Xəbər lenti
20/03/2019 [00:12]:
Bu gün Azərbaycanda Novruz bayramıdır
19/03/2019 [23:19]:
Nazarbayev Putinlə istefasını müzakirə etdi
19/03/2019 [23:13]:
İranda göyərtəsində 50 nəfərin olduğu təyyarə yandı
19/03/2019 [22:14]:
Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirildi
19/03/2019 [21:57]:
Paşinyanın arvadı Azərbaycan şəhərində  əri ilə sərbəst çəkdirdiyi fotoları paylaşdı…
19/03/2019 [21:56]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında bayram şənliyi keçirildi
19/03/2019 [21:38]:
İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19/03/2019 [21:31]:
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi -FOTOLAR
19/03/2019 [21:30]:
1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19/03/2019 [21:28]:
Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19/03/2019 [21:21]:
Livan şirkəti separatçı rejimlə Kəlbəcərdə  “Sidney” şəhərciyi tikmək üçün müqavilə bağladı- FOTOLAR
19/03/2019 [21:02]:
Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?
19/03/2019 [20:54]:
Paşinyan: "Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır"
19/03/2019 [20:44]:
Qıpçaq bəyinin sultan nəvəsinin gedişi – Nazarbayev hər kəsi mat qoydu
19/03/2019 [20:25]:
Nazir bayramı sığınacaqdakı uşaqlarla qeyd etdi - FOTO
19/03/2019 [19:25]:
Prezident və xanımı bayram şənliyində - Fotolar
19/03/2019 [19:18]:
Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
19/03/2019 [19:11]:
Qazaxıstanda prezident səlahiyyətlərini icra edəcək şəxs martın 20-də and içəcək
19/03/2019 [19:10]:
Azərbaycanda mart ayı üzrə bütün sosial müavinət və təqaüdlər ödənilib
19/03/2019 [18:55]:
“Azərxalça”nın filiallarında Novruz bayramı qeyd olundu -FOTOLAR
19/03/2019 [18:52]:
"Atası yaşda kişiylə eşq yaşamamalıdır" - Aysel Xoşqədəmi məhkəməyə verib
19/03/2019 [18:49]:
“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE
19/03/2019 [18:42]:
Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19/03/2019 [18:29]:
110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19/03/2019 [18:28]:
Haqqı danmaq olmaz... -Buxarestdə bəyannamə qəbul edildi
19/03/2019 [18:23]:
Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19/03/2019 [18:11]:
Saday Şəkərlinin beş cildliyi işıq üzü gördü...
19/03/2019 [18:02]:
“Qadından və şəkərli qidalardan uzaq dur...” -Tolstoyun özünə qoyduğu on qadağa...
19/03/2019 [17:47]:
Nursultan Nazarbayev istefa verdi
19/03/2019 [17:46]:
Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19/03/2019 [17:45]:
ABŞ Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışladı
19/03/2019 [17:39]:
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirildi -FOTOLAR
19/03/2019 [17:38]:
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artdı
19/03/2019 [17:05]:
Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzaladı
19/03/2019 [17:01]:
Saakaşvilinin lideri olduğu partiyaya yeni sədr seçiləcək - Qarşıdakı qurultayda
19/03/2019 [16:57]:
Naxçıvanda 7 məhkum əfv edildi - FOTO
19/03/2019 [16:41]:
Rəcəb Tayyib Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"
19/03/2019 [16:24]:
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
19/03/2019 [16:23]:
“Laçın torpağında son Çərşənbə tonqalını o gün qaladıq...”
19/03/2019 [16:21]:
"Ümimiyyətlə Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik qapadılmalıdır"
19/03/2019 [16:14]:
Nazir: "Təqaüd və əmək haqları ilə bağlı artımlar inqilabi addımlardır"
19/03/2019 [16:02]:
74 güllə yarası aldı, amma sağ qaldı - İnanılmaz
19/03/2019 [16:01]:
Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub
19/03/2019 [15:57]:
YAP-ın sədr müavini: "Əli İnsanovun azadlığa buraxılması üçün heç bir tərəfdən nə xahiş, nə də istək olub"
19/03/2019 [15:53]:
"Prezident tərəfindən Əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq"
19/03/2019 [15:48]:
Şəkinin su və kanalizasiya sistemi yenilənir
19/03/2019 [15:13]:
Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib
19/03/2019 [15:04]:
Universitet tələbəsindən Siyavuş Novruzova diabetli xəstələrlə bağlı MÜRACİƏT...
19/03/2019 [14:56]:
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
19/03/2019 [14:51]:
“Şəhid ailələrinə göstərilən qayğının qayəsi budur: Heç kim və heç nə unudulmur!”
19/03/2019 [14:44]:
BSU-da “Xonça müsabiqəsi” keçirildi
19/03/2019 [14:43]:
İsmayıllıda toxucular üçün tədris-hazırlıq kurslarına başlanılıb -FOTOLAR
19/03/2019 [14:39]:
“Novruz bayramı”nın acı bir xatirəsi...
19/03/2019 [14:36]:
Prezident Xalq artistinə mənzil bağışladı
19/03/2019 [14:34]:
Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi - FOTO
19/03/2019 [14:34]:
Keçmiş döyüşçüdən prezidentə müraciət: "28 illik hərbi xidmətimdən sonra..."
19/03/2019 [14:30]:
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!
19/03/2019 [14:26]:
Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı
19/03/2019 [14:19]:
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi – General açılışda - FOTO
19/03/2019 [14:08]:
Mübariz Qurbanlı: "Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır”
19/03/2019 [14:06]:
"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır”
19/03/2019 [14:00]:
Hikmət Hacıyev Almaniyada Qarabağı müzakirə edib
19/03/2019 [14:00]:
Rövşən Rzayev vətəndaşları dinlədi
19/03/2019 [13:56]:
Türk Cümhuriyyətlərinin mənəvi paytaxtı növbəti sınaq qarşısında...
19/03/2019 [13:55]:
Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19/03/2019 [13:54]:
Bakıda ahıl qadınları soyan şəxs saxlanıldı
19/03/2019 [13:48]:
Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi
19/03/2019 [13:44]:
“Azərbaycan “çəhrayı taun”a qarşı mübarizəyə böyük töhfələr verib”
19/03/2019 [13:43]:
Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib
19/03/2019 [13:39]:
İlham Əliyev kürü oğurlayan səfiri geri çağırdı!
19/03/2019 [13:39]:
“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - FOTO
19/03/2019 [13:38]:
“Qarabağı vilayət kimi  təcili Ermənistana birləşdirmək lazımdır!..”- Erməni təşvişi?!.
19/03/2019 [13:33]:
Aqil Camal Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək
19/03/2019 [13:29]:
Əfran İsmayılov əməliyyat olundu - FOTO
19/03/2019 [13:21]:
Ramil Usubov bu rayona yeni rəis müavini təyin etdi
19/03/2019 [13:14]:
Əli Həsənov: "Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır"
19/03/2019 [13:08]:
Bayram günü yağış yağacaq - PROQNOZ
19/03/2019 [13:04]:
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - Elçin Quliyev açılışda - FOTO
19/03/2019 [13:03]:
Ağstafa sakini Bakıda yeniyetmə qızı döyüb
19/03/2019 [12:49]:
Kitab oxuyan insanlar daha uzunömürlü olurlar - Araşdırma...
Bütün arxiv bir sırada
08/03/2019 [16:12] - Mədəniyyət - ( 9895 dəfə baxılıb)

Həbsxanadan keçən ömür yolu - Rasim Balayevin həyat hekayəsi...



Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki,  yerindədir.  İndi söhbət açacağım şəxs də istedadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər... 

Bir az əvvələ qayıdacağam, daha doğrusu keçmişə, Sovet dönəminə. O vaxta ki, insanlar əmək sahəsində böyük uğurlar qazanırdılar və onların əməyi  qiymətləndirilirdi.  Bu başqa söhbətdir ki, onlara verilən stimul yazıqların işlədiklərindən ikiqat artıq çalışmaları üçün hesablanırdı.  

Ağsuda bir qız vardı. Gəncəcik qız əlləri ilə o qədər pambıq yığırdı ki, heç kombayn bu nəticəni verə bilmirdi. Zümrüd adlı bu qız  o vaxtın pambıq qəhrəmanı idi – staxanovçu.  Bu Staxanov şaxtaçı olub, əmək sahəsində elə bir rekord əldə edib ki, onun rekorduna yaxınlaşan adama onun adı ilə staxanovçu deyirlərmiş. 

Zümrüd staxanovçu olandan sonra partiya işçisi olan Əhmədlə talelərini birləşdirir, həyat yollarında birgə addımlamağa başlayırlar. Amma Zümrüd daha pambıq yığmır. Əvəzində dünyaya səkkiz övlad gətirir - üç qız, beş oğlan. Bu sahədə də,  maşallah, staxanovçu olur.

Məktəbə tez gedib, onu gec başa vurdu 
 

Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri idi,  hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki,  5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda getməli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı olması işə yarayır bu yerdə.  

“Mənim üçün 1-ci sinif çox maraqsız keçdi. Onlar hərfləri, rəqəmləri öyrənirdilər hələ, mən bunları çoxdan bilirdim,  üzündən sərbəst oxuyurdum”.  

Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün təhsil ili 11 il oldu. Tərs kimi, adam bir il irəli düşmək istədi, amma elə həmyaşıdları ilə eyni ildə qurtardı məktəbi, çünki növbəti il məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi.  

Məktəb illərində ədəbiyyat müəlliməsi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim: 

“Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”. 

Bir də Rac Kapurun o vaxt bütün Sovetlərə yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı. 

Bir gün xəbər yayıldı ki, Ağsuda “Uzaq sahillərdə” filmi çəkilir: “10 yaşım vardı. Ağsu aşırımında filmin müəyyən kadrları çəkiləndə mən də tamaşa edirdim. Nodar Şaşıqoğlunu çox sevirdim, ürəyim atlanırdı ki, görəsən mən də belə aktyor ola bilərəmmi? Taleyin işinə bax ki, Kino İttifaqın katibi kimi onu öz kabinetimdə qəbul etdim, oturub söhbətləşdik”.


Ana əllərinin nəvazişi üçün getdi,  həbsə düşdü 
 

 Artıq orta məktəbin son siniflərində Rasim sənətini seçmişdi. Dostu Səməndər Rzayevin institutdan kəsilmiş, qayıdıb məktəbdə dram dərnəyi yaratmışdı. Bu, Rasimin arzusunu reallaşdırmağa bir az da təkan oldu. 

Növbəti il ikisi də Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olundular. Nabat müəllimə də onun bu seçimindən və uğurundan çox məmnun qaldı. Ailə də bu addıma zidd getmədi.   

Ümumiyyətlə, rayon Partiya Komitəsində məsul vəzifədə çalışan atanın oğlu çətinlik görməmişdi, atdığı addımlar da həmişə uğurla nəticələnmişdi. Gəncin gözü ayağının altını görmürdü, elə bilirdi ki, elə həyat belədir, hər şey asanlıqla başa gəlir, istədiyin hər şeyi edə bilərsən. 

Üçüncü kursda oxuyurdu, möhkəm soyuqlamışdı, qış sessiyası öncəsi rayona gedir ki, anası onu sağaltsın. Neçə ay idi rayona getməmişdi, anasının nəvazişli əlləri ona dəyən kimi sağalacağına əmin idi, amma soyuqlama keçmək bilmədi. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollandılar.  

 Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir. 

“100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir”. 

Rasimi həbsxanadan çıxartmaq elə də asan başa gəlmir. Atası vəzifədə olsa da xış kötüyə ilişmişdi. Dostu ilə birləşib döydükləri gənc o vaxtkı baş prokuror Qambay Məmmədovun qohumu imiş.   

Sevdiyi əmi qızı ilə... 
 

100 günlük həbsxana həyatından sonra Rasimə məhkəmənin qərarı ilə bir il şərti iş verilir.    

Bu vaxt ərzində onun kurs yoldaşları artıq semestr imtahanlarını vermişdilər. Tələbə yoldaşları yığışıb Teatr İnstitutunun rektoru Rahib Hüseynovun yanına xahişə getdilər.   

“O vaxt beş-altı uşaq götürürdülər kursa və onları yaxşı yetişdirirdilər. İndiki kimi konveyer üsulu ilə aktyor buraxmırdılar. Rahib müəllim kurs işlərimi görüb bəyənmişdi. Dedi, səni ona görə kursa bərpa eləyirəm ki, yaxşı bir aktyoru gələcək mədəniyyətimizdən qopartmayım, amma bir də elə bir hərəkətin olsa heç nəyi nəzərə almayacam”. 

Rasimi öz kursuna bərpa edirlər, şərti işin də vaxtı bitir, tələbəlik həyatının da. Rasim institutdan uzaqlaşmır, elə tədris teatrında işə başlayır, bundan başqa institutda dərs də deyir. 

İlk baxışdan həyat öz axarına düşmüşdü, Rasim ailə qurmuşdu, sevdiyi əmisi qızı ilə evlənmişdi, işləyirdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar, atasının əli də üstlərində idi.   

Bir gün Rasim qayğıkeş atanın ölüm xəbərini aldı. Bu qəfil ölüm onu çox sarsıtdı. Həmin il oğlu Ülvinin dünyaya gəlişi onu qismən bu sarsıntıdan çıxara bildi. Amma həyat rahat deyildi daha, kirayədə yaşamaq, ailənin böyüməsi, məvacibin azlığı…  Bir tərəfdən də dəvət aldığı bütün sınaqlar uğursuz nəticələnir, az qala təsdiq olunduğu rola belə sonda başqasını çəkirlər. 

“Bu nə işdir belə, əgər belə istedadsız idimsə niyə Müxlis Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi, niyə Rahib Hüseynov məni instituta bərpa etdi? Yox əgər bacarıramsa niyə bacarıqsız kimi kənarda qalıram ? “- kimi suallar ona rahatlıq vermirdi. Ondan bacarıqda geridə olan uşaqlar çəkilirdilər filmlərə, teatrların qapısı üzlərinə açılırdı, amma Rasim üçün bütün qapılar birdən bağlanmışdı elə bil.     

1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız “R” hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Belə xəstələr adətən həyatlarında yaxşılığa doğru əsaslı dönüş olarsa həyata qayıdırlar. 

Bu o dövr idi ki, İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi axtarırdılar.  Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orda müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır. 

1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir-onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim  sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır.

 

Nəsiminin dərisi soyulanda o, öz əlinə  mismar pərçimləyirdi

 


Film Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovetlər Birliyində məşhur idi -  Rasim Balayev kimi. 

Filmin rejissoru Həsən Seyidbəyli deyirmiş: “Hamı məni qınadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas edərsən, riskə getmə. Getdim, amma inandım ki, bu risk deyil, bu gənc çox istedadlıdır, mənə onda öz istedad və bacarığına inam yaratmaq qalırdı ki, o, Nəsimiləşsin”.

Nabat müəllimənin ona əruzu gözəl öyrətməsi, qiraəti sevməsi də Rasimin köməyinə çatmışdı, hər məşqdən, çəkilişdən sonra Rasimin özünə inamı daha da artırdı, bütün vücudu ilə Nəsimi ola bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da. 

Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır.  Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş. Bəlkə heç sonralar da. 

Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat aldı.

 Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə aldı. 

O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı. 

Ardıcıl 70 filmdə sanballı rollara çəkildi. Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda. 

Onu yalnız müsbət qəhrəman kimi sevmədik, həm də cəmiyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə canlandırdı, məsələn elə “Həm ticarət, həm ziyarət” filmindəki obrazı ilə. İnanıram ki, o obraza tamaşaçı Babəki, Nəsimini, Beyrəyi sevdiyi qədər nifrət edirdi.   

Daha rollarını sadalamayacağam, kinoşünas deyiləm, həm də o rolları hamımız görmüşük, məndən eşitməyiniz yenilik olmayacaq. 

Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq Artisti idi. 

Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır.  Yaxud “Qatır Məmməd” filmində  Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.  

Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: 

“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”. 

Biz ondan umaq ki, nə qədər damarında qan, canında can var, gözəl obrazlar yaratsın və bunun üçün ona şərait yaradılsın. Yoxsa xalqın sevimli, xalqı öz arxasınca aparmağa qadir sənətkarını məqsədli şəkildə gözdən salmayaq. Kinonun daha bir peşəkar aktyorunu xatırladım – Həsən Məmmədovu. O, da belə bir tale yaşadı, çox sevildi, ömrünün sonlarında isə məhrumiyyətlər ucbatından hakim partiyaya sığınmalı oldu və bəziləri buna görə onu qınadı.   

“Mən Qazandan dönmərəm, istər məni, iki parça et”-deyən Beyrək,  “Mən sizinləyəm, insanlar” deyən sərkərdə Babək deyil Rasim Balayev, “ədalətli olmağa, hamıya kömək etməyə  çalışan, yalana, ikiüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən”  bir sənətkardır sadəcə. Dostların əhatəsində pəsdən səslə oxumağı var, xüsusən onun ifasında “Arxadan zərbə” filmində zümzümə etdiyi mahnı çox gözəl alınır.  Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb, bəstələnmiş mahnı ifa edib. 

Gözəl qəzəl deməyini, Alim Qasımovla duetini bir neçə dəfə görmüşük. 

Kiminsə siyasi oyununda piyada olacaq qədər sadəlövh deyil, amma sadə adamdır.

Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır təbiəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir. 

Son illər çəkildiyi  “Sübhün səfiri” filminin çəkilişlərində bir daha əmin oldum ki, Rasim Balayev çox peşəkar kino aktyordur. Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi qalacaq. 

Çəkilmədiyi rollar isə onu gözləyir, qabaqdadır hələ.   

Bu gün onun həyatında daha bir qara zolaq keçir, lap 70-ci illərin əvvəlində olduğu kimi. Yenə Rasim Balayev depressiyadadır. Günlərlə evə qapanır, içki ilə əsəblərini sakitləşdirməyə çalışır. Dostları, heç Alim Qasımov belə Nəsimi qəzəllərindən zövq almaq üçün çağırdığı məclislərə onu apara bilmir.   

İki dəfə yıxılıb, birində ayağı, ikincisində qolu qırılıb. Hərəsində bir-iki ay gipsdə və müalicələrdə olub. Ayağının baş barmağının ustufca yerə toxunmasından başına gəlməyən oyun qalmadı, barmaq kəsilməsinə qədər gəlib çıxdı, onu da şükür atlatdı. Şəkəri var. Bu yaxınlarda mədəsindəki daxili qanaxmadan hemoqlobini 30-a düşüb. Məlum olub ki, mədəsində xora əmələ gəlib. 

Bütün bunların hamısı stress və əsəb gərginliyinin nəticəsidir.  

“İttifaqdan istefa verməyimi çox ağır yaşadım. Heç nə ilə təsəlli tapa bilmirdim. Özümü artıq yararsız hiss edirdim. Bəlkə də səhhətimdə problemlər yaranmasaydı, o dərd məni öldürərdi, elə bil başım qarışdı səhhətimə, canımın hayına qaldım və zaman keçdi”. 

Mən şəxsən Rasim Balayevi yalan, riyakar sifətdə görmədim. İstər zarafatla, istər ciddi-ciddi nə dedisə, düz dediyini gördüm. 

Nə yazıq ki, qəribə bir şakərimiz var. Birinin üstündən dərhal xətt çəkməyə hazırıq- şəxsiyyətsiz, simasız damğası da vururuqheç ağlımıza da gəlmir ki, o xətt çəkdiyimiz qələmi əlimizin üstündən başqa əl tutur, çəkdirir bizə xətti öz bildiyi istiqamətdə. 

Rasim Balayev bu gün aşağı düşmüş qanın, hemoqlobinin və mədə xorasının müalicəsi ilə məşğuldur.  Hemoqlobini qaldırmaq üçün ürəyi istədiyi kimi qidalanmağa mədəsindəki yara imkan vermir, ona görə də iynə-dərmanla müalicə alır, antibiotiklərsə orqanizmi həm də zəif salır. 

Bu tale və yaşam mücadiləsində sənətkarımızın arxasında, yanında olaq, ayağının altında başı aşağı vəziyyətdə quyu qazan halda yox. Ondan tezliklə sağalıb kinomuza qayıtmasından başqa heç nə tələb etməyək.  Bu ona ən böyük köməyimiz olar.


Ramilə Qurbanlı,
“33 pərdəli dram”

(modern.az)

Saday Şəkərlinin beş cildliyi işıq üzü gördü...
74 güllə yarası aldı, amma sağ qaldı - İnanılmaz
Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
“Dünyanı bu həqiqətə inandırmaq üçün xarici ekspertlərlə birgə iş aparmalıyıq”
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Qadından və şəkərli qidalardan uzaq dur...” -Tolstoyun özünə qoyduğu on qadağa...
Dünya
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Araşdırma
Kitab oxuyan insanlar daha uzunömürlü olurlar - Araşdırma...
Cəmiyyət
Kitab oxumaq üçün kənddə qoyun saxlayan qadın - İBRƏTAMİZ...
Araşdırma
Kənd yumurtasını digər yumurtalardan necə ayırd edək? - Araşdırma...
Həftənin ən çox oxunanları
"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə