Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. İldönümü ərəfəsində Xocalı soyqırımının təbliği ilə bağlı bir sıra təkliflər səsləndirilir ki, bunlardan da biri bu soyqırımı özündə əks etdirən Xocalı muzeyinin yaradılması ilə bağlıdır.
Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə məlum təkifi müsbət qiymətləndirdiyini vurğuladı:
“Hesab edirəm ki, Xocalı muzeyinin yaradılması yaxşı təklifdir. Belə bir muzey açmaq olar. Ən böyük muzey şübhəsiz ki, Xocalı erməni işğalından azad ediləndən sonra, Azərbaycan bayrağı Xocalıda dalğalanandan sonra Xocalıda yaranacaq. Ona qədər isə bölgələrimizdə, xüsusən də Bakıda belə bir muzey təşkil etmək olar. Tarix Muzeyinin bir hissəsi kimi, yaxud başqa bir formada belə bir muzey yaratmaq olar. Hansı ki, orada Xocalı ilə bağlı ekponatlar nümayiş etdirilər. Hesab edirəm ki, bu istiqamətdə işləmək olar”.
Seymur ƏLİYEV