Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədlərdən biri, konqresmen Tulsi Gabbard uydurma “erməni soyqqırımı” ilə bağlı narahatverici fikirlər səsləndirib.
Moderaor.az erməni mətbuatına istinadən xəbər verir ki, prezidentliyə namizəd tələbələr qarşısındakı çıxışında ABŞ-ın qondarma “soyqırmı”nı tanımasına tərəfdar olduğunu vurğulayıb:
“Erməni soyqırımı” haqqında bunu söyləyəcəm: Biz ABŞ hökumətinin “erməni soyqırımı”nı rəsmən tanımasının tərəfdarıyıq”.
Demokrat Partiyasının lideri olan namizəd Vaşinqtondakı türk lobbisinin fəaliyyəti səbəbi ilə ABŞ-ın hələ də bu “soyqırımı”nı tanımadığını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, ermənilər T.Gabbardın namizədliyinə xüsusi ümid bəsləyir. Onlar hesab edir ki, onun prezident seçkilərində qalibiyyəti ABŞ-ın “erməni soyqırımı”nı tanımasına yol aça bilər.
Seymur ƏLİYEV