Azərbaycan Dövlət Pedoqoji Universitetində formalaşdırılmış “İctimai Şura”nın üzvüləri Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyasını növbəti dəfə müşahidə ediblər.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedoqoji Kollecində imtahan sesiyası davam edir. 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə İmtahan Qərargahı, imtahan sessiyasında yazılı imtahan nəticələrinin qiymətləndirilməsindən sonra olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya komissiyası, imtahan işinə hazırlıq, imtahan otaqlarında imtahan işinin təşkili, imtahan nəticələrinin yoxlaması, kodlaşdırılma və nəticələrin elan olunması üzrə işçi qrupları yaradılmışdır. 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası 03.01.2019-cu il tarixində başlamış, 02 fevral 2019-cu il tarixində başa çatmışdır. Bundan sonra isə, Azərbaycan Respublilası Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının 3.2.15. bəndinə uyğun olaraq akademik borcu yaranmış tələbər üçün (2 (iki) fənni yenidən dinləmədən fənnin kreditinin 25%-ni ödəməklə növbəti semestr başlayanadək imtahanaların verilməsi) akademik borclarını aradan qaladırmaq üçün ərizə qəbuluna başlanılmışdır. Akademik borcu yaranmış tələbələr üçün 12.02.2019 - 15.02.2019 müddətində keçirilməsi planlaşdırılmış və bu proses bu gündə davam edir.
14.01.2019-cu il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetində formalaşdırılmış “İctimai Şura”nın sədri Umud Mirzəyev, üzvlər: Sevda Tahirli, Nüşabə Məmmədli, Namiq Mayılov, Anar xəlilov və Zülfüqar Hüseynzadə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların gedişini izləmiş, imtahanlar üçün təşkil olunmuş işçi qruplarının işi ilə tanış olmuş, tələbələrlə müzakirə və müsahibələr aparmış, öz rəy və təkliflərini vermiş, tələbələrə və kollec rəhbərliyinə müvəffəqiyyətlər arzulamışlar. Kollec rəhbərliyi və imtahan qərargahının üzvüləri İctimai Şura üzvülərinə Kollecdə imtahan sesiyasına göstərdikləri diqqətə görə təşəkkür etmişlər.
İctimai şuranın sədri Umud Mirzəyevin sözlərinə görə müşahidə üzvləri görüşdən və tələbələrin hazırlıq səviyyəsindən razı qalıb.