Son vaxtlar Azərbaycan ordusunun beynəlxalq təlimlərdə əldə etdiyi uğurlar, habelə Əlahiddə Ümumqoşun Ordusunun təlimlərdə sərgilədiyi yüksək peşəkarlıq erməni mətbuatında ciddi qorxu və təşvişlə müşahidə olunur.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycan ordusunun, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığının həqiqətən də yüksək səviyyəyə malik olduğunu qeyd etdi:
“Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gücü və imkanları haqqında, onların döyüş hazırlığı haqqında çox danışmaq olar. Onlar heç bir atışsız və itkisiz 26 ildir ki, işğal altında olan torpaqların bir qismini azad etməyə və Ermənistanın özünün böyük bir əraziyə nəzarət etməsinə nail oldu. Onların bu uğuru Qarabağa gedən əsas yolun nəzarətə keçirilməsi ilə nəticələndi. Bu da çox ciddi bir məsələdir. Bu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı zabitlərin, hərbçilərin yüksək döyüş hazırlığından, peşəkarlığından xəbər verir. Onların bu uğuru ali baş komandanın orduya göstərdiyi diqqət və qayğının, ordumuzda həyata keçirilən davamlı islahatların nəticəsidir və bütün bu uğurlar bizdə qürur doğurur”.
Seymur ƏLİYEV