Xəbər lenti
19/07/2019 [12:49]:
Mingəçevirdə avtoxuliqan sürücülük hüququndan məhrum edildi - FOTO
19/07/2019 [12:43]:
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
19/07/2019 [12:33]:
Azərbaycan Gürcüstandan siqaret idxalını kəskin azaldıb
19/07/2019 [12:31]:
Nişanlısından ayrıldı, intihar etdi
19/07/2019 [12:23]:
Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”
19/07/2019 [12:21]:
ADU-nun professor-müəllim heyəti müraciət etdi... -"Əl çəkin bu yoldan..."
19/07/2019 [12:20]:
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur
19/07/2019 [12:10]:
Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli
19/07/2019 [12:08]:
“Musiqini və musiqi alətini ancaq təbliğ edərək yaşatmaq olar...”
19/07/2019 [12:05]:
Nəsrin Cavadzadə: “7 uşaq istəyirəm”
19/07/2019 [12:04]:
“UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir”
19/07/2019 [12:02]:
“Yay məktəbi”nin II Lerik turu başa çatdı
19/07/2019 [12:02]:
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
19/07/2019 [12:00]:
İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi
19/07/2019 [11:59]:
23 nəfəri gün vurub
19/07/2019 [11:53]:
“Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən açıqlama
19/07/2019 [11:51]:
Vergilər Nazirliyindən sahibkarlara xəbərdarlıq: “Şəffaflıq qanedici deyil”
19/07/2019 [11:51]:
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
19/07/2019 [11:49]:
Daxili İşlər Nazirliyi işçi axtarır - ELAN
19/07/2019 [11:47]:
Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayır
19/07/2019 [11:47]:
Saakyan Pənah xanın qalasında geniş səyyar müşavirə keçirdi –FOTO
19/07/2019 [11:40]:
Ermənistanda oğul anasını öldürdü, atasını yaraladı
19/07/2019 [11:38]:
Səhiyyə naziri əmr imzaladı – 41 təcili yardım briqadası, 270 tibb işçisi ayrıldı
19/07/2019 [11:36]:
Maliyyə pozuntusuna yol vermiş və bəyan etdikləri yerdə fəaliyyət göstərməyən vəkillər barəsində qərar qəbul olunmuşdur
19/07/2019 [11:28]:
Qənirə Paşayeva Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
19/07/2019 [11:27]:
Metropoliten "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejimində çalışacaq
19/07/2019 [11:23]:
Türkiyədən bəyanat: “S-400” böhranına görə NATO zəifləyə bilər
19/07/2019 [11:00]:
Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır
19/07/2019 [10:54]:
Azərbaycanda yeni internet televiziya yaradılıb
19/07/2019 [10:49]:
Tovuzda müəllimi arı sancdı, öldü
19/07/2019 [10:48]:
FHN üzüyü barmaqdan belə çıxarırmış... - VİDEO
19/07/2019 [10:46]:
Bakıda yaşlı kişi küçədə yıxılaraq vəfat etdi
19/07/2019 [10:41]:
Kanadalı müəllim: “Azərbaycan kəndlərində olmaq istərdim”
19/07/2019 [10:40]:
Sinəsini böyütdürən Mina Hüseyn: "Mükəmməl olmadığımı bilirəm" - FOTOLAR
19/07/2019 [10:37]:
Səhiyyə naziri əmr imzaladı – 270 həkim yarışlara cəlb olunur
19/07/2019 [10:34]:
ADPU-nun rektoru Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb
19/07/2019 [10:30]:
M.Ə.Rəsulzadə mətbuat haqqında- Azərbaycan mətbuatı yaranmasının 144 illiyi
19/07/2019 [10:25]:
3000-ə yaxın şəxs məktəb direktorluğu uğrunda “yarışa girib”
19/07/2019 [10:25]:
Ermənilər balabanı Yaponiyada "erməni aləti" kimi təbliğ edir - FOTO
19/07/2019 [10:15]:
“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar
19/07/2019 [10:09]:
Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutuldu
19/07/2019 [10:07]:
Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu
19/07/2019 [10:05]:
Qazi ola bilməyən qazılar...
19/07/2019 [09:44]:
"Allahın razılığı olmadan insanın bu dünyanın nemətlərindən istifadə etməyə ixtiyarı yoxdur"
19/07/2019 [09:32]:
"Azərbaycan Ordusu atəşkəsi pozmayıb və pozmayacaq da..."
19/07/2019 [09:23]:
Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub
19/07/2019 [09:14]:
CSKA və “Qalatasaray” Olimpiya çempionundan ötrü mübarizə aparacaqlar
19/07/2019 [08:56]:
Bakıda iki nəfər taksi sürücüsünə qarşı quldurluq etdi
19/07/2019 [08:41]:
Tehran ABŞ-ın İran dronunu vurması xəbərinə münasibət bildirdi
19/07/2019 [08:38]:
Bilgəh çimərliyində 3 nəfər xilas edildi
19/07/2019 [08:35]:
Rozanın bu dəfə “paxlavaları” müzakirə olundu - FOTO
19/07/2019 [08:29]:
Əhməd Davudoğlu: “Mənə bir yol buraxılmazsa, o zaman partiya qurma variantı qalır”
19/07/2019 [08:26]:
Amerika gəmisi İranın pilotsuz uçuş aparatını vurdu
19/07/2019 [08:24]:
Akrobat hündürlükdən yerə yıxıldı - Sirkdə bədbəxt hadisə -VİDEO
19/07/2019 [08:21]:
Ərdoğanı təhqir edən müğənniyə həbs cəzası
19/07/2019 [08:19]:
Fransa Birinci xanımının illik xərcləri 280 min avro təşkil edir
19/07/2019 [08:12]:
Moskva-İrəvan təyyarəsi tüstüləndi, səkkiz nəfər xəsarət aldı
19/07/2019 [08:09]:
Sumqayıt sakini taxta parçası ilə döyüldü
19/07/2019 [08:07]:
Ərbildə qətlə yetirilən türkiyəli diplomat Ankarada dəfn olundu
19/07/2019 [08:04]:
Azərbaycan Respublikasında daha 973 erməni doğuldu-Atəşkəs səbrimizin məhsulu...
19/07/2019 [07:22]:
Xristian ölkəsindəki hərbi hissədə məscid açıldı- İbrətamiz…- FOTOLAR
19/07/2019 [06:21]:
"Bu 7 əməlin hər birini etsəniz, sədəqə vermiş hesab olunaacaqsınız..."
19/07/2019 [00:49]:
Eldar Həsənov Türkiyə Səfirliyini ziyarət etdi: Qətlə yetirilən Türk diplomat üçün başsağlığı...
18/07/2019 [23:04]:
Trampdan Türkiyəyə sensasion jest
18/07/2019 [22:48]:
Türkiyədə avtobusu daşa basdılar - azərbaycanlı xəstəxanalıq oldu
18/07/2019 [22:46]:
Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar
18/07/2019 [22:21]:
Türkiyədə sel fəlakəti: yeddi nəfər itkin düşüb
18/07/2019 [22:19]:
“Səbail” I mərhələdə dayandı - YENİLƏNİB
18/07/2019 [22:15]:
"Nəsillərin debatı"nın növbəti polemikası: Çap, yoxsa onlayn media? + VİDEO
18/07/2019 [22:06]:
Sabah Şəhid jurnalistin kiçik oğlunun toyudur - Gəlinimiz Türkiyədəndir...
18/07/2019 [21:46]:
Sumqayıtda polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələyib
18/07/2019 [21:44]:
Naxçıvanın “300 spartalısı” – “Sportrota”
18/07/2019 [21:43]:
"Neftçi" “Speranta” ilə görüşdə ikinci qolu vurub - YENİLƏNİB
18/07/2019 [21:41]:
"Kişi öz xanımına "arvadı" kimi baxmamalıdır, buna görə də başlayır başqa qadın axtarmağa"
18/07/2019 [21:26]:
“Təxirə salma qərarı var, proqramdan çıxarılma yox” – Türkiyədən F-35 açıqlaması
18/07/2019 [21:21]:
Davudoğlu açıqladı: "Ərdoğandan sonra iş otağı dinlənilən..."
18/07/2019 [21:13]:
“New York Times”: “Ərdoğan bir gediş ilə ABŞ və Avropanı maymaq yerinə qoydu”
18/07/2019 [21:01]:
İran futbolunda 38 illik qadağa aradan qaldırılır
18/07/2019 [20:36]:
Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...
18/07/2019 [20:05]:
“Neftçi” - “Sperantsa”: Start heyətləri bəlli oldu
Bütün arxiv bir sırada
22/02/2019 [13:59] - Cəmiyyət - ( 3770 dəfə baxılıb)

"Çox kasıb bağım var, heç deputat bağına bənzəmir" - VİDEO



Moderator.az xəbər verir ki, millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa medicina.az saytının "Məşhurların menyusu” adlanan layihəsinin qonağı olub.  

Qeyd edək ki, bu layihədə oxuculara tanınmış insanların sağlamlıq reseptləri, həyat tərzləri ilə bağlı maraqlı məlumatlar çatdırılır. 

Layihənin ilk qonağı olan Fazil Mustafa demək olar ki, hər gün idman edir, futbol, basketbol, tennis, bilyard oynamağı sevir. Siqaret çəkmir, spirtli içki qəbul etmir, şəkərdən və duzdan minimum dərəcədə istifadə edir…

- Fazil bəy, sizin  xüsusi bir reseptiniz var, yoxsa ancaq ümumi qaydada sağlamlığınızla məşğulsunuz? 

- Xeyr, xüsusi bir reseptim yoxdur, amma hər halda planlaşdırılmış bir həyat tərzi üzərində sağlamlığı qorumağa çalışıram. Həftəlik cədvəlim var ki, bu cədvəllərdə əgər fövqəladə bir işim çıxmırsa, bir hadisə baş verməyibsə və ya xarici səfərdə deyiləmsə, ona əməl edirəm. Amma gündəlik həyat ritmim belədir: Tezdən saat 7-nin yarısında sübh namazı üçün yerimdən qalxıram. Namazı qıldıqdan sonra idman edirəm. 45 dəqiqə idman prosedurum var. Bu proseduru da daimi həyata keçirməyə çalışıram. Xüsusilə də ayaqların möhkəmləndirilməsi, qan təzyiqinin normal olması üçün müəyyən prosedurlar edirəm. Bundan başqa rezinlə hərəkətlər etməyə çalışıram ki, həftə boyunca futbol, ya basketbol oynayarkən hər hansı şəkildə zədə almayım, yəni əzələ dartınması baş verməsin. Ayaqla bağlı bəzi prosedurları həyata keçirirəm. Çünki ayağımda idman zədələri vardı. Çalışıram ki, onlar həkimə müraciət etmədən  özüm müalicə edim. 
 
 Beləliklə, bu prosedur sübh tezdən başlayır. Sonra işlərimin dalınca gedirəm. Axşamlar çalışıram ki, boş keçməsin. Daha çox bilyard oynayıram. Bütün kəskin atıcılara gün ərzində bilyard oynamağı tövsiyə edirlər. Çünki gözün dəqiqlik məsafəsini  tənzimləyən bir oyundur. Bilyard stolu ətrafında 2 saat fırlanmaq hardasa 3 km yol getməyə bərabər olur. Bu da ayaqların müəyyən dərəcədə hərəkətliliyini saxlayır. Bəzən stolüstü tennis oynayıram. Elə olur, 2 gündən bir, elə olur, hər gün ən az yarım saat dostlarımızla şahmat oynayıram.  Şahmat beyni müəyyən formada saxlamağa xidmət edir. Bəzən isə əgər futbol və basketbol oynamayacamsa, 3 km qaçmağa çalışıram. Havalar soyuq olmayanda dəniz kənarında qaçıb, sonra girib dənizdə çimirəm. Oktyabr ayının 30-na qədər belə davam edir.  Yay boyu - iki ay dənizdə çimərlik futbolu oynayıram. Bu, ayaqların möhkəmlənməsi baxımından çox faydalıdır. Qışda dəniz kənarı təmiz olmur, mənim zirzəmidə qaçış alətim var, onunla minimum 3 km qaçıram. 


Əvvəllər həftənin hər günü futbol oynayırdım, indi biz az azaltmışam, bu, yaşla və çox zədə almamaqla əlaqədardır. Şənbə günü "Neftçi” futbol klubunun bazasında  peşəkar futbolçularla futbol oynayırıq. Təqribən 1 saat 20 dəqiqə vaxt ayırırıq. Sonra yarım saat da orda idman edirəm. Hər gün çox sayda press edirəm. Bu, bədənin möhkəmlənməsinə kömək edir. Bizim 14-15 nəfərdən ibarət çox gözəl basketbol kollektivimiz var. 10 ildir davamlı olaraq hər bazar oynayırıq. Komanda peşəkarlardan və qeyri-peşəkarlardan ibarətdir. Onlarla 2 saat boyunca çox gərgin oyun keçir. Oyundan sonra dostlarla yarım saat, bir saat çay məclisimiz olur. Söhbətləşib, dərdləşirik. Bu da zövqlü bir əyləncədir. Üzgüçülükdən də xoşum gəlir. Amma məni daha çox fərdi yox, kollektiv oyunlar cəlb edir. Kollektiv oyunda insan stressdən tez azad olur. Qələbənin sevinci, rəqib komandanın mübahisəsi və s. stressin atılması vasitələrindən biridir. Hesab edirəm ki, bu formada gündəmi tənzimləməklə idmansız qalmıram. Bir saat da olsa, hansısa idman növü ilə məşğul oluram. Maraqlıdır ki, idmanla məşğul olduğum gün mənim mütaliəm də normal olur. Gün ərzində azı bir saat, saat yarım mütaliə etməliyəm. Axşamlar ingilis dili ilə bağlı 1 saatlıq məşğələm olur. Onda zehin daha açıq olur. Və daha rahat bu işlərlə məşğul ola bilirəm. Gündəlik işimiz çox olur. Saat 12-yə qədər mən təxminən 20 sayta müsahibə verirəm. Telefon nömrəm hər kəsdə olduğu üçün hamı zəng vurur. Telefonu özüm götürürəm.


- Bəs yemək menyunuz nədən ibarətdir? 

- Çalışıram ki, yemək menyuma xüsusi diqqət yetirəm.

Səhərlər mütləq, 42-50 dərəcə temperaturda olan bir stəkan suya 1 qram soda qatıb içirəm. Bu, bədəndə qələviliyin normada saxlanmasına xidmət edir.
Səhər sodalı su içəndən 1 saat sonra yeməyimi yeyirəm. Yeməyi çörəksiz yeyirəm. Çörəkdən imtina etmişəm. Təxminən 6-7 aydır, heç bir un məhsulundan istifadə etmirəm. Bundan başqa, şəkərdən istifadə etmirəm. Çayımı ancaq qara ərik qurusu və qohumlarımın xüsusi olaraq mənim üçün göndərdikləri tut qurusu ilə içirəm. Qara çay içmirəm, daha çox ot çaylarına, Mədinə gülü, yaşıl çaya üstünlük verirəm. Yeməkdən minimum saat yarım keçməlidir ki, çay içim. Yeməkdən sonra dərhal maye qəbul etmirəm. Bu da mənə çox xeyir edir. Çünki orqanizmdə qidanın özünün həll olmasına nail ola bilirsən. Yəni onu mədədən bağırsağa sürətlə itələmirsən. Axşam 6-dan sonra yemək yemirəm. Yalnız balıq yeməkləri olanda, onu da çörəksiz yeyirəm. Çalışıram ki, axşam vaxtları 15-20 dəqiqə  də olsa gəzim. Mənasız boşuna yeriməyi də çox sevmirəm. İngilis və rus dilində materiallar var ki, onları qulaqcıqla dinləyirəm. Və ya maraqlı bir şəxslə telefon söhbətim varsa, o söhbəti yürüşə salıram. Maraqlıdır ki, axşam da tez yata bilmirəm. Mən 1-də, 2-də yatıram və tez də dururam.  Yuxusuzluq problemi yaranır. Futbol və basketbol çempionatlarını izləməyə çalışıram. Mən atçılıq, tennis... nə olur olsun, idmanının bütün növlərini izləməyə çalışıram. 

Evdə həm də çox zəngin kitabxanam var. Orda da vaxt keçirməyi xoşlayıram. 

Qızımın 9 yaşı var. Hava normal olanda onu Olimpiya Mərkəzinin yanına aparıram. Hər ikimizin velosipedi var. Orda 1 saat velosiped sürürük. Belə bir həyat tərzi qurmuşam. Çevrəmdəki insanlara da sağlam həyat tərzini tövsiyə edirəm. Yəni həkimsiz hər kəsin sağlam olmaq imkanı var. İnsanlar sadəcə tənbəllikdən özləri öz reseptlərini kəşf edə və həyat tərzlərini doğru nizamlaya bilmədiklərinə görə ağrılardan, əzginlikdən şikayət edirlər. Halbuki hər kəs həyat tərzini doğru qursa, tənzimləyə bilsə, belə problemlər də yaşanmayacaq. Onsuz da Allahın verdiyi ömür hardasa tamamlanacaq. Amma sağlam yaşamaq haqqı insanın özünə aiddir. Əgər sən siqaret çəkirsənsə, spirtli içki içirsənsə, qəlyan çəkərək vaxtını keçirirsənsə, bunun əvvəl-axır bir problemini yaşayacaqsan. Ona görə də bu məsələlərdə daha dəqiq olmağın insanın özünə faydası var. 

- Bu həyat tərzini özünüz müəyyənləşdimisiniz, yoxsa kiminsə məsləhəti ilə həyata keçirirsiniz? 

- Mənim həkim, idmançı dostlarım var. Öyrənməyi sevən adamam. Kimdə yaxşı nə görsəm, özümdə tətbiq edirəm. Hər hansı bir idman hərəkəti görsəm, onu edirəm. Ağlabatan nə varsa, onu götürürəm. 


- Neçə ildir bu cür yaşayırsınız? 

- Mən uşaqlıqdan futbol oynayıram. Hərbi xidmətdə belə hərbi hissənin çempionu olmuşam. Hətta hərbi xidmətdən vaxtından əvvəl təxris ediblər. Çempion olduğuma və ən çox qol vurduğuma görə. Daha sonra universitet yığmasının hücumçusu olmuşam. Hüquq fakültəsi olaraq, həmişə universitet daxilində birinci, respublika daxilində isə 2-ci yer tutmuşuq. Komandanın hücumçusu mən olmuşam. Futbolu heç vaxt atmamışam. Hansı şəraitdən olmaqdan asılı olmayaraq. Uşaq vaxtı basketbolu da az-çox oynayırdım. Son 10 ildə basketbola çox böyük bir sevgim yarandı. Basketbolsuz vaxt keçirmirəm. Hərbi xidmətdə olanda ağır atletika ilə də bir az məşğul olmuşam. 

Mənim bağım çox kasıb bağdır. Heç deputat bağına bənzəmir. Amma bütün idman növlərini orda tapa bilərsən. Hansı idman növü desən, mən orda şərait yaratmışam. Futbol, basketbol, qaçış, tennis, turnik, "ştanq” və s. Kimsə qonağım olanda idman profilli insandırsa, darıxmaz. Zirzəmidə də velosiped, qaçış aləti, bilyard stolu, stolüstü tennis var. Çardaqda da böyük kitabxana var. 

- Bu həyat tərzi sizi hansısa bir bəladan qurtarıb? Ümumiyyətlə səhhətinizdə hər şey qaydasındadırmı? 

- Səhhətimdən bir gileyim yoxdur. Əməliyyat olunmamışam. Xüsusi bir xəstəlik keçirməmişəm. Əlbəttə, xeyri olur. Çalışıram ki, həkimsiz özümü ayaqda saxlayım. Nə zərərlidirsə, ondan imtina edirəm. Şəkər və çörək zərərlidir deyə onlardan imtina etmişəm. Təmiz undan bişirilmiş mayasız qara çörək olanda ondan yeyirəm. Səhərlər yumurtaya üstünlük verirəm. Yağlı yeməklərdən ümumiyyətlə imtina etmişəm. Ətdən uzaq dururam. Orqanizm üçün faydalı olan qidalardan istifadə edirəm. Bunlar hamısı dünyagörüşü ilə bağlı olan məsələlərdir. Mən bu həyat tərzini təbliğ də edirəm. Mənim hesabıma xeyli adam basketbola, futbola gəlib, dənizə gedir. Elə təşkil etmişik ki, yaşlı insanlar da gəlib futbol oynayırlar, sonra da girib dənizdə çimirlər. Səmimi dostlarımızın çoxunu idmanda tapmışıq. Bu, olduqca vacibdir. 


 
- Təzyiqiniz adətən neçə olur?

- Təzyiqim normaldır. Son dəfə ölçdüyümdə 111 /70 idi. Açığı təzyiqin ölçüsünü də bilmirəm, ölçməyə də diqqət etmirəm. 

- Çəki və boy nə qədərdir? 

- Boyum 1.70 sm-dir. Çəkim 86 kq-dır. Çəkimi azalda bilmirəm. Mən kökəlməyə meyilli adamam. Bu qədər idmanla mən çəkimi sabit saxlayıram. Amma 1-2 gün idmanı buraxsam kökələcəm. Çəki az olanda rahat olur. Amma mən çox da azaltmaq istəmirəm. Hər kəsdə yaşa görə artıq çəkinin olması qəbul ediləndir. Çəki idmanda mənim sürətimə və manevrlərimə mane olmur. Mane olanda hiss edirəm. Məsələn, 90-na qalxdıqda oyunda effekti aşağı salır. 

- Məlumdur ki, bir çoxları istər qidalanma olsun, istər başqa şeylərdə qeyri-sağlam həyat tərzi keçirir. Deputat həmkarlarınıza, cəmiyyətə nələri tövsiyə edərsiz? 

- Azərbaycan cəmiyyəti qədər özünə dəyər verməyən cəmiyyətə çox az rast gəlmək olar. Bir də biz yaradılışın mahiyyətinə lağlağı münasibət bəsləyən cəmiyyətik. Məsələn, biri alkoqol qəbul edər, içdiyinə sevinər, həm də lağlağı edər. Cəmiyyət özünə fayda olanı anlamaqda çox gecikir. Qarabağ məsələsində də elədir, həyata baxışda da elədir, gələcəyimizə, təhsilə baxışda da elədir. Hansı cəmiyyətdə ata və ya ana uşağın həkimliyə marağı olmadan onu həkim olmağa məcbur edər? Sağlamlıqla bağlı da vəziyyət belədir. Hamının onsuz da həkimə nə vaxtsa ehtiyacı olur. Bir məsəl var, deyir pərşənbənin gəlişi çərşənbədən bəllidir.  Bu gün sənin yeyib-içdiyin, piylənmən sabah sənə xəstəlik olaraq qayıdacaq. Bunu söyləməyə gərək yoxdur. Sən bunu bilə-bilə bu həyat tərzinə davam edirsənsə, özündə olan hər hansı bir fiziki çatışmazlığı ortadan qaldırmağa çalışmırsansa, onda bunun günahını başqalarında axtarma. Allah ağıl veribsə, hər bir insan öz quruluşuna, özünün imkanlarına, potensialına uyğun olaraq özünü təkmilləşdirməlidir. Düşünməlidir ki, mən çalışmalıyam, sağlam olum. Məsələn, yanımda olan birinin siqaret çəkməyinə dərhal iradımı bildirirəm. Xoşu gəlsə də, gəlməsə də. Ərkim çatan adama deyirəm, niyə atmırsan bu siqareti. Bir-iki ziyanını deyirəm. Feysbukda təbliğat aparıram ki, siqaretdən və spirtli içkilərdən uzaq durun. Amma insana zorakılıq tətbiq edə bilməzsən. Ağıllı adam deyiləni götürür, ağılsız adam davam edir. Deyirlər, onsuz da hamı öləcək də. "Biri siqaret çəkdi 90 il yaşadı, o biri siqaret çəkmədi 50 yaşında öldü”. Amma sən hər səhər duranda öskürə-öskürə zəhəri çıxaranda çəkdiyin əzabı 50 il yaşayan adam çəkməyib. Zəhərlə çevrənə - xanımına, uşağına ziyan vurursan.

 
Bütün bunları kompleks olaraq insanlara tövsiyə edərdim ki, əgər, sizə Allah yaşamaq nəsib edibsə, ona haram qatmayın. Sağlam yaşayın. Həm düşüncədə sağlam olacaqsınız, həm də fiziki cəhətdən. Çevrəyə də xoş aura verəcəksiniz. Şikəst insanlarda olan iradənin cüzi bir hissəsi fiziki sağlam olan insanlarda olsa, yaxşı olar. Mən Xüsusi Olimpiadanın vitse-prezidentiyəm. Xüsusi olimpiada zehni qüsurlu olan insanların olimpiadasıdır. O kateqoriyadan olan autizm, daun sindromlu uşaqları idmana cəlb edirik. Bu, mənim üçün xüsusi zövqdür. Bəzən onlarla da oynayıram, onları həvəsləndirirəm. Çünki bu uşaqların imkanları məhduddur. Və bu uşaqların həyat eşqini  görəndə, özünü sağlam sayan insanların miskinliyinə ürəyim ağrıyır. Onların düşüncəsi sağlam deyil. Siz ətrafa yaxşı mesaj verməlisiniz. Bəzən elə olur ki, insan kasıb olur, amma siqareti siqaretin dalınca çəkir. Heç olmasa, yoxsulsansa, siqaretə verdiyin 200 manatı cibində saxla. Meyvə al ye. Bunu təbliğ etməyə çalışıram. 

- İçki və siqareti əvvəldən istifadə etməmisiniz? 

-Mən içki də içmişəm, siqaret də çəkmişəm. Gənclik çağlarında. 2003-cü ildən içkini, 2005-dən isə siqareti tərgitmişəm...

loading...
loading...
Otelin balkonunda cinsi əlaqədə oldular -RƏZALƏT...
O medalın görünməyən üzü...
Qadın ərinin cinsi orqanını kəsdi -SƏBƏB...
Üç məşhura qarşı bir təxribat...
Çernobıl qəhrəmanı faciədən bəhs edən filmi izlədikdən sonra intihar etdi - FOTO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
Siyasət
Eldar Həsənov Türkiyə Səfirliyini ziyarət etdi: Qətlə yetirilən Türk diplomat üçün başsağlığı...
Gündəm
Türkiyənin S-400 və ya F-35-lə vurulası düşməni varmı?
Cəmiyyət
Nazirlik enerji içkiləriylə bağlı qərar verdi -16 yaşdan aşağı gənclərə satılmayacaq...
Cəmiyyət
“Adamlar dura-dura biz istəyirik ki, atların xətirinə Qarabağı azad edək...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)