Xəbər lenti
27/05/2019 [14:12]:
Gömrükdə daxili orqanlarında narkotik vasitə keçirən şəxs saxlanıldı
27/05/2019 [14:06]:
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ
27/05/2019 [14:04]:
“İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha...”
27/05/2019 [14:04]:
Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı
27/05/2019 [14:03]:
Binəqədidə Respublika günü... -FOTOLAR
27/05/2019 [14:01]:
"Çoxlarına Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbər sərf etmir..."
27/05/2019 [13:56]:
Amerikada yerləşən beynəlxalq kikboks mətbuatı Hafiz Baxşəliyevdən yazdı
27/05/2019 [13:52]:
ADNSU-da 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
27/05/2019 [13:49]:
Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi sessiyası keçirdi
27/05/2019 [13:43]:
Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşdü
27/05/2019 [13:42]:
İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ
27/05/2019 [13:40]:
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı
27/05/2019 [13:37]:
Növbəti 3 gün ərzində yağış gözlənilir
27/05/2019 [13:35]:
“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
27/05/2019 [13:33]:
“Hercai”nin Reyyanına görə təhlükəsizlik gücləndirildi
27/05/2019 [13:31]:
Prezident xanımı ilə “Buta” sarayında...
27/05/2019 [13:24]:
Azərbaycan düşmənlərinə... canazyanların cavabı
27/05/2019 [13:07]:
ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib
27/05/2019 [13:00]:
“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”
27/05/2019 [12:56]:
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
27/05/2019 [12:50]:
“Qüdsün, Qarabağın azadlığına doğru” mövzusunda konfrans keçirilir
27/05/2019 [12:48]:
Misirdə Respublika günü qeyd edildi...
27/05/2019 [12:46]:
“Qadına qarşı cəmiyyətin münasibətini dəyişmək üçün təhsil və maariflənmə çox önəmlidir...”
27/05/2019 [12:42]:
BDU-da 28 May – Respublika Günü qeyd edilib
27/05/2019 [12:28]:
Vahid Əhmədov iftar süfrələri təşkil etdi -FOTOLAR
27/05/2019 [12:22]:
Rusiya müxalifət lideri  işğalçı ölkə baş nazirini alqışladı...-VİDEO
27/05/2019 [12:20]:
Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?
27/05/2019 [12:17]:
“Hamı ölümlə görüşməlidir…” - Rasim Balayev
27/05/2019 [12:14]:
Məktəblilərin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binalarına ekskursiyası təşkil edildi
27/05/2019 [12:11]:
“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır” -Röya
27/05/2019 [12:02]:
Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir
27/05/2019 [12:01]:
Ölkədəki faktiki hava şəraiti açıqlandı
27/05/2019 [12:00]:
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
27/05/2019 [11:59]:
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”
27/05/2019 [11:56]:
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
27/05/2019 [11:52]:
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək
27/05/2019 [11:48]:
Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir
27/05/2019 [11:46]:
Mərdəkan Dendrarisində bataqlığı xatırladan hovuzlar - REPORTAJ
27/05/2019 [11:40]:
DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27/05/2019 [11:39]:
DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı
27/05/2019 [11:38]:
İyunun 2-də buraxılış imtahanları keçiriləcək
27/05/2019 [11:35]:
Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu
27/05/2019 [11:32]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:31]:
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
27/05/2019 [11:30]:
Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək
27/05/2019 [11:19]:
BDYP-nin təşəbbüsü ilə məktəblilərin stasionar postlara ekskursiyası təşkil edildi - FOTO
27/05/2019 [11:19]:
İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu
27/05/2019 [11:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə
27/05/2019 [11:13]:
“UNEC-in rektorunun cəbhəboyu bölgələrə səfəri biz veteranları hədsiz sevindirib”
27/05/2019 [11:11]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:08]:
Yeniyetmə hovuzda boğularaq öldü
27/05/2019 [11:06]:
İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
27/05/2019 [11:03]:
“Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTOLAR
27/05/2019 [10:52]:
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
27/05/2019 [10:48]:
Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO
27/05/2019 [10:13]:
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
27/05/2019 [09:58]:
“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”
27/05/2019 [09:55]:
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxıldı
27/05/2019 [09:52]:
"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27/05/2019 [09:49]:
Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
27/05/2019 [09:38]:
Aygün Kazımovadan “18-”
27/05/2019 [09:35]:
Konqoda gəmi batdı - 30 nəfər öldü
27/05/2019 [09:34]:
Fitrə nə vaxtadək verilməlidir?
27/05/2019 [09:21]:
Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçildi
27/05/2019 [09:19]:
Tramp Abenin vasitəçi missiyası ilə İrana səfər niyyətini dəstəklədi
27/05/2019 [09:01]:
Amerikanın F-35 qırıcıları “vəhşi rejimi”ində İran sərhədlərində göründü
27/05/2019 [08:53]:
Trampın Azərbaycana və Gürcüstana fərqli təbrikləri: “ərazi bütövlüyümüz” niyə unuduldu?
27/05/2019 [08:53]:
Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması... - VİDEO
27/05/2019 [08:45]:
Messi karyerasında 6-cı dəfə "Qızıl butsu" aldı
27/05/2019 [08:43]:
Şəkidə 7 yaşlı uşağı it dişlədi
27/05/2019 [08:30]:
"Rus ayısı" yeni qurbanlar axtarışında, əlaltıları "təkliflər çələngi" ilə yol gözləyir...
27/05/2019 [08:19]:
Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana ilk MÜRACİƏTİ...
27/05/2019 [08:02]:
Moskvada 200 müsəlman iftarı polisdə qarşıladı- Rəzalət
27/05/2019 [07:29]:
"Düzgün yaşamaq üçün uzun ömrə deyil, nəsihət qəbul edən qəlbə sahib olmaq gərəkdir..."
27/05/2019 [00:51]:
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
26/05/2019 [23:58]:
“Mükafat yazıçıdan daha əvvəl, əlahəzrət sözə verilir...” - Əməkdar incəsənət xadimi
26/05/2019 [23:24]:
Elinanın ölümündə adı hallanan Xalidə Bayramova komissiya sədrliyindən azad olundu
26/05/2019 [23:14]:
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
26/05/2019 [23:05]:
NASA adını Marsa göndərənləri açıqladı - Azərbaycandan neçə nəfər var?
26/05/2019 [23:02]:
Zaqatalada ildırım evi yandırdı
Bütün arxiv bir sırada
11/03/2019 [22:05] - Araşdırma - ( 4268 dəfə baxılıb)

“Fəhmin Hacıyev Xocalı əməliyyatını hazırlayanda Rövşən Cavadov da orada idi...”

Fred Asif: “Xocalıdan pul verib öz maşınlarını vertolyotla çıxardanlar da olub...” 


Xəbər verdiyimiz kimi. Moderator.az əməkdaşı Xocalı soyqırımı ərəfəsində hərbi birləşmə komandirləri olmuş “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmov, keçmiş “OMON” komandiri, Daxili İşlər nazrinin sabiq müavini Rövşən Cavadov və digərlərinin 1992-ci ilun iyul-avqustunda Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupuna ifadələrinin əlyazmalarının surətini əldə edib. 

İfadələrdə faciədən öncə Xocalı sakinlərinin xilas etmək üçün Ağdamda hazırlanan əməliyyatların baş tutmamasının səbəbləri, həmin proseslərdə Fəhmin Hacıyev, Dadaş Rzayev,  Tahir Əliyev, Tamerlan  Qarayev və digərlərinin iştirakı barədə ilginc məqamlara toxunulur. 

Bu dəfə təxminən bir ay öncə, yəni 1992-ci ilin iyununda ağır yaralanmış Milli Qəhrəman Asif Məhərrəmovun 22 iyul 1992-ci il tarixdə xəstəxanada Respublika Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq E.Əhmədov tərəfindən dindirilmə protokolundan Xocalı soyqırımı ərəfəsində baş verənlər barədə deyilənlərin əsas  məqamlarını nəzərinizə çatdırırıq.

Üzərindən 27 il keçməsi səbəbindən protokollarda aydın oxunmayan söz və ya ifadələrin yerinə üç nöqtə qoymağa məcburuq. 

“....Bizim batalyonun vəzifəsi Ağdam rayonuna müəyyən istiqamətdə erməni hücumlarının qarşısını almaq idi. 1991-cil ərzində Əmralılar, Muğanlı kəndləri ərazisindəki strateji yüksəkliklərin ermənilərdən azad edilməsində iştirak etdik. 1992-ci ilin  yanvarında isə Xramort kəndini erməni yaraqlılarından azad etdik. Bunu biz Ağdam şəhərindəki qərargahda general Dadaş Rzayevin əmri ilə həyata keçirdik.  Bu əmrə əsasən bizim hücumdan bir saat qabaq Şirin Mirzəyev Fərrux kəndinə  hücum etməli idi. Lakin Şirin Mirzəyevin batalyonu bizim hücumdan 3 saat sonra hücuma keçdilər. Allahverdi Bağırovun dəstəsi Naxçıvanik kəndi istiqamətində Əsgəran nəqliyyat yoluna görünməmək şərti ilə nəzarət  etməli idilər. Biz Xramortu götürdükdən sonra 8-10 nəfər kənddə qaldıq və kömək olmadığından kəndi tərk etdik. İki gün sonra Yaqub Rzayevin batalyonu  ilə birgə Xramortu yenidən ermənilərdən azad etdik. Bundan sonra Xramorta biz nəzarət edirdik...

Erməni münaqişəsinə, hücumuna qarşı özünümüdafiə dəstələrinin özbaşınalığı olmayıb. Mənim bu haqda məlumatım yox idi. Ağdam rayonunda bu özünümüdafiə dəstələri var idi:Yaqub Rzayevin dəstəsi( neçə döyüşçüsü və silahı olduğunu bilmirəm), Allahverdi Bağırovun dəstəsi, Faiq Baxşəliyevin milis batalyonu və Şirin Mirzəyevin batalyonu(sonradan alay oldu). Bunların da neçə döyüşçüsü, nə qədər silah-sursatı olması və hansı istiqamətlərdə hərəkət etməli olmaları mənə məlum deyildi.


Mənim batalyonum Şelli istiqamətində dururdu. Sağ tərəfimdə 19 postda Yaqub Rzayevin  dəstəsi dururdu Onu diqqətinizə çatdırıram ki, biz Xramort əməliyyatında rus hərbçilərin erməni yaraqlılarına texnika ilə  kömək etdiyini müşahidə etdik. Xramort əməliyyatını  o vaxtkı qüvvə ilə genişləndirməyə imkan yox idi. Və bu baxımdan Xramortda dayanmağımızı düzgün sayıram.

...fevral 1992-ci il tarixdə Ağdam DİŞ-də mənə dedilər ki, Tahir Əliyev ümumi komandan təyin olunub. Amma bildiyimə görə, Tahir Əliyev ixtisaslı hərbçi deyildi. T.Əliyev Ağdamda nə vaxtdan olmayıb, deyə bilmərəm. O olmayanda ümumi komandanlığı kimin etdiyini də deyə bilmərəm. Mən həmişə bir hərbçi kimi  general Dadaş Rzayevlə əlaqə saxlayırdım. D.Rzayevi mən həmişə ixtisaslı hərbçi kimi tanımışam...

Xocalı şəhəri 1991-ci ilin noyabrından mühasirədə idi, oraya yalnız vertyolyotlar uçurdular. Camaatın bir qismini mühasirədən çıxardırdılar. Hətta eşitmişəm ki, külli miqdarda pul verib öz maşınlarını  vertolyotla çıxardanlar da olub. Amma onların kimlər olduğunu mən bilmirəm. Xocalı ilə vertolyot əlaqəsi nə vaxt kəsildiyi dəqiq yadımda deyil. Xocalı mühasirədə olanda mən və digərləri bilirdik ki, erməni yaraqlıları oraya güclü hücum edəcək. Ona görə də 1991-ci ilin dekabrından başlayaraq deyirdim ki, Xocalıdan arvad-uşağı çıxarmaq lazımdır. Və qərargahdakı yığıncaqlarda mənim bu sözlərimi provakasiya kimi qəbul edirdilər. Mən onların çıxarılmasını vertolyot vasitəsilə nəzərdə tuturdum...

1992-ci il fevralın əvvəllərində Dadaş Rzayevun başçılığıyla Xocalını xilas əməliyyatı hazırlanırdı. Bu zaman başqa texnikalar .... idi, mövcud qüvvə ilə xilas etmək olardı. Ancaq Ağdam rayonunun ümumi qüvvəsi ilə bu mümkün deyildi. Dövlətə qarşı əsgərlər arasında, ümumiyyətlə, xalq arasında inamsızlıq vardı. Çünki hamısı Xocalını xilas etmək istəyirdi. Və güclü hərbi texnikanın köməyini gözləyirdi. Bu vaxt mənim batalyonumda yalnız bir  nasaz “BRDM” vardı. D.Rzayev bizi yığıb dedi ki, Gəncədən hərbi texnika gələcək və biz hücuma keçəcəyik. Bu yığıncaqda  A.Bağırov, F.Baxşəliyev, Y.Rzayev və mən iştirak edirdik. Ancaq Şirin Mirzəyev iştirak etmirdi. D.Rzayev hər dəfə hücuma keçməməyimizin səbəbini Gəncədən hərbi texnikanın gəlməməsi, qüvvələrin hazır olmamasıyla izah edirdi. Sonradan o, Ağdam şəhərindən getdi, səbəbini bilmədim. Onun yerinə Müdafiə Nazirliyi və Prezident Aparatından göndərilmiş Fəhmin Hacıyev gəldi və Qarabağ üzrə hərbi komandan oldu. Mən F.Hacıyevlə Ağdamda köhnə “rayispalkom”un binasında tanış olduq. Bu vaxt onun yanında tanımadığım adamlar var idi. O söylədi ki, mən Prezident və Müdafiə Nazirliyi tərəfindən səlahiyyətli nümayəndə kimi gəlmişəm və  hər şey, hərbi tərəfdən, ümumiyyətlə, hər bir şey mənə tabedir. Mən öz razılığımı bildirdim və o, mənə  dedi ki, axşam yığılacağıq və Xocalını xilas əməliyyatını hazırlayacağıq. Axşam mən qərargaha gəldim və burada polkovnik Abiyev(çox güman ki, keçmiş Müdafiə naziri Səfər Əbiyev- S.L.), polkovnik İntiqam  Abdullayev, Fəhmin Hacıyev, Allahverdi Bağırov, Faiq Baxşəliyev, Yaqub Rzayev və başqa tanımadığım adamlar var idi. Həmçinin, Rövşən Cavadov da orada idi. Bu yığıncaqda F. Hacıyevin başçılığı altında Xocalı şəhərini xilas etmək planı hazırlandı. F. Hacıyev bildirdi ki, qüvvələr, hərbi texnika gələcək və əməliyyatı keçirəcəyik...

Saat 13:30-da dindirilmə şahidin səhhəti ilə əlaqədar dayandırıldı.


(Davamı var)


Təqdim etdi: Sultan Laçın


loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
Cəmiyyət
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
Cəmiyyət
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Siyasət
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)