Xəbər lenti
19/03/2019 [01:18]:
"Elmi sahədə islahatlara çoxdan ehtiyac var, elmimizi qocaldanlar elmdən getməlidir"
19/03/2019 [01:10]:
Göygöldə və Gəncədə "Dədə Şəmşir: Saz-söz bayramı" keçirildi - FOTOLAR
19/03/2019 [00:41]:
Putin hələ bu cür açıq zarafat etməmişdi: Təxribatçı dəvət...
19/03/2019 [00:39]:
Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü
18/03/2019 [23:45]:
“Borçalı Cəmiyyəti”nin Şahmat turniri yekunlaşdı - FOTOLAR
18/03/2019 [23:23]:
Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
18/03/2019 [23:09]:
Hollandiyada insanlara atəş açmaqda şübhəli bilinən şəxs şaxlanıldı - FOTO
18/03/2019 [23:06]:
“Dünyanı bu həqiqətə inandırmaq üçün xarici ekspertlərlə birgə iş aparmalıyıq”
18/03/2019 [23:06]:
Erməni polis cəbhədə qulluq etməmək üçün özünü güllələdi
18/03/2019 [22:52]:
“Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz”
18/03/2019 [22:24]:
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
18/03/2019 [22:16]:
UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18/03/2019 [21:51]:
12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı -FOTOLAR
18/03/2019 [21:44]:
Gürcüstanlı deputatlar əlbəyaxa dava etdilər - VİDEO
18/03/2019 [21:42]:
Parisin son iğtişaşlardan sonrakı görüntüləri - FOTO
18/03/2019 [21:33]:
Salyan Rayon Mərkəzi Xəstəxanasının təmirinə pul ayrıldı - SƏRƏNCAM
18/03/2019 [21:06]:
50 il əvvəl ölən qoç "ata" oldu - MARAQLI
18/03/2019 [20:42]:
İnsan oğlunun son qurbanı: Mədəsindən 40 kiloqram plastik tullantı çıxdı...
18/03/2019 [20:41]:
Ruhani ABŞ-ı beynəlxalq məhkəməyə verir
18/03/2019 [20:28]:
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
18/03/2019 [20:23]:
“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirir...” - Əli Həsənov
18/03/2019 [20:02]:
Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18/03/2019 [19:43]:
Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18/03/2019 [19:14]:
Mədət Quliyev oğlunun klip təqdimatında -FOTOLAR
18/03/2019 [19:10]:
İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18/03/2019 [19:04]:
Şəkidə 22 yaşlı oğlan itkin düşüb
18/03/2019 [18:58]:
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib
18/03/2019 [18:39]:
Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır
18/03/2019 [18:37]:
İki ayda büdcə gəlirləri 3 milyarddan çox olub
18/03/2019 [18:34]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - Yarım milyon mənimsəmədə ittiham edilir
18/03/2019 [18:28]:
Vasif Talıbovdan icbari tibbi sığorta ilə bağlı - Fərman
18/03/2019 [18:25]:
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18/03/2019 [18:01]:
“Bazarstore”da prezervativ satılır – FOTOLAR
18/03/2019 [17:59]:
Cocuq Mərcanlının əkin sahələrində gərgin iş gedir
18/03/2019 [17:56]:
Körpünün altı taksi dayanacağına çevrilib – DYP və Nəqliyyat Agentliyi xəbərsizdir? - FOTOLAR
18/03/2019 [17:48]:
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
18/03/2019 [17:45]:
Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
18/03/2019 [17:42]:
ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib
18/03/2019 [17:37]:
İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
18/03/2019 [17:33]:
Novruz şənliklərilə əlaqədar sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18/03/2019 [17:33]:
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
18/03/2019 [17:25]:
ABŞ Slovakiyada hərbi baza yaratmayacaq
18/03/2019 [17:22]:
Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub
18/03/2019 [17:21]:
Jurnalist Anar Məmmədova hökm oxunub
18/03/2019 [17:20]:
Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"
18/03/2019 [17:20]:
Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlandı -FOTOLAR
18/03/2019 [17:18]:
“Seriallar insanı xəyanətə sürükləyə bilər, amma hər kəsi yox!”
18/03/2019 [17:15]:
Bu gündən yenilənmiş 10 manatlıq dövriyyəyə buraxılır -FOTOLAR
18/03/2019 [17:09]:
Avtobus elə bir şou göstərdi ki... Özü də Bakının mərkəzində!
18/03/2019 [17:04]:
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18/03/2019 [17:03]:
“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!” - Fəzail Ağamalı
18/03/2019 [16:58]:
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18/03/2019 [16:55]:
Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
18/03/2019 [16:49]:
Lukaşenko Türkiyəyə səfər edəcək
18/03/2019 [16:48]:
Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB
18/03/2019 [16:47]:
Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”
18/03/2019 [16:46]:
“Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur
18/03/2019 [16:45]:
Nazir: "Venesuela neft satmaq üçün yeni yollar axtarır"
18/03/2019 [16:42]:
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
18/03/2019 [16:41]:
Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı -FOTOLAR
18/03/2019 [16:30]:
Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
18/03/2019 [16:28]:
“Bakcell”dən gənclərin məşğulluğuna növbəti töhfə
18/03/2019 [16:25]:
"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi
18/03/2019 [16:22]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [16:05]:
Deputat 850 seçicisinə bayram sovqatı çatdırdı - FOTOLAR
18/03/2019 [15:47]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [15:43]:
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsildi
18/03/2019 [15:41]:
“Azərbaycanın da səbrinin bir həddi var” - Hikmət Hacıyev
18/03/2019 [15:41]:
Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova
18/03/2019 [15:39]:
Bayram günlərində "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü
18/03/2019 [15:35]:
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
18/03/2019 [15:24]:
“O yerlərdən şəhidlərimizin qanıyla sulanmış torpaq götürdük...” Şəhid əsgərimizin anası...
18/03/2019 [15:05]:
Azərbaycanda 4000 nəfərə “pul atan” dəstə ələ keçdi
18/03/2019 [15:01]:
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
18/03/2019 [14:59]:
Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO
18/03/2019 [14:44]:
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
18/03/2019 [14:27]:
Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım
18/03/2019 [14:25]:
Ombudsman bəyanat yayıb
18/03/2019 [14:23]:
“Bir neçə istedadlı gəncin kitabının çapıyla bağlı müraciət edəcəm...” Qulu Ağsəs...
18/03/2019 [14:22]:
1.25 milyon avroya göyərçin satıldı - İNANILMAZ...
Bütün arxiv bir sırada
09/03/2019 [21:37] - Hadisə - ( 7096 dəfə baxılıb)

"Hadisədən sonra o, nə mənə, nə də ikinci şöbənin rəis müavininə salam vermirdi..."



Milli Qvardiyanın keçmiş komandiri, ehtiyyatda olan polkovnik Əzizağa Süleymanov bir neçə gündən sonra 24 ili tamam olacaq mart hadisələri barədə bu günədək heç bir yerdə getməyən maraqlı məqamları yazaraq Moderator.az-a təqdim edib. Onun xatirələrini olduğu kimi təqdim etməklə yanaşı yazıda adı keçən hər kəsin də mövqeyini də təqdim etməyə hazır olduğumuzu bildiriririk:

Yazının birinci hissəsi bu linkdə: http://www.moderator.az/news/262127.html

"Bu günlər ərzində günün müəyyən vaxtında Baş Mühafizə İdarəsinin rəisi general-mayor Vaqif Axundovun iş otağında gündəlik xidmətlə bağlı müzakirələr aparılırdı. Bu axşam da bu günki hadisə ilə bağlı müzakrəyə başlanmışdı. Baş Mühafizə İdarəsində iki polis şöbəsi mühüm dövlət obyektlərində buraxlış rejimini həyata keçirdirdilər. Birnci şöbəyə baş leytenant Yusif Babayev, ikinci şöbəyə isə kapitan Elxan Hüseynov rəhbərlik edirdi. Milli Məclidə də buraxlış rejiminə ikinci şöbə cavabdeh idi. Idarə rəisi onlara "sizin işlərinizi də Süleymanov görür" deyə irad bildirdi. "Süleymanovun işi çoxdur. O bütün obyektlərin silahlı mühafizəsinə nəzarət edir. Bir dəqiqədə olsun vaxtı yoxdur. Çalışın öz əməkdaşlarnızın işinə özünüz nəzarət edin. Çətinliklə üzləşəndə ona məlumat verin" deyə onlara tapşırıq verirdi. Elxan Hüseynov danışmaq istəyəndə böyründən basmışdım. O da danışmamışdı. Məqamı ötüşdürmək lazım idi. Sonrasına don geydirmək asan idi. Belə də olmuşdu.      
      
Baş vermiş hadisədən sonra Milli Məclis sədrinin köməkçisi İlqar nə mənə, nə də Milli Məclisin mühafizəsinə cavabdeh olan ikinci şöbənin rəis müavini V. Həsənova salam vermirdi. Hiss olunurdu ki, Rəsul Quliyev bizdən sonra köməkçisi İlqarı möhkəm danlayıb.
   
Ölkə daxilində OMON dəstəsi ilə bağlı çiddi siyasi qarşıdurma vəziyəti yaranmışdı. Daxildə təhlükəli bir amilə çevrilən silahlı toquşma, bizə belə düşünməyə əsas verirdi ki, yaranmış siyasi vəziyət belə davam edə bilməz. Həm dövlət tərəfindən həm də OMON dəstəsinin komandirləri tərəfindən bir birlərinə əzələ nümayiş etdirilirdi. Ölkə daxilində bütün güc strukturalarının rəhbərləri özünə məxsus tərzdə məlumat toplayır. Ölkə başçısına xoş gəlsin deyə əldə etdikləri doğru, yalan məlumatların birinci çatdırmaq üçün sanki yarışa çıxmışdılar. Hadisə ilə birbaşa əlaqəsi olmayan orqanların əməkdaşları da öz rəhbərliklərinin göstərişləri ilə bu işlərə cəlb edilmişdilər. İş o yerə gəlib çatmışdı ki, Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanlarının baş mühafizə idarəsinin kəşfiyat əməliyatının nə olduğunu belə anlamayan əməkdaşları da OMON qərargahı ətrafına kəşFiyata göndərİlmişdi. Bu idarənin əməkdaşlarından ikisi OMON qərargahının yanında omonçular tərəfindən əsr götürülmüşdü. Başqa iki nəfər isə qərargahın yaxınlığındakı evlərindən açıq efirdə omonçularla bağlı məlumatları əl rabitəsi vasitəsi ilə idarənin rəisi Vaqif Axundova məruzə edirdilər. Efirdə biz bunu eşidirdik. (Bu əlaqələrə cavabdeh olan Elçibəy hakimiyyəti zamanı bu idarədə çavuş rütbəsində işə götürülən əməkdaşı Mürsəl hal-hazırda General-leytenant rütbəsində Xüsusi Dövlət Mühafizə xidmətinin Analtik informasiya mərkəzinin idarə rəisidir. Tarixçilərə əziyət deyilsə, araşdırsınlar.) Ölkə daxilində eyni tezlikdə olan rabitə əlaqəsinindən bütün güc strukturalarının əməkdaşları istifadə edirdilər. O cümlədən Omonçular da. Ona görə də omonçular tez bir zamanda Baş Mühafizə idarəsinin 4 əməkdaşının dördünü də zərərsizləşdirmişdilər. (onların dördü də bu hadisə ilə bağlı sonrakı illərdə dövlət mükafatına layiq görülüblər.) O zaman efirdə yeganə səsi eşidilməyən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları idi ki, onlar da profesisonal şəkildə rabitədən istifadə edirdilər. Əsl həqiqət bu idi. Bir sözlə, ölkə daxilində ikibaşlı oyun gedirdi. 

Bir yandan Omonçulara rəhbərlik edən daxili işlər nazirinin müavini Rövşən Cavadovu ölkə başçısı Heydər Əliyevin yanına gətirmək istəyirdilər, o biri yandan da eyni adamlar ona "gəlmə, səni tutacaqlar" deyirdilər. Hərənin öz məqsədi var idi. Bütün bu olaylar bizim gözümüzün qabağında baş verirdi. Bir yandan barışıq elan edirdilər, o bir yandan etnik mənşəli Musto ləqəbli tabor komandirinin rəhbərliyi altında Goranboy taborunun döyüşçülərini gətirib Abşeron mehmanxanasında yerləşdirmişdilər. 

Cox maraqlı hal idi ki, hər dəfə ölkə daxilində hakimiyyətlə bağlı siyasi vəziyyət ortaya çıxanda dərhal axrıncı məqamda təyyarə ilə Naxçıvandan silahlı dəstə gətirilirdi. Indi də belə idi. Rəsul Quliyevin göstərişi ilə Naxçıvandan bir dəstə hərbi geyimdə silahlı dəstə gətirilmişdi. Həmin dəstəyə rəhbərlik edən şəxslərin kimliyini Milli Məclisin sədrinin qəbuluna girəndə sənədlərindən müəyyən etmişdim. Bunlar Naxçıvan daxili işlər naziri Mürsəl İsayev, Sərhəd qoşunları Naxçıvan dəstəsinin rəisi Nizaməddin Məmmədov, Nizami rayon polis idarəsinin rəisi Sahib Mirzəyev idi. 14 mart 1995-ci il tarixində isə axşam saatlarında bu şəxslərlə bərabər müdafiə naziri Səfər Əbiyev, müdafiə nazirnin birinci müavini qərargah rəisi Nəcməddin Sadıqov, Həzi Aslanov adına Bakı Ümumqoşun Komandirləri Məktəbinin Rəisi İvan Kovalyov, onun müavini Şair Ramaldanov, 777 saylı alayın komandiri Rövşən Əkbərov, briqada komandiri Eldar Ağayev, alay komandirinin müavini Ələmdar Süleymanov Milli Məclisin sədri Rəsul Qluyevin qəbulunda oldular. Milli Məclisin sədrinin qəbulundan çıxandan sonra müdafiə naziri Səfər Əbiyevin göstərişi əsasında Müdafiə Nazirliyinin mühafizə taborunun iki bölük əsgəri başda tabor komandiri olmaqla Milli Məclisin mühafizəsinə göndərildilər.
  
Şəxsən mən bu barədə idarə rəisi Vaqif Axundova müraciət etmişdim. Balaca bir yerdə bu qədər silahlı hərbi qüvvəni yerləşdirmək ziyandan başqa bir şey deyildi. Ara qızışsaydı döyüş əməliyyatını yerinə yetirmək çətin olacaqdı. Rəis isə susdu. Yaxşı ki, biz hamımız hərbiçi idik. Müdafiə Nazirliyinin mühafizə taborunun komandiri ilə öz aramızda mühafizə bölgüsü aparmışdıq. Bu günlər ərzində bir xoşagəlməz məsələ də ortaya çıxmışdı. Rəsul Quliyevin mühafizəçilərindən biri sədrə məlumat vermişdi ki, Milli Qvardiyanın əsgərlərindən kimsə ona söyləyib ki, Omonçular bura hücum etsə biz Omonçulara güllə atmayacağıq. Rəsul Quliyev dərhal bu məsələ barəsində Vaqif Axundovdan hesabat tələb etmişdi. Vaqif Axundov da məni Rəsul Quliyevin yanına göndərmişdi. Prezidentə də bu məsələ ilə bağlı məlumat verilmişdi. Mühafizə dəstələrinin komandiri olaraq çox ağır bir duruma düşmüşdüm. Lakin qəlbimin dərinliyində əmin idim ki, Qvardiyaçılar belə bir ifadə işlətməzlər. Milli Məclisin sədri Rəsul Quliyev mənə deyəndə ki, o qvardiyaçı kimdir, onu mənim yanıma gətirin. Mən də Rəsul Quliyevə belə bir məlumat verən sədrin mühafizə zabitini götürüb qvardiya döyüşçülərinin yanına gəlmişdim. Bütün şəxsi heyəti sıraya düzüb həmin mühafizə zabitinə demişdim ki, buyur çıxar o qvardiyaçını qabağa. Sədrin mühafizəçisi bir neçə dəfə dəstənin qabağından keçib belə bir adamı sırada duran qvardiyaçılar arasında görə bilməmişdi. Sonra da demişdi ki, yox, o deyəsən əsgər idi. Ona bildirmişdim ki, Milli Qvardiya döyüşçülərinin mühafizəyə cəlb olunan bütün şəxsi heyəti buradadır. Sədrin mühafizəçisi ilə bərabər təzədən Milli Məclisin sədrinin yanına getmişdim. Rəsul Quliyev mühafizəçisindən soruşanda ki, hanı o əsgər? Mühafizəçi bildirdi ki, o, qvardiyaçılardan deyil. Milli Məclisin sədrinin üzünə baxanda hiss olunurdu ki, o həyacanlıdır. Bərk qorxuya düşüb. Nədənsə ehtiyatlanır.
  
Biz də onların özündən eşitmişdik ki, onlar müəyyən ediblər ki, 12 mart tarixində sədir Milli Məclisə işə gələndə Şəhidlər Xiyabani tərəfindən sədri müşayət edən maşın dəstəsinə güllə atan omonçular olub. (qeyd etdiym kimi həmin gün Rəsul Quliyevin anasının hüzr yerində bir qvardiyaçı əsgərin əlindən güllə açılaraq əsgərin özünün ayağına dəymişdi, eşidilən güllə səsi də həmin səs olmuşdu.)  Milli Məclisin sədrinin kabinetindən çıxandan sonra oradan birbaşa dövlət telefonu ilə Baş Mühafizə idarənin rəisi general Vaqif Axundova məlumat vermişdim ki, Sədrin mühafizəçiləri belə bir adamı Milli Qvardiyaçılar sıralarında tapa bilmədilər. Rəis göstəriş vermişdi ki, şəxsi heyəti bir daha  təlimatlandırın, orada - burada artıq - əksik söz - söhbət eləməsinlər.
    
14 mart 1995-ci il tarixində Xüsusi Təyinatlı Polis Dəstəsinin ləğv edilməsi barəsində ölkə başçısının sərancamı var idi. Omonun komandiri daxili işlər nazirnin müavini Rövşən Cavadov da daxili işlər naziri Ramil Usubovun təqdimatı ilə tutduğu vəzifədən azad edilmişdi. Bundan sonra Rövşən Cavadov Omonun qərargahına gedərək ANS telekanalı ilə birbaşa ölkə başçısının ünvanına ultimatum kimi bəyanat vermişdi. Mən döyüş yolu keçmiş kamandir idim. Bilirdim ki, qorxu nə deməkdir. Rəsul Quliyevin bütün ətrafı qorxu içində idi.
   
15 mart tarixində iki "İkarus" avtobusla Bakıda Neftayırma zavodunun fəhlələrini Milli Məclisə gətirib hərbi forma geyindirmişdilər. Bir azdan Müdafiə Nazirliyində səfərbərlik idarəsinə rəhbərlik edən Milli Məclisin sədrinin göstərişi əsasında Müdafiə Nazirliyiyinin yüksək vəzifəli zabitlərindən biri polkovnik Oktay Rəhimzadə xidməti UAZ markalı avtombilində 100 ədəd qısa qundaqlı UZİ avtomatını Milli Məclisə gətirib bura gətrilən fəhlələr arasında paylamışdı. Bəli, deyəsən vəziyyət doğrudan da rusca idi. Aldığmız məlumatlara əsasən Nizami rayonunda Omon qərargahının ətrafına qoşun çıxartmalı idilər. Verilən məlumata əsasən Göranboy rayonundan gətirilən Goranboy taborunun komandiri Musto Omonçuların üstünə getməkdən imtina etmişdi. Bununla da əməliyyat pozulmuşdu. Milli Məclisin sədrini də qorxuya salan bu məlumatın doğruluğu idi. Gündüzdən Rəsul Quliyevə yaxınlığı ilə seçilən bir qrup naxçıvanlı Mahir Cavadovun yaşadığı binaya yaxın olan Qaqarin körpüsünün ətrafındakı  evinə hücum etmək istəyirdilər. Mahir Cavadovun mühafizəsinə cəlb edilən bir omonçu Naxşıvandan gətirilən 50 nəfərdən artıq silahlı dəstəni qabağına qatıb Qaqarin körpüsününə sarı qovmuşdu. Onlar körpünün üstündə hətta bir zirehli döyüş maşınını da atıb qaçmışdılar. Belə həyəcanlı xəbərlər bura gətirilən Neftayırma zavodunun fəhlələrini şoka salmışdı. Əsim-əsim əsirdilər. Qazax, Tovuz və Gəncə bölgəsindən də Omonçularla bağlı ziddiyyətli məlumatlar eşidilirdi. İndi bütün dövlət rəhbərliyində olan vəzifəli şəxslər yalnız Milli Qvardiya döyüşçülərinə arxalanırdılar. Həttda iş o vəziyyətə gəlmişdi ki, bu gündən Milli Məclisin sədri Rəsul Quliyevin mühafizəsinə Milli Qvardiyaçılar cəlb edilmişdi. 15 mart 1995-ci il tarixində Milli Məclisin sədri Rəsul Quliyev axşam saat 18 radələrində Milli Məclisdən çıxmış, geri qayıtmamışdı. Prezident Aparatında Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulovla birlikdə xidməti yoxlayırdıq. Prezident Heydər Əliyev iqamətgahda idi. Milli Qvardiyanın xüsusi təyinatlı bölüyünü komandanla birlikdə təlimatlandırırdıq. Bu zaman mənə rabitə vasitəsi ilə Milli Qvardiyanın mühafizə taborunun Qərargah rəisi Vaqif Mustafayev xəbər vermişdi ki, Milli Məclisin sədri Rəsul Quliyevin göstərişi əsasında 100 nəfər Neftayırma zavodundan gətirib silahlandırdığı fəhlələr silahlarını ataraq qaçdılar. Onların hamısı silahlarını Milli Məclisinin 7-ci mərtəbəsində bir küncə atıblar. Bu barədə yanımda olan Milli Qvardiyanın komandanı polkovnik Tofiq Rəsulova məlumat verdim. Komandan mənə göstəriş vermişdi ki, get silahları götür, Rəsul Bayramoviçə xəbər verək. Yoxsa yenə də bizi təxribatda günahlandıracaqlar. Həmin günü gecə sakit keçmişdi. Azərbaycan respublikasının dövlət televiziyasının mühafizəsini gücləndirməkdən ötrü əlavə olaraq Daxili Qoşunların komandanı General-mayor Ramiz Məmmədovun rəhbərliyi altında bir tabor əsgər gətirilmişdi. Telesudiyanın mühafizəsinə də Milli Qvardiyaçılar nəzarət edirdi. Daxili qoşunların bir tabor əsgərinin bura gətirilməsi barəsində şəxsən general Vaqif Axundov məni xəbərdar etmişdi. Çoxdan idi Daxili qoşunların komandanı General-mayor Ramiz Məmmədovu görməmişdim. Görüşmək üçün əla vaxt idi. Mən generala yaxınlaşanda o maşından düşüb məni qucaqlamışdı. "səninlə maraqlanıram, yanıma niyə gəlmirsən" demişdi. Bir xeyli söhbət etmişdik. General mənimlə, "sən buradasan, arxayın oldum" deyə, görüşüb ayrılmışdı. 
     
16 mart 1995-ci il tarixində səhər tezdən Rəsul Quliyev Milli Məclisə gəlmişdi. O işə gələn kimi dünən bura gətirilən silahlarını atıb qaçan fəhlələr yenidən Mili Məclisin binasına gətirilmişdi. Neftayırma zavodundan yenidən Milli Məclisin inzibati binasının 5-ci mərtəbəsinə gətirilən fəhlələr koridorda sıraya düzülmüşdülər. Rəsul Quliyev də onların qarşısına çıxmışdı. Məni də sədrin yanına çağırmışdılar. Onların dünən atdıqları silahları da ora apartdırmışdım. Rəsul Quliyev "ə, bu silahları niyə atmısınız" deyə onlardan soruşurdu. Onların hamsı bir ağızdan bu silahlardan başımız çıxmır söyləyirdilər. Rəsul Quliyev "ə, köpəy uşağı, əsgərlikdə olmamısınız? Bu silah nədir ki, ondan başınız çımasın?" cavabı vermişdi. Məndən bunları neçə saata döyüşə hazırlaya bilərsən deyə soruşmuşdu. Sədrə demişdim ki, döyüşə yox, silahdan istifadə etmə qaydalarını bir - iki saata öyrədə bilərik. Rəsul Quliyev "onda komandir, bunlarla məşğul olun deyib", kabinetinə keçmişdi. Mən də Qərargah rəisi Vaqif Mustafayevə göstəriş vermişdim ki, bunları qaldır binanın 7-ci mərtəbəsinə, orada silahdan istifadə etmək qaydalarını bunlara başa sal. Vaqif Mustafayev də bir neçə saat ərzində onlara silahdan istifadə etmə qaydalarını başa salmışdı.
    
Bizə dəqiq məlum idi ki, bu gün Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstələri polkovnik Rövşən Əkbərovun və Fəxrədin Qəmbərovun rəhbərliyi altında Omonun qərargahına hücum edəcəklər. Hücum zamanı onlara Ali Hərbi məktəbin yuxarı kurs tələbələri, Məktəbin rəisi general Kovalyovun və Müdafiə Nazirliyinin məsul işçisi polkovnik Vasyukun rəhbərliyi altında köməklik göstərəcəklər. Əvəlcə əməliyyatda Milli Qvardiyanın xüsusi təyinatlı bölüyünün iştirakı da planlaşdırılmışdı. Lakin axır maqamda ölkə başçısı Milli Qvardiya xüsusi təyinatlılarına əməliyyatda iştirak etmələrinə icazə verməmişdi. Hər ehtimala qarşı bu dəstə ehtiyatda saxlanılırdı. Əməliyyata ümumilikdə Milli Məclisin sədri Rəsul Quliyev və müdafiə nazirinin müavini baş qərargah rəisi Nəcməddin Sadıqov rəhbərlik edəcəkdi. Bu məlumat dəqiq idi. Rəsul Quliyevin göstərişi ilə Milli Məclisin mühafizəsinə cəlb olunmuş Neftayırma zavodunun fəhlələrinin bizə hər ehtimala qarşı bəd ayaqda maneə törətməmələri üçün Milli Məclisin 7-ci mərtəbəsindəki kabinetlərində yerləşdirilməsinə göstəriş vermişdim. Müavinim Vaqif Mustafayev qvardiya zabitlərindən birini onların üstündə döyüş komandiri təyin etmişdi. Onsuz da onların olub olmamlarının bizə heç bir xeyri yox idi. Yalnız rəhbərliyin könlü xoş olsun deyə bu tədbirləri görmək məcburiyətində idik. Bizimlə bərabər Müdafiə Nazirliyinin mühafizə taborunun komandiri Milli Məclisin qabağında xidməti maşınında əyləşmişdi...

Ardı var...

Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Putin hələ bu cür açıq zarafat etməmişdi: Təxribatçı dəvət...
Müsahibə
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
Cəmiyyət
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
Dünya
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
Gündəm
“Bunu etsək, hətta Bakıdakı bəzi insanlar da bölgələrə üz tutar”
Həftənin ən çox oxunanları
"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."
Bakirəliyini yapon iş adamına satan azərbaycanlı model elə görüntüsünü paylaşdı ki... FOTO
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə