Mövcud durumumuza şükür edək...-  Ancaq mübarizə aparaq!..
Köşə
Oxunub: 3862
01 Mar 2019 | 20:43
Mövcud durumumuza şükür edək...-  Ancaq mübarizə aparaq!..

Son dövrlərdə bir sıra “müsəlman” adlananlar İslamın öz mahiyyəti kimi, şükür etmək, səbir etmək, cihad etmək  və s. kimi anlamları da yanlış başa düşürlər. Bu da  müsəlman ölkələrində bir sıra səhv siyasi, mədəni, ədəbi və s. tendensiya və cərəyanların formalaşmasına gətirib çıxarır...

 

***

 

Şükür etmək -bəzilərinin anladığı kimi, zülmə, haqsızlığa, hədsiz yoxsulluğa dözərək susmaq deyil. Şükür- etmək Yaradan qarşısında bizim borclarımızdandır. Dünyaya gəlişimizə, varlığımıza, valideynlərimizə, övladlarımıza, əlimizə yetən maddi-mənəvi nemətlərə şükür etmək vacibdir. Ancaq  heç bir hərəkət etmədən, mübarizə aparmadan, ətalət içində şükür etmək əsla doğru deyil... Bərəkət –hərəkətdədir. Həm maddi mövcudluq, həm sağlamlıq, həm də mənəvi-ruhi, milli inkişaf baxımından...

 

***

 

Dözmək, səbr etməyin də bir formulu, həddi-hüdudu var. Qərbdən bizə sırınan tolerantlıq, multikulturalizm kimi yanlış dəyərsizliklərlə bizlərə ətrafımızdakı, cəmiyyətdəki əxlaqsız, qeyri-insani, anti-bəşəri, anormal əməl,  davranış, geyim, yaşayış tərzinə dözməyi, susmağı öyrətməyə çalışırlar... Telekanallarda fahişəliyi,  “qoluboy”luğu  açıq şəkildə təbliğ edirlər, küçələrdə qumarxanalar, şərabxanalar baş alıb gedir –buna “hər kəsin öz seçimidir” deyərək  dözməli, susmalısan... Hətta öz qızın, bacın, arvadın, oğlun açıq-saçıq geyinərək, alkoqol içərək günlərini gecə klublarında keçirirsə, sən “azad insandırlar, öz seçimləridir” deyərək susmalı, “səbir” etməlisən...

Bu cür tendensiyalar məhz müsəlmanlığı, türklüyü, təbii insan nəslini məhv etməyə yönəlib...

 

***

 

Dünya həyatında qarşına çıxan gerçəkliklərə, çətinliklərə qarşı   şükür, səbir, dözüm  normal haldır. Fəqət, bu şərtlə ki, sən mübarizə aparasan, özü də halallıqla... Yalnız halal, dürüst mübarizə şəraitində edilən şükür, səbir, dözüm qəbulediləndir...

 

***

Bu mövzularda dəfələrlə söhbətləşdiyimiz rəhmətlik Bəxtiyar Vahabzadənin bir beytini yenə xatırlatmaq istəyirəm:

Düzlük istəyənin ən əvvəl özü,

Əgər düz olmasa- vay o düzlüyə...

 

***

 

Çağdaş dünyada, o cümlədən Azərbaycanda belə hallara çox rast gəlirik. Görürsən, özü dələduzluqla, saxtakarlıqla məşğul olanın biri qəflətən meydana çıxıb korrupsiyaya qarşı mübarizədən, demokratiyadan, insanpərvərlikdən, xeyirxahlıqdan dəm vurur... Və təəssüf ki, belələri bir çox hallarda arxalarındakı güclər, paralar hesabına özlərini reklam edə-edə məşhurlaşır,  hakimiyyətə yiyələnir və s. Qərb dermokratiyası da,  Şərq despotizmi də müəyyən “qanunlar” çərçivəsində “məqsədin vasitəyə haqq qazandırdığı” bu cür simasız mübarizə yolunu qəbul edir, ancaq İslam bunu tamamilə rədd edir...

 

***

 

Haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə isə ilk növbədə özümüzdən başlamalıyıq. Öncə öz daxilimizdəki şəri, şeytani qüvvəni susduraraq Allah yolu ilə getməyə çalışmalıyıq ki, sonra cəmiyyət, ölkə və dünyadakı iblisanə güclərə qarşı savaş açaq...

 

***

 

Öncə öz nəfsimizə qalib gəlməliyik ki, bizdən var-dövlət, vəzifə baxımından güclü olanların qarşısında gözükölgəli olmayaq. Bu da Allahın buyruqlarına, əmrlərinə zidd əməl və nemətlərdən mümkün  qədər uzaq durmaqdan başlayır. Məsələn, bilirsən ki, Yaradanımız sələmi, faizi haram buyurub. İfrat ehtiyacın olmadığı təqdirdə sələmə, kreditə pul götürmə ki, əvvəla, oliqarx sələmçilər sənin hesabına daha da varlanıb harınlamasın, həm də sabah faizlə borclu qalıb həmin oliqarxların banklarının qarşısında, məhkəmələrdə boyun bükməyəsən... Və yaxud haram araqdan içib niyə maşınla qəza törədirsən  və ya küçədən keçən birinə kəllə atırsan ki, polisə, prokurora düşəsən?..

 

***

 

Cəmiyyəti dəyişmək üçün ilk növbədə özünü dəyişməlisən. Və Allah-Təala Qurani-Kərimdə(Rədd surəsi, 11-ci ayə) əbəs yerə buyurmur ki, bir cəmiyyət özü-özünü dəyişməyincə Allah da onu dəyişməz... 

 

***

 

Əgər biz özümüz günah içindəyiksə və  haram əməllərə həvəslə davam ediriksə, zülmkarlara qarşı apardığımız mübarizə müsbət nəticə verməyəcək. Əgər azadlıq mübarizəsinin başında özgə şər qüvvələrlə şərik olan bir qatı günahkar dayanırsa, bu, mübarizənin yekunu bir günahkarın yerinə başqa bir günahkarın, bir zülmkarın yerinə  digər bir zülmkarın gəlməsi ilə nəticələnəcək...

 

***

 

Mövcud durumuna, iqtisadi, maddi vəziyyətinə şükür etməlisən, fəqət həmin durumu halal, dürüst yollarla daha da yaxşılaşdırmaq üçün, sənin halal yaşayışına əngəl  olanlara, sənin halal haqqını tapdayanlara qarşı daim mübarizə aparmalısan... Biri hər hansı bir sənəd üçün səndən rüşvət istəyirsə, onu qanunla susdur. Əgər işini vaxtlı-vaxtında, keyfiyyətlə görürsənsə, amma müdirin, rəisin maaş alanda səndən “yuxarılara vermək” üçün “haqq” tələb edirsə, sən də öz haqqını tələb elə...

 

***

 

Əgər maaşın dolanışığın üçün kifayət etmirsə, digər həmkarlarınla birləşib müvafiq instansiyalar qarşısında qanuni şəkildə tələblərini qoy, müraciət yaz, teleqram vur. Yoxsa bunun əvəzində  müdirinə rüşvət verib özünə dolayı yollarla saxta gəlir-filan yazdıracaqsansa, elə sən də oldun həmin rüşvətxor müdirin və ondan yuxarıdakı korrupsionerlərin tayı... Və bu halda sən heç kəslə açıq, cəsarətlə mübarizə apara bilməyəcəksən...

 

***

 

Biz kiçik hesab etdiyimiz günah və cinayətlərimizlə korrupsioner, sələmçi oliqarxiyanı qidalandırırıq, yemləyirik...

 

***

 

Korrupsioner şəbəkələr daim  mövcud qanunları cüzi əmək haqlarına müvafiq elə tənzimləməyə çalışır ki, vətəndaşlar həmin maaşlarla  dolana bilməmək ucbatından məcbur olub həm  müdirdən, direktordan, rəisdən tutmuş nazirədək yuxarıları rüşvətlə təmin etsinlər, həm də özləri qanunları pozaraq cüzi də olsa, əlavə gəlirlər əldə etdiklərinə görə hökumət qarşısında gözükölgəli qalsınlar. Bunu “isbatlamaq” üçün isə vaxtaşırı yoxlamalar-filan keçirilir və çox vaxt adi fəhlə, müəllim, həkimin də “korrupsiya ilə məşğul olduğu” aşkarlanır... Bir sözlə, korrupsionerlər vətəndaşlara dolayısıyla deyir ki, siz hamınız bizimlə “şəriksiniz”, hamınız “cinayətkar”sınız- səsinizi çıxarmayın...

Odur ki, hər kəs nəfsini saxlayıb, aza qane olaraq fədakarlıq etməklə qanunsuz işlərə qol qoymamalı və bunun əvəzində cəsarətlə haqlarını tələb etməlidir...

 

***

 

Nə qədər ki, əksəriyyət “əlində fürsət varkən sən də qaz vur-qazan doldur” əqidəsi ilə yaşayacaq, rüşvət verib “bir babat vəzifəyə gedib, oradan da pillə-pillə yüksəlməyə(?)” çalışacaq, korrupsioner şəbəkələr nəinki yıxılacaq, daha da güclənəcək... Çünki həmin əksəriyyət korrupsioner məmurları söysə də, qəlbinin dərinliyində nəfsinin, Şeytanın təlqin etdiyi “kaş ki, mən də onların yerində olub yeyib-dağıdaydım, özümə, övladlarıma, qohum-əqrəbama villalar tikdirəydim...” fikrinə təslim olur... 

 

***

 

Nisbətən sabit  hər hansı müsəlman ölkəsində on illərlə taladıqlarının əllərindən çıxmasından ehtiyat edən  korrupsioner oliqarx şəbəkəsi tərəfindən məzlum kütlələrin arasına belə bir düşüncə də təlqin edilir: “Görmürsüz, Suriya, Yəmən, Liviya, Əfqanıstan nə gündədir, gərək  bizi də onların gününə salalar, şükür edin, oturun yerinizdə...”

 

***

 

Bəli, şükür etməliyik ki, ölkəmizdə Suriya kimi vətəndaş müharibəsi getmir, başımıza bombalar yağmır, ailəmizi, övladlarınızı itirmirik, qaçqın düşmürük.  Ancaq ölkədəki sabitlik kimlərəsə haqq vermir ki, yeraltı-yerüstü sərvətlərimizi istədikləri kimi talasın, milyardları sağa-sola dağıtsınlar, məmurlar, bölgə başçıları özbaşınalıq etsin, məhkəmələr, hüquq-mühafizə orqanları haqqımızı tapdalasın və biz də bütün bunlara şükür edək, susaq, dözək.  Deyək ki, “buna da şükür” və sonsuzadək səbir edək...

 

***

 

Əgər dövlət başçısı özü  illərdir, dəfələrlə deyirsə ki, ay vətəndaşlar, korrupsiyaya qarşı, məmur özbaşınalığına qarşı mübarizədə  bizə dəstək olun, biz niyə sakit dayanmalı, rüşvətxorluğunu gözümüzlə gördüyümüz müdirə, direktora, başçıya, nazirə və s. boyun əyməli, onlardan haqqımızı tələb etmək əvəzinə onlara “haqq” verməliyik? İstəmirsiz, ölkədə korrupsuya, rüşvətxorluq maksimum azalsın, qiymətlər ensin, maaşlar maksimum qalxsın, firavanlıq olsun? İstəyirsizsə, onda gəlin, sabahdan hər birimiz vətəndaş olaraq prinsipial, qətiyyətli olaq, heç kəsdən heç nə almayaq, heç kəsə də heç nə verməyək. Müdirdən, direktordan, rəisdən haqqımızı tələb edək. Birinin bir haram, cinayət işini görən kimi “qaynar xəttə” zəng edək, Prezidentə şikayət yazaq və məqsədimizə çatmayınca əl çəkməyək, geri şəkilməyək. Bu şərtlə ki, özümüz fırıldaq, dələduz, əliəyri, rüşvətxor olmayaq, söydüyümüz, şikayət etdiyimiz  başçının, nazirin yerinə keçməyə çalışmayaq... Əlimizdə olana, ehtiyacımızı ödəyəcək aza qane olaq və lüzumsuz yerə banklardan kredit götürüb harınlamışları daha da harınlatmayaq. Bunları etsək, onda görün, ölkədə barmaqla sayılası rüşvətxor, korrupsioner qalır, yoxsa yox...

Əks halda, bir qarın çörək, bir balaca kürsü üçün hərəmiz bir yana çəkilib milçəyimizi qoruyaraq “haqqımızı” alıb-verib, insani haqqımızdan əl çəkib oliqarxiyanın “damarlarını” qidalandıracağıqsa, korrupsiya da davam edəcək, özbaşınalıq da...

 

***

 

Allah-Təala əbəs yerə buyurmur: “Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!”(Qurani-Kərim, Əl-Maidə surəsi, 45-ci ayə).

 

Sultan Laçın 

Oxşar xəbərlər
16:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR