyasət
“Xocalının mülki müdafiə qərargahının yaradılması - bilavasitə Nazirlər Kabinetinin vəzifəsi idi...”
Hadisə
İlanın sancdığı ər birlikdə ölmələri üçün arvadını dişlədi, amma o dünyaya tək getdi...
Araşdırma
Bu rəngli gözlərə sahib olanlar depressiya riski altındadır - MARAQLI ARAŞDIRMA
Siyasət
Brüsseldə olub Bakıda qəza törətmək məharəti, yoxsa Xocalı şəhidlərinə hörmətsizlik?
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
İlham Rəhimov "Neolit"-dəki insidentdən danışdı: “Xəbər tutan kimi dərhal Moskvaya...”
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə