Xəbər lenti
27/05/2019 [00:51]:
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
26/05/2019 [23:58]:
“Mükafat yazıçıdan daha əvvəl, əlahəzrət sözə verilir...” - Əməkdar incəsənət xadimi
26/05/2019 [23:24]:
Elinanın ölümündə adı hallanan Xalidə Bayramova komissiya sədrliyindən azad olundu
26/05/2019 [23:14]:
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
26/05/2019 [23:05]:
NASA adını Marsa göndərənləri açıqladı - Azərbaycandan neçə nəfər var?
26/05/2019 [23:02]:
Zaqatalada ildırım evi yandırdı
26/05/2019 [22:23]:
Gəncənin İmamzadə ziyarətgahında iftar süfrəsi açıldı - FOTO
26/05/2019 [22:21]:
Keçmiş icra başçısı vəfat etdi - FOTO
26/05/2019 [21:57]:
Dəhşətli cinayət: 11 yaşlı qızı qaçırıb zorladı - FOTO
26/05/2019 [21:48]:
"Ömrünü elmdən, yaradıcılıqdan kənar sahələrdə boşuna xərcləyən o qədər adamlar görmüşük ki..."
26/05/2019 [21:33]:
Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var... - FOTOFAKT + VİDEO
26/05/2019 [21:27]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [21:23]:
Gürcüstan prezidentinin oğlu evləndi - FOTOLAR
26/05/2019 [21:17]:
Kürdəmirdə yük maşını traktora çırpılıb - VİDEO - YENİLƏNİB
26/05/2019 [21:03]:
Gürcü dindarlar "Keşikçi Dağ" məsələsinə görə Azərbaycana gedən yolu bağlayıblar
26/05/2019 [21:02]:
Türkiyənin tanınmış aktyoru vəfat etdi
26/05/2019 [20:48]:
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
26/05/2019 [20:41]:
"Dəmir yolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq" - VİDEO
26/05/2019 [20:20]:
İraqda üç fransız ölüm cəzasına məhkum edilib
26/05/2019 [20:02]:
Fikrət Qoca adamyeyənlərin arasında da olub...
26/05/2019 [19:49]:
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
26/05/2019 [19:41]:
Tələbə qıza sataşan 40 yaşlı kişini küçədə döydülər
26/05/2019 [19:12]:
Misir azərbaycanlı dənizçini azad etdi
26/05/2019 [19:08]:
Tel-Əvivdə on minlərlə insan küçələrə çıxdı
26/05/2019 [18:41]:
Azərbaycan akrobatları Avropa çempionatında qızıl medal qazanıblar
26/05/2019 [18:24]:
Bakıda 19 yaşlı gənc özünü 9-cu mərtəbədən atdı
26/05/2019 [18:23]:
Zəlzələ Peruda dağıntılara səbəb oldu - YENİLƏNİB
26/05/2019 [18:19]:
Bakıda 25 yaşlı qız intihar etdi
26/05/2019 [18:05]:
Həsən Ruhani İlham Əliyevə məktub göndərdi
26/05/2019 [17:45]:
Putin reytinqini yüksəltmək üçün cadugərləri dövriyyəyə buraxır - ZAVALLI DİKTATOR...
26/05/2019 [17:37]:
Əli Laricani yenidən İran parlamentinin spikeri seçildi
26/05/2019 [17:28]:
Səfirlik: "Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib"
26/05/2019 [17:06]:
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
26/05/2019 [16:57]:
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verildi - FOTO
26/05/2019 [16:55]:
Serjik Sərkisyan Köçəryana baş çəkdi-  Paşinyana qarşı birləşəcəklərmi?..
26/05/2019 [16:46]:
Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”
26/05/2019 [16:41]:
Musa Yaqub xəstəxanaya yerləşdirildi - Dünən "Xalq şairi" fəxri adı verilmişdi
26/05/2019 [15:43]:
Gürcü nazir qonşu ölkənin bayrağına görə istefaya göndərildi
26/05/2019 [15:07]:
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
26/05/2019 [14:37]:
Fransada Avropa Parlamentinə seçkilər keçirilir –74 Avropa deputatı seçiləcək
26/05/2019 [14:29]:
Salome Zurabişvili: "Azərbaycanlıların və digər millətlərin prezidenti olmaqdan fəxr etdirəm"
26/05/2019 [14:24]:
Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb
26/05/2019 [14:23]:
Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
26/05/2019 [14:20]:
"Damcılı"da Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfrans keçidildi
26/05/2019 [14:05]:
Belə şey nə görüldü, nə də eşidildi - Mədəsindən elə şeylər çıxdı ki,...
26/05/2019 [13:53]:
Rəsmi Tehran hansı gizli silahdan danışır?
26/05/2019 [13:44]:
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
26/05/2019 [13:34]:
Kürdəmirdə yol qəzası yanğınla nəticələndi -FOTOLAR
26/05/2019 [13:24]:
Yoqa ilə məşğul olduqları üçün həbs olundular - MARAQLI
26/05/2019 [13:23]:
Görüş üçün ən bahalı şəhərlərin adları açıqlandı
26/05/2019 [13:13]:
Qusara işıq verildi...
26/05/2019 [13:09]:
İnək əti satan müsəlmanları ağaca bağlayıb işgəncə verdilər - VİDEO
26/05/2019 [13:09]:
Azərbaycanda leysan yağışları gözlənilir
26/05/2019 [13:05]:
Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım
26/05/2019 [12:59]:
Keçmiş nazir partiya liderliyi postuna namizədliyini irəli sürüb: "Bu tarixdə Avropa İttifaqını tərk edəcəyik"
26/05/2019 [12:55]:
Zelenski: "Ukrayna dünyanın fəthi üçün bazaya çevriləcək"
26/05/2019 [12:44]:
Kütləvi seks tədbirlərinin təşkilatçısı və iştirakçısı olan dövlət başçısı haqda ŞOK FAKTLAR - FOTO
26/05/2019 [12:40]:
Peruda 8 baladək zəlzələ oldu - 3 ölkədə hiss edildi
26/05/2019 [12:40]:
Laşa Darsalia: “Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb”
26/05/2019 [12:29]:
Fuad Abbasovun həbsdən azad olunması xəbəri yayıldı...
26/05/2019 [12:29]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi –"Azəriqaz"da dəyişiklik
26/05/2019 [12:22]:
Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var
26/05/2019 [12:19]:
Bakıda şok qiymətə it satılır: Gündəlik qidalanması 4-5 adamın yeməyinə bərabər...
26/05/2019 [12:12]:
Türkmənistanın başqa qayğısı yoxmuş... - Prezident kəpənəklərlə bağlı göstəriş verdi
26/05/2019 [12:05]:
Cümhuriyyətimizin ildönümü münasibəti ilə teatrsevərlər Qarsda bir araya gəlib - FOTOLAR
26/05/2019 [12:03]:
Taksi sürücüsü binanın həyətində avtomatdan atəş açdı – VİDEO
26/05/2019 [11:54]:
“Əməyinin dövlət tərəfindən qiymətləndirilməsi insanın həyatına rəng qatır...”
26/05/2019 [11:44]:
Azərbaycanın avtomobil həvəskarlarına yolsuzluq sürprizi... - FOTOLAR
26/05/2019 [11:35]:
"O, çox böyük adamdı, Allah onu qorusun, məmurlarımız ondan örnək götürməlidilər"
26/05/2019 [11:10]:
Bu gün magistraturaya qəbulun ikinci mərhələsi keçirilir
26/05/2019 [11:06]:
Ərdoğan məşhurlarla iftarda - FOTOLAR
26/05/2019 [10:57]:
Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım
26/05/2019 [10:54]:
Gəncədə polis rəisi işdən azad olunub
26/05/2019 [10:25]:
"İqtidarda intriqalardan başqa heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var"
26/05/2019 [10:25]:
Köçəryan tərəfdarları  İrəvanda- onun əleyhinə mitinqdə  jurnalisti bıçaqladı...
26/05/2019 [10:09]:
Tanınmış futbol azarkeşi Mxitaryanın və “The Independent”in acığına "Çelsi"yə "bolet" edəcək...
26/05/2019 [10:07]:
Leyla Əliyevadan yeni şeir: “Mən elə sizəm”
26/05/2019 [10:03]:
21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək
26/05/2019 [09:45]:
Azərbaycanda sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi
26/05/2019 [09:43]:
"Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır"
Bütün arxiv bir sırada
13/03/2019 [21:59] - Araşdırma - ( 4719 dəfə baxılıb)

“Xocalılıların xilas edilməsi döyüşlərində Yaqub Rzayevin dəstəsi də iştirak edirdi...”

Fred Asif: “Fəhmin Hacıyevin vəd etdiyi zirehli qatar bizə köməyə gəlib çıxmadı...” 


 Xəbər verdiyimiz kimi. Moderator.az əməkdaşı Xocalı soyqırımı ərəfəsində hərbi birləşmə komandirləri olmuş “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmov, keçmiş “OMON” komandiri, Daxili İşlər nazrinin sabiq müavini Rövşən Cavadov və digərlərinin 1992-ci ilun iyul-avqustunda Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupuna ifadələrinin əlyazmalarının surətini əldə edib. 

İfadələrdə faciədən öncə Xocalı sakinlərinin xilas etmək üçün Ağdamda hazırlanan əməliyyatların baş tutmamasının səbəbləri, həmin proseslərdə Fəhmin Hacıyev, Dadaş Rzayev,  Tahir Əliyev, Tamerlan  Qarayev və digərlərinin iştirakı barədə ilginc məqamlara toxunulur. 
Bu dəfə təxminən bir ay öncə, yəni 1992-ci ilin iyununda ağır yaralanmış Milli Qəhrəman Asif Məhərrəmovun 22 -24 iyul 1992-ci il tarixlərində xəstəxanada Respublika Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq E.Əhmədov tərəfindən alınmış 64524 saylı dindirilmə protokolundan Xocalı soyqırımı ərəfəsində baş verənlər barədə deyilənlərin əsas  məqamlarını nəzərinizə çatdırırıq(Üzərindən 27 il keçməsi səbəbindən protokollarda aydın oxunmayan söz və ya ifadələrin yerinə üç nöqtə qoymağa məcburuq):


 “Tamerlan Qarayevin Ağdamdakı hərbi qüvvələrə komandanlıq etməsini görməmişəm və eşitməmişəm...”

“...Sual: Ağdam şəhərində 25 fevral 1992-ci il tarixinə kimi Xocalı şəhərinin erməni yaraqlılarının mühasirəsindən və Xocalının dinc əhalisinin xilası üçün neçə dəfə hərbi planlar hazırlanıb, kim tərəfindən və hansı səbəbdən həyata keçirilməyib?
Картинки по запросу fred asif məhərrəmov
Cavab: 25 fevral 1992-ci ilə 10-15 gün qalmış Ağdam şəhərindəki qərargahda, idman kompleksinin binasında və ya Daxili İşlər İdərəsi rəisinin otağında Dadaş Rzayev və
Tahir Əliyev tərəfindən Xocalı şəhərinin(mühasirədən) azad eidlməsi planları hazırlandı. Mənə bir dəfə şifahi surətdə Dadaş Rzayev əmr verdi ki, bizim batalyon nə etməldiir bu əməliyyatda. Dəqiq vaxtı yadımda deyil. Bu əməliyyatda Gəncə diviziyası bizə hərbi texnika vasitəsilə kömək etməli idi. Lakin Dadaş Rzayevun bu əməliyyatı baş tutmadı, çünki Gəncə diviziyasından bizə kömək gəlmədi.
Sonradan 25 fevrala kimi D.Rzayev və T.Əliyevi Ağdam şəhərində Fəhmin Hacıyev əvəz etdi. Onun tərəfindən bir neçə dəfə Xocalını xilas etmək üçün əməliyyat planları hazırlandı. O, bizə vəd edirdi ki, zirehli vaqon var və gələcək Ağdama. Hərbi texnika gələcək bizə köməyə, “spetsnaz” dəstələri gələcək. Bir sözlə, o, vəd edirdi ki, hər şeyimiz var, biz gedib oturacağıq Xocalı şəhərində. Mən onun çağırdığı bütün yığıncaqlarda iştirak edirdim, nə vaxt mənə deyiblər. Bu yığıncaqlarda F.Hacıyev, polkovnik Abiyev(çox güman ki, Səfər Əbiyev-S.L.), podpolkovnik Abdullayev, podpolkovnik Niçepurenko və başqa mən tanımadığım  şəxslər iştirak edirdi.  Bu yığıncaqların keçirildiyi vaxtlar dəqiq yadımda deyil. Amma Fəhmin Hacıyevin hazırladığı əməliyyatların nə üçün həyata keçirilmədiyi mənə məlum deyil. Belə olurdu ki, səhər razılaşırdıq ki, əməliyyata gedək, yalnız getmirdik. Nə səbəbdən bilmirəm, kimin təqsiridir, deyə bilmərəm, çünki məlumatım yoxdur. 

F.Hacıyevə Ağdam şəhərindəki bütün özünümüdafiə dəstələri qulaq asırdılar, onun dediyi vaxt yığıncağa gəlirdilər, ona qarşı ciddi narazılıq edən yox idi. Hansı əməliyyat Xocalı hadisəsinədək olmalı idi, xəbərim var. Yalnız dəqiq deyə bilmərəm ki, 25 fevral saat 14:00-da keçirilməli idi, çünki yadımda deyil. Əməliyyatların hamısını F.Hacıyev təşkil edirdi və “əməliyyata getməyəcəyik” komandasını da o verirdi.

Tamerlan Qarayev, Ali Sovet sədrinin müavini Ağdam  şəhərində Xocalı qırğınınadək fevral ayında və qırğından sonra da olub. Onun hərbi qüvvələrə komandanlıq etməsini görməmişəm və eşitməmişəm. Prezidentin Ağdam şəhərindəki müvəkkili ilə onu görmüşəm, fəaliyyətindən xəbərim yoxdur... 
Xocalı əhalisinin xilasını mən hərbi vertolyotlar vasitəsilə Xocalıya desant endirib şəhərin müdafiəsini gücləndirmək və oradan  Əsgəran tərəfə aldadıcı atəşlər və hücumlar etmək və həmin vaxt Ağdamdakı  bütün qüvvələrlə, zirehli vaqonun və hərbi texnikanın köməyi ilə Əsgəran yolunu açmaqda görürdüm...

F.Hacıyev Ağdamda olanda, mən iştirakçısı olmamışam, yalnız camaatdan eşitmişəm ki, Kərimov Qasım(“Karyer” Qasım) ümumi komandanlığı öz üzərinə götürmək istəyib, guya ki, F. Hacıyev heç bir iş görmür. Bundan başqa “Karyer” Qasımın heç bir hərəkətindən və fəaliyyətindən xəbərim yoxdur... 

Bu hadisə səhv etmirəmsə,  Malıbəyli, Quşçular kəndlərinin əhalisi  çıxan dövrdə baş verib. ...şəhərində(yəqin ki, Ağdamdan söhbət gedir-S.L.) iki maşından ibarət “Qrad” qurğusu var idi. Buna hərbçi Niçepurenko rəhbərlik edirdi. Və onunla Nəsimi adında oğlan istifadə edib atırdılar. Həmin “Qrad”lardan Əsgəran istiqamətinə düzgün atəş açılmadığından özünümüdafiə dəstəsinin komandiri Niçepurenkoya dedi ki, mən kəşfiyyatda olanda gördüm ki, mərmilər hədəflərə dəymir. Bu vaxt Niçepurenko əsəbiləşdi ki, sən mənə öyrədəcəksən, mən düz atmıram. Onda mən Niçepurenkoya dedim ki, sən niyə əsəbiləşirsən, Faiq səni təhqir etmir ki, o, gördüyünü görüb deyir ki, düz atmırsan...

Sual: Fevralın 25-dən 26-a keçən gecə sizin batalyon harada yerləşirdi və Xocalı hadisəsindən nə xəbəriniz var?

Cavab: Bu vaxt mən Ağdam şəhərində stadionda öz batalyonumun döyüşçüləriylə yerləşmişdim. 26 fevralda səhər tezdən Şelli kəndindən Xosrov adlı döyüşçü gəlib dedi ki, ermənilər Xocalı camaatını qırırlar. Təcili döyüşçülərimizi yığıb Şelli kəndinə yollandıq. Biz bu istiqamətdə ermənilərlə döyüşlər apararaq Əsgəran rayonunun körpüsünədək gəlib çıxdıq. Həmin döyüşlərdə Yaqub Rzayevin(Qarabağ camaatı arasında “Qatır Məmməd” və ya “Ala Yaqub” ləqəbləri ilə tanınırdı-S.L. dəstəsi və iki tank da iştirak edirdi. Şirin Mirzəyevin batalyonu və Fəhmin Hacıyevin dediyi “zirehli qatar” bizə köməyə gəlib  çıxmadılar. Biz qanlı döyüşlər apararaq Xocalıdan qaçan əhalini xilas edirdik və həlak olanların meyitlərini götürürdük. Əlavə edirəm ki, Xalq Cəbhəsinin döyüşçüləri də döyüşdə iştirak edirdilər. Ancaq avtobusla gəlmiş XTMD-nin üzvləri, 5-6 nəfərdən başqa, həm də Faiq Baxşəliyevin milis batalyonu döyüşlərdə iştirak etmədilər və bizə köməklik göstərmədilər. Onlar Qaraqayadan aşağı düşmədilər. Hətta mən onlarla mübahisəyə girişdim ki, niyə vuruşmursuz. Bu zaman  bütün qüvvələr döyüşdə iştirak etsəydilər, Əsgəran rayonunu götürmək olardı. Çünki vuruşanlar gördüklərindən hiddətə gəlib şiddətli döyüşlər aparırdılar. Bu vaxt Şelli kəndində  yerləşən tanklar istifadə olunmadı. Deyilənə görə, onlardan bir milis podpokovniki istifadə etməli imiş, lakin etməyib. O kimdir və nə üçün tanklardan istifadə etməyib, bilmirəm...Картинки по запросу xocalının əhalisi

Onu da demək istəyirəm ki, Xocalı  döyüşçüləri şəhərdən çıxan zaman erməni yaraqlılarına qarşı lazımi müqavimət göstərməyiblər.

22 iyul  1992-ci il tarixdə mən döyüşlərdə qəhrəmanlıq göstərdiyimə görə “General Əsədov” mükafatına layiq görülmüşəm. Bu mükafatı Qarabağda şəhid olanların ailələrinə bağışlamaq istəyirəm...

İfadəmi oxudum, sözlərimlə düzgün yazılıb”.

İfadə  şahidin imzasıyla təsdiq edilib. 

Təqdim etdi: Sultan  Laçın    

loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Siyasət
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
Maraqlı
Belə şey nə görüldü, nə də eşidildi - Mədəsindən elə şeylər çıxdı ki,...
Cəmiyyət
Bakıda şok qiymətə it satılır: Gündəlik qidalanması 4-5 adamın yeməyinə bərabər...
Gündəm
“2000-ci ilin əvvəllərində işğaldakı torpaqlarda doğulan erməni küçüyü iddia edir ki...”
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)