Xəbər lenti
19/03/2019 [01:18]:
"Elmi sahədə islahatlara çoxdan ehtiyac var, elmimizi qocaldanlar elmdən getməlidir"
19/03/2019 [01:10]:
Göygöldə və Gəncədə "Dədə Şəmşir: Saz-söz bayramı" keçirildi - FOTOLAR
19/03/2019 [00:41]:
Putin hələ bu cür açıq zarafat etməmişdi: Təxribatçı dəvət...
19/03/2019 [00:39]:
Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü
18/03/2019 [23:45]:
“Borçalı Cəmiyyəti”nin Şahmat turniri yekunlaşdı - FOTOLAR
18/03/2019 [23:23]:
Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
18/03/2019 [23:09]:
Hollandiyada insanlara atəş açmaqda şübhəli bilinən şəxs şaxlanıldı - FOTO
18/03/2019 [23:06]:
“Dünyanı bu həqiqətə inandırmaq üçün xarici ekspertlərlə birgə iş aparmalıyıq”
18/03/2019 [23:06]:
Erməni polis cəbhədə qulluq etməmək üçün özünü güllələdi
18/03/2019 [22:52]:
“Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz”
18/03/2019 [22:24]:
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
18/03/2019 [22:16]:
UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18/03/2019 [21:51]:
12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı -FOTOLAR
18/03/2019 [21:44]:
Gürcüstanlı deputatlar əlbəyaxa dava etdilər - VİDEO
18/03/2019 [21:42]:
Parisin son iğtişaşlardan sonrakı görüntüləri - FOTO
18/03/2019 [21:33]:
Salyan Rayon Mərkəzi Xəstəxanasının təmirinə pul ayrıldı - SƏRƏNCAM
18/03/2019 [21:06]:
50 il əvvəl ölən qoç "ata" oldu - MARAQLI
18/03/2019 [20:42]:
İnsan oğlunun son qurbanı: Mədəsindən 40 kiloqram plastik tullantı çıxdı...
18/03/2019 [20:41]:
Ruhani ABŞ-ı beynəlxalq məhkəməyə verir
18/03/2019 [20:28]:
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
18/03/2019 [20:23]:
“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirir...” - Əli Həsənov
18/03/2019 [20:02]:
Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18/03/2019 [19:43]:
Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18/03/2019 [19:14]:
Mədət Quliyev oğlunun klip təqdimatında -FOTOLAR
18/03/2019 [19:10]:
İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18/03/2019 [19:04]:
Şəkidə 22 yaşlı oğlan itkin düşüb
18/03/2019 [18:58]:
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib
18/03/2019 [18:39]:
Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır
18/03/2019 [18:37]:
İki ayda büdcə gəlirləri 3 milyarddan çox olub
18/03/2019 [18:34]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - Yarım milyon mənimsəmədə ittiham edilir
18/03/2019 [18:28]:
Vasif Talıbovdan icbari tibbi sığorta ilə bağlı - Fərman
18/03/2019 [18:25]:
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18/03/2019 [18:01]:
“Bazarstore”da prezervativ satılır – FOTOLAR
18/03/2019 [17:59]:
Cocuq Mərcanlının əkin sahələrində gərgin iş gedir
18/03/2019 [17:56]:
Körpünün altı taksi dayanacağına çevrilib – DYP və Nəqliyyat Agentliyi xəbərsizdir? - FOTOLAR
18/03/2019 [17:48]:
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
18/03/2019 [17:45]:
Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
18/03/2019 [17:42]:
ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib
18/03/2019 [17:37]:
İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
18/03/2019 [17:33]:
Novruz şənliklərilə əlaqədar sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18/03/2019 [17:33]:
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
18/03/2019 [17:25]:
ABŞ Slovakiyada hərbi baza yaratmayacaq
18/03/2019 [17:22]:
Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub
18/03/2019 [17:21]:
Jurnalist Anar Məmmədova hökm oxunub
18/03/2019 [17:20]:
Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"
18/03/2019 [17:20]:
Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlandı -FOTOLAR
18/03/2019 [17:18]:
“Seriallar insanı xəyanətə sürükləyə bilər, amma hər kəsi yox!”
