Xəbər lenti
27/05/2019 [15:05]:
“Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm" VİDEO-FOTO
27/05/2019 [15:04]:
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq” - Bu, hansı hallarda mümkündür?
27/05/2019 [15:02]:
"Həmin gün Vaqif Səmədoğlunun Musa Yaqub haqqında dediyi söz yadıma düşdü..."
27/05/2019 [14:49]:
Qətərdəki səfirimizin ölkənin nüfuzlu qəzetlərində geniş müsahibələri nəşr olunub
27/05/2019 [14:47]:
Ümumdünya Gömrük Təşkilatının ekspertləri Gömrük Akademiyasında olub
27/05/2019 [14:41]:
Ukraynada məhkumlar üsyan etdi, qaçanlar var - Fotolar
27/05/2019 [14:36]:
Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyası başlanır
27/05/2019 [14:12]:
Gömrükdə daxili orqanlarında narkotik vasitə keçirən şəxs saxlanıldı
27/05/2019 [14:06]:
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ
27/05/2019 [14:04]:
“İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha...”
27/05/2019 [14:04]:
Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı
27/05/2019 [14:03]:
Binəqədidə Respublika günü... -FOTOLAR
27/05/2019 [14:01]:
"Çoxlarına Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbər sərf etmir..."
27/05/2019 [13:56]:
Amerikada yerləşən beynəlxalq kikboks mətbuatı Hafiz Baxşəliyevdən yazdı
27/05/2019 [13:52]:
ADNSU-da 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
27/05/2019 [13:49]:
Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi sessiyası keçirdi
27/05/2019 [13:43]:
Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşdü
27/05/2019 [13:42]:
İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ
27/05/2019 [13:40]:
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı
27/05/2019 [13:37]:
Növbəti 3 gün ərzində yağış gözlənilir
27/05/2019 [13:35]:
“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
27/05/2019 [13:33]:
“Hercai”nin Reyyanına görə təhlükəsizlik gücləndirildi
27/05/2019 [13:31]:
Prezident xanımı ilə “Buta” sarayında...
27/05/2019 [13:24]:
Azərbaycan düşmənlərinə... canazyanların cavabı
27/05/2019 [13:07]:
ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib
27/05/2019 [13:00]:
“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”
27/05/2019 [12:56]:
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
27/05/2019 [12:50]:
“Qüdsün, Qarabağın azadlığına doğru” mövzusunda konfrans keçirilir
27/05/2019 [12:48]:
Misirdə Respublika günü qeyd edildi...
27/05/2019 [12:46]:
“Qadına qarşı cəmiyyətin münasibətini dəyişmək üçün təhsil və maariflənmə çox önəmlidir...”
27/05/2019 [12:42]:
BDU-da 28 May – Respublika Günü qeyd edilib
27/05/2019 [12:28]:
Vahid Əhmədov iftar süfrələri təşkil etdi -FOTOLAR
27/05/2019 [12:22]:
Rusiya müxalifət lideri  işğalçı ölkə baş nazirini alqışladı...-VİDEO
27/05/2019 [12:20]:
Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?
27/05/2019 [12:17]:
“Hamı ölümlə görüşməlidir…” - Rasim Balayev
27/05/2019 [12:14]:
Məktəblilərin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binalarına ekskursiyası təşkil edildi
27/05/2019 [12:11]:
“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır” -Röya
27/05/2019 [12:02]:
Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir
27/05/2019 [12:01]:
Ölkədəki faktiki hava şəraiti açıqlandı
27/05/2019 [12:00]:
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
27/05/2019 [11:59]:
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”
27/05/2019 [11:56]:
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
27/05/2019 [11:52]:
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək
27/05/2019 [11:48]:
Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir
27/05/2019 [11:46]:
Mərdəkan Dendrarisində bataqlığı xatırladan hovuzlar - REPORTAJ
27/05/2019 [11:40]:
DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27/05/2019 [11:39]:
DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı
27/05/2019 [11:38]:
İyunun 2-də buraxılış imtahanları keçiriləcək
27/05/2019 [11:35]:
Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu
27/05/2019 [11:32]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:31]:
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
27/05/2019 [11:30]:
Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək
27/05/2019 [11:19]:
BDYP-nin təşəbbüsü ilə məktəblilərin stasionar postlara ekskursiyası təşkil edildi - FOTO
27/05/2019 [11:19]:
İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu
27/05/2019 [11:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə
27/05/2019 [11:13]:
“UNEC-in rektorunun cəbhəboyu bölgələrə səfəri biz veteranları hədsiz sevindirib”
27/05/2019 [11:11]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:08]:
Yeniyetmə hovuzda boğularaq öldü
27/05/2019 [11:06]:
İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
27/05/2019 [11:03]:
“Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTOLAR
27/05/2019 [10:52]:
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
27/05/2019 [10:48]:
Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO
27/05/2019 [10:13]:
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
27/05/2019 [09:58]:
“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”
27/05/2019 [09:55]:
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxıldı
27/05/2019 [09:52]:
"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27/05/2019 [09:49]:
Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
27/05/2019 [09:38]:
Aygün Kazımovadan “18-”
27/05/2019 [09:35]:
Konqoda gəmi batdı - 30 nəfər öldü
27/05/2019 [09:34]:
Fitrə nə vaxtadək verilməlidir?
27/05/2019 [09:21]:
Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçildi
27/05/2019 [09:19]:
Tramp Abenin vasitəçi missiyası ilə İrana səfər niyyətini dəstəklədi
27/05/2019 [09:01]:
Amerikanın F-35 qırıcıları “vəhşi rejimi”ində İran sərhədlərində göründü
27/05/2019 [08:53]:
Trampın Azərbaycana və Gürcüstana fərqli təbrikləri: “ərazi bütövlüyümüz” niyə unuduldu?
27/05/2019 [08:53]:
Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması... - VİDEO
27/05/2019 [08:45]:
Messi karyerasında 6-cı dəfə "Qızıl butsu" aldı
27/05/2019 [08:43]:
Şəkidə 7 yaşlı uşağı it dişlədi
27/05/2019 [08:30]:
"Rus ayısı" yeni qurbanlar axtarışında, əlaltıları "təkliflər çələngi" ilə yol gözləyir...
27/05/2019 [08:19]:
Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana ilk MÜRACİƏTİ...
27/05/2019 [08:02]:
Moskvada 200 müsəlman iftarı polisdə qarşıladı- Rəzalət
Bütün arxiv bir sırada
14/02/2019 [13:53] - Siyasət - ( 8264 dəfə baxılıb)

“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF

Ayaz Mütəllibov: “27 il əvvəl məni qınayanların çoxu etiraf edir ki, o vaxt AXC liderləri yanlış addım atıb...”


Düz 27 il öncə bu gün- 1992-ci il fevralın 14-də Belarus paytaxtı Minskdə keçirilən MDB ölkələri başçılarının sammitində bəlkə də keçmiş sovet respublikaları arasında ən çox Azərbaycan üçün həlledici bir məsələ həll edilirdi. Respublika rəhbərliyinin yenicə formalaşan Milli Ordunun MDB Baş Komandanlığı tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına daxil olması haqqında sazişə imza atıb-atmaması gündəmdə idi. Məlum olduğu kimi, Azərbaycan həmin sənədə imza atmadı və cəmi 11 gün sonra erməni faşistləri keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Xocalı soyqırımını törətdi. Görəsən, sözügedən gün Azərbaycan rəhbəri bəhs edilən sənədə qol çəksəydi, hadisələr necə inkişaf edərdi?  Xocalı faciəsi baş verərdimi?..

 

Həmin sammitdə ölkəmizi təmsil etmiş Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az əməkdaşı ilə telefon söhbətində bu haqda sualı belə cavablandırıb:

 

-Sözsüz ki, biz Minskdə xatırlatdığınız sənədi imzalasaydıq, proseslər tamam başqa məcraya yönələr və  Xocalı faciəsi də baş verməzdi.  Şübhəsiz ki, Qarabağın işğalı da bu səviyyədə baş verməzdi. Bu şərtlə ki, həmin qərardan sonra özünü demokratik müxalifət hesab edən Xalq Cəbhəsi liderləri konstruktiv mövqe tutaydı. Bunu bilmək üçün heç siyasətçi olmaq lazım deyil...

 

Bilirsiz, həmin vaxt  Qarabağ uğrunda deyil, yalnız hakimiyyət maraqlarl uğrunda mübarizə aparan məlum qüvvələrin təzyiqi altında cəmiyyətdə belə bir yanlış fikir formalaşdırılmışdı ki, bu əgər biz müstəqil dövlət olmuşuqsa, xarici hərbi qüvvələr mütləq Azərbaycan ərazisindən çıxarılmalı və  Rusiya ilə heç bir hərbi ittifaqa getməməliyik. Yəni belə qüvvələr real, gerçək beynəlxalq və daxili siyasi duruma uyğun siyasət yürütmək lazım olduğu ilə hesablaşmaq istəmirdi...

 

Və həmişə deyirəm ki, o vaxt heç kim qarşımızda heç bir şərt qoymamışdı. O dövrdə - biz milli ordunun yalnız kağız üzərində mövcud olduğu bir vaxtda və Qarabağda baş verənlərin fonunda MDB Baş Komandanlığının tərkibinə daxil olmaq barədə təklifə getməli idik. Bu hadisələr 1991-ci ilin dekabrı və 1992-cu ilin fevralı ərəfəsinə, yəni SSRİ dağıldıqdan sonra yeni geosiyasi reallıq şəraitində Müstəqil Dövlətlər Birliyinin yaradılması dövrünə düşürdü. Məlumdur ki, Rusiya Federasiyası beynəlxalq birliyin artıq keçmiş subyekti olan SSRİ-nin süqutundan sonra onun  varisi oldu. Amma Rusiya Federasiyası İttifaq dağılandan sonra sərhədsiz qalmışdı. Onun perimetri üzrə keçmiş müttəfiq respublikaların timsalında müstəqil dövlətlər yaranmışdı. Rusiya rəhbərliyi qarşısında problemlərlə dolu bir vəziyyət yaranmışdı... Belə məsələlər müəyyən mərhələdə MDB ölkələrinin fəaliyyətinin əlaqələndirilməsini tələb edirdi. Məhz bu məqsədlə MDB-nin müvafiq institutları, o cümlədən MDB Baş Komandanlığı  yanında müdafiə nazirləri Şurası yaranmışdı. AXC-nin təzyiqi altında biz bu Şuranın tərkibinə daxil olmadıq...

 

Azərbaycan üçün çox məsuliyyətli bir dövrdə, yəni özümüzü müstəqil qorumaq imkanlarımız olmadığı bir şəraitdə,  MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmaqdan imtina etməyimiz, əlbəttə ki, Rusiya rəhbərliyində müvafiq reaksiya doğurmaya bilməzdi. Yadımdadır ki, həmin gün, səhv etmirəmsə, fevralın əvvəlində Rusiya prezidenti B.Yeltsin mənə zəng edərək xahiş etdi ki, respublika silahlı qüvvələrinin (dediyim kimi, onlar o vaxt mövcud deyildi) MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmasından imtina edilməməsi barədə onun xahişini deputatlara çatdırım. Rusiya lideri onda mənə bildirdi: "Mən bilirəm ki, indi siz deputatlar qarşısında çıxış edirsiniz, ona görə də zəng etdim ki, xahişimi onlara çatdırasınız". O, eyni zamanda bildirdi ki, Xankəndidə yerləşən 366-cı motoatıcı alayın buraxılması haqqında tapşırıq verib. Həmin vaxt biz  366-cı alayın Xankəndindən çıxarılması məsələsini ciddi qoymuşduq. Təəssüf ki, bizim deputatlar, xalqın qulluqçuları öz razılığını vermədilər.  Biz MDB-nin bütün institutlarında heç olmasa, müvəqqəti olsa da, iştirak etməli idik ki, bizim imtinamızın gələcək mənfi nəticələrinin qarşısını ala bilək...

 

O  qaynar günlərdə cəbhəçilərə deyirdim ki, mənə vaxt verin, Rusiyadan qəti üz döndərməyə, rus ordusunu burdan çıxarmağa tələsməyək. Bu, yanlış siyasətdir. Qoyun bir özümüzə gələk, tədricən ordumuzu formalaşdıraq, Qarabağın işğalının qarşısını alaq, dirçələk, sonra Moskva qarşısında şərtlərimizi qoyarıq. Axı bizə heç kim şərt qoymağı qadağna etmirdi...  Məhz bu məntiqlə də Silahlı Qüvvələrin məsləhətli əsaslarla MDB Baş Komandanlığının tərkibinə daxil olması haqqında sazişin imzalanması hüququnun mənə verilməsini deputatlardan xahiş etmişdim. Yenə təəssüf ki, korporativ maraqlara əsaslanaraq mənimlə mübarizə aparan müxalifət, həmin dövrun, belə deyək, parlamenti Azərbaycan Respublikasının MDB-yə daxil olması haqqında sazişin ratifikasiyasını, yəni sazişin altında mənim imzamı təsdiq etməkdən imtina etdi...

 

Bu minvalla 1992-ci il fevralın 14-də isə Minskdə MDB-nin növbəti iclasında mən 1991-ci ilin dekabrında MDB-yə daxil olmaqla  bağlı etdiyim uğuru təkrarlaya bilmədim. Parlamentimiz Baş Komandanlıq tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına Azərbaycan Ordusunun daxil olması haqqında sazişin imzalanması üçün mənə səlahiyyətlər verilməsi xahişi ilə ona olan müraciətimi qəbul etməyərək mənə belə bir səlahiyyət vermədi. Nəticədə etibarı ilə mən bu sazişi imzalamadım və bununla da hiss etdim ki, AXC-nin radikal və nataraz  gedişləri sayəsində biz özümüzü pis vəziyyətə saldıq...

Təsəvvür edin ki, biz sözügedən sazişə imza atsaydıq və 366-cı alay Xankəndindən çıxarılsaydı, ermənilər Xocalıya hücumu təşkil edə bilərdimi? Təəssüf ki, əksi oldu və nəticədə Yeltsinin onsuz da bizə olan mənfi münasibəti daha kəskin xarakter aldı. Erməni faşistləri də bu şəraitdən məharətlə yararlandı...

 

-Ayaz müəllim, bu məqamda təbii sual yaranır: bəs haqlı haqlı olduğunuza  belə əmin idinizsə, niyə siz özünüz Minskdə bəhs edilən sənədi imzalamadınız?  

 

-Bunun  cavabı çox sadədir. İstəmirdim ki, bir vaxtlar dəbdə olan məsələ kimi mənim opponentlərim mənə “xalq düşməni” etiketini yapışdırsınlar. Ancaq bu gün çox eşirdirəm ki, 27 il öncə mənim MDB-yə daxil olmaq, eyni zamanda hərbi qüvvələrimizi də müvəqqəti olaraq həmin Birliyin komandanlığına daxil etmək  haqqındakı fikrimə qarşı çıxanlar etiraf edirlər ki, o vaxt AXC liderləri yanlış addım atıblar...

 

P.S. Keçmiş AXC liderlərinin mövzu barədə fikirlərini dinləməyə hazırıq...

 

Sultan Laçın 

loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
Cəmiyyət
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
Cəmiyyət
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Siyasət
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)