Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri B.Saakyanın “aparatının mərkəzi informasiya şöbəsi”nə istinadla məlumat yayıb.
Xatırladaq ki, Moderator.az Paşinyanın İrəvanda hakmiyyətə gəlişindən sonra istefa vermiş “polis rəisi” Kamo Ağacanyanın azərbaycanlı qanı daşıması haqda informasiya verib(bax://www.moderator.az/news/228193.html).
Separatçı generalın atasının azərbaycanlı olması barədə məlumatı Kamo Ağacanyanla uşaqlıqdan, demək olar ki, eyni kənddə doğulmuş və eyni məktəbdə təhsil almış Qarabağ qazisi, Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiqə istinadla yaymışdıq.
Onu da qeyd edək ki, 2013-cü il martın 21-də Ermənistanın o vaxtkı prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…”
Sultan Laçın