İsveçrə ali məhkəməsi Cenevrədə qondarma “erməni soyqırımı” ilə bağlı abidənin ləğqv edilməsi ilə bağlı bəzi vətəndaşların şikayətini dəyərləndirib.
Moderator.az erməni mətuatına istinadən xəbər verir ki, şikayətləri araşdıran ali məhkəmə vətəndaşların abidə ilə bağlı tələbini rədd edib. Məhkəmə bu abidənin türklər və ermənilər arasında toqquşmalara səbəb olacağı ilə bağlı iddiaları əsassız hesab edib.
Məlumat üçün qeyd edək ki, Cenevrənin Trumpley parkında uydurma “erməni soyqrımı” ilə bağlı abidə ötən ilin aprel ayında qoyulub. Cenevrədəki türklər abidənin qoyulmasına dəfələrlə etiraz etsə də, bu etirazlar İsveçrənin əlaqədar dövlət qurumları tərəfindən nəzərə alınmayıb. Ali məhkəmənin son qərarı də İsveçrənin bu məsələdə geri addım atmaq niyyətində olmadığını göstərir.
Seymur ƏLİYEV