Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verdi
Oxunub: 796
18 Feb 2019 | 16:38
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verdi
Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Bu barədə Moderator.az-a Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 27 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilmiş, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhalini amansızcasına qətlə yetirmişlər, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.

27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmiş, eyni zamanda çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Bu faciə erməni terrorçularının və onların havadarlarının Azərbaycan xalqına qarşı illər boyu məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq etmiş, məqsədi soydaşlarımızı kütləvi qırğına məruz qoymaqla, onları öz tarixi torpaqlarından didərgin salmaq və əzəli Azərbaycan ərazilərini də zəbt etməklə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu beynəlxalq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, onlara indiyədək layiq olduqları cəzalar verilməmiş və bu məqsədlə hər hansı bir tədbir görülməmişdir.

Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və bu bölgənin hüdudlarından kənara çıxaraq ətraf Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalmış, 20 min soydaşımızın həyatına son qoyulmuş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətmişlər.

Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciəti olmuş, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir.

Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir. Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərinin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır. Bu isə beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən son dövrdə Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı Qətnamədə öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli Sərəncam imzalanmış və müvafiq tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hər il olduğu kimi, bu il də həmin faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və icra olunur.

Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanımışlar.

ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, habelə Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların bu qərarlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bötüvlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

Xocalı soyqırımının 27-ci ildönümü günlərində həmin faciə zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda qeyd olunanları, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq qətiyyətlə bildirirəm ki, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı zəruri cəza tədbirləri tətbiq edilməlidir. Hər bir dövləti, beynəlxalq təşkilatları bu soyqırımını ədalət naminə tanımağa, onu törədənlərin cəzalandırılması üçün həmrəyliyə və səyləri artırmağa bir daha çağırıram.

Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır".
Oxşar xəbərlər
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
GÜNLÜK
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