ABŞ Ermənistanın xarici işlər nazirinin Vaşinqton səfərini ləğv edib.
Qərar Ermənistanın Rusiyanın diktəsi ilə Suriyaya 83 nəfərlik hərbi kontingent göndərməsi ilə bağlıdır.
“Vaşinqton bizim XİN-in uzun müddət üzərində işlədiyi səfəri ləğv edib. Bu məsələdə Trampın köməkçisi Con Boltonla baş nazir Nikol Paşinyan arasında baş tutan telefon görüşü önəmli rol oynayıb. Bolton Suriyaya erməni kontingentinin göndərilməsinin qəti qərar olması barədə soruşub və Paşinyandan “hə” cavabı eşidib”-deyə “Qrapark” qəzeti diplomatik mənbələ istinadən xəbər verir.
Hazırda Ermənistan rəhbərliyi Ağ Evin narazılğını azaltmaq üçün səylər göstərir və diplomatik kanallar vasitəsilə Dövlət katibi Mayk Pompeonun Zoqrab Mnatsakanyanı Vaşinqtona dəvət etməsini gözləyirt.
Xatırladaqa ki, Erməniostan Suriyaya Rusiya kontiongenti tərkibində 83 nəfərdən ibarət minaaxtaranlar qrupu göndərib. (Modern.az )