Xəbər verdiyimiz kimi, Vaşinqtondakı ermənilər Azərbaycan səfirliyi qarşısında aksiya keçirərək 1988-1990-cı illərdə guya ermənilərin soyqırıma məruz qalmaları ilə bağlı böhtan xarakterli şüarlar səsləndiriblər.
Xarici ölkələrdəki soydaşlarımızın necə, bu ölkələrdəki erməni səfirlikləri qarşısında Xocalı, Mart soyqırımları ilə bağlı etiraz aksiyaları keçirməlidirmi? Bu cür aksiyaların keçirilməsi həmin ölkələrin ictimaiyyətinin diqqətinin erməni vəhşiliklərinə cəlb edilməsi baxımından faydalı olarmı?
Moderator.az-a açıqlama verən politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bu istiqamətdə fasiləsiz aktivlik göstərməyin vacib olduğunu qeyd edib:
“Birincisi, Azərbaycanın özündə bu məsələləri gündəmə gətirmək lazımdır. Həm ermənilərin Bakıda guya soyqırımına məruz qalmaalrı ilə bağlı iddialarına aydınlıq gətirilməlidir, həm də Suqmayıt oilayları ilə bağlı məsələlərə diqqət yetirilməli, bu olayların əsl mahiyyəti izah edilməlidir.
Bizim xarici ölkələrdə səfirliklərimiz var. Bu məsələlərdə onların üzərinə böyük məsuliyyət düşür. Niyə biz gözləyirik ki, ermənilər gəlib bizim səfirliyimizin qarşısında aksiya keçirsinlər, sonra biz ortaya düşək?
İl ərzində təxminən fevral ayının 10-dan martın 10-na qədər Xocalı faciəsindən, bir mddət də Mart soyqırımından danışır, daha sonra bir il ərzində yatırıq. Ermənilər isə öz təbliğatlarını daim – bütün il ərzində aparır.
Təbii ki, xarici ölkələrdəki erməni səfirlikləri qarşısında bu cür aksiyalar keçirmək faydalı olar. Özü də bu aksiyaları daha çox ermənilərin daha çox yaşadığı, daha çox nüfuza malik olduqları Fransa, Argentina, Paraqvay, Uruqvay və s. kimi ölkələrdə etmək lazımdır. Avropanın özündə bu istiqamətdə ciddi işlər görmək lazımdır.
Bu tədbirləri mütəmadi şəkildə həyata keçirmək lazımdır. Azərbaycanda bu kimi işlər həyata keçirən mərkəzlər olmalıdr. Vaxtiylə Strateji Araşdırmalar Mərkəzi bu işi görmədi. Bu məsələləri daim gündəmdə saxlamaq lazımdır.
İnformasiya müharibəsi fasiləni sevmir. Biz isə yatırıq. On ay susuruq, iki ay təbliğat aparırıq. Ona görə aparıdğımız təbliğat da tez unudulur.
Bu məsələdə televiziyalarımız, elektron KİV-lər aktiv olmalıdır. Rusdilli, ingilisdilli media qurumlarını buna cəlb etmək lazımdır. Və bir daha qeyd edirəm ki, bütün bunlar davamlı olaraq, mütəmadi şəkildə həyata keçirilməlidir”.
Seymur ƏLİYEV