Xəbər lenti
27/05/2019 [13:24]:
Azərbaycan düşmənlərinə... canazyanların cavabı
27/05/2019 [13:07]:
ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib
27/05/2019 [13:00]:
“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”
27/05/2019 [12:56]:
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
27/05/2019 [12:50]:
“Qüdsün, Qarabağın azadlığına doğru” mövzusunda konfrans keçirilir
27/05/2019 [12:48]:
Misirdə Respublika günü qeyd edildi...
27/05/2019 [12:46]:
“Qadına qarşı cəmiyyətin münasibətini dəyişmək üçün təhsil və maariflənmə çox önəmlidir...”
27/05/2019 [12:42]:
BDU-da 28 May – Respublika Günü qeyd edilib
27/05/2019 [12:28]:
Vahid Əhmədov iftar süfrələri təşkil etdi -FOTOLAR
27/05/2019 [12:22]:
Rusiya müxalifət lideri  işğalçı ölkə baş nazirini alqışladı...-VİDEO
27/05/2019 [12:20]:
Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?
27/05/2019 [12:17]:
“Hamı ölümlə görüşməlidir…” - Rasim Balayev
27/05/2019 [12:14]:
Məktəblilərin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binalarına ekskursiyası təşkil edildi
27/05/2019 [12:11]:
“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır” -Röya
27/05/2019 [12:02]:
Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir
27/05/2019 [12:01]:
Ölkədəki faktiki hava şəraiti açıqlandı
27/05/2019 [12:00]:
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
27/05/2019 [11:59]:
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”
27/05/2019 [11:56]:
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
27/05/2019 [11:52]:
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək
27/05/2019 [11:48]:
Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir
27/05/2019 [11:46]:
Mərdəkan Dendrarisində bataqlığı xatırladan hovuzlar - REPORTAJ
27/05/2019 [11:40]:
DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27/05/2019 [11:39]:
DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı
27/05/2019 [11:38]:
İyunun 2-də buraxılış imtahanları keçiriləcək
27/05/2019 [11:35]:
Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu
27/05/2019 [11:32]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:31]:
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
27/05/2019 [11:30]:
Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək
27/05/2019 [11:19]:
BDYP-nin təşəbbüsü ilə məktəblilərin stasionar postlara ekskursiyası təşkil edildi - FOTO
27/05/2019 [11:19]:
İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu
27/05/2019 [11:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə
27/05/2019 [11:13]:
“UNEC-in rektorunun cəbhəboyu bölgələrə səfəri biz veteranları hədsiz sevindirib”
27/05/2019 [11:11]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:08]:
Yeniyetmə hovuzda boğularaq öldü
27/05/2019 [11:06]:
İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
27/05/2019 [11:03]:
“Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTOLAR
27/05/2019 [10:52]:
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
27/05/2019 [10:48]:
Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO
27/05/2019 [10:13]:
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
27/05/2019 [09:58]:
“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”
27/05/2019 [09:55]:
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxıldı
27/05/2019 [09:52]:
"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27/05/2019 [09:49]:
Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
27/05/2019 [09:38]:
Aygün Kazımovadan “18-”
27/05/2019 [09:35]:
Konqoda gəmi batdı - 30 nəfər öldü
27/05/2019 [09:34]:
Fitrə nə vaxtadək verilməlidir?
27/05/2019 [09:21]:
Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçildi
27/05/2019 [09:19]:
Tramp Abenin vasitəçi missiyası ilə İrana səfər niyyətini dəstəklədi
27/05/2019 [09:01]:
Amerikanın F-35 qırıcıları “vəhşi rejimi”ində İran sərhədlərində göründü
27/05/2019 [08:53]:
Trampın Azərbaycana və Gürcüstana fərqli təbrikləri: “ərazi bütövlüyümüz” niyə unuduldu?
27/05/2019 [08:53]:
Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması... - VİDEO
27/05/2019 [08:45]:
Messi karyerasında 6-cı dəfə "Qızıl butsu" aldı
27/05/2019 [08:43]:
Şəkidə 7 yaşlı uşağı it dişlədi
27/05/2019 [08:30]:
"Rus ayısı" yeni qurbanlar axtarışında, əlaltıları "təkliflər çələngi" ilə yol gözləyir...
27/05/2019 [08:19]:
Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana ilk MÜRACİƏTİ...
27/05/2019 [08:02]:
Moskvada 200 müsəlman iftarı polisdə qarşıladı- Rəzalət
27/05/2019 [07:29]:
"Düzgün yaşamaq üçün uzun ömrə deyil, nəsihət qəbul edən qəlbə sahib olmaq gərəkdir..."
27/05/2019 [00:51]:
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
26/05/2019 [23:58]:
“Mükafat yazıçıdan daha əvvəl, əlahəzrət sözə verilir...” - Əməkdar incəsənət xadimi
26/05/2019 [23:24]:
Elinanın ölümündə adı hallanan Xalidə Bayramova komissiya sədrliyindən azad olundu
26/05/2019 [23:14]:
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
26/05/2019 [23:05]:
NASA adını Marsa göndərənləri açıqladı - Azərbaycandan neçə nəfər var?
26/05/2019 [23:02]:
Zaqatalada ildırım evi yandırdı
26/05/2019 [22:23]:
Gəncənin İmamzadə ziyarətgahında iftar süfrəsi açıldı - FOTO
26/05/2019 [22:21]:
Keçmiş icra başçısı vəfat etdi - FOTO
26/05/2019 [21:57]:
Dəhşətli cinayət: 11 yaşlı qızı qaçırıb zorladı - FOTO
26/05/2019 [21:48]:
"Ömrünü elmdən, yaradıcılıqdan kənar sahələrdə boşuna xərcləyən o qədər adamlar görmüşük ki..."
26/05/2019 [21:33]:
Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var... - FOTOFAKT + VİDEO
26/05/2019 [21:27]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [21:23]:
Gürcüstan prezidentinin oğlu evləndi - FOTOLAR
26/05/2019 [21:17]:
Kürdəmirdə yük maşını traktora çırpılıb - VİDEO - YENİLƏNİB
26/05/2019 [21:03]:
Gürcü dindarlar "Keşikçi Dağ" məsələsinə görə Azərbaycana gedən yolu bağlayıblar
26/05/2019 [21:02]:
Türkiyənin tanınmış aktyoru vəfat etdi
26/05/2019 [20:48]:
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
26/05/2019 [20:41]:
"Dəmir yolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq" - VİDEO
26/05/2019 [20:20]:
İraqda üç fransız ölüm cəzasına məhkum edilib
26/05/2019 [20:02]:
Fikrət Qoca adamyeyənlərin arasında da olub...
26/05/2019 [19:49]:
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
26/05/2019 [19:41]:
Tələbə qıza sataşan 40 yaşlı kişini küçədə döydülər
Bütün arxiv bir sırada
15/03/2019 [09:56] - Cəmiyyət - ( 1476 dəfə baxılıb)

Maksim Musayev: “O adam gətirib stolumun üstünə 1 milyon dollar qoydu”

“Əli İnsanovun müxalifətə qoşulacağına inanmıram”


Hazırda ölkə gündəminin əsas mövzusu imzalanacaq əfv sərəncamıdır. Bu əfvlə çoxsaylı siyasi məhbusların, o cümlədən, 14 ilə yaxındır həbs həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılacağı gözlənilir. 

Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından sayılan Maksim Musayevlə həm sabiq nazirin azadlığı, həm də digər aktual məsələləri dəyərləndirdik.

- Maksim bəy, əfv sərəncamı ilə azadlığa buraxılacaq məhbuslar arasında keçmiş silahdaşınız Əli İnsanovun da olacağı deyilir. Bu xəbərlər barədə nə deyə bilərsiz?

- Birmənalı şəkildə onun  azad olunmasının tərəfdarıyam. Xalq arasında Əli İnsanovun həbsdə saxlanılmasına yaxşı baxmırlar. Onunla birlikdə deputat olmuşuq, YAP-ın yaradılmasında iştirak etmişik, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün biz də mübarizə aparmışıq. Onun nəinki Heydər Əliyevin hakimiyyətə gəlməsində, Azərbaycanda normal dövlət qurulmasında böyük rolu olub. Üstəlik, o, elə nazirlərdən idi ki, ən ağır günlərdə İrəvana getdi. Qayıdandan sonra səfərin necə olduğunu soruşdum. Danışığından məlum oldu ki, orada dəyanətlilik göstərib. Eyni zamanda uşaq vaxtı gəzdiyi İrəvan küçələrindən kədərlə danışdı. Onun parlamentdə deputat kimi yaxşı çıxışları olurdu. Nazir olduğu illərdə səhiyyəmizdə müəyyən dəyişikliklər də oldu. Özü də bu dəyişikliklər büdcəmizin ən kasıb olduğu illərə təsadüf edirdi. Martın 22-də onun doğum günüdür, 73 yaşı tamam olacaq. Mənə elə gəlir ki, cənab prezident bütün bunları nəzərə alaraq onun adını əfv siyahısına salsa, hamı razı qalar. Əli İnsanov iki qardaşının yasına belə gələ bilməyib. Artıq 14 ilə yaxındır ki, həbsdədir. Həbsdə olmaq istənilən halda öz sözünü deyir. Onun yaşı elə həddədir ki, azad olunma vaxtı çoxdan çatıb. Kiçik qardaşı Əhmədin hüzründə iştirak etdim və gördüm ki, İnsanova qarşı nə qədər böyük münasibət var. Minlərlə insan başsağlığına gəlmişdi. Bu çox şeyi deyir. Bəlkə də Azərbaycan həbsxanasında onun yaşda məhbus yoxdur. Alim kimi də güclü idi. Azad Mirzəcanzadə deyirdi ki, Əli İnsanov kimi alimlər ölkəmizdə azdır. İnanıram ki, Əli İnsanovu azadlığa buraxacaqlar.

- Siz də yəqin müşahidə edirsiniz ki, ölkə müxalifətinin bir qismi sabiq səhiyyə nazirinə bir ümid yeri kimi baxır, onun üzərində bir lider imici formalaşdırır. Bəlkə də bu səbəbdən Əli İnsanov hələ də həbsdədir?

- Əli İnsanov olduqca müstəqil fikirli adamdır. Düşünürəm ki, müxalifət bu işdə düzgün mövqe tutmur. Tutaq ki, İnsanov azad olundu, sonra nə edəcək? Onu tanıdığım qədəri ilə deyə bilərəm ki, Heydər Əliyevə necə sədaqətli idisə, bu şəkildə də davam edəcək. Onu tanıyan biri kimi onun müxalifətə qoşulacağına qətiyyən inanmıram. İnsanovu kənardan kimsə nəyəsə yönəldə bilməz. Digər tərəfdən, o, həbsxanadan çıxan kimə niyə   müxalifətə qoşulsun ki? Müxalifət sözsüz ki, ətrafını gücləndirmək istəyir. Amma İnsanovun o düşərgədə olacağını qətiyyən düşünmürəm. Əgər onun ətrafına kimlərsə yığılacaqsa, bunlar keçmiş YAP-çılar olacaq. Bu da səbəbsiz deyil. Ölkədə elə məmurlar var ki, daxildə narazılıq yaradıb, müxalifəti iqtidarın üzərinə gətirirlər. Bu məmurlar talançılıq, oğurluq edir, rüşvət alır, vətəndaşları qəbul etmirlər. Müxalifət də bunu görüb deyir. Bu məmurlar prezidentə köməklik göstərmək üçün bu cür işlərlə məşğul olmasalar, belə hallar baş verməz. Vaxtilə biz vəzifədə olanda rüşvət almadıq və indi də yaşayırıq. Fakt odur ki, xalqı narazı salan iqtidarda olanlardır. Təsəvvür edin ki, Prezident Administrasiyasında elələri var ki, 20-25 ildir orada otururlar, hələ bir rayona belə getməyiblər. Necə olur ki, cənab prezident ayda 2-3 dəfə ayrı-ayrı rayonlara səfər edir, amma bunlar yerlərində otururlar. Konkret  ad da çəkərəm, sadəcə, ağzıma heyfim gəlir. Belə çıxışlarım olan kimi ya maşınımı əzirlər, ya da Xızının icra başçısı gedib hasarımı sökdürür.  Bəzən də olur ki, işıqlarımı söndürtdürür, suyumu kəsdirir.

“Prezident nə üçün ərizələri özü yığmalıdır? O rayonlarda YAP sədrləri, müavinləri yoxdurmu? Hərəsinin  altında 4-5 maşını var”

- Dediniz ki, vəzifədə olanda rüşvət almamısınız, amma indi normal yaşayırsız...

- Bir fakt deyim. Kazanda yaşayan Hacı Elman adlı birisi gətirib stolumun üstünə 1 milyon dollar qoydu. Ömrümdə dolları nə çamadanda, nə də o qədər görmüşdüm. Məndən torpaq istəyirdi.

Rüşvətə hər zaman nifrət bəsləmişəm. İndi normal yaşayıram, övladlarımı da normal şəkildə böyütmüşəm. Bir milyon dolları götürməməyimlə bağlı arxamca danışırlar ki, bunun başı xarab olub, əlində bu qədər imkanları varkən istifadə etməyib. Bir adam tapıla bilməz ki, mənə rüşvət verdiyini desin. Heç kəs yalandan üzümə dura bilməz. Amma bunlar kreslonu qamarlayan kimi əndazəni aşırlar. Papaqlarını ortalığa qoyub rüşvət tələb edən məmurlar utansın. Hər kəs onu da görür ki, murdar yollarla yığdıqları pulları belə yeyə bilmirlər. Allah onları cəzalandırır.

- Prezident İlham Əliyev xalq arasında rəğbətlə qarşılanan bir-birinin ardınca sərəncamlar verir. Bunları necə dəyərləndirirsiz?

- Ölkə başçısı ilə beş il bir parlamentdə təmsil olunmuşuq. Onun bacarığına, milli ruhuna bələdəm. Amma məmurlar, YAP-ın daxilindəki problemlər görülən müsbət işlərə ciddi mane olur. Təsəvvür edin ki, məni 18 ildir YAP-ın tədbirlərinə dəvət etmirlər. Bilirlər ki, sərt danışacam. YAP indi dövlət, xalq üçün çalışmayan bir quruma çevrilib. Kommunist Partiyasının 70 il ərzində Azərbaycanda üzvləri 400 mini keçməyib. Onun da 50 mini üzvlüyə namizəd idi. Bunlar deyirlər ki, 700 min üzvümüz var. Əgər bu qədərsinizsə, ölkədə ciddi problemlər varkən niyə səsiniz çıxmır? İşiniz gop etməkdir? Prezident nə üçün ərizələri özü yığmalıdır? O rayonlarda YAP sədrləri, müavinləri yoxdurmu? Hərəsinin  altında 4-5 maşını var.

- Bu il parlament seçkilərinin olacağı yönündə xəbərlər dolaşır. Əgər bu olarsa, iştirak edəcəksiniz?

- Qətiyyən. Bəzi lal, kar, villapərəst, oğru deputatların yanında özümü görə bilmərəm. Deputat ki, xalqın içərisində olmadı, gedib onun dərdini öyrənmədi, qanun hazırlayıb vermədi, o nəyin deputatıdır? Bu səbəblərdən özümü parlamentdə görmürəm. Milli Məclisi gözdən salan deputatlardır. Bunu ümumi şəkildə hamısına şamil etmirəm. Orada sözünü deyən savadlı deputatlar da var. Parlament haqqında kitab yazıram. Spikeri də, ayrı-ayrı deputatları da təhlil edirəm. 

- Mitinq müraciətlərinə son aylarda birmənalı rədd cavabı verilir. “Qarabağa azadlıq” şüarı ilə aksiya keçirmək istəyən Qarabağ Komitəsinə icazə verilməməsi daha çox müzakirələr doğurub. Sizcə, mitinqlərə nə üçün icazə verilmir?

- Bütün mitinqlərə icazə verilməlidir. Kimin içərisində nə varsa, onu meydana çıxıb boşaltmalıdır. Müxalifətin arxasınca gedən 5-10 min insan bir azdan getməyəcək. Çünki bir sıra problemlər getdikcə həll olunur. Bu problemlər isə ona görə indiyə qədər həll olunmayıb ki, YAP passivdir. Ayda azından iki dəfə prezidentə məlumat verilməlidir ki, filan sahədə hansı problemlər var. Cənab prezident nəyi necə etməyi yaxşı bilir. Qarabağ şüarı altında planlaşdırılan mitinqlərə niyə də icazə verilməsin? Mən mitinq tərəfdarıyam, aksiyaları qadağan etmək düzgün deyil. Bu, demokratiyanın əleyhinə getmək deməkdir. Tənqiddən adam qorxmamalıdır. Tənqid olan yerdə iş yaxşı gedir. Vəzifə başında oturanların çoxu heç mitinqin nə olduğunu anlamırlar. Vəzifə maşınında gedib-gəlməklə iş bitmir ki. Onlar xalqdan ayrılıblar. Müxalifətin mitinqinə icazə verilməyəndə guya onlar danışmırlar ki? Sosial şəbəkələrdə kim nə istəyirsə, onu danışır. Tənqid zamanı elə bir məsələ üzə çıxa bilər ki, dövlətçiliyimiz, iqtisadiyyatımız üçün xeyirli olar. Məmurların fəaliyyətsizliyi ucbatından işlərin çoxu prezidentin üzərinə düşüb.(musavat.com)

loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
Cəmiyyət
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
Cəmiyyət
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Siyasət
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)