"Qız-gəlini düşmən əlində olan bir ölkənin partiyalara bölünməyə haqqı yoxdur!"
Oxunub: 3470
15 Feb 2019 | 16:31
Jurnalist Səxavət Məmmədli iddia edir ki, Türkiyə Azərbaycanda kritik situasiyaya hazırlıq istiqamətində perspektiv siyasi dəyişiklik etmək məqsədilə müəyyən qabaqlayıcı addımlar atır. 

Milliyətçi Hərəkət Partiyası (MHP) artıq dəstəklədiyi namizədin kimliyinə də aydınlıq gətirib. Yanvarın 27-sində MHP başqanı Devlet Bahçelinin dəvəti ilə təşkil edilmiş ziyafətdə namizəd Aqil Səmədbəyli namizəd təqdim olunub. Jurnalist onu da iddia edir ki, A.Səmədbəyliyə digər xüsusiyyətləri ilə yanaşı, Elçibəy ailəsinə yaxın olduğu üçün üstünlük verilib. 

Moderator.az bu iddialara aydınlıq gətirmək məqsədilə Aqil Səmədbəyli ilə əlaqə saxlayıb. O, internet üzərindən suallarımızı cavablandırıb.

- Aqil bəy, Səxavət Məmməd iddia edir ki, MHP sizi prezidentliyə hazırlayır...

- Əvvəla onu deyim ki, bir insanın Prezidentliyə hazırlanması üçün onun özündə bir keyfiyyət olmalıdır. Atalar yaxşı deyib: “Quyuya su tökməklə quyu sulu olmaz, gərək quyunun özündən su çıxsın ki, suyu qurumasın”. Mənim ailəm, çox şükürlər olsun ki, həm ata, həm də ana tərəfdən şərəfli soy-kökə mənsubdur. Atam Həbib Yusif oğlu Səmədov Göyçə mahalının sayılıb seçilən ziyalılarından olub. Xəlil Rza, Aşıq Ədalət, Zəlimxan Yaqub ilə, Hüseyn Arif (bizim evdə qonaq olublar) ilə, eləcə də yüzlərlə ziyalı ilə yaxın olub. Zərkənd orta məktəbinə 35 il direktorluq edib. Kəndimizdən yüzdən çox alim yetişib. Hamısı da Həbib müəllimə rəhmət oxuyurlar. Ana babam Xəstə Bayraməli el şairi olub. Rəhmətlik anam onun kitabındakı şeirlərin hamısını əzbər bilirdi. Dayım Maşallah Xudubəylinin hazırladığı 70-ə yaxın veriliş Qızıl Fondda saxlanılır. Böyük qardaşım Arzu Səmədbəylinin siyasi fəaliyyəti göz önündədir. Özüm orta məktəbi Göyçədə oxumuşam. Üç il Politexnik İnstitutunda Maşınqayırma fakültəsində təhsil almışam. 1989-91-də AXC lideri Əbülfəz Elçi Bəyin mühafizəçisi olmuşam. Eyni zamanda İnstitutdan AXC Məclisinə əlaqəçi seçilmişəm. 

1991-də Türkiyəyə olan sevgimdən ötrü hər şeyi atıb burda təhsil almağa gəlmişəm. Mərmərə Universiteti İqtisadi İdarəetmə Bilimlər fakültəsində oxumuşam. 1994-cü ildə ''ELÇİ BƏY və AZƏRBAYCAN'' adlı ilk kitabım İstanbulda yayınlanıb. Bu kitabı çapa verib Azərbaycana getdim. Məni həbs edə bilərdilər deyə, Bəyin dostu, vəkil Reşit Şaşıhüseyinoğlu adımı kitabda Akın Sametoğlu olaraq dəyişdirmişdi. 

1995-ci ildə “Liderlik'' adlı ikinci kitabım İstanbulda çap edildi. 1996-da Mərmərə Universitetində ''Yönetim ve Orqanizasyon'' ixtisası üzrə yüksək lisans təhsilinə başladım. ''Yönetici Deyerleri'' mövzusunda müdafiəmi uğurla tamamladım. 1992-də bütün Türk Dövlət və toplumlarının gənclərinin təmsil olunduğu ''Genc Türk Temsilçileri Konseyi''nin qurucularından biri  və Baş katibi oldum. 
1996-da Azərbaycandan gəlib Türkiyədə təhsil alan 2000 tələbəni təşkilatlandıraraq ''Gənc Aydınlar Hərəkatı” adlı təşkilat qurduq. Mən bu təşkilatın rəhbəri seçildim. 1999-da Azərbaycana qayıtdım. Elə həmin il ailə qurdum. 2000-ci il Parlament seçkilərində Azərbaycan üzrə birinciliklə millət vəkili seçildim. Ancaq şərtləri qəbul etmədiyim üçün seçkinin nəticəsini ləğv etdilər... 

Qısacası, tələbə yoldaşlarım yaxşı bilirlər ki, mən hələ tələbə olan zamanlardan özümü Azərbaycanın problemlərinin həllinə həsr etmiş şəxsəm. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də belə bir haqqım var. 

Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, bu barədə özümə çox güvənirəm. İnanıram ki, Azərbaycanın itirilmiş torpaqlarını işğaldan azad etmək üçün əzmim, iradəm və cəsarətim var. İnanıram ki, cəmi 5 il içində Azərbaycanı bölgədə qabaqcıl dövlətə çevirəcək komandam var. Xalqımızın özünə güvənini və zədələnmiş mənəviyyatımızı tam bərpa edəcəyik. 

- İddia olunur ki, artıq bir dəfə MHP-nin tədbirində sizinlə bağlı qapı arxasında görüşüblər. Sirr deyilsə, nədən danışdınız?

 - 1991-ci ildən, İstanbulda Atatürk Tələbə Yataqxanasında qalan zamandan MHP cəbhəsi ilə sıx əlaqəm yaranıb. Bu əlaqə zamanla yaxın dostluğa çevrilib. İndi MHP rəhbərliyində çox yaxın dostlarım var. Başqa partiyalarda da dostlarım var, ancaq say etibarilə ən çox MHP-dədir. MHP-nin də dərdi Türk Dünyasıdır. Zaman-zaman dostlarımla bir araya gəlib, Türk dünyasının problemlərini müzakirə edirik. MHP Azərbaycanın, eləcə də digər Türk Dövlətlərinin əleyhinə olan heç bir addım atmaz və atılmasına da icazə verməz. Bu baxımdan, görüşlərimizdən kimsə narahat olmasın. Bütün görüşlərimiz ancaq Azərbaycanın xeyri üçündür.

- Bölgədə əsas söz sahibi olan Rusiyanın əli olmadan MHP-nin bu istəyi baş tuta bilərmi?

- Rusiya indi daha çox siyasi hakimiyyət üzərində təsirlidir. Xalqımızın bu ölkə ilə bağlı kifayət qədər məlumatı var. Türkiyə ilə Rusiyanın münasibətinin yaxşı olması həm Azərbaycan, həm də bölgə üçün faydalıdır. Ermənilər də bu yaxınlıqdan çox narahatdırlar. Bizim Rusiyaya qarşı heç bir ərazi iddiamız yoxdur, baxmayaraq ki, tarixi torpaqlarımızın bir hissəsi indi Rusiya sərhədləri içindədir.

- Mübariz Mənsimovla görüşünüz baş tutdumu?

- Mübariz Mənsimovla şəxsi tanışlığım yoxdur. Sadəcə “Facebook” səhifəmdə M.Ə.Rəsulzadə, E.ELÇİ bəy və Mübariz İbrahimov adına gəmilərə görə ona təşəkkür etmişəm. 

- Sizinlə bağlı iddialarda İsgəndər Həmidovun da adı hallanır. Aranızda hansısa problem var?

- İsgəndər bəylə münasibətimin tarixi kökü var. Onun atası Məcid kişi ilə babam Yusif kişi dost olublar. Mən özüm də milli dəyərlərə önəm verən biri olaraq bu dostluğun davam etdirilməsinin vacib olduğuna inanıram. Biz bir-birimizə müraciət edəndə “əmioğlu” deyirik. 

- Hazırda Azərbaycandakı hansı partiyanı dəstəkləyirsiniz? 

- Bu günə qədər heç bir siyasi partiyanın üzvü olmamışam. Bir inancım olub: torpaqları işğal altında, qız gəlini düşmən əlində olan bir ölkənin partiyalara bölünməyə haqqı yoxdur! Biz bir Xalq olaraq tək partiya-tək ordu olmalı, torpaqlarımızı işğaldan azad etməliyik! Yalnız bundan sonra siyasi partiyaların fəaliyyəti faydalı olar. 

- Etiraf edək ki, İlqar Məmmədov da prezidentliyə iddialıdır. Onu özünüzə rəqib hesab edirsiniz?

- Azərbaycanda mövcud rejimin dəyişməsində maraqlı olan heç kimi rəqib kimi görmürəm. Onları müttəfiqim olaraq görürəm. 

- Aqil bəy, cavablardan anladım ki, Səxavət Məmmədin yazdıqları boş söz deyil. Bu yolda sizi Azərbaycandan dəstəkləyənlər var? 

- Əsas dəstəyim hakimiyyətin içində olan milli güclər və xalqımızın siyasiləşməmiş kəsimidir. Bir də, Rəsulzadə-Elçi Bəy yolunun səmimi yolçuları. Aydınlar içində də ciddi bir tərəfdar təbəqə var. 

Xalqımızın ruhuna inanıram, güvənirəm. Meydana çıxanda dəstək verəcəklərini bilirəm.

- Həyat yoldaşınız, Əbülfəz Elçibəyin qızı Çilənay xanımın da aktiv siyasətə qoşulacağı deyilir. Bu nə qədər həqiqətdir? Çünki indiyədək Çilənay xanım siyasətdə olmayıb. Əgər həqiqətdirsə, bu, kiminsə məsləhəti ilə oldu, yox öz istəyidir?

- Çilənay xanım mənə Tanrının hədiyyəsidir. Onun möhtəşəm öncədən hiss etmə qabiliyyəti, məlumatlı olması, Vətən eşqiylə çırpınan gözəl ürəyi var. Siyasəti mükəmməl analiz edir. Mən çox vaxt onunla məsləhətləşirəm. Çünki onun sağlam məntiqinə güvənirəm. Hələlik siyasətlə deyil, elmlə məşğuldur. Ancaq səmimi deyirəm, o, siyasətə başlamağa qərar versə, məmnuniyyətlə onu dəstəkləyərəm. Bu, Azərbaycan üçün ancaq və ancaq uğur gətirər. Ondakı fitri istedaddır. İnanıram ki, elmdə də özünəməxsus iz qoyacaq! Hələlik isə siyasətə başlamaq barədə qərar verməyib.  

- Bəs Elçibəyin oğlu necə, aktiv siyasətdə olacaqmı?

- Ərturqut bəy bu günə qədər siyasətlə məşğul olmaq istəməyib. Mən də vaxtında çox istəyirdim ki, o da siyasətə gəlsin, gəncliyə öndərlik etsin. Ancaq o, siyasətdən uzaq durdu. Bundan sonrasını da özü bilər.
Oxşar xəbərlər
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
GÜNLÜK
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?