Vahid Əhmədov: “Bəzi iqtidar nümayəndələri xof yaradırlar”
Oxunub: 3562
18 Feb 2019 | 12:38
Vahid Əhmədov: “Bəzi iqtidar nümayəndələri xof yaradırlar”
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində ölkə prezidentinin imzaladığı sərəncamları, atdığı addımları şərh edib.

Moderator.az müsahibəni oxucularına təqdim edir:

– Vahid bəy, 2019-cu ilin ilk aylarında atılan addımlar sizdə hansı qənaəti yaradır? Ölkədə ciddi, geridönməz islahatlara start verildiyi barədə fikirləri bölüşürsünüzmü?

– Ümumiyyətlə, apreldəki prezident seçkilərindən sonra Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatında çox ciddi dəyişikliklər baş verməkdədir. İstər iqtisadi-siyasi, istərsə də digər sahələrdə çox ciddi islahatlara start verilib. Cənab prezidentin şəhid ailələri ilə görüşləri, şəhid ailələrinə çatacaq müavinətin ödənilməsi ilə əlaqədar verdiyi qərarlar çox mühüm addımdır. Bəzi sənədlərdə çatışmazlıqlar olsa da, bütün şəhid ailələrinə 11 min manatın ödənilməsinə qərar verdi. Bu problemlə əlaqədar nə qədər müraciətlər var idi, şəhid ailələri Milli Məclisə gəlirdilər, millət vəkilləri dəfələrlə məsələ qaldırmışdılar. Nəhayət, cənab prezident belə bir humanist qərar verdi. İkinci ən ciddi məsələ minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması idi. İllər boyu bu məsələnin üzərində müzakirələr gedirdi, hər il 10-12 manat artırırdıq. Amma birdən-birə cənab prezident tərəfindən yaşayış minimumu 50 manat artırıldı və 180 manata çatdırıldı. Çox böyük əhəmiyyət kəsb edən addımdır. Çünki haradasa 400 mindən 600 minədək əhalini əhatə edən qərardır. Mən bu addımları yüksək qiymətləndirirəm.

– Yeri gəlmişkən, dövlət başçısı özü də ötən həftə bildirdi ki, 2019-cu ildən islahatların yeni mərhələsi başlayır…

– Doğrudur. Həqiqətən də, islahatların yeni mərhələsi başlayıb. Digər tərəfdən, çox ciddi struktur islahatları həyata keçirilir. Müəyyən nazirliklərdə də ixtisarlar gedir, agentliklər yaradılır, yaxud bəziləri ləğv edilir. O cümlədən müəyyən proqramlar qəbul edilir. Bütün bunlar 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsində öz əksini tapıb. Hansı ki, cənab prezident tərəfindən 11 sahə üzrə müəyyən edilmişdi. İndi buna uyğun olaraq da Azərbaycanda həmin islahatlar həyata keçirilir. Hesab edirəm ki, islahatlar davamlı olacaq. Davamlı olmalıdır. Çünki qarşıda görəcəyimiz işlər çoxdur. Neftə söykənən iqtisadiyyatı qeyri-neft sahəsinə yönəltməyin vaxtı çoxdan gəlib çatıb. Bu sahəyə diqqəti daha da artırmaq lazımdır ki, sabah neftlə bağlı müəyyən problemlər olarsa, neftin hasilatında azalma, yaxud qiymətində enmə baş verərsə, Azərbaycan qeyri-neft sekroru vasitəsilə özünün cari və sair xərclərini ödəmək imkanına malik olsun.

– Vahid müəllim, prezidentin səfərlərindən və açıqlamalarından danışdıq. Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə səfəri və əhali ilə görüşdə dedikləri də maraq doğurdu. Birinci xanım “Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır” söylədi. Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?

– Mən həm cənab prezidentin, həm də Mehriban xanım Əliyevanın son görüşlərini çox yüksək qiymətləndirirəm. Amma bir məsələni xatırlatmaq istəyirəm. Açığını deyim, əvvəllər prezident rayonlara səfər edəndə millət vəkillərini çağırırdılar. Biz kifayət qədər təcrübəli insanlar kimi, orada cənab prezidentlə görüşür və bölgədəki iqtisadi-siyasi vəziyyət barədə də danışırdıq. Amma görünür bu, bəzi iqtidar nümayəndələrinə sərf eləmədi və deputatları kənarlaşdırdılar. Bu isə düzgün hərəkət deyil. Prezident rayonlara səfər edirsə, o rayonların deputatları da prezidentin yanında olmalıdır. Mən kifayət qədər siyasətdə olan, ölkədəki ictimai-siyasi vəziyyəti analiz etməyi bacaran adamam. Cənab prezidentin, həmçinin birinci vitse-prezidentin əhali ilə görüşməsi çox vacibdir. Orada müəyyən şikayətlərin də olması, məktubların da verilməsi normaldır. Amma bəzi iqtidar nümayəndələri xof yaradırlar. Fikir verdiniz də, həm Şamaxı, həm Gəncə, həm Beyləqandakı görüşlərdə əhali necə razı idi. Belə görüşlər çox olmalıdır.

– Prezident öz komandasına bir sıra yeni üzvlər daxil edib. Onların fəaliyyəti ilə bağlı fikriniz necədir?

– Komanda üzvləri arasında cavan kadrlar çoxdur. Ola bilər, bəziləri hələ kifayət qədər formalaşmayıblar. Jurnalistlərə dedim ki, onların fəaliyyətinə 1 il, il yarımdan sonra qiymət verəcəyik. Amma fakt budur ki, əhali nazirlərdən çox cənab prezidenti görmək, onunla görüşmək, şəkil çəkdirmək istəyir. Amma əlbəttə, nazirlərin də aktiv fəaliyyəti vacibdir. Bu yaxınlarda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov canlı efirə çıxdı, sualları cavablandırdı. Bu da bir metoddur. Belə variantlardan istifadə etmək lazımdır.

– Prezident sərəncamı ilə yaradılan Sosial Tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilən Zahid Oruc müraciətində bildirib ki, fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırdır. Bu təyinata münasibətiniz maraqlıdır. Həm də bu işdə həmkarınıza dəstək olacaqsınızmı?

– Belə bir mərkəzin yaradılmasına ehtiyac var idi. Hesab edirəm ki, bu mərkəz bütün məlumatları cənab prezidentə verməlidir. Azərbaycandakı ictimai-siyasi, sosial vəziyyət dərindən araşdırılmalıdır – özü də təkcə Bakı şəhərində yox, bütün bölgələr üzrə – insanların qaldırdığı problemlər, onların həlli yolları bu təhlil olunmalıdır. Zahid Oruc kifayət qədər təcrübəli insandır, münasibətlərimiz də həmişə yüksək səviyyədə olub, iqtisadi  və siyasi məsələlərlə bağlı məsləhətləşmələrimiz, mübahisə və müzakirələrimiz də olub. Amma Zahid Oruc öz üzərində işləyən millət vəkilidir. Odur ki, onun bu quruma sədr təyin edilməsi tamamilə düzgündür. Mən onu təbrik də eləmişəm, özünə də demişəm ki, nə vaxt köməyə ehtiyac olsa, həmişə hazıram.

– Yeri gəlmişkən, bu günlərdə əmanətlərin sığortalanması müddətinin uzadılması ilə bağlı müraciətinizə prezident səviyyəsində reaksiya verildi. Bunu həm də prezidentin deputatların təşəbbüslərinə həssas münasibət göstərməsi kimi qiymətləndirmək olarmı?  

– Təbii ki. Ümumiyyətlə, cənab prezidentin son vaxtlar verdiyi qərarların, imzaladığı fərmanlarda əksini tapan məsələlərin əksəriyyəti Milli Məclisdə səsləndirilib. Görünür, dövlət başçısı analiz edir, götür-qoy edir və atdığı addımlar çox yüksək qarşılanır. Əmanətlərin tam sığortalanması haqqında qanunu 2016-cı ilin martında, 3 illiyinə qəbul etmişdik. Martın 1-də həmin müddət bitirdi. Həmçinin qoyulan əmanətlərin 40 faizdən çoxu 3 illik idi. Əmanətçilər və bank işçiləri çox narahat idi. Amma cənab prezident çox müdrik addım atdı və bu müddət bir il müddətinə uzadıldı. Komitə iclasında təsdiqlədik və 19 fevralda plenar iclasda müzakirəyə çıxarılacaq və yəqin ki, təsdiqlənəcək. Biz komitədə də qeyd etdik ki, bank rəhbərləri bu qərarın dəyərini bilməlidirlər. Prezidentin humanist qərarından sonra faiz dərəcələrinə, əhali ilə münasibətlərə yenidən baxılmalıdır.

– Necə bilirsiniz, sizin daim qaldırdığınız məsələ, vaxtı keçmiş kreditlərlə bağlı, nəhayət, addım atılacaqmı? Həm də söhbət 200 mindən çox məhkəmə işindən gedir…

– Məncə, bu məsələ gündəlikdədir. Bu həm əhali, həm də banklar üçün vacibdir. Biz bankların sağlamlaşdırılması prosesini sona çatdırmamışıq. Cənab prezident də bank sistemi ilə bağlı iradlarını bildirib. Hətta 2016-cı ildə dedi ki, iqtisadiyyatımıza ən çox ziyan vuran sistem bank sistemi olub. İndi Maliyyə Bazarlarına Nəzarət Palatası, Prezident Administrasiyası, prezidentin köməkçiləri tərəfindən müəyyən işlər görülür. Ancaq hələlik banklarla əlaqədar ciddi müsbət nailiyyət əldə edilməyib. Biz təkliflər vermişik, onlara baxılıb, qəbul olunacaq, olunmayacaq, deyə bilmərəm. Ona görə də Milli Məclis tribunasından cənab prezidentdən xahiş etdim ki, digər məsələləri həll etdiyi kimi, kreditlər məsələsinə də baxsın. Bu, bütün deputatların daim xahiş etdiyi məsələdir. Bizi əsas maraqlandıran az məbləğdə kreditləri olan insanlardır, hansı ki, ödəmək imkanları yoxdur. Yüksək məbləğdə kredit götürüb harasa xərcləyənlər bizi o qədər də maraqlandırmır. Müəyyən güzəştlərə gedən banklara da təşəkkür edirəm ki, təkliflərimizi nəzərə alırlar.

– Təbii ki, dövlətin əlavə qayğıları var və bu qədər kreditlərin ödənilməsi asan deyil. Bəs xaricdə gizlədilən pulları ölkəyə qaytarıb əhalini bu ağır yükdən xilas etmək mümkündürmü? Bunun mexanizmi varmı?

– Bunlar ciddi məsələlərdir, elə də asan deyil. Məsələn, İngiltərədə qərar qəbul olunub və kimin orda əmlakı varsa, araşdırmalar gedir. İndi də Rusiya ilə bağlı araşdırmalar aparılır. Heç qaytarmaq söhbəti də getmir. Amma biz bir neçə dəfə demişik ki, Azərbaycanda kapitala amnistiya vermək lazımdır. Mən demirəm onlar düz, ya əyri yolla qazanıblar, axır ki, qazanıblar. Elə isə böyük miqdarda vəsaiti niyə aparıb xaricdə qoymalıdırlar? Biz onlara amnistiya verməliyik, deməliyik ki, sən o vəsaiti Azərbaycana gətirirsən, zavod, fabrik tikirsən, yol çəkirsən… Bunun üçün də xüsusi bir qanun qəbul olunmalıdır. Bir sıra dövlətlərdə belə bir qanun qəbul edilib, yəqin gec-tez biz də qəbul edəcəyik. Çünki insanlar xaricə çox vəsait çıxarıblar. Söhbət milyardlardan gedir. Düzdür, bizim 45 milyard vəsaitimiz var, neftin qiyməti də yüksəkdir, maliyyə problemimiz yoxdur. Amma pulların hamısını xərcləyə bilmərik, gələcək nəsillərə saxlamaq lazımdır. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, yol təsərrüfatı əməkdaşlarının və digər sahələrdə çalışanların da əmək haqqının artırılması yaxşı olardı. Təbii ki, bunların hamısını birdən-birə etmək çox çətindir. O saat qiymətlər də artmağa başlayır. Süni qiymət artımının qarşısını almaq lazımdır. Süni qiymət artımı inflyasiyaya da gətirib çıxarır və ciddi problem yaradır. Müəyyən qurumlar gərək bu sahəni nəzarətdə saxlasınlar ki, ciddi qiymət artımı olmasın. Mən hesab edirəm ki, atılan addımlar, gedən islahatlar Azərbaycanın iqtisadi inkişafına böyük təkan verəcək. Bir şərtlə ki, ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənsin, daimi iş yerləri açılsın. İnsanların çoxu tikintidə çalışır. Amma bu, daimi iş yeri deyil. Yaxşı zavodlar, fabriklər, kənd təsərrüfatı sahələri olmalıdır.

– Vahid bəy, iqtidar-müxalifət münasibətləri haqda nə deyə bilərsiniz? Son zamanlar “söyüş müxalifəti” ilə mübarizəyə çağırışlar daha çox eşidilir…

– Mən həmişə bu fikirdə olmuşam ki, iqtidar və müxalifət arasında dialoq olmalıdır, müəyyən məsələlərdə ümumi razılığa gəlməlidirlər. Bizi maraqlandıran əsas məsələ Azərbaycanın müstəqilliyidir, onu qoruyub saxlamaq lazımdır. Bir də Azərbaycanda sabitlik olmalıdır. Dünya dövlətlərində baş verən hadisələrə fikir verin, görün nələr olur. Özünü müxalifət lideri hesab edən istənilən şəxs də qanun çərçivəsində mübarizəsini aparmalıdır, qanuni yolla hakimiyyətə gəlməlidir.

Mən ümumiyyətlə, söyüşü qəbul etmirəm. Siyasətdə söyüş olmamalıdır. Siyasətdə söyüş o vaxt olur ki, siyasətlə məşğul olan adamlar artıq siyasi cəhətdən tükənirlər və başlayırlar söyüş söyməyə. Mən hesab edirəm ki, siyasi mübarizədə söyüşə yer yoxdur.

Ölkədə normal müxalifət də olmalıdır. Demokratik cəmiyyətin əsas cəhətlərindən biri müxalifətin normal fəaliyyət göstərməsidir. Onlar üçün də müəyyən şərait yaradılmalı, dialoqa gedilməlidir. Necə ki, Qarabağ məsələsində hamı eyni fikirdədir, digər məsələlərdə, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə də ortaq məxrəcə gəlmək mümkündür. Yaxud televiziyalarda da normal vəziyyət yaratmaq lazımdır. Mən bu gün yerli televiziyaları izləmirəm, daha çox Rusiya kanallarına baxıram, orada çox gözəl, səviyyəli ictimai dinləmələr, verilişlər gedir. Bizdə niyə olmasın?

Əvvəllər İTV-də canlı verilişlər olurdu, müxalifətdən də, iqtidardan da çağırırdılar, fərqli fikirlər səsləndirilirdi. Bizim məqsədimiz Azərbaycanın müstəqilliyinin və sabitliyinin qorunub-saxlanılması, ərazilərimizin işğaldan azad olunmasıdır, ayrı niyyətimiz yoxdur. Mən hesab edirəm ki, ölkəmizdə yeni bir dönəm başlayıb, yeni bir islahat sisteminə ayaq qoyulub, bu, hələ başlanğıcdır və davam etdiriləcək. Biz də hamımız kömək etməliyik ki, Azərbaycan çiçəklənsin, inkişaf etsin, stabil olsun, müstəqilliyimiz əbədiyyətə qədər davam eləsin. Unutmayaq ki, torpaqlarımızın azadlığı bizimçün ən əhəmiyyətli məsələlərdən biridir. Torpaqlarımızı azad etmək üçün ölkəmizin daha da güclənməsinə çalışmalıyıq.
Oxşar xəbərlər
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO