Moderator.az erməni mediasına istinadən xəbər verir ki, Avropa Birliyi Ermənistana əkinçilik və turizmin inkişafı üçün 31.5 milyon avro məbləğində yardım göstərəcək. Vəsiatin Ermənistana Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Avstriya İnkişaf Agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən köçürülməsi nəzərədə tutulub.
Layihə çərçivəsində yaradıcılıq sahəsinin inkişafını təşviq etmək üçün yaradıcı mərkəzin inşası da planlaşdırlır. Erməni mediası hesab edir ki, Avropa Birliyinin bu yardımı Ermənistanın bəzi bölgələrində iqtisadi həyatı canlandıracaq.
Məlumat üçün qeyd edək ki, bu, beynəlxalq təşkilatların Ermənistana ilk belə yardım deyil. İşğalçı ölkə bundan öncə də bir sıra beynəlxalq təşkilatlardan bu kimi yardımlar alıb.
Seymur ƏLİYEV