Xəbər lenti
24/05/2019 [00:07]:
"Bakı etibarlı idman platformasıdır”
23/05/2019 [23:56]:
“Huawei” öz əməliyyat sistemini yaradacaq
23/05/2019 [23:54]:
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
23/05/2019 [23:50]:
Vəkili Fuad Abbasovla görüşdü və bu açıqlamaları verdi: "Qatı cinayətkarların kamerasında..."
23/05/2019 [23:48]:
Fuad Abbasovun azad olunması xəbəri təsdiqini tapmır - vəkili "belə bir şey yoxdur", dedi
23/05/2019 [23:41]:
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
23/05/2019 [23:38]:
Solovyov qorxdu, duelə getmədi...
23/05/2019 [23:20]:
Türkiyə-Rusiya hərbi əməkdaşlığının inkişafı Azərbaycana nə vəd edir?
23/05/2019 [23:18]:
102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını vəhşicəsinə öldürdü - DƏHŞƏT...
23/05/2019 [23:15]:
Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı
23/05/2019 [23:02]:
Məşhurlarımız rumın müğənninin klipinə çəkildilər - VİDEO
23/05/2019 [23:00]:
Bakı bulvarında qadın özünü dənizə atdı - VİDEO
23/05/2019 [22:54]:
Küçədən keçən qadınların sinəsinə yumruq ataraq yoluna davam etdi - VİDEO
23/05/2019 [22:52]:
Ermənistan Cənubi Qafqazın İsraili olacaq?- İrəvan yenə də xam xəyallar arzusunda...
23/05/2019 [22:46]:
Levan İzoria: “Gürcüstanda ABŞ hərbi bazasının olmasını alqışlayıram”
23/05/2019 [22:43]:
Everest zirvəsində iki alpinist ölüb
23/05/2019 [22:41]:
"Axtarış elanım 15 min dəfə bəyənilsə təslim olacağam" - AĞLASIĞMAZ RAZILIQ...
23/05/2019 [22:39]:
Donqhyun Park: "OPEC+ razılaşmasını uzatmağa ehtiyac yoxdur"
23/05/2019 [22:36]:
Kürdəmirdə 5 yeniyetməni it dişlədi
23/05/2019 [22:05]:
ABŞ prezidentinin köməkçisinin müavini: "Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində səylərini dəstəkləyirik"
23/05/2019 [22:03]:
"Bu uzunqulaq özünə kənd təssərüfatında maldarlıqla bağlı bir uyğun iş tapsa pis olmaz"
23/05/2019 [22:01]:
UEFA “Arsenal”a xəbərdarlıq etdi: "Bakıda etiraz olmasın!"
23/05/2019 [21:50]:
Şura “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi”ni dəstəkləyir
23/05/2019 [21:42]:
Prezident Ramazan ayı münasibətilə ənənəvi iftar mərasimində iştirak etdi - FOTOLAR
23/05/2019 [21:27]:
Sümük iliyinin faydaları haqqında bilmədiklərimiz - Min bir dərdin dərmanı...
23/05/2019 [21:09]:
Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı - 14 gün sonra (FOTO)
23/05/2019 [20:23]:
Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO
23/05/2019 [20:11]:
Prezident bu şəxslərin pensiyasını artırdı
23/05/2019 [19:46]:
Romantik görüş üçün ən bahalı şəhər hansıdır?
23/05/2019 [19:35]:
Oqtay Əsədov: "Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq"
23/05/2019 [19:33]:
Kosmosda spirtli və qazlı içki niyə qadağandır?
23/05/2019 [18:56]:
ADNSU-da İsrailli mütəxəssislər tərəfindən 10 aylıq İT kursları təşkil olunacaq
23/05/2019 [18:52]:
Müdafiə Nazirliyi Zakir Həsənovla bağlı ermənilərin iddiasını "sərsəm fikirlər" adlandırdı
23/05/2019 [18:40]:
AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu
23/05/2019 [18:39]:
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
23/05/2019 [18:33]:
Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi
23/05/2019 [18:32]:
Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi
23/05/2019 [18:30]:
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
23/05/2019 [18:26]:
ADU-da “Səmavi dinlər” sərgisi -FOTOLAR
23/05/2019 [18:23]:
Millət vəkili Tovuzun Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarını ziyarət edib
23/05/2019 [18:13]:
Boksçular küçələrdə oruc tutanlara su və xurma payladı-İbrətamiz...- VİDEO
23/05/2019 [18:02]:
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
23/05/2019 [17:54]:
Rəsmi Tbilisidən Azərbaycanın “Keşikçidağ”ına hərbi texnika yeritməsi xəbərinə reaksiya: "Emosional çıxışlar etməyin..."
23/05/2019 [17:46]:
Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?
23/05/2019 [17:39]:
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
23/05/2019 [17:37]:
Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi
23/05/2019 [17:35]:
Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu -FOTOLAR
23/05/2019 [17:30]:
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23/05/2019 [17:28]:
“Ermənilər uzun illər ərzində alban kilsələrini qriqoryanlaşdırıblar” – “Bu proses indi də davam edir”
23/05/2019 [17:27]:
Ən təhlükəli siqaretlər bunlar imiş
23/05/2019 [17:14]:
"Birgə fəaliyyət nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb"
23/05/2019 [17:09]:
Eldar Əzizov Ukraynada Milli Qəhrəmanla görüşdü –FOTOLAR
23/05/2019 [17:04]:
Baş nazir: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm”
23/05/2019 [16:54]:
Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu -FOTOLAR
23/05/2019 [16:50]:
Nanə Ağamalıyeva "Porche"sində elə poz verdi ki... - FOTOLAR
23/05/2019 [16:38]:
“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”
23/05/2019 [16:37]:
Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir
23/05/2019 [16:32]:
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
23/05/2019 [16:26]:
Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürmək istədi - 16 illik həbs edildi
23/05/2019 [16:24]:
"Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir"
23/05/2019 [15:56]:
Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23/05/2019 [15:55]:
“Bu ölkənin hərbi uğurları bizi hər zaman sevindirib, çünki...”
23/05/2019 [15:51]:
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
23/05/2019 [15:50]:
ADPU-dan gənc prorektorun işdən çıxarılmasına reaksiya: "Buna səbəb..."
23/05/2019 [15:46]:
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
23/05/2019 [15:43]:
Zurabişvilidən mübahisəli sərhədlə bağlı mesaj: “Prosesin bərpasını alqışlayıram"
23/05/2019 [15:36]:
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
23/05/2019 [15:35]:
“Tramp Türkiyəyə münasibətdə şantaj elementlərindən istifadə edir”
23/05/2019 [15:32]:
"Əvvəllər sürücü kişilərə qız verməzdilər, indi də sürücü qıza oğlan vermirlər..."
23/05/2019 [15:30]:
Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
23/05/2019 [15:28]:
“Özümü kişi məclisində rahat hiss edirəm” - Səidə
23/05/2019 [15:28]:
Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO
23/05/2019 [15:23]:
Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq
23/05/2019 [15:15]:
Abituriyentləri intihara sürükləyən ÇƏTİN SUALLAR...
23/05/2019 [15:05]:
Respublika olimpiadalarında qalib gələnlər bu ixtisaslarda təhsil ala bilər
23/05/2019 [15:02]:
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
23/05/2019 [15:00]:
Dövlət qulluğunun B növü üçün qeydiyyat başlayıb
23/05/2019 [14:58]:
Rayonlarda leysan, dolu gözlənilir
23/05/2019 [14:44]:
“Azərbaycanda yüksək keyfiyyətli dondurma istehsal edən firmalar var...”
23/05/2019 [14:44]:
35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşdı
Bütün arxiv bir sırada
13/03/2019 [07:32] - Müsahibə - ( 12783 dəfə baxılıb)

"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."

"Ona görə indiki dönəmdə Azərbaycan Pasinyanın xirtdəyindən tutub nə etmək istədiyini konkretləşdirməli və Azərbaycan xalqı ilə də açıq danışılmalıdır"
"Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı, “onların iştirak mərhələsi gələndə mütləq iştirak edəcəklər”, deməklə məsələni pozitiv istiqamətə yönəltmək vacibdir"


Moderator.az Qarabağ ətrafında yaranan son vəziyyətlə əlaqədar konfliktoloq Elxan Mehdiyevlə müsahibə aparıb. Müsahibəni təqdim edirik.

- Elxan bəy, Ermənistanda vəziyyət necədir, torpaqlardan çıxmaq haqda erməni cəmiyyəti nə fikirdədir? 

- Əgər Ermənistandakı vəziyyətə nəzər salsaq, vəziyyət heç də Azərbaycanın xeyrinə  deyil.  Ermənistanda artıq işğal edilmiş ərazilərin də ermənilərin torpağı olduğu və bu torpaqların artıq məktəb dərs vəsaiti xəritələrinə salındığı, TV-də bu xəritənin Ermənistan kimi göstərildiyi və hava haqqında məlumat verildiyini və bu ərazilərdə məskunlaşmanın davam etdiyini hər gün görürük.  Ermənistanda nə hakimiyyət, nə müxalifət və ya ekspert qrupları bu torpaqların danışıqlar zamanı geri qaytarılacağı haqqında açıq şəkildə heç nə danışmır. Kim açıq danışarsa “vətəni” satmış sayılır. Cəmiyyət tutuquşu halına bənzəyir. Onlar artıq DQ-ın yüzdə yüz ermənilərin olduğu qənaətindədirlər və indiki halda o biri əraziləri də verməməklə vaxt uzatmaq və sonucda əllərində saxlamaq niyyətindədirlər. Bu vəziyyəti illərlə Koçaryan və  Serj Sarkisyan çütlüyü yaratmış və dərinləşdirmişdir. 
Torpaqlardan çıxmağı L. Ter Petrosyandan başqa açıq şəkildə heç kim ermənilərə söyləmir. Baxın, erməni jurnalistlər Ter-Petrosyana sual verir: “Biz Madrid prinsiplərini qəbul edirik, Azərbaycan qəbul etmir və onlar torpaqlardan çıxmağı tələb edir” sualına cavabında T. Petrosyan deyir: “Siz Madrid prinsiplərinı oxumusunuzmu və niyə maddələrini qulaqardına vurursunuz, onun elə 1- ci maddəsi işğal olunmuş ərazilərdən çıxılmasını tələb edir”… Qarşıdakı jurnalist təəccublə ona baxır və sanki dünyada yazılan - deyilən bütün bu xəbərlərdən xəbərsizdir.  Bax bu cür psixoz vəziyyət yaradılıb. Rusiya XİN-in müavini Karasin bu yaxınlarda Yerevanda olanda ona erməni  jurnalist qız belə sual verir: ”Minsk Qrupu həmsədrlərinin son bəyənatında xalqları sülhə hazırlamaq tələbi qoyulur, bu nə deməkdir?”.  Karasin jurnalist qızın isterik sualına:  “Da koneçno, mı je vse v etom napravlenii rabotaem” – cavabını verir. Bu zaman qız onun arxasınca qaçaraq, görün nə soruşur: “Belə etmək olmazmı ki, torpaqlardan çıxmamaq şərtilə sülh əldə edilmiş olsun”- onun dediyi kimi deyirəm… Verilən sualların hamısı razılaşma olmamasına yönəlib, niyə danışıqlar intensivləşib, niyə xalqlar sülhə hazırlanır, demək torpaqlar geri verilir ?..., çünki onlar üçün danışıqlar ancaq vaxt uzatmaq mənası daşıyır… Ermənistanda son 10 ildə aparılan danışıqların mahiyyətinin sadəcə mövcud vəziyyəti uzatmağa yönəltmək prinsipi insanların beyninə yeridilib və rəsmi siyasətə çevrilib.  Hər hansı köklü (E. Məmədyarovun dili ilə substantiv) danışıqlar fikri ortaya gələndə və ya məsələnin tezliklə həll olunması çağırışları xaricdən səslənəndə, həmən dəqiqə hər kəs, rəsmidən tutmuş ekspert cameəsınə qədər bu fikirləri nizə ilə qarşılayır. Nə substantiv danışıqları?,  insidentləri araşdırma mexanizmləri qurmaq lazımdır, danışıqlar üçün mühit lazımdır və ya nə tezliklə həll, bu işin tezliklə həlli yoxdur, olsaydi indiyə kimi həll olunardı. Beləliklə, özlərinin dediyi kimi aranı qatmaqla, gündəmi dəyiş, Azərbaycanın başını qat və mövcud durumu davam etdir. Bu işin memarları Sarkisyan-Nalbandyan cütlüyü idi. Siyasət torpaqları əldə saxlamağı uzatmaq idi.
İşğalın 25 il davam etməsi onları şirnikləndirib və torpaqları geri vermək istəmirlər, çünki geniş prizmadan baxsaq özlərinə  qarşı bir təzyiq və ya təhlükə də görmürlər. Öncə daha çox təhlükəni Türkiyədən görsələr də (1992-1994), o təhlükə də tamamilə qeyb oldu. Ara-sıra atəşkəs pozuntusuna və itkilərə də torpaqların müqabilində əhəmiyyət vermirlər. İndiyə kimi saxlamışıq, bundan sonra da bu cür oynamaqla davam edəcəyik... Əgər 2011-ci il Kazan görüşündən sonra erməni mətbuatında gedən müzakirələrə baxsanız, onu açıq şəkildə müşahidə edə bilərsiniz. Müzakirələr ondan ibarət idi ki, 17 ildir biz torpaqları əlimizdə saxladıq, bundan sonra 5 il də davam etdirə biləcəyikmi?. Bu işin çətin olduğunu deyənlər də var idi, amma əksəriyyət isə “Azərbaycanla danışıqları davam etdirib Azərbaycanı hərbi əməliyytalardan çəkindirməklə vəziyyəti davam etdirəcəyik” fikri üstünlük təşkil edirdi. Məsələn, Serj Sarkisyan bir dəfə Ramil Səfərov məsələsini, o biri dəfə vertolyot məsələsini bəhanə edərək toplamda elə 4 il heç görüşməyə gəlmədi və sonrakı görüşləri də  yola verərək vəziyyəti bu günə  gətirib çıxartdı. Onun üçün danışıqlar, sadəcə Azərbaycanın başını qatmaq və zaman qazanmağa xidmət edirdi. 

- Bəs Paşinyanın fikri nədir?

- Paşinyan bu məsələnin altına təkbaşına girməyə və razılaşmağa risk etmir. O bu məsuliyyəti bölüşmək istəyir. DQ nümayəndələrinin danışıqlarda iştirakı məsələsinin ortaya qoyulması buradan doğur. Onun istənilən addımı satqınlıq kimi qələmə verilib, ona qarşı həm küçə yürüşlərinə və həm də cinayətkar Qarabağ klanının baş qaldırmasına səbəb olacaq. Özlərinin yaratdığı bu cür çal - oyna, gipnoz mühitində, Pasinyan reallığı bildiyindən manevrlər edir. Azərbaycan  və beynəlxalq  vasitəçilər isə Pasinyandan artıq konkretlik istəyir və gözləyir, Pasinyan  da Ermənistanın bu vəziyyətdən çıxmasını istəyir. Amma, bu məsələ sonucda onun hakimiyyətinə qarşı yönələcəksə və zərər gətirəcəksə, o da sona gədər getməyəcək və işğalın davam etməsinə çalışacaq. 
Erməni cəmiyyətində inqilab olub, amma Pasinyan  işğal məsələsində inqilab edə bilməyib və əgər o bir necə dəfə bu sahədə açıq danışsa, Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmağın vacibliyini açıqlasa, vəziyyət radikal dərəcədə dəyişəcək və o zaman geniş dairələrdə bunun əks- sədasi olacaq və cəmiyyət sərbəst danışacaq. Ermənistanda kifayət qədər açıq cəmiyyət yaransa da, bu məsələdə açıqlıq yox dərəcəsindədir. Hələ də Pasinyan bu məsələdə Ermənistanda mövcud olan Serj Sarkisyan zehniyyəti ilə oynayır, nə edəcəyini bilmir və bəzən öz baxışlarına zidd ifadələr işlədir. Onun tarixə düşən dovlət adamları kimi hərəkət etməsi hələ ki, görünmür. Cəmiyyətlə açıq danışmasa, o zaman danışıqlar da irəli getməyəcək. Elə açıq danışmaması üzündən, onun və  XİN-in son bəyanatları Minsk Qrupu səviyyəsində aparılan görüşlərdən sonra ortaya çıxan nəticənin ciddiliyi qarşısında aciz qaldığının göstəricisidir.  Almaniyada səsləndirdiyi, “İ.Əliyev cavab bəyanatı vermədi və onun ümidləri pozuldu”, “Əliyev hərbi xarakterli bəyənatlar verir” və ya “danışıqların formatı dəyşsin” kimi ifadələr həm də danışıqlardan çıxmağa bəraət axtarmağa yönəlmiş gedişlər sayıla bilər. Digər tərəfdən öz hökümətinin nazirlərinə də sona qədər nəzarət edə bilmir və MTN-nin, Müdafiə Nazirliyi rəhbərlərinin bəyanatları da bu qəbildəndir. 
Müsbət olaraq onu qeyd etmək lazımdır ki, Pasinyan və Mnasakanyanın müraciət və bəyanatlarında  Azərbaycana qarşı Ermənistanda əvvəllər mövcud olan Kocaryan- Sarkisyanın zəhərli dili dəyişib, əsasən də İ. Əliyevlə Düşənbə görüşündən sonra dəyişib və əvvəllər aparılan anti- Azərbaycan təbligat da azalıb. Bu baxımdan, onun təhlükəsizlik nazirlərinin məsuliyyətsiz bəyanatları nə Pasinyanın, nə də XİN- in dilinə uyğun gəlmir. Lakin, mətbuat dairələrinin əksəriyyəti Qarabag klanının əlində olduğundan  onlar da daimi olaraq Serj Sarkisyn-Koçaryan gündəmini ortaya qoyurlar.  İkinci müsbət gediş, Paşinyanın iki dəfə bəyan etdiyi “ Azərbaycan, Ermənistan və DG əhalisini qane edən həll yolunun tapılmasıdır ” – fikridir və artıq bu fikri o öz partiyasından olan deputatlara da səsləndirir. Bu yanaşma Kocaryan-Sarkisyan yanaşmasından çox fərqlənir. Dili dəyişib, amma köklü məsələ haqqında hələ ki, açıq danışmayıb. Sonucda, ortada bir konkretlik olmadığı halda bu cür dilin də bizim üçün əhəmiyyəti yoxdur. Çünki ola bilər ki, Pasinyan da bu cür xoş dillə və ya xoş mühitlə bir 10 ili də bu cür başa vursun və nəticədə işğalı xoş mühitlə davam etdirsin. Bu ancaq işğalın uzadılmasının başqa taktiki addımı sayıla bilər. Bizim üçün isə onun heç bir xeyri yoxdur. Əksinə o zaman məsələnin ciddiliyi ortadan qalxır.  Bu ssenari daha çox gözləniləndir. İndiki mərhələ onun üçün ilk testdir.
İkinci tərəfdən, DQ-da gələn il prezident seckiləri keçiriləcək. Məsələ uzanarsa, o zaman Pasinyan oradakı seckilərin nəticələrini gözləməyi tövsiyə edəcək və beləliklə yeni seçki və yeni hakimiyyətə gələnin öz dəstəsini toplaması .... və 2020 ci il də belə getdi.... O vaxta qədər də Pasinyanın taleyi necə olacaq, bilinmir.  Əks halda Kocaryan yenidən hakimiyyətə gətirilsə, o zaman bu məsələ yenidən əvvəlki Sarkisyan dövrünə qayıdacaq və Kocaryan daha da uca səslə danışacaq.  İndiki gedişlər göstərdi ki, Rusiya ona daha böyük dəstək verəcək və beləliklə, bu iş hara gedəcək o zaman?. Ona görə indiki dönəmdə Azərbaycan Pasinyanın xirtdəyindən tutub nə etmək istədiyini konkretləşdirməli və Azərbaycan xalqı ilə də açıq danışılmalıdır. 26 il danışıq olmur. Bizim torpaqları geri almağa fikrimiz, cürətimiz,cəsarətimiz, iradəmiz var ya yox? Yoxdursa, demək bu cür danışıqlar Azərbaycana da sərf edir.. .. Bu məsələ uzandıqca, daha çox  itirən Azərbaycan olacaq. Buna heç bir şubhə yoxdur. Mən bunu yana-yana deyirəm. Baxın, 1994-1997-ci illərdə, Azərbaycan hər mənada Ermənistandan geri qaldığı durumda danışıqlarda daha üstün mövqede idi. İndi isə əksinədir. Çünki artıq 26 ildir torpaglar onların əlindədir. İldə bir dəfə 1-2 saat görüşməklə bu iş həll olan deyil. Bu 1-2 ay ərzində gedən davamlı görüşlərin nəticəsində həll oluna bilər. 

- Danışıqların formatı ilə bağlı gedən mübahisələrə necə baxırsınız?

- Danışıqların formatına gəldikdə, bu Pasinyanın niyyəti ilə sıx bağlı olmalıdır. Onun niyyətini biz yox, onunla birbaşa danışıqları aparan İ. Əliyev biləcək. Paşinyan bu sözləri işlədir, amma sonucda özü danışıqlara gəlir. Gəlsin və İ. Əliyev onun nə məgsədlə format məsələsini qaldırdığını soruşsun və müəyyən etsin. Əgər Pasinyan həqiqətən bu məsələni həll etmək istəyirsə, format məsələsinin heç də deyildiyi kimi bir önəmi yoxdur. Məncə, Azərbaycan rəsmi tərəfi də bu format məsələsini aşırı dərəcədə qabardır. İndiki zamanda, əgər sülh yolu seçirsənsə, heç Paşinyanla görüşdən öncə də, DQ-ın danışıqlarda iştirakı ilə bağlı məsələ qalxanda, Azərbaycan da ona pozitiv yanaşıb ermənilərin bu məsələdən sui-istifadə etməsinin qarşısını almalıdır, yoxsa bunu əsas məsələyə çevirməməlidir. Ümumi sözlərlə, -“onların iştirak mərhələsi gələndə mütləq iştirak edəcəklər” deməklə məsələni pozitiv istiqamətə yönəltmək vacibdir. Çünki o mərhələ gələcək. Həmsədrlər də son bəyanatda onları maraqlı tərəf kimi göstərir. Azərbaycan tərəfinin DQ-dakı yerli təmsilçilərlə danışmağının Azərbaycanın suverenliyi və bütövlüyü üçün öldürücü təsiri yoxdur. Təbii, onların iştirakı hansı məsələlərin müzakirəsindən asılı olcaq.  Azərbaycan mərkəzi höküməti onsuz da sonucda ordakı liderlərlə də oturub danışmalıdır.  Biz o bölgəni öz torpağımız və əhalisini öz vətəndaşımız sayırıqsa, öncə onlarla danışmalıydıq və danışmalıyıq. Amma Ermənistanın hərbi işğalı onlarla indiki mərhələdə əsas elementləri danışmağı mənasız və aldadıcı edir və digər tərəfdən Ermənistanı işğalçı kim kənara qoyur. Azərbaycan tərəfinin  biz “Dağlıq Qarabağdakı  yerli təmsilçilərlə onların səlahiyyətinə aid məsələlərlə bağlı danışacağıq”  və ya “Danışıqların uyğun mərhələsində mütləq DQ təmsilçilər ilə danışacağıq”  kimi bəyanatlar indiki dönəmdə uyğundur və  Pasinyana da (əgər o həqiqi xoş niyyətlidirsə) Ermənistanda daha da irəli getməsinə şərait yaradar.
İndiki vəziyyətdə Azərbaycan rəhbərliyinin lap Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq deməsi Pasinyanın niyyətindən asılı olacaq. Əgər İ. Əliyev onun niyyətinin işğalı uzatmağa yox, torpaqlardan çıxmağa yönəlik olduğunu görürsə, Stepankertdəki liderlərlə görüşlər gedən işlərin faydasına xeyir verər və heç də Azərbaycanın suverenliyini pozmaz, əksinə, bu bölgənin bir daha bizə məxsus olduğunu təsdiqləyir. Beynəlxalq aləmdə Azərbaycanın  özünün separatçı bölgəsinin liderləri ilə görüşdüyü anlamına gəlir. Bu cür gediş, həm də Stepanakertdəki liderlərin də adam yerinə qoyulmasına gətirir və onları da məsuliyyətləndirir. Onların üzərinə müəyyən legitimlik və sorumluluk qoyur.  Nəzərə almaq lazımdır ki, indiki dönəmdə Pasinyana qarşı Kocaryan-Sarkisyan qüvvələri DQ-kı hərbi və yarımhərbi birləşmələrdə toplanmışdır və onlar Pasinyanın sərbəst hərəkət etməsinə mane olmağa çalışacaqlar. Bu baxımdan ordakı qurumu da sülh istiqamətinə çəkmək, ümümi işin xeyrinə olar. Amma dediyim kimi, bütün bu gedişlər Paşinyanın niyyyətindən asılı olan gedişlər olacaq...

P.S. Bu müsahibə Paşinyanın Stepanaketrdəki görüşündən öncə verilib. E. Mehdiyev hesab edir ki, Paşinyan Stepanakertdə irəliyə doğru daha bir addım atıb. O hesab edir ki, Pasinyanın Stepankertdə söylədiyi bu cür fikirləri cəsur addımlardır və Azərbaycan tərəfinin qarşılıqlı addımlar atması vacibdir.

loading...
loading...
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
Solovyov qorxdu, duelə getmədi...
102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını vəhşicəsinə öldürdü - DƏHŞƏT...
Küçədən keçən qadınların sinəsinə yumruq ataraq yoluna davam etdi - VİDEO
"Axtarış elanım 15 min dəfə bəyənilsə təslim olacağam" - AĞLASIĞMAZ RAZILIQ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənistan Cənubi Qafqazın İsraili olacaq?- İrəvan yenə də xam xəyallar arzusunda...
Cəmiyyət
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
Şou-biznes
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
Dünya
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
Araşdırma
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]