Moderator.az-ın son günlər təqdim etdiyi 1992-ci ilin payızında Milli Məclisin iclaslarında müzakirə olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat-istintaq komissiyasının RƏYİ”nin növbəti hissəsində Xocalı rayonunun işğaldan öncəki sonuncu rəisi Sabir Məmmədovla bağlı bir neçə cümləlik diqqətəlayiq bir epizod da var. Guya faciədən hələ 12 gün öncə- fevralın 13-də “Xocalıdan uçan axırıncı vertolyot reysi ilə Xocalı RDİŞ rəisi Sabir Məmmədov da uçub gedib”. Və hətta “rəhmətlik Əlif Hacıyevin döyüşçülərindən biri (İlham adlı)” onun qabağını kəsib silah gücünə” də saxlaya bilməyib...
Moderator.az əməkdaşı Xocalı rayonunun işğaldan öncəki sonuncu polis rəisi olmuş Sabir Məmmədovla əlaqə saxlayaraq sözügedən mövzuda suallara cavab alıb. Sabiq rəis haqqında deyilənləri böhtan adlandırıb və bu barədə ətraflı məlumat verib. S. Məmmədov bildirib ki, onun Xocalıda sözügedən vertolyota hansı məqsədlə mindiyinə orada olmuş Xocalı Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Elman Məmmədov da şahiddir...
Polis rəisi Xocalının gerçək təhlükədə olduğu bir vaxtda şəhəri nə üçün tərk edib?
Hansı səbəblərdən Sabir Məmmədov iki həftə ərzində ən məsul vəzifələrdən birini icra etdiyi, asayişinə cavabdeh olduğu Xocalı rayonuna yenidən qayıtmayıb?..
Bu və digər suallara cavab tapmaq üçün Moderator.az-ı izləyin!
Sultan Laçın