Kəlbəcər sakinindən Prezident köməkçisinə müraciət -"Lətif Nəbiyevin bu hərəkəti nəticəsində maddi cəhətdən çətinlik çəkirəm"
Cəmiyyət
Oxunub: 5239
21 Feb 2019 | 11:48
Kəlbəcər sakinindən Prezident köməkçisinə müraciət -
Azərbaycan Respublikası Prezidentinin

hüquq mühafizə orqanları ilə iş və hərbi

məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərova

Kəlbəcər rayonunda doğulmuş, hal-hazırda Rusiya vətəndaşı olan, Abşeron rayonu Saray qəsəbəsi N.Nərimanov kücəsi ev 5-də qeydiyyatda olub orada yaşayan Abdullayev Rüstəm Həbib oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli, Fuad müəllim!

Xeyli müddətdir hüquq mühafizə orqanlarında mənim şikayət ərizəmlə bağlı obyektiv araşdırma aparılmadığı, məni aldadım pulumu ələ keçirmiş, əvvəllər hakim işləmiş Lətif Nəbiyev barəsində heç bir qanuni tədbir görülmədiyi, əksinə onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq müdafiə olunduğu üçün Sizə müraciət etməyə məcbur olmuşam.

Belə ki, mən Kəlbəcər rayonunda doğulmuşam. Uzun müddət Rusiya Federasiyasında yaşamışam Mənim yaxın qohumlarım Azərbaycan Respublikasında yaşayırlar. Mən mütəmadi olaraq Azərbaycana gəlib-gedirəm. Əvvəllər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində və Bakı şəhəri Suraxanı rayon məhkəməsində hakim işləmiş, işdə yol vermiş olduğu qanunsuz hərəkətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işdən azad olunmuş Lətif Ədil oğlu Nəbiyevlə 2008-ci ildə onun qohumları vasitəsi ilə tanış olmuşam. Sonra hər dəfə Bakı şəhərinə gələndə Lətif Nəbiyevlə görüşmüşük, onunla yeyib içmişik, normal münasibətlərimiz olmuş, söhbət zamanı o mənim Rusiyada bizneslə məşğul olmağım bilmişdir. 2012-ci ilin may-iyun aylarında Lətif Nəbiyevlə bir yerdə olduğumuz zaman o, mənə bildirdi ki, Azərbaycanda tikinti-inşaat işləri aparmaq niyyətindədir, bunun üçün müəyyən avadanlıq alması lazımdır, lakin onun buna maddi imkanı çatmır. Ona təcili pul lazımdır. O biznesi yaxşı bacarır, onun boyük gəlirləri olacaq və mənim ona verəcəyim pulu da tez bir müddətdə qaytaracaqdır. Mən də onunla uzun bir müddət ərzində tanış olduğuma, onun əvvəllər vəzifələrdə işləməyinə görə ona inanırdım. Ona inanmamaq üçün heç bir əsasım yox idi. Ona görə də Lətif Nəbiyevin göstərişi ilə onun qaynı Sadıqla birlikdə Bakı şəhərindəki banklardan birinə gedib Lətif Nəbiyevin mənə qabaqcadan demiş olduğu bank hesabına 20.000 ABŞ dolları məbləğində pul köçürdüm. Lətif Nəbiyev dediyi vaxtda işə başlamadı. Mən ona bu barədə bildirdikdə, o mənə dedi ki, sənədləşmə işlərində bir az ləngimə var, ona görə işə başlama ləngiyir. Mən ona narazılığımı bildirərək, işlərimin dalınca Rusiya Federasiyasına qayıtdım. 2012-ci ilin avqust ayında mən Rusiyada olan zaman Lətif Nəbiyev mənə zəng edərək işə başlamaq üçün əlavə pul lazım olduğunu bildirdi. Mən yenə ona inanaraq Lətif Nəbiyevə ilkin olaraq 2000 ABŞ dolları pul göndərdim. Sonra yenə Lətif Nəbiyev biznes işlərinin normal getdiyini, işlərin yaxşı olacağını bildirərək məndən yenə pul istədi. Həm də o mənə deyirdi ki, işləri çox yaxşı olacaq, məni də bu işə qatacaq, ona verəcəyim puldan da artıq mənə pul qazandıracaqdır. Mən də ona inandım. Ona görə də Gəncə şəhərində yaşayan qardaşım Uğurluya zəng edərək pul tapıb Lətif Nıəbiyevə çatdırmasını bildirmişəm. Qardaşım Uğurlu da hissə-hissə olmaqla Lətifə iki ay müddətində 28.000 ABŞ dolları pul vermişdir. Lətif Nəbiyev bu pulları alan zaman mənə

bildirirdi ki, pulların hamısını 2012-ci ilin oktyabr ayının 20-nə kimi qaytaracaqdır. Hətta mənə əlavə pul da verəcəkdir. Lətif Nəbiyev mütəmadi olaraq mənimlə telefon əlaqəsi saxlayırdı və həmişə də mənə işlərinin yaxşı getdiyini, hər şeyin super olacağını deyirdi. 2012-ci ilin oktyabr ayının 20-dən sonra mən daimi olaraq ona zəng edərək pulu qaytarmasını tələb edirdim. Bu münvalla xeyli müddət keçdi, mən pulumu təkidlə tələb edəndə Lətif Nəbiyev tezliklə pulu qaytaracağını, ayrı-ayrı təşkilatlardan, eyni zamanda AKKORD şırkətindən 200.000-manat alacağı olduğunu bildirirdi və inandırırdı ki, pulu tezliklə qaytaracaqdır. Bu minvalla xeyli vaxt keçdi, lakin o müxtəlif bəhanələr gətirərərk pulu qaytarmırdı. 2017-ci ildə mən Azərbaycan Respublikasında olan zaman Lətif Nəbiyev mənə zəng edərək mənimlə vacib işi olduğunu bildirdi. Mən də elə bildim ki, mənim pulumu qaytaracaqdır. Onunla görüşən zaman Lətif Nəbiyev mənə bildirdi ki, yaxınlarda imkanlı şəxslərlə qohum olacaqdır (hətta qohum olacağı şəxslər barədə mənə ətraflı bildirdi). Ona vəzifə təklif olunubdur. Hər işi yaxşı olacaq, tezliklə mənim pulumu qaytaracaqdır. Böyük işlər görüləcək, səni də Rusiyadan gətirib bu işlərə cəlb edəcəkdir. 2017-ci ilin aprel ayında Lətif Nəbiyev mənə zəng edərək mənə adlarını dedikləri qohumlarının köməyi ilə Gəncə şəhərində su-kanalizasiya işləri görəcəyini və bu iş üçün ona 5000 ABŞ dollar pul lazım olduğunu söylədi və işlərinin uğurlu olacağını bildirirb nəticədə mənim ona verdiyim pulları tam qaytaracağını dedi. Mən onun yeni qohumlarının imkanlı olduğunu bildiyim üçün yenə də ona inandım və qardaşım Sultan vasitəsi ilə ona Abşeron rayonunun Saray qəsəbəsində iki dəfəyə 5000 dollar pul çatdırdım. Özüm də hissə-hissə olmaqla Rusiya Federasiyasından bank vasitəsi ilə Lətifə 4700 dollar pul göndərdim. 2017-ci ilin iyun ayında Lətifin təkidi ilə Azərbaycana qayıtdım, Lətiflə görüşdüm. Onunla söhbət zamanı mən gördüm ki, Lətif Nəbiyev bütün bu müddətdə məni aldatmışdır. Onun mənə bu müddət ərzində dediyi işlər onun dediyi kimi olmamış, onun dediyi qaydada biznes işi də qurmamışdır. Mən Lətifdən 60000-ABŞ dollarımı tələb edəndə o məni Gəncədə gördüyü iş yerinə apardı, məni işlə tanış etdi, bir neçə gündən sonra mənim xahişimlə işlə bağlı bağladığı müqaviləni mənə göstərdi, mən müqavilə ilə tanış olduqdan sonra ona dedim ki, bu müqavilə ilə heç bir qazanc əldə etmək mümkün deyil. O mənə dedi ki, nə işinə qalıb ayda təxminən 18000-manat qazancın olacaq. Mən də razılaşdım və fikirləşdim ki, heç olmasa qazancım olmasa da ona verdiyim 60000-ABŞ dollarımı geri ala bilərəm. Bununla da üç aya qədər onun yanında oldum. Bu müddətdə onun işinə kömək etdim və o mənə hissə-hissə 10000-manata qədər pul verdi. Sonra gördüm ki, Lətif məni yenə aldadır, hətta fəhlələrin pulunu belə xeyli vaxtdır ki, vermir. Ondan sonra fəhlələr ondan pulunu tələb etməyə başladılar. Lətif də hamının pulunu verəcəyinə söz verib Bakı şəhərinə qaçdı. Mən Lətifə zəng edərək nə vaxt Gəncə şəhərinə gələcəyini soruşurdum. O da mənə iki-üç günə gələcəyini bildirsə də Gəncə şəhərinə gəlmədi. Mən təxminən 10-15 gün gözlədikdən sonra Bakı şəhərinə gəldim. Lətif Nəbiyevin evinə gedib pulumu tələb etməyə başladım. O mənə dedi ki, yaxın müddətdə verəsiyəm. Danışıq zamanı Lətifin oğlu Elxanın dediyinə görə Lətif məndən aldığı 9700-ABŞ dolları pulu qızı Günelin toyuna xərcləmişdir. Mən artıq onun məni aldatmasına tam əmin olduqdan sonra ona vermiş olduğum pullarımı intensuv surətdə, yəni özünə, oğluna, tanışlarına müraciət etməklə tələb etməyə başladım. Həmişə də o mənə bildirirdi ki, bu gün sabah pullarını qaytaracağam, güya onun “NZS”-də torpaq sahəsi var onu satacaq, Sabunçu qəsəbəsində evi var onu satıb mənim pulumu qaytaracaqdır. Sonda isə o, mənə “istəyirsən vur öldür, mənim sənə verəcək pulum yoxdur”-deyə cavab verdi. Həm də dedi ki, hara şikayət edirsən et, sənin şikayətinə burada baxılmayacaqdır. Mənim burada geniş əlaqələrim var, heç kim mənim barəmdə tədbir görməyəcəkdir.

Ondan sonra mən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişəm. Orada ərizəmlə bağlı heç bir araşdırma aparılmadan ərizəmi Abşeron rayon polis idasinə göndərmişlər. Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı Əsgərov Rəfael Tofiq oğlu material üzrə mənim və Lətif Nəbiyevin izahatlarımızı almaqla kifayətlənmiş, Lətif Nəbiyev izahatında mənim dediklərimi tədiq etsə də təhqiqatçı buna əhəmiyyət verməmiş, material üzrə 26 fevral 2018-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Mən həmin qərardan Abşeron rayon prokuroruna şikayət etdim. Həmin qərar Abşeron rayon prokuroru tərəfindən ləğv edilmiş və materiallar araşdırılması üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Bu dəfə isə müstəntiq tərəfindən mənim və Lətif Nəbiyevin izahatımız qısaca alınmış, mənim əlimdə kifayət qədər sübutlar olmasına baxmayaraq (aidio danışıqları) buna əhəmiyyət verilməmiş, müstəntiq Vasif Zeynallının 26 iyul 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.

Müstəntiq ərizəm əsasında mənim və Lətif Nəbiyevin izahatını çox səthi almış, obyektiv həqiqəti araşdırmaq istəməmiş, Lətiv Nəbiyevin özünün izahatında göstərdikləri xüsusatları belə yoxlamamışdır. O cümlədən mənim müstəntiqə dediklərim bütün xüsusatlar izahatımda yazılmamış, müstəntiq ona dediklərimin sonradan üzləşmə zamanı yazılacağını bildirmiş, lakin sonradan bizim aramızda üzləşmə aparmamışdır. Hətta prokurorun göstərişinə belə tam əməl etməmiş, ərizəm əsasında tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Mən həmin qərarı qanunsuz və əsassız hesab edirək dəfələrlə Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət yazmışam. Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunda mənim şikayətimə baxmaq belə istəmirlər, mənə məktubla cavab veriblər ki, müstəntiqin bu qərarından məhkəməyə .şikayət verə bilərəm. Qanunda isə müstəntiqin qərarından mənim prokurora da şikayət vermək hüququm var.

Bu da onu göstərir ki, Lətif Nəbiyevin mənə sənin şikayətinə Azərbaycanda baxmayacaqlar deməsində bir həqiqət varmış. Sanki qərarı Lətif Nəbiyev yazır onlar da imzalayırlar. Mən Rusiya Vətəndaşı olsam da Azərbaycanda doğulmuşam, Azərbaycanı sevirəm, Azərbaycanın təəsübünü heç kimə verməmişəm və vermək də istəmirəm. Lakin mənim şikayətimə baxmayan hüquq mühafizə orqanları məni məcbur edirlər ki, mən Rusiya Vətəndaşı kimi hüquqlarımın qorunmasını başqa yerdə axtarım. Mən daxilən Azərbaycanlıyam və mənim bir vətənim var, o da Azərbaycandır. Azərbaycan olan yerdə digərlərinə müraciət etməyi özümə qəbahət hesab edirəm. Mən Rusiya Azərbaycan Cəmiyyətinin üzvü olmuşam, Cəmiyyətin fəaliyyətində Yaxından iştirak etmişəm. Lətif Nəbiyevin bu hərəkəti nəticəsində mən maddi cəhətdən çətinlik çəkirəm, ailəmlə birlikdə qohumlarımın himayəsi altında qalmışam..Bacı və qardaşlarım, anam məcburi köçgündürlər, mən həmişə onlara dayaq olmuşam, indi isə mən ailəmlə birlikdə imkanı olmayan məcburi köçgün qohumlarımın ümidinə qalmışam.

Hörmətli, Fuad müəllim!

Siz Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi kimi Respublikamızda böyük nüfuza maliksiniz. Ona görə mənim ərizəmi nəzarətinizə götürməyinizi, ərizəmin tam, hərtərəfli və obyektiv araşdırılmasına, aldadılaraq məndən alınmış 60.000-ABŞ dolları pulumun Lətif Nəbiyevdən alınaraq mənə ödənilməsinə və təqsirkar şəxslərin barəsində qanuni tədbir görülməsinə göstəriş verməyinizi xahiş edirəm.

Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

İmza : Abdullayev Rüstəm Həbib oğlu (Tel: 050) 744-50-80)

14 fevral 2019-cu il
Oxşar xəbərlər
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"