18/03/2019 [17:15]:
Bu gündən yenilənmiş 10 manatlıq dövriyyəyə buraxılır -FOTOLAR
18/03/2019 [17:09]:
Avtobus elə bir şou göstərdi ki... Özü də Bakının mərkəzində!
18/03/2019 [17:04]:
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18/03/2019 [17:03]:
“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!” - Fəzail Ağamalı
18/03/2019 [16:58]:
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18/03/2019 [16:55]:
Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
18/03/2019 [16:49]:
Lukaşenko Türkiyəyə səfər edəcək
18/03/2019 [16:48]:
Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB
18/03/2019 [16:47]:
Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”
18/03/2019 [16:46]:
“Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur
18/03/2019 [16:45]:
Nazir: "Venesuela neft satmaq üçün yeni yollar axtarır"
18/03/2019 [16:42]:
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
18/03/2019 [16:41]:
Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı -FOTOLAR
18/03/2019 [16:30]:
Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
18/03/2019 [16:28]:
“Bakcell”dən gənclərin məşğulluğuna növbəti töhfə
18/03/2019 [16:25]:
"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi
18/03/2019 [16:22]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [16:05]:
Deputat 850 seçicisinə bayram sovqatı çatdırdı - FOTOLAR
18/03/2019 [15:47]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [15:43]:
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsildi
18/03/2019 [15:41]:
“Azərbaycanın da səbrinin bir həddi var” - Hikmət Hacıyev
18/03/2019 [15:41]:
Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova
18/03/2019 [15:39]:
Bayram günlərində "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü
18/03/2019 [15:35]:
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
18/03/2019 [15:24]:
“O yerlərdən şəhidlərimizin qanıyla sulanmış torpaq götürdük...” Şəhid əsgərimizin anası...
18/03/2019 [15:05]:
Azərbaycanda 4000 nəfərə “pul atan” dəstə ələ keçdi
18/03/2019 [15:01]:
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
18/03/2019 [14:59]:
Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO
18/03/2019 [14:44]:
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
18/03/2019 [14:27]:
Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım
18/03/2019 [14:25]:
Ombudsman bəyanat yayıb
18/03/2019 [14:23]:
“Bir neçə istedadlı gəncin kitabının çapıyla bağlı müraciət edəcəm...” Qulu Ağsəs...
18/03/2019 [14:22]:
1.25 milyon avroya göyərçin satıldı - İNANILMAZ...
Bütün arxiv bir sırada
11/03/2019 [00:04] - Hadisə - ( 7821 dəfə baxılıb)

"Rəsul Quliyevin Rövşən Əkbərova verdiyi əsas tapşırıq Cavadov qardaşlarını nəzarətdə saxlamaq idi"



Milli Qvardiyanın keçmiş komandiri, ehtiyyatda olan polkovnik Əzizağa Süleymanov bir neçə gündən sonra 24 ili tamam olacaq mart hadisələri barədə bu günədək heç bir yerdə getməyən maraqlı məqamları yazaraq Moderator.az-a təqdim edib. Onun xatirələrini olduğu kimi təqdim etməklə yanaşı yazıda adı keçən hər kəsin də mövqeyini də təqdim etməyə hazır olduğumuzu bildiriririk:

Yazının əvvəli bu linkdə: http://www.moderator.az/news/262333.html


Bizimlə bərabər Müdafiə Nazirliyinin mühafizə taborunun komandiri Milli Məclisin qabağında Xidməti maşınında əyləşmişdi. Onun xidməti UAZ maşınında Müdafiə Nazirliyinin baş qərargah rəisinin rabitə tezliyində eyni dalğada olan rabitə aparatı var idi. Biz dəqiqliklə omonçulara qarşı əməliyyatda iştirak edən qoşun bölmələrinin komandirlərinin verdikləri əmr və göstərişlərə sərbəst şəkildə qulaq asırdıq. Omon komandirlərinin rabitə danışıqlarına isə mənim əl rabitəmdə dinləmək olurdu. Bu axşam iki silahlı qüvənin toquşması qaçılmaz idi. Milli Qvardiyanın Milli Məclisin qarşısında yerləşdirilən iki zirehli döyüş maşını hər ehtimala qarşı hazır vəziyyətdə idi. Yol polisinə verilən göstərişə əsasən bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmışdı. Müdafiə Nazirliyinin mühafizə taborunun komandirinə məxsus minik maşınında onun özü, mən bölük komandiri Nemət Babayev, Qərargah rəisi Vaqif Mustafayev, arxa cəbhə üzrə müavin Musa Səmədov oturub qoşunun hərəkətini rabitədə dinləyirdik. 16 mart 1995-ci il tarixində saat 19 00-dan Milli Məclisin sədri Rəsul Quliyev Müdafiə Nazirliyinin baş qərargahına gedərək baş qərargah rəisi Nəcməddin Sadıqovun kabinetində qoşun birləşmələrinin komandirlərinə rabitə vasitəsi ilə göstərişlər verirdi. Onun səsi də rabitədə aydın eşidilirdi. Bəli, bizim üçün ağır idi. Heç kim danışmırdı. Qardaş qanının tökülməsinə saatlar qalırdı. Ölkə başçısı Prezident Aparatında idi. Gecə düşmək üzrə idi. Prezident Aparatında mühafizədə olan bölüyün komandiri Rauf Qayıbov mənə məlumat vermişdi ki, Omon komandirlərindən kimsə aparata gəlməlidir. Bu barədə aparatın əməliyyat növbətçisi bizi xəbərdar edib. Mən Milli Qvardiya komandanı ilə bu barədə rabitədə əlaqəyə girəndə məsləhət görmüşdü ki, özün Prezident Aparatında Omonçularla görüş zamanı Aparatda ol. Taborun qərargah rəisi Vaqif Mustafayevə müəyyən tapşırıqlar verib Prezident Aparatına gəlmişdim. Bir azdan bura 10 nəfər silahlı omonçuların müşayəti altında omonun qərargah rəisi Nizami Şahmuradov, omonun bölük komandirlərindən biri Cəfər Cəfərovla gəlmişdi. Baş Mühafizə rəisinin göstərişi əsasında Nizami Şahmuradovu və Cəfər Cəfərovu prezident aparatına buraxandan sonra Qvadiyanın xüsusi mühafizə bölüyünün komandiri baş leytenant Abdurahman Qudulova göstəriş vermişdim ki, silahlı omonçuları Prezident Aparatının qarşısından uzaqlaşdırın. Doğrudan da Nizami Şahmuradovu müşayət edən omonçular Qvardiyanın XTB-nin komandiri Qudulovun tələbinə bir söz demədən əməl edib, aparatın qabağından parka sarı çəkilmişdilər. Prezident Aparatında ölkə prezidenti Omonun qərargah rəisi Nizami Şahmuradovu qəbul etmişdi. Omon komandirləri ilə prezidentin görüşü bir iki saata yaxın çəkmişdi. Omonun qərargah rəisi Nizami Şahmuradovu görüşdən sonra Prezident Aparatından Dövlət hakimiyyət və idarəetmə orqanlarının baş Mühafizə  idarəsinin rəisi general-mayor Vaqif Axundov yola salırdı, Omon komandirlərinin üzündəki təbəsümdən hiss edilirdi ki, deyəsən müəyyən razılaşma əldə olunub. General Vaqif Axundov məni aparatın qarşısında görəndə demişdi ki, buradasan, mən göstəriş vermişdim sənin burada olmağına. Soruşmuşdu ki, bəs yuxarıda vəziyyət necədir? Rəisə məruzə etmişdim ki, arxayın ola bilərsiniz. Narahatçılığa ehtiyac yoxdur. Omonçular gedəndən sonra yenidən Milli Məclisin inzibati binasına qvardiyaçıların yanına getmişdim. Gecədən xeyli keçmişdi. Rabitədə arada bir baş qərargah rəisi Nəcməddin Sadıqovun briqada komandiri Rövşən Əkbərovla danışıq səsləri eşidilirdi. Rövşən Əkbərovun rəhbərlik etdiyi xüsusi təyinatlı dəstə bölükləri Omon qərargahı yaxınlığındakı hündür binaların üstünə çıxıb Omonun qərargahını nəzarətə götürməli idi. Rəsul Quliyev də hərdən efirə çıxır, Rövşən Əkbərova göstərişlər verirdi. Onun əsas tapşırığı iki qardaşı nəzarətdə saxlamaq tapşırığı idi. O, Rövşən Əkbərova bildirirdi ki, Naxçıvandan onun göstərişi ilə xüsusi silahlı dəstə təyyarə ilə Bakıya gəlib. Lazımdırsa həmin silahlı dəstəni birbaşa onun sərəncamına göndərsin. Rövşən Əkbərov isə hələ lazım deyil deyirdi. Bu vaxtdan bir qədər keçəndən sonra avtomat silalarından atışma səsi 8-ci kilometr ərazisindən açıq aydın eşidilirdi. Gecə saat iki radələrində polis post patrul xidmətinin əməkdaşları bir dəstə omonçunun Mahir Cavadovun rəhbərliyi altında Omon Qərargahından çıxdıqları barəsində rabitə vasitəsi ilə yuxarı rəhbərliyə məlumat verirdilər. Omonçuların Keşlə ət kombinatına sarı irələdiklərini bildirirdilər. Cox maraqlı idi. Dövlət güc sturukturaları tərəfindən bir tədbir görülməmişdi. Heç kim Omonçuları təqib etmirdi. Bu rabitə məlumatlarından aydın eşidilirdi. Mən Milli Qvardiya komandanına və baş mühafizə idarəsinin rəisi Vaqif Axundova bu barədə rabitə ilə məlumatlandırmışdım. Qvardiyaçılara "hazır ol" komandası vermişdim. Bu arada birdən birə Müdafiə Nazirliyi tərəfində iki zireli döyüş maşını bizə tərəf hərəkət edirdi. Hərbi texnikanın bu istiqamətdə hərəkət edəcəyi barəsində mənə heç kim xəbərdarlıq etməmişdi. Hərəkət edən hərbi texnika Milli qvardiyaçıların qumbaraatanlarının və arxa cəbhə üzrə müavinim kapitan Musa Səmədovun rəhbərlik etdiyi zirehli döyüş maşının ekipajının nişangahında idi. Onlar mənim əmrimi gözləyirdilər. Hərbi texnikanın üstündə hərbçilərin olduğunu görüb atəş açmamaqları barəsində göstəriş vermişdim. Musa Səmədovun rəhbərlik etdiyi zirehli döyüş maşını onların qabağına çıxaraq dayanmaları barəsində havaya xəbərdarlıq atəşi açmışdı. Bundan sonra bu istiqamətdə hərəkət edən hərbi zirehli döyüş maşınları dayanmaq məcburiyətində qalmışdılar. Hərbi texnikanın birinin üstündə olan Milli Qvardiyanın qərargah rəisinin müavini Zakir Ağayarov hərbi texnikanın üstündən yerə düşərək özünü təqdim etmişdi. Görün rəhbərlik özünü nə qədər itirmişdi ki, hərbi zirehli texnikaların hərəkəti barəsində məlumat verməyi nədənsə belə unutmuşdular. Əgər düzgün qərar qəbul etməsəydim hər iki hərbi texnika ekipajları ilə birlikdə məhv olacaqdılar. Bu barədə Zakir Ağayarova irad bildirəndə o demişdi ki, hərbi texnikanı Müdafiə Nazirliyindən götürmüşük, biz elə bilirdik ki, sizin xəbəriniz var. Texnikanı Prezident Aparatına aparırıq. Rəisin göstərişi ilə.
    
Gecə saat 02.35-də Mahir Cavadovu müşayət edən 20 nəfərdən ibarət Omon dəstəsi Heydər Əliyev prospektinə (keçmiş Moskva prospektinə) çıxmışdılar. Rəsul Quliyevə də bu barədə məlumat verilmişdi. Baş Qərargah rəisi Nəcməddin Sadıqov Hərbi məktəbin rəisindən hesabat tələb edirdi. Omon qərargahının mühasirəsinə onlar cavabdeh idi. Bir güllə atılmadan bir qrup omonçu mühasirədən necə çıxmışdılar? Heydər Əliyev prospekti ilə piyada hərəkət edib, Bağırov körpüsünün yanından keçəndən sonra bu Omonçular barəsində məlumat yox idi. Onların hansı istiqamətdə hərəkət etdikləri rabitədə artıq eşidilmirdi. Rabitədə bir dəqiqədə olsun baş qərargahdan qoşun komandirlərinə verilən göstərişlərin arası kəsilmirdi. Göstərişlər verilirdi ki, təcili olaraq omon məsələsi gecə ilə həll edilməlidir. Rəhbərliyə rayon polis şöbəsindən belə məlumatlar verilirdi ki, Omon məsələsinin həlli şəhərə qalarsa əhalinin ayağa qalxacağı gözlənilirdi. Rayon polis şöbə rəislərinin çoxunun Naxçıvan əslli olması onların rabitədə danışıq həyacanından hiss olunurdu. Onlar rabitədə özlərindən yuxarı vəzifəli həmyerliləri ilə danışanda ə, qardaş, indi bə neynəyək deyirdilər. Ə, polislər bizi eşitmir, bizə düşman kimi baxırlar kimi fikirlər söyləyirdilər. Ə, Omonçuları görənlərdə özlərin görməməzliyə vururlar. Bu nə işdir biz düşmüşük. Ə, səbrli olun, Rəsul müəlim Naxçıvandan silahlı dəstə gətirib. 
   
Rabitədə eşitdiymiz məlumatlara görə omonçular xırda dəstələrlə Qərargahdan çıxmaq qərarına gəlmişdilər. Qərargahın bir üzünün mühafizəsiz olduğu barəsində bir birinə məlumat verirdilər. Lakin Rövşən Cavadov onlara güclərini parçalamamaq barəsində əmr verirdi. Mühafizəni gücləndirin qərargahdan çıxmayın söyləyirdi. Omonçular hətta bir dəstə hərbçini mühasirəyə aldıqları barədədə məlumat verirdilər. Döyüş yerindən verilən məlumatlara görə hər iki tərəfdən ölən və yaralanan var idi. Səhərə yaxın 5-10 nəfər Omonçun təktək mühasirədən çıxdıqları barəsində məlumat verilirdi. Əgər həmin anlar Omonçular qrup şəklində mühasirədən çıxsaydılar şəhərin müəyyən yerlərində birləşib gecə ilə ya Prezident Aparatına, ya da ki, Milli Məclisin inzibati binasına hücum edəcəkdilər. Bu barədə Omonçular rabitədə bir birinə məlumat verirdilər. Əlmizdəki rabitə aparatında bu niyyət aydın eşidilirdi...

Ardı var...

Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Putin hələ bu cür açıq zarafat etməmişdi: Təxribatçı dəvət...
Müsahibə
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
Cəmiyyət
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
Dünya
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
Gündəm
“Bunu etsək, hətta Bakıdakı bəzi insanlar da bölgələrə üz tutar”
Həftənin ən çox oxunanları
"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."
Bakirəliyini yapon iş adamına satan azərbaycanlı model elə görüntüsünü paylaşdı ki... FOTO
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə