Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Brüsseldə Qarabağla bağlı ümumavropa mitinqinin keçirilir.
Bu aksiyada siyasi əqidəsindən asılı olmayaraq Avropadakı bütün soydaşlaırmızın iştirakı nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu müxalif və ya iqtidaryönlü düşüncəyə malik olmasından asılı olmayaraq, bütün soydaşlarımızın bu kimi aksiyalarda fəal şəkildə iştirakının zəruri olduğunu vurğuladı:
“Hesab edirəm ki, milli məsələlrərdə iqtidar-müxalifət yanaşmalarına qətiyyən yol vermək olmaz. Xocalı soyqrımı, Qarabağ və s. kimi məsələlər ümumdövlət, ümummillət məsələləridir. Bu məsələlərdə iqtdiar da, müxalifət də bir yerdə olamlıdır. Azərbaycan xalqının milli birliyi nümayiş olunmalıdır.
Azərbaycanın müxalifəti də, iqtidarı da bu məsələlərdə eyni mövqeyi malikdirlər. Bu kimi mitinqlərdə siyasi əqidəsindən asılı olmayaraq, bütün soydaşlarımızın iştirakı həm də iqtidarlı-müxalifətli bütün vətəndaşlarımızın eyni mövqeyə malik olduğunu dünya ictimaiyyətinə göstərmək baxımından da vacibdir”.
Seymur ƏLİYEV